[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə127/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   123   124   125   126   127   128   129   130   ...   282

224 

 

universitetin fə xri doktoru adına  layiq görülməsi onun böyük nüfuza  malik olduğunu sübut edir, dünya şöhrətini daha 



da artırır. 

BDU-nun  fə xri  doktoru  adın ı  şərəflə  daşıyan  Süley man  Də mirəl,  İsla m  Kərimov,  Marat  Baqlay,  Corc  

Robertson,  Zbiqnev  Bje zinski,  Kotaro  Matsuura,  Eduard  Şevardnadze,  Frederiko  Mayor,  Petro  Luçinski  v ə  başqaları 

kimi  siyasi  və  dövlət  xad imləri,  Lütfizadə,  İren  Məlikova,  Tadeuş  Svyatoçovski,  Cavad  Heyət,  İhsan  Doğramac ı, 

Əh məd Şimide, Xəlil Çin kimi görkəmli alimlər onun şöhrətinin bütün dünyaya yayılmasında yaxından iştirak ed irlər. 

Universitetin  inkişafına  göstərdiyi  böyük  qayğıya,  onun  şöhrətini  və  tərəqqisini  yüksəklərə  ucaltdığ ına, 

Azərbaycan  xa lqı və dövləti qarşısında böyük  xid mət lərinə görə  universitetin  Böyük  Elmi  Şurası  1994  il  28 oktyabr 

tarixli qəra rı ilə Heydər Əlirza  oğlu Əliyevə Ba kı Dövlət Universitetin in Fə xri Doktoru adın ı vermişdir. 

AMEA-ya keç irilən son seçkilərdə  BDU-nun 15 alimi həqiq i və  mü xbir üzv seçilmişlər.  BDU dünyanın 100-

dən artıq universitetini b irləşdirən Qa radəniz hövzəsi universitetlər assosiasiyasının üzvüdür. Universitetin rektoru, pro-

fessor  Abel  Məmmədə li  oğlu  Məhərrə mov  həmin  assosiasiyanın  prezidenti  seçilmişdir.  BDU,  hə mç inin  nüfuzlu  

Avrasiya,  Xəzəryanı  və  Avropa  universitetlər  assosiasiyalarının  üzvüdür.  Universitet  bir  ço x  konvensiyalara,  o  cüm-

lədən tələbə və müəllim  mübadiləsinə imkan verən  məşhur Bolonya prosesinə qoşulmuş, dünyanın bir ço x nüfuzlu ali 

mə ktəbləri  ilə  ikitərə fli  tə ləbə  və  müəllim  mübadiləsini  tən zimləyən  müqavilələ r  imza la mışdır.  Son  dövrlərdə  BDU 

yeni  kafedralar  və  ixt isaslarla  daha da genişlənmişdir.  Elmi  tədqiqatlarda  və  tədris  prosesində  ən  müasir  texn iki  ava-

danlıqlardan və cihazlardan istifadə olunur, universitet kafedraları internet şəbəkəsi ilə dünyanın bir ço x kitab xana və elm 

mə rkə zləri ilə ə laqə saxlayır. BDU bir ço x beynəlxa lq qrantlar ud muşdur. 

BDU-nun 80  illik yubileyi (2000) beynəlxalq səviyyədə qeyd olunmuş, bu münasibətlə universitetin 80 nəfərə  

yaxın alimi respublika höku məti tərəfindən orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşdür. 

Son illə rdə BDU-da tədrisin və e lmi tədqiqatların  keyfiyyətini art ırmaq  istiqa mətində mühü m islahatlar həyata 

keçirilmişdir.  Beynəlxalq  standartlara  uyğun  oxu  zalları  istifadəyə  verilmiş,  Qərb i  Avropa  və  Şərq  dillərinin  daha 

mü kəmməl tədrisi üçün  mərkəz,  linqafon kab inələri və d il otaqları yaradılmış, bir ço x kafedra və  laboratoriyalar yeni-

dən  qurulmuş,  azərbaycanşünaslıq,  a merikaşünaslıq  elmi-tədqiqat  mərkə zlə ri,  türk  odası,  ərəb  dili  mə rkə zi  təşkil 

edilmişdir.  Universitetdə  həmçinin   daxili  televiziya  şəbəkəsi  yaradılmışdır.  Universitetdə  Heydər  Əliyev,  universitet 

tarixi, təka mül təlimi, arxeologiya və etnoqrafiya, velosiped muzeyləri fəaliyyət göstərir. 

Dünyanın  bir  ço x  qədim  tarixə,  zəngin  və  böyük  təcrübəyə,  elmi  potensiala  malik  universitetləri  ilə 

müqayisədə  BDU  nisbətən  cavan  olsa  da,  şanlı  yüksəliş  yolu  keçmişdir.  1919  ildə  yaranarkən  44  əməkdaşı  olan  

universitetdə  hazırda   1300-dən  ço x  professor-müə llim  fəaliyyət  göstərir.  Bunla rdan  250-ə   qədəri  e lmlər  doktoru, 

professor, 800-ə qədəri elmlə r na mizədidir. 

Elmi-tədqiqat  laboratoriya larında  225  nəfər  e lmi  işçi  çalışır.  Va xtilə  iki  fakültədən  ibarət  olan  BDU  indi  17 

fakültəni, 116  kafedranı, onlarla tədris laboratoriyasını, 2 milyondan çox  kitab fondu olan zəngin  kitab xananı, bir elmi-

tədqiqat  institutunu  birləşdirən  geniş  tədris  və  elmi-tədqiqat  komple ksi,  mü rəkkəb,  ço xşa xəli  elm  və   təhsil 

müəssisəsidir. 



225 

 

 Ha zırda  universitetdə  43  ixtisas  üzrə   14  minə  ya xın  



tələbə təhsil alır. 

Universitetdə  Milli  Elmlər  Akade miyasının  4  a kade-

miki,  17  mü xb ir  ü zvü  fəaliyyət  göstərir.  Universitet  alim-

lərindən 14 nəfəri A zərbaycan Respublikası M illi Məc lisin in (II 

çağırış) ü zvüdür. 

Bakı  Dövlət  Un iversitetinin   rektoru  (1999  ildən) 

AMEA-mn  mü xbir  üzvü,  ə məkdar  e lm  xad imi,  kimyaç ı  a lim 

Abel Məmmədəli oğlu Məhərrə movdur. 



 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920), Parlament  

(stenoqrafik hesabatlar), c.2, B., 1998; Aзepбaйджанская Демократическая  

Pecnублика  (1918-1920  rr.),  1920),  Законодательные  акты  (сборник 

документов),  Б.,  1998;  Bakı  Dövlət  Darülfünununun  təsisi  (sənədlər 

toplusu), B., 1989; Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001;  Vəkilov M ., Azərbaycanda universitet təhsili tarixindən, ADU-nun 

Elmi  əsərləri (tarix və fəlsəfə seriyası), 1967, №  5; Bağırzadə F.M ., Azərbaycan Dövlət Universitetinin elmin tərəqqisindəki rolu, 

V.İ.Lenin adına ADPİ Elmi əsərləri, seriya XI, B., 1973; Azərbaycan Dövlət Universiteti, B., 1975; Atakişiyev A.M., Bakı Dövlət 

Universitetinin tarixi, B., 1991; M əhərrəmov A.M ., Bakı Dövlət Universiteti (Bakı Dövlət Universitetinin 80 illiyinə həsr edilmiş  

məlumat kitabı), B., 2000; Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu (elmi məsləhətçi və redaktor akademik Cəlal Əliyev

ön sözün və məqalələrin müəllifi prof Abel M əhərrəmov), B., 2001; Маковельский А. О., Азербайджинский Госуниверситет им. 

Ленина,  Б.,  1930;  Алимирзоев  Х.,  Азербайджанский  Государственный  университет,  Б.,  1969;  Азербайджанский 

государственный университет, Б., 1975. 

 

BAKI  DÖVLƏ T  UNĠVERS ĠTETĠNĠN  ELMĠ  KĠTAB XANASI  -  Azə rbaycan  Respublikasının  ən  böyük 

kitab xanalarından  biri.  1919  ildə  yaradılmışdır.  Universitetin  təşkilat  ko missiyası  onun  kitab xanasını  da  yaratmaq  

qayğısına qalmış və  xüsusi kitab xana ko missiyası təşkil et mişdi.  Ko missiya 1919  il  iyunun 2-də Bakı şəhər bələdiyyə 

idarəsinə  mürac iət  edərək,  Mixa il  (indiki  Musa  Nağıyev)  xəstə xanasının  nəzdindəki  kitab xananın  universitetə  veril-

məsin i  xahiş  et mişdi.  Bə lədiyyə  idarəsi  ko missiyanın  xah işinə  ra zılıq  

vermişdi.  Həmin   dövrdə  universitet  təşkilat  ko missiyasının  Bakı  Neft 

Sənayeçiləri 

Qurultayı  Şurasına  müraciətinə  əsasən,  Sabunçu 

xəstəxanası  nəzdindəki  kitab xana  da  1920  ildə  universitetə  verilmişdi. 

Bundan əlavə, hə min dövrdə satışdan 120 min manatlıq kitab alın mışdı. 

Kitab xana  ko missiyası,  eyni  zamanda,  universitet  kitab-

xanasını yaratmaq üçün əhaliyə və ilk növbədə,  maarifpərvər  ziyalılara 

da  mü raciət  etmişdi.  Müraciətdə  kitab  satmaq  istəyənlərə  təbabətə  və 

tarix-filologiya  e lmlərinə  dair  bütün  dillərdə  olan  kitabların  siyahısını 

təqdim  et mə k  təklif  o lunurdu.  Ko missiya  əmin  olduğunu  bildirirdi  ki, 

universitetin  xid mət  etdiy i  böyük  mədəni  məqsəd  naminə,  d igər 

mədəniyyət  mə rkə zlərində  olduğu  kimi,  Bakıda  da  universitetə  e lmi 

kitablar  bağışlanacaqdır.  Un iversitet  kitab xanasında  xüsusi  türk  şöbəsi 

yaradılmışdı.  Həmin  şöbəni  müvafiq  ədəbiyyatla  ko mplektləşdirmək 

məqsədilə  İstanbuldan  212  adda  kitab  gətirilmişdi.  Artıq,  1920  ilin  

əvvəllərində,  kitab xananın  fondunda  6  mindən  ço x  kitab,  130  adda 

qəzet  və  jurnal  vardı.  Fondda  Azərbaycan,  türk,  fars,  ərəb,  ingilis, 

fransız,  alman,  rus  və  tatar  dillərində  ədəbiyyat  var  id i.  Məhəmməd  

Əmin  Rəsulzadə,  Yusif  Vəzir  Çəmən zəminli,  Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Mir  Əs ədulla Mirqasımov 

və başqa görkəmli şə xsiyyətlər kitab xananın ilk o xucula rı arasında olmuşlar. 

1919  ilin sonu -  1920  ilin  əvvəllərində  Bakı Dövlət  Universitetin in e lmi  kitab xanası tədricən  Cü mhuriyyətin  

təhsil  ocaqlarının  kitab xanaları  üçün  metodik  mərkə z  rolunu  oyna mağa  başladı.  1920  il  yanvarın  16-da   universitet 

kitab xanasında xalq maarifi nazirliyi kitab xanaları işçilərinin seminar-müşavirəsi keçirilmişdi. 

Bakı  Dövlət  Universiteti  Elmi  Kitab xanası  fondlarının  zənginləşdirilməsi  sonrakı  illərdə  də  davam  etdirildi. 

1920-22 illərdə  Xalq  Ko missarları  Sovetinin göstərişi ilə ay rı-ayrı idarə və  müəssisələrdən, təşkilat lardan kitab xanaya 

kitab verild i. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə