[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə141/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   137   138   139   140   141   142   143   144   ...   282

255 

 

 



BAKI  SOVETĠ  (BS)  -  Bakıda  fəaliyyət  göstərmiş  hakimiyyət  orqanı  (1917,  mart  -  1918,  31  iyul).  Rusiyada 

Fevral  inqilabından  (1917)  sonra  Bakıda  və  digər  şəhərlərdə  ikinci  hakimiyyət  orqanı  kimi  fəhlə  və  əsgər  deputatları 

sovetləri yarad ılırdı. Bak ı rayonu Fəhlə Deputatları Soveti ilə hərbi deputatları sovetinin birləş məsi nəticəsində yaradılan  

BS onların içərisində ən nüfuzlusu hesab edilird i.  Sovetin tərkibində azərbaycanlılar yo x dərəcəsində id i.  Onun tərkibi və 

rəhbər  heyəti  bütünlüklə  e rmənilərdən  və  ruslardan  ibarət  id i.  Eser-menşevik-daşnak  blokunun  rəhbərlik  etdiyi  bu  sovet 

"vahid və bölünmə z Rusiya" ideyasını təbliğ ed irdi. Sovetin fəa liyyəti A zərbaycan xa lqın ın milli mənafey inə zidd  id i. Bakı 

bolşevikləri  Sovetdə  rəhbərliyi  ələ  almaq   üçün  gərgin  mübarizə  aparırdılar.  Bo lşeviklər  Petroqradda  hakimiyyəti  ələ 

keçirən  kimi,  1917  il  oktyabrın  27-də  BS-nin  fövqəladə  yığıncağı  keçirildi.  Sovetin  eser-menşevik-daşnak  bloku, 

bolşeviklərin  kəskin  etirazına  baxmayaraq,  168  səsə  qarşı  246  səslə  Bakıda,  ali  hakimiyyət  orqanı  kimi,  İctimai 

Təhlükəsizlik Ko mitəsinin yaradılması haqqında qərarın qəbul ed ilməsinə nail o ldu. Sovet Oktyabr çevrilişin in (1917) dinc  

yolla  ləğvini  tələb   edird i.  Sovetin  bu  qəra rı  ilə  ra zılaşmayan  bolşeviklə r,  mədən-zavod  ko mitələri  üzv lərinin  dəstəyinə 

arxalanaraq, oktyabrın  31-də Sovetin geniş iclasın ı çağırd ılar.  Onları  müdafiəyə gələnlərin sayı Sovetin üzvlərindərı  xeyli 

çox id i.  Hakimiyyətin sovetlərə keçməsi  ilə  razılaşmad ıqlarını bildirən  menşevik və eserlərin  iclas  zalından çıxıb getməsi 

bolşeviklərə  o lduqca  sərfəli  id i.  İclas  Bakı  rayonunda  bütün  hakimiyyətin  BS-nə  keçməsi  haqqında  qətnamə  qəbul  etdi. 

Noyabrın  2-də  bolşeviklər  ö z  mövqelərini  daha  da  möhkəmləndirmək  məqsədilə  yenidən  bütün  hakimiyyətin  Sovetə 

verilməsi  məsələsini  qoydular,  geniş  iclas  çağırmaq  takt ikasından  bir  daha  istifadə  edərə k,  siyasi  qüvvələr  nisbətini  ö z 

xeyirlərinə dəyişə bildilər. Sovetin eser-menşevik fra ksiyası bolşeviklərsiz yeni  icra iyyə ko mitəsi yaradılmasının  zəruriliy i 

qənaətinə gələrək, icra iyyə ko mitəsindən çıxd ığını elan etdi. 

BS-nin 2 noyabr tarixli  iclasında Sovetin icraiyyə komitəsi Ba kıda ali hakimiyyət orqanı elan olundu. Həmin iclas-

da  Bakı  fəh lə  və  hərbi  deputatları  sovetinin  adının  dəyişdirilərək,  Bakı  fəhlə  və  əsgər  deputatları  soveti  adlandırılması 

qərara a lındı.  Sovetin ic raiyyə  ko mitəsinin bolşeviklərdən  ibarət yeni tərkibi seçild i. İc raiyyə  ko mitəsinin  sədri  Şau myan 

oldu.  Eser  və  menşeviklə rlə   "müsavat"çılar  arasındakı  ziddiyyətlərdən  istifadə  edən  bolşeviklər  BS-də  əsas  vəzifə ləri 

asanlıqla ələ  keçirə bildilər.  Bakının d igər siyasi hakimiyyət strukturları Sovetin təkhakimiyyətliliyinə əngəl törətdiyindən 

BS  1917  il  noyabrın  12-də  İctimai  Təh lükəsizlik  Ko mitəsinin,  noyabrın  21-də  isə  İctimai  Təşkilatların  İcraiyyə 



Komitəsinin ləğvinə nail oldu.  Lakin Fətəli  xan  Xoyskinin rəhbərlik etdiyi Bak ı şəhər duması BS-nin rəqib i olaraq qalırd ı. 

1917  il  dekabrın  12-13-də  dəyişdirilmiş  seçki  qaydası  əsasında  BS-nə  keçirilən  seçkilərdə  bo lşeviklər  səs  çoxluğu 

qazandılar. "Müsavat" parti-yası Sovetin demo kratik əsaslarda seçilməd iyinə etiraz etsə də, sonradan hakimiyyəti Sovetə 

vermə k və icra iyyə ko mi-təsinə daxil o lmaq qərarına gəld i. Be lə liklə, Ba kı Sovetinin yeni icra iyyə ko mitəsinə 6 bolşevik, 5 

daşnak,  4 sol eser,  3 sağ eser, 2 " müsavat"çı daxil oldu. 1917  ilin  dekabrında S.Şau myanın  V.İ.Lenin  tərəfindən Qafqaz 

işləri üzrə  xüsusi ko missar təyin edilməsi  ilə əlaqədar olaraq BS-nin sədri vəzifəsini P.A.Caparid ze tutdu. BS A zərbaycan 

milli qüvvələrinə qarşı  mübarizə  xətti yeritdi.  Bu  1918  ilin  yazında  müsəlman əhalisinin  kütləv i q ırğın ları  ilə nəticələndi 

(ba x Mart soyqırımı). BS-nin "Daşnaksutyun" və Ermən i Milli  Şurası ilə əlbir fəa liyyəti A zərbaycan milli hərəkatına qarşı 

yönəlmişdi. A zərbaycanın  mu xtariyyəti  ideyasının qatı düşməni olan bolşeviklər, "Daşnaksutyun" və Erməni Milli Şurası 

daşnak hərbi qüvvələrini d inc türk-müsəlman əhalisi üzərinə qaldıraraq,  kütləvi soyqırımları törətməklə Azərbaycan milli 

düşüncəsini və onun daşıyıcıların ı  məhv etmək yolunu tutdular.  1918  ilin  mart soyqırımında türk-müsəlman əhaliyə qanlı 

divan  tutulduqdan sonra,  Bakı  ş əhərində  və  onun  neft-mədən  rayonunda  BS-nin   hakimiyyəti  gücləndi.  Bu  zaman  Bakı 

fəhlə, əsgər və matros deputatları sovetinin köhnə tərkibi hə lə qalırdı. Belə  ço xpartiya lı tərkib  isə bolşevikləri qane et mird i. 

Onlar yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verirdilər. 

1918  il  apre lin  25-də  Ba kı  fəhlə,  əsgər  və  matros  deputatları  sovetinin  iclasında  Bak ı  Xalq  Komissarları  Soveti 

təşkil o lundu. Şaumyanın başçılıq etdiy i daşnak-bolşevik re jimi "sovet hakimiyyəti" adı a ltında "qanuni status" aldı. 



 

Əd: 

Azərbaycan tarixi, 3 cildd ə, c. 3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001; Azərbaycan Kornmunist Partiyası 

tarixinin oçerkləri, B., 1964; İbrahimov Z., Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər), B., 

1957. 


"BAKI SOVETĠNĠN XƏBƏRLƏRĠ", "B a k ı  Ə t r a f ı  F ə h l ə,  Ə s g ə r  v ə  M  a t r o s Ş u r a s ın ın  Ə x b  

a r ı" - Bakı Sovetinin orqanı o lmuş gündəlik bolşevik qə zeti. 1918 il aprelin 17-dən iyulun 31-dək nəşr edilmişdir. İlk qoşa 

nömrəsi  1918  il  aprelin  17-də  Azərbaycan  dilində  Bakıda  buraxılmışdır.  6  nömrəsinin  (4-9)  2  səhifəsi  Azərbaycan,  2 

səhifəsi isə erməni d ilində çıxmışdır.  50-ci nömrədən "Bakı ətra fı fəhlə , qırmızı əsgər,  matros və kəndli şurasının ə xbarı"  

adı  ilə  nəşr  olunmuşdur.  Qezet  Za-qafqaziya  ko missarlığımn   və  Zaqafqaziya  sey min in  milli  siyasətinə  qarşı  çıxış  edir, 

azərbaycanlılara  qarşı  milli  ayrıseçkilik  və  düşmənçilik  təbliğatı  aparır,  1918  ilin  mart  soyqırımına  haqq  qazandırır, 

soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycan-türk hərb i qüvvələrindən "qətiyyətlə 

müdafiə  olun ması"nı  təbliğ  ed irdi.  Qəzetin  sonuncu  86-cı  nömrəsi  iyulun  31  -də  buraxılmışdır.  Bakıda  daşnak-bolşevik 

hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır. 

BAKI  SOVETĠNĠN  25  ĠYUL  QƏTNAMƏS Ġ  1918  il  iyulun  25-də  Bakı  Sovetinin  fövqəladə  geniş  iclasında 

ingilis qoşunlarının Bakıya dəvət olunması barədə qəbul o lunmuş qətnamə. İclasda Bakı Xalq  Ko missarları Sovetinin sədri 

S.Şau myan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi.  

 

 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə