[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə142/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   138   139   140   141   142   143   144   145   ...   282

256 

 

Daşnaklar,  menşeviklər  və  eserlər  ingilis  qoşunlarının  Bakıya  dəvət  edilməsi  haqqında  məsələ  qald ırd ılar.  Bu, 



Bakı  neftinin  Sovet  Rusiyasının  əlindən  çıxması  təhlükəsi  yaradırdı.  Odur  ki,  Şau myan  V  Ümu mrusiya  Sovetlər 

Qurultayın ın  qərarlarını  yerinə  yetirərək,  həmin  məsələn in  mü zakirədən  çıxarılmasın ı  tələb  etdi.  Elə  həmin  gün  Rusiya 

Sovet  Federativ  Sosialist  Respublikası  Mərkəzi  İcraiyyə  Ko mitəsinin   sədri  Y.M.Sverdlov  da  Bakı  Sovetinə  teleqram 

göndərərək,  "Bakı  Sovetinin,  bütün  fəhlələrin,  ordunun,  donanmanın  qurultayın   qərarına,  habelə  Ümü mrusiya  Mərkəzi 

İcraiyyə  Ko mitəsi  və  Xalq  Ko missarları  Sovetinin  göstərişlərinə  danışıqsız  tabe  olmalarını  qəti  tələb  etmişdi".  Buna 

baxmayaraq,  iclas  Şau myanın  təklifin i  rədd  etdi.  M.Əzizbəyov,  P.Çaparid ze,  Y.Zevin  və  b.  bolşeviklər  çıxış  edərək, 

ingilislərin  Ba kıya çağırılmasının  qəti ə leyhinə ç ıxd ılar. İc lasda biri sol daşnakların, sol eserlərin və bolşeviklərin, digəri 

isə sağ eserlərin olmaq la,  iki qətnamə  layihəsi səsə qoyuldu. Sol daşnaklar, bolşeviklər və sol eserlərin qətnaməsində yeni 

hərbi səfərbərliyin  keç irilməsi,  Ba kın ın  müdafiəsini gücləndirmək  məqsədilə qoşun göndərilməsi üçün Rusiyaya  müraciət  

edilməsi, ingilislərin dəvət olunması lehinə hər cür təşviqata son qoyulması nəzə rdə tutulurdu. 

Bolşeviklərin  bütün  cidd-cəhdlərinə  baxmayaraq,  ingilis  qoşunlarının  Bakıya  dəvət  edilməsi  haqqında  sağ  eser-

lərin qətnamə lay ihəsi azacıq səs çoxluğu ilə (236 səsə qarşı 259 səslə) qəbul edildi. Qətna mə qəbul edild ikdən sonra elan 

olunmuş fasilə  zamanı  Bakı  Sovetinin bolşevik fraksiyasının  iclası  keçirildi.  Gecədən  xey li  keçmiş, Bakı  Sovetinin iclası 

yenidən  başlandığı  za man  Şau myan  bolşevik  fra ksiyası  adından  bəyanatla  çıxış  edərək  bildirdi  ki,  qəbul  olunmuş  qərar 

Sovet Rusiyasına qarşı xəyanətdir; buna görə də bolşeviklər məsuliyyəti ö z ü zərlərindən götürərək, Sovetə daxil olan bütün 

partiyalardan  ibarət  koalisiyalı höku mətdə iştira kdan və  xa lq  ko missarları vəzifələ rindən  imt ina edirlə r.  Bolşeviklərin  27 

iyul  tarixli  Ümu mbakı  partiya  konfransı  Bakı  Soveti  bolşevik  fraksiyasının  qərarın ı  dü zgün  saymadı  (bax  Bakı  Xalq 

Komissarları Soveti). 

 

Əd:. 

Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycanda sosialist 

inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960. 

 

BAKI  ġƏHƏR  DUMAS I  -  Bakı şəhər bələdiyyə  idarəsinin sərəncamverici orqanı. Rusiya senatının  1877  il  24 

may  ta rixli  qərarına  əsasən  1878  ildə  yarad ılmışdı.  Çar  höku mətinin   şəhərlər  haqqındakı  1870  il  16  iyun  tarixli  qərarı 

Bakıda  8  il  sonra,  həm  də  yarımçıq  surətdə  tətbiq  edilmişdi.  Bakın ın  ilk  şəhər  dumasına  72  (sonralar  75)  nəfər  üzv  

seçilmişdi;  Bakı  şəhər  dumasının  üzv ləri  xüsusi  seçki  iclaslarında  4  il  müddətinə  seçilirdilər.  Du ma  ü zvlüyünə  ancaq 

daşınmaz əmlakı olan və ya qiy məti 1500  manatdan az olmamaq ş ərti ilə, ticarət və ya sənaye müəssisələrinə  malik olan, 

25  yaşından  yuxarı  şəxslər  seçilə  bilərd ilər.  Qad ınlar  seçki  hüququndan  məhru m  idilər.  Seçki  hüququnun  məhdudluğu 

nəticəsində  duma  seçkilərində  əhalinin  ancaq  2-3%—i  iştira k  edə  bilirdi.  Bakı  şəhər  dumasında  azərbaycanlıların  sayı 

üzvlərin iimumi sayının yarısından çox olmamalı idi. 1892 il qanununa görə Bakı şəhər duması üzvlərinin 1/3-i, 1900 

ildə isə yarısı xristianlardan seçilməli idi. Dumaya şəhər bələdiyyə idarəsin in rə isi sədrlik ed ird i. 

Du ma ü zvlüyünə, başlıca olaraq, iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Hacı Zeynalabdin  

Tağıyev,  Musa  Nağıyev,  Q.Lianozov,  İsa  bəy  Hacınski  və  b.  sahibkarlar  mü xtəlif  illərdə  Bakı  şəhər  dumasın ın  üzv ləri 

olmuşlar.  A zərbaycanın  tərəqqipərvər  ziyalılarından  Həsən  bəy  Zərdabi,  Həbib  bəy  Mah mudbəyov,  həmçin in  Məşədi 

Əzizbəyov və b. ayrı-ayrı vaxtlarda Bakı şəhər dumasına ü zv seçilmişlər. 

Bakı  şəhər  duması  sırf  təsərrüfat  məsələləri  -  abadlaşdırma,  ticarət,  şəhər  vergilərin in  təyin  edilməsi,  yığılması, 

xərc lən məsi,  yanğına  qarşı  ehtiyat  tədbirləri  görülməsi  və  s.  ilə  məşğul  olurdu.  Şəhər  bələdiyyə  orqanları  qubernator  və 

daxili  işlər  nazirinin   nəzarəti  altında  fəaliyyət  göstərirdi.  Beləliklə,  bu  idarələr,  əslində,  höku mətin  yerli  təsərrüfat 

məsələ lərinə ba xan yardımç ı orqanı  idi.  Rusiyada Fevral  inqilab ından (1917) sonra yerli  idarə lərin fəa liyyəti dayandırıld ı. 

Bakı şəhər dumasın ın statusunda dəyişiklik ed ild i. Onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 mü xtəlif partiya 

və  qrup  qeydiyyata  alındı.  1917  ilin  oktyabrında  hakimiyyət  uğrunda  qızğın  mübarizə   getdiyi  bir  va xtda  du maya  yalnız 

şəhərin özündəki seçicilərin  iştirakı ilə seçkilər keçirildi. Şəhər  idarə dairəsi ərazisinə daxil edilməyən şəhərətrafı sənaye 

məntəqələrinin əha lisi seçicilərin siyahısına da xil edilmədi. Bolşeviklər bir qədər art ıq (cə mi 16%) səs toplasalar da, heç bir 

partiya  həlledic i  üstünlük  qa zana  b ilmədi.  Digər  təşkilat ların  siyasi  b loklarda  b irləşə-rək  iştira k  etdiy i  bu  seçkilərdə  

müsəlman  b loku  10  mindən  ço x  səs  aldı.  Fətəli  xan  Xoyskinin  rəhbərliyi  ilə  fəaliyyət  göstərən  şəhər  duması  bolşevik 

sovetinin  yeganə  mü mkün  rəqibi  id i.  1918  ilin  mart ında  kütləvi  türk-müsəlman  soyqırımlarından  sonra  hakimiyyəti  ə lə  

almış bolşeviklər şəhər du masını buraxdılar. 1918 il aprelin 10-da Bakı və onun rayonların m İnqilab i Müdafiə Ko mitəsinin  

dekreti  ilə  Bakı şəhər duması  ləğv olundu və funksiyaları  xüsusi ş əhər təsərrüfatı şöbəsinə verildi.  Ləğv və talan olunmuş 

şəhər idarəsi Cü mhuriyyəti Hö ku məti bərqərar o lan kimi bərpa ed ild i. 

1918  il  iyulun  30-da  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  şəhər  özünüidarələrin in  fəaliyyətinin  bərpa  

olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı şəhər ö zünüidarəsi Rusiya Müvəqqəti hökumetinin 1917 il 9 

iyun  tarixli  qanunu  əsasında  seçilmiş  tərkibdə  bərpa  ed ild i.  Şəhər  dumasına  tərkibin i,  ö z  mülah izəsinə  görə,  a rtırıb   80 

nəfərə çatdırmaq, hə mçin in, şəhər idarəsi işçilə rin in sayını artırmaq hüququ verild i. Şəhər ö zünüidarəsinin fəaliyyəti bərpa 

edilərkən deputatların  xeyli hissəsi olmadığ ından (anarxiya  za man ı qaçıb dağılışmışdıla r),  Höku mət in ica zəsi ilə, du manın  

özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasın ın tərkibi tamamlan mışdı.  

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə