[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə15/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   11   12   13   14   15   16   17   18   ...   282

47 

 

 



 


48 

 

lər  və  xəbərdarlıq etdilər  ki, hakimiyyətin könüllü surətdə təslim ed ilməyəcəyi halda, bunun nəticələri üçün bütün 



məsuliyyət  Parla ment  üzvlə rin in  üzə rinə  düşür.  Çıxış ının  sonunda  M.H.Hacınski  Parla ment  üzvlərini  mövcud  vəziyyətdə 

"millətin   qurtuluşu  naminə"  yeganə  düzgün  qərar  qəbul  et məyə  çağ ırd ı.  Lakin  Sə məd  ağa  Ağa malıoğlu,  Qa ra  bəy 

Qarabəyov, Aslan bəy Səfikürdski, Məhə mməd  Əmin  Rəsulzadə və Su ltanməc id Qən izadə M.H.Hac ınskinin hakimiyyətin 

ko mmunistlərə  qeyd-şərtsiz  təslim  edilməsi  təklifinə  qarşı  çıxd ılar.  Bununla  belə,  qan  tökülməsinin  qarşısını  almaq  üçün 

hakimiyyətin  yalnız  müəyyən  şərtlərlə,  hər  şeydən  əvvəl,  Vətənin  müstəqilliy inin  sa xlan ılması  ş ərti  ilə   ko mmun istlərə 

verilməsinə  tərəfdar  olduqlarını  bildirdilər.  Nəticədə,  Parla ment  səs  çoxluğu  ilə   aşağıdakı  şərtlərlə  hakimiyyətin 

ko mmunistlərə verilməsi barədə qəra r qəbul etdi: 

1.

 



Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə ed ilir;  

2.

 



Azərbaycan Kommunist Firqəsinin yaratdığı höku mət müvəqqəti orqan olacaqdır; 

3.

 



Azərbaycanın son idarə formasını hər hansı bir  xa ric i tə zyiqdən asılı o lmayan fəhlə ,  kəndli və əsgər deputatları 

sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;  

4.

 

Höku mət idarələrin in bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 



5.

 

Yeni  yaradılan  müvəqqəti  ko mmun ist  hökuməti  Parlament  və  Höku mət  ü zvlərinin  heyatının  və  əmlakın ın  to-



xunulmazlığına təminat verir;  

6.

 



Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; 

7.

 



Yeni  höku mət,  haradan  baş  verməsindən  asılı  olmayaraq,  A zərbaycanın  istiqlalını  sarsıtmaq  məqsədi  güdən 

bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir ("Kommunist" qəzeti, 1920, 6 may ). 

Be ləliklə, Azə rbaycan Xalq  Cü mhuriyyətin in Parla menti  mühasirə şəraitində  keçirdiyi hə min  ic lasında da özünün 

demokratik ənənələrinə və istiqlalç ılıq ideyalarına sadiq qaldı.  

La kin  işğalçılar  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  hakimiyyəti  dinc  yolla ,  qan  tökülmədən  ko mmu-

nistlərə  təhvil  vermə k  haqqında  qərarına  məhəl  qoymadılar.  Be lə liklə,  Sovet  Rusiyasının  beynəlxa lq  hüquq  normala rın ı 

kobudcasına  tapdalayan  hərbi  müdaxiləsi  və  11  -ci  Qırmızı  Ordu  hissələrin in  qanlı  döyüş  əməliyyatları  nəticəsində  Paris 

sülh  konfransının  iştirakçısı  olan  dövlətlər  tərəfindən  tanınmış  müstəqil  A zərbaycan  dövləti  -  Azərbaycan  Xalq 

Cü mhuriyyəti aradan qaldırıld ı və onun ərazisi  işğal olundu (bax Aprel işğalı (1920)). Azadlığın ın və  müstəqil dövlətinin 

müdafiəsinə  qalxmış  xalqın  müqavimət  hərəkatı  qan  içində  boğuldu,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  dövlət




49 

 

və hakimiyyət strukturları məhv edildi. Şima li A zərbaycan yenidən Rusiyanın tərkibinə qatıldı. 



Azərbaycan  Xalq   Cü mhuriyyəti  xalq ımızın  a zadlıq  hərəkat ı  tarixində  dərin  iz  qoydu.  "Azərbaycan  Xalq  Ciim-

huriyyəti  gərgin  və  mürəkkəb  ictimai-siyasi  şəraitdə  cəmi  23  ay  fəaliyyət  göstərsə  də,  sonrakı  nəsillərin  yaddaşında 

xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, 

mədəniyyət,  təhsil,  səhiyyə,  hərbi  quruculuq   sahələrində  atdığı  mühüm  addımları  başa  çatdıra  bilməsə  də,  onun  qısa 

müddətdə  həyata  keçirdiyi  tədbirlər  xalqımızın  tarixində  silinməz  iz  buraxmış,  milli  dövlətçilik  ənənələrimizin  bərpası 

işində  böyük  rol  oynamışdır.  Ən  əsası  odur  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  az  yaşasa   da,  xalqımızda  azadlıq, 

müstəqillik  fikirlərini  daha  da  gücləndirmiş  oldu.  Bu  cümhuriyyətin  yaradılmasında  müstəsna  xidmətləri  olan 

Məhəmməd  Əmin Rəsulzadə,  Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev,  Nəsib bəy Usubbəyov, 

Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, X udadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, 

Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Sultanməcid Qənizadə, Xəlil bəy Xasməmmədov,  Əhməd  bəy Pepinov,  Şəfi 

bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi 

ilə yad edir" (Heydər Əliyev). 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti,  cə mi  23  ay   yaşamasına  ba xmayaraq,  sübut  etdi  ki,  ən  qəddar  müstəmlə kə   və 

repressiya  rejimlə ri  be lə  A zərbaycan  xa lqının   a zadlıq  idealla rını  və  müstəqil  dövlətçilik  ənənələrini  məhv  et məyə  qadir 

deyildir. 

Azərbaycan  xalq ının  tarixində  ilk  parla mentli  respublika  olan  A zərbaycan  Xa lq  Cü mhuriyyəti,  eyni  za manda, 

müsəlman Şərqində, o cü mlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 

Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  Azərbaycan  xalq ı  şimalda  olduğu  kimi,  cənubda da  öz  milli  döv-

lətçilik  ənənələrini  dirçəlt mə k  üçün  ayağa  qalxdı.  Yu rdun  bu  hiss əsində  də  Azərbaycan  dövlətçiliyi  dirçəld ildi.  Cənubi 

Azərbaycanda  müstəqil  və  de mokratik  Azad ıstan  dövləti  –―Azadıstan  mə mləkət i‖  quruldu  (1920).  Şey x  Məhə mməd 

Xiyabani  Azad ıstan  Milli  Hö ku mətinin  başçısı  oldu.  Ölkənin  şimalında  olduğu  kimi,  cənubunda  da  milli-demokratik 

islahatlar keçirilməsinə başlandı. Şimalda olduğu kimi, burada da Azərbaycan xalqın ın azadlıq hərəkatı qan içində boğuldu. 

Be ləliklə,  Birinci dünya müharibəsinin (1914-18) doğurduğu tarixi ş əraitdən  istifadə edən Azə rbaycan  xalq ı hə m 

şimalda,  həm  də  cənubda  özünün qədim  dövlətçilik  ənənələrini  yenidən  dirçəldə  bildi,  müstəqil  yaşamağa  layiq  və  qadir 

xalq  o lduğunu  bir  daha  sübuta  yetirdi.  Avropa  ölkələ rində  olduğu  kimi,  A zərbaycanda  da  parla mentli  res publika  t ipli 

demokratik  idarəçilik  qaydalarının  tətbiq  olunmasına  başlandı.  Bu,  A zərbaycan  xalq ının  ço x  böyük  tarixi  nailiyyəti  idi. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  ö zünün  siyasi  quruluşuna,  həyata  keçirdiyi  demo kratik  dövlət  quruculuğu  tədbirlərinə, 

həmç inin qarşısına qoyduğu məqsəd və vəzifə lərə  görə də Avropanın ənənəvi demokratik respublikala rından geri qalmırd ı. 

Ölkənin müdafiəsinin təĢkili. Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti qarşısında duran başlıca vəzifələrdən biri 

ölkənin   müdafiəsinin və ərazi bütövlüyünün təmin edilməsi  idi.  Ölkədə yaran mış son dərəcə ağır hərb i-siyasi şərait bunu 

tələb  edirdi  və  Cü mhuriyyətin  elan  edilməsinin  e lə  ilk  günlərindən  həmin  vəzifənin  həlli  istiqamət ində  lazımi  addımların 

atılmasına başlandı. Hələ müstəqilliyin  elan  edilməsi ərəfəsində formalaşdırılmasına başlan mış Müsəlman korpusunun hissə 

və bölmələ ri də bu işə cəlb ed ild ilər və art ıq Gəncəyə doğru hərəkətə  başlamış Bakı Sovetinin  bolşevik-daşnak qoşunların m 

qarşısını kəs mək üçün cəbhə xettinə göndərildilər. Lakin hələ tam formalaş-mamış olan Müsəlman korpusu bolşevik-daşnak 

qoşunlarının və S.Şau myanla əlbir olan  quldur Andronikin yaxşı silah lan mış dəstələrin in müqavimətini qırmaq üçün kifayət 

qədər hərbi gücə malik deyild i. Yen i hərb i qüvvələrin forma laşdırılmasına  isə va xt  yo x id i. Belə  bir və ziyyətdə Azərbaycan 

Höku məti  hərb i  yardım  üçün  Osmanlı  dövlətinə  müraciət  etdi.  Nəticədə,  soyqırımına  məruz  qalmış  Azərbaycan  xalq ının 

kö məyinə gəlmiş türk hərb i h issələri  ilə  milli tərkib li qoşun hissələrinin əsasında Qafqaz  İslam  Ordusu yaradıldı və Nuru 



paşa onun komandanı təyin edild i.  Qafqaz İslam Ordusunun fəaliyyət dövrü ölkənin müda-fiəsinin təmin edilməsinin  ilkin 

mə rhələsini təşkil edir.  Bu   mərhə lədə  müstəqilliy in tə minatçısı o lacaq  milli qoşun hissələrinin  yaradılmasına  rəhbərlik də 

türk  hərbçilərinə  həvalə  olun muşdu.  Ancaq  ölkə  ərazisində  ciddi  döyüşlərin  getdiyi  bir  vaxtda  milli  qoşun  hissələrinin 

formalaşdırılması  üçün  normal  şərait  yo x  id i.  Bununla  belə,  bütün  imkan lar  dövlət  müstəqilliyin in  qorunmasına  səfərbər 

olundu.  Höku mət  tərəfindən  Hərbi  vəziyyətin  elan  olunması  haqqında  qərar,  Hərbi  vəziyyətin  elan  olunması  haqqında 

qərara  əlavə  kimi  mühüm  sənədlər  qəbul  edildi,  Müs əlman  korpusu  Əlahiddə  Azərbaycan  korpusu  adlandırıldı.  Çağırış -

səfərbərlik işləri yenidən quruldu, bir sıra  bölgələrdə könüllü xa lq dəstələri təşkil edildi. Ba kı uğrunda döyüşlər za man ı ətra f 

kəndlərdə toplan mış könüllü dəstələr Maştağa dəstəsində birləşdirildi. 

Türkiyə  və  A zərbaycan  hərbi  qüvvələrinin   birgə  mübarizəsi  nəticəsində  1918  ilin  iyun-avqust  aylarında  Gəncə 



ermənilərinin  tərk silah  edilməsi  həyata  keçirildi,  Qaraməryə m  döyüşü,  Kürdəmir  döyüşü,  Ağsu  döyüşü,  Şamaxı  döyüşü, 

Salyan  döyüşü  uğurla  başa  çatdırıldı.  Birinci  Qafqaz  Qırmızı  Korpusunun  və  ingilis  hərbi  qüvvələri  tərəfindən  müdafiə 

olunan "Sentrok aspi diktaturası"nın qoşunlarına sarsıdıc ı zə rbə endirird i. 1918 il sentyabrın 15-də Ba kı şəhəri azad  edilərə k 

müstəqil A zərbaycan dövlətinin paytaxtına çevrildi. 

Azərbaycan Höku məti Bakıya köçdükdən sonra ölkənin ə razi bütövlüyünün təmin edilməsi üçün həyata keçi- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə