[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə150/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   146   147   148   149   150   151   152   153   ...   282

267 

 

tərbiyəsi,  dislo kasiyası  və  b.  məsələlər  ona  həvalə  ed ild i.  Çar  Rusiyası  ordusu  tərkibində  yaradılmış  1-c i  Müsəl man 



k orpusunun keçmiş ko mandiri general-leytenant Məmməd bəy Sulk eviç Baş ərkani-hərb in rə isi təyin edildi. Bu  idarəet mə  

strukturunun  tərkibində  general-kvartirmeyster,  hərbi  topoqrafiya  və  hərbi  daşınmala r  idarə ləri  var  idi.  General-



k vartirmeyster  idarəsi  müharibəyə  hazırlıq  planların ın  işlənilməsi,  toplanış  məntəqələrinin seçilməsi,  onların  hər  cəhətdən 

hazırlan ması və səfərbərlik planın ın tərtib edilməsi ilə məşğul o lan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərb i - 

yəni  təşkil  edən  niza mi  bölmədən  ibarət  idi.  Hərb i  topoqrafiya  idarəsi  qoşun  hissələrini  və  qərargahları  hərbi  xəritələrlə  

təmin  ed irdi.  Bir  müddət  sonra  Baş  ərkani-hərb in  tərkib inə  keç irilmiş  hərbi  daşın mala r  idarəsi  də mir  yollarını  və  d igər 

yolları hərb i məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi. 

Baş ərkani-hərbin  rəhbərliyi altında ordunun yeni hərbi hissələrin in yaradılması və  möhkəmləndirilməsi sürətlən-

dirildi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi yaradıldı,  Ba kın ın dənizdən  müdafiəsi  işlənib hazırlandı, şima l 

sərhədinin müdafiə sistemi quruldu. 

1921

 

il  fevralın  27-də  general  Məmməd  bəy  Sulkeviç  Baş  ərkani-hərb in  rəisi  vəzifəsindən  azad  edild i.  Həmin  



vəzifənin  icrası  müvəqqəti  olaraq  general-mayor  Həbib  bəy  Səlimova  tapşırıldı.  Azə rbaycan  ordusunun  idarəetmə  

orqanlarında  aparılan  islahatlarla  əlaqədar  o laraq  1920  il  martın   1-də  Baş  ərkan i-hərb  ləğv  edildi  və  onun  funksiyaları 

Azərbaycan ordusu baş qərargahına həvalə olundu.    

 

 



 

 

 



 

 

 



1922

 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

BAġ  TOPÇU  ĠDARƏS Ġ  -  A zərbaycan  ordusunun  topçu  hiss ə  və  bölmələrin in  formalaşdırılması  və  təlim-

tərbiyəsinə,  həmç inin  at ıcı  və  topçu  ehtiyat  əmla kının  yaradılması,  qorunması  və  qoşun  hissələrinə  çatdırılması  işinə  

rəhbərlik  edən  hərbi  qurum.  Türk  hərbi  qüvvələri  A zərbaycanda  olarkən  bu  vəzifə lər  Qafqaz  İslam  Ordusunun  müvafiq  

strukturları tərəfindən həyata keçirilirdi.  Hərbi nazirlik bərpa ed ild ikdən sonra 1918  il noyabrın  15-də Azərbaycan ordusu 

ümu mi  qərargahın ın  tərkib ində  topçu şöbəsi  yaradıldı  və  general-mayor  Murad  Gəray  Tlexas  həmin  şöbənin  rəisi  təyin  

edildi.  Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac 

artırd ı. Hərbi nazirin  1918 il 31 dekabr tarixli əmri  ilə topçu şöbəsinin bazasında Baş Topçu İdarəsi yaradıldı.  Yeni quru m 

Ümu mi qərargahın tərkibindən çıxarılaraq b irbaşa hərbi nazirə tabe edildi. Baş Topçu İdarəsinin rəisi Əlahiddə A zərbaycan 

korpusunun tərkibinə da xil olmayan bütün topçu hissələrinin, müəssisələrin in rə isi idi. Korpusun topçu hiss ələri üçün isə o, 

müfəttiş funksiyasını yerinə yetirird i. İdarə rəisi həmin  hissələrdə təlim-tərb iyə işlərin i nəzarət altında saxlamaqla, vaxtaşırı 

hərbi nazirə  bu barədə məlu mat verməli idi. 

Baş Topçu İdarəsi iki bölmədən  ibarət  idi:  1-ci bölmə texn iki, 2-ci bölmə isə  müfəttiş bölməsi.  Bölmələrə rəisin  

texn iki  və  mü fəttiş  bölmə ləri  ü zrə   müavinlə ri  rəhbərlik  edird ilə r.  Te xn iki  bölmə  A zərbaycan  ordusunun  bütün  niza mi 

hissələrini topçu texn ikası, sursat və ləvazimat la təchiz 




268 

 

edir, topçu əmlakının  mühafizəsini həyata keçirirdi. Müfəttiş bölməsi 



isə  topçu  hissə  və  bölmə lərinin  döyüş  hazırlığına  cavabdeh  idi.  Baş 

Topçu  İdarəsinin  tabeliyində  iki  topçu  anbarı  vardı.  Mərkəzi  anbar 

Lə ki stansiyasında, digəri isə Kürdə mirdə yerləşird i. 

1919  il  dekabrın  1-dən  general-mayor  Murad  Gəray  Tlexas  



Bakı  istehkamçılar  hissəsinin  rəisi  vəzifəsini  icra  etdiyindən,  onun 

yerinə  1-ci  topçu  briqadasının  ko mandiri  general-mayor  Məhə mməd  

Mirzə  Qacar  təyin  olundu.  1920  ilin  mart ında  ordunun  təchizat  və 

təminat strukturlarında Azə rbaycan ordusunun təchizat rə isinin idarəsi 

yaradıldı.  Baş  Topçu  İdarəsi  ordunun  topçu  təchizatı  idarəsi  adı  ilə 

ordunun təchizat rəisinin tabeliyinə verildi. General-mayor Məhə mməd  

Mirzə  Qacar  A zərbaycan  ordusunun  təchizat  rəisi  təyin  edildiy indən 

polkovnik Əlibəyov topçu təchizatı idarəsinin rəisi təyin o lundu. 



Əd.: 

Azərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Süleymanov  M ., 

Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

BATUM  KONFRANSI  -  Osmanlı  Türkiyəsi  və  Za-

qafqaziya  seymi  nümayəndələrinin  iştirakı  ilə  keç irilmiş  konfrans 

(1918,  11  may-4  iyun).  45  nəfərlik  Cənubi  Qa fqaz  nü mayəndə 

heyətinə  Zaqafqaziya  hökumətin in  sədri  və  xarici  işlər  na ziri 

A.Çxen keli  başçılıq  edirdi.  Nü mayəndəliyin   həlledici  səsə  malik  6 

üzvü  arasında  M.Ə.Rəsulzadə  və  M.H.Hacınski  də  vardı.  Os manlı 

nümayəndə  heyətinə  ədliyyə  naziri  Xəlil  bəy  Menteşe  rəhbərlik  edirdi;  heyətə  Qafqaz  cəbhəsi  Osmanlı  ordu larının  Baş 

ko mandanı  Mehmet  Vehib  paşa  və  b.  da  daxil  id ilər.  A lmaniya  təmsilçisi  fon  Lossov  müşahidəçi  statusu  ilə  konfransa 

qatılmışdı. 

Cə mi bir rəs mi toplantısı keç irilən  konfransda Türkiyə nü mayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı 

imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini mü zakirəyə 

çıxardı.  Osman lı  tərəfinin   bir  sıra  yeni  tələb  və  təkliflərini  özündə  əks  etdirən  bu  sənədə  münasibətdə  Cənubi  Qafqaz 

nümayəndəliyində  fikir  ayrılıq ları  yarandı  və  mövqelərin  qütbləşməsi,  xarici  güclərə  mey llən mənin  qüvvətlənməsi  baş 

verdi. 

Azərbaycandan olan təmsilçilə r Os manlı lay ihəsini dəstəklədilər.  Çünki onlar e rmənilərin də yaşadıqları bə zi əra -



zilə rin  (A xalka laki  və  Ahısqa  qəzalarının  bütünlüklə,  Sürmə li,  Ale ksandropol,  Eç miəd zin  qəzala rın ın  isə  müəyyən 

hissələrinin)  Os manlı  dövlətinə  gü zəştə  gedilməsinin  Cənubi  Qafqa zda  Azə rbaycanın  mövqelərin i  qüvvətləndirəcəyi 

qənaətində  idilər.  Qa fqaz  türklə rinin  yaşadıqları  mü xtəlif  əra zilə rdən  Osman lı  dövləti  ilə  b irləşməyə  dair  çağırışla r, 

azərbaycanlılara  qarşı e rmənilərin törətdiy i soyqırımla rı, Bak ı Xalq Komissarları Soveti qoşunlarının  Gəncəyə yürüşünün 

qarşısının  alın ması  zərurəti,  nəhayət,  Türkiyəyə  meylli  siyasət  də  Xəlil  bəyin  mövqeyinin  dəstəklənməsində  az  ro l 

oynamadı. 

Bu dövrdə Almaniya-Osmanlı  münasibətlərində ö zünü göstərən gərginliyə ü mid bağlayan ermənilər və gürcülər 

Almaniya nü mayəndəliyin in konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş dip lo matik gedişlərə əl atdılar. Bu, Cənubi 

Qafqaz nü mayəndəliyinin  Xəlil bəyin  layihəsi  müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi 

Qafqazın  müqaviləni yalnız Türkiyə ilə deyil,  Dördlər  İttifaqın ın (Mərkəzin) digər dövlətləri  ilə də bağlaması təklifi və s. 

Almaniyanın  maraqları  baxımından  cəlbedici  idi.  Çünki  bu  halda,  birincis i,  Ənvər  paşanın  Şərq  siyasəti  hər  vasitə  ilə 

əngəllənər,  ikincisi,  Şimali  Qafqazı  Almaniyaya  tabe  etmək  imkanı  yaranar,  üçüncüsü,  Gürcüstanda  Almaniyanın  təsiri 

qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi. 

Bir  sıra  ciddi  səbəb  və  amillər  Batum  konfransında,  daha  sonra  isə  Zaqafqaziya  seymində  siyasi  qarşıdurman ı 

sürətləndirdi:  Cənubi  Qafqaz  nümayəndəliyinin  təklifləri  Osman lı  sülh  heyəti  tərəfindən  rədd  edildi;  Osman lı  hərb i 

hissələri  Ermən istanın içərilə rinə doğru irə liləd i; Xə lil bəy alman vasitəçiliy indən imtina etdi və Almaniya nümayəndəliy i 

(fon  Lossov)  Batu mdan  çıxd ı;  müs əlman   fraksiyası  Zaqafqaziya  höku mətinin  bolşeviklərin  Bakıdan  çıxarılması  üçün 

tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərə fi mayın 26-da konfransa me mo randum 

(ultimatum) təqdim etdi. 

Bütün  bunlar  Qafqazın  ictimai-siyasi  həyatında  keyfiyyətcə  yeni  mərhələyə  keçidin  yaxınlaşdığın ı  göstərirdi. 

Vəziyyətdən  çıxış  yolları  arayan  tərəflər  vahid  dövlət  şəklində  birləşmə k  imkanlarının   tükən məsində  həmrəy  idilə r.  Bu  

şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı.  Gü rcülər, artıq, almanların  

himayəsində ayrıca gürcü dövləti yarat maq qənaətinə gəlmişdilər. 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə