[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə151/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   147   148   149   150   151   152   153   154   ...   282

269 

 

Dövlətçiliyə  və  xarici  ölkələrin   himayəsinə  fərqli  baxışların  gerçekləş məsi  Zaqafqaziya  seymi  və  höku mətinin  



dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaran ması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq  

qalması  təhlükəsini  yaratdı.  Lakin  müsəlman  fraksiyasının  Batum  danışıqların ın  davam  etdirilməsinə  dair  qərarın  

(27.5.1918) digər tərə flə rin dəstəklə məsi konfransı uğursuzluqdan xilas etdi.  

 

 



 

 

 



Yeni yaran mış Cənubi Qafqaz cü mhuriyyətləri  Batum danışıq larının davam etdirilməsi  ilə razılaşdılar.  Danışıqlar 

1918  il  iyunun 4-də  Os manlı dövləti  ilə   Cənubi  Qafqa z  respublika ları a rasında ayrı-ayrılıqda  müqavilə lər bağlan ması ilə  

yekunlaşdı. Batum müqavilələri ilə Osman lı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828 il sərhədlərin i 

bərpa etdi 

 

 

 



 

 

 



 

 

 



 

 

Konfransın  Azərbaycan  Xalq  Cü mhuriyyətii  üçün  mühü m  nəticəsi  oldu.  Osman lı  dövləti  ilə  A zərbaycan  Xalq  



Cü mhuriyyəti  arasında  Batu mda  ikitərəfli  müqavilə  bağlandı.  Batum  müqaviləsi  Azərbaycan  Xalq   Cümhuriyyətinin 

müdafiəsi üçün etibarlı hərb i-siyasi dəstək oldu. 



Əd.:

 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 



illər), B., 1993; Qasımov M ., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 

h.2, B., 2001; Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr),3 hissədə, h.l, B., 2003. Şahin E., Trabzon ve Batum Konfransları ve 

Anlaşmaları (1917-1918), Ankara, 2002. 

BATUM   MÜQAVĠLƏLƏ RĠ   (1918)  Osmanlı  imperatorluğu  ilə  Cənubi  Qafqaz  Respublikaları  arasında 

müqavilələr.  1918  il  martın  14-dən  aprelin  14-dək  keçirilən  Trabzon  və  mayın  11-dən  iyunun  4-dək  keçirilmiş  Batu m 

konfranslarında aparılan danışıq lar nəticəsində iyunun 4-də imzalan mışdır. 

O s  m a n  l  ı  d ö v l ə t i   i  l ə   A z ə r b a y c a n X a  l q   C ü  m h u r  i y y ə t  i  a  r a s ı n d a   m ü q a v i  l ə . 

Müqaviləni Os manlı höku məti tərəfindən ədliyyə naziri və Dövlət  Şurasının sədri  Xəlil paşa Menteşe, Qafqaz cəbhəsinin 

ko mandanı  Mehmet  Vehib  paşa,  Azərbaycan  Xalq  Cümhuriyyətii  tərəfindən  isə  Milli  Şuran ın  sədri  Məhəmməd  Əmin  

Rəsulzadə  və  xarici  işlə r  naziri  Mə mməd  Həsən  Hacınski  imza la mışdıla r.  Batu m  müqaviləsi  Azə rbaycan  Xalq  

Cü mhuriyyətinin   xarici  dövlətlərlə  imzaladığ ı  ilk  müqavilə  id i  və  Azərbaycan-Türkiyə  münasibətlərin in  hüquqi  əsasını 

təşkil edirdi.  On bir  maddədən ibarət müqavilənin giriş hissəsində göstərilirdi: "Bir tərə fdən Osmanlı  imperator höku mət i, 

digər tərəfdən isə öz  müstəqilliyin i yenicə e lan etmiş Cü mhuriyyəti Hö ku məti ö z ö lkə ləri a rasında siyasi, hüquqi, iqtisadi 

və intelle ktual zə mində mehriban dostluq münasibətləri bərqərar et məklə, qarşıklıqlı surətdə razılığa gə lirlə r". 

Müqavilənin  birinci  maddəsində  Osmanlı  İmperiyası  ilə  A zərbaycan  Xalq  Cü mhuriyyəti  arasında  sülh  və 

dostluqdan  bəhs  edilir.  İkinci  maddə  isə  Osmanlı  İmperiyası  ilə  üç  Cənubi  Qa fqaz  respublikası  a rasında  s ərhəd  xəttinin  

müəyyən  edilməsinə  aid  id i.  İkinci  maddəyə  əsasən,  Azərbaycan  Türkiyə  ilə  geniş  sərhədləri  olan  dövlət  idi.  Üçüncü 

maddə  yenə  də  sərhədlərə  a id  o lub,  Cənubi  Qafqaz  respublikala rı  arasında  sərhədləri  müəyyən  edən  protokolların  

imzalan masını nəzərdə tuturdu. 

Müqavilənin  dördüncü  maddəsi  Azərbaycan  üçün  daha  önəmli  id i.  Os manlı  höku məti  sülh  və  əmin -amanlığı, 

ölkənin  təhlükəsizliy ini  təmin  etmək  üçün,  ehtiyac  yaranarsa,  Azərbaycan  Respublikasına  hərbi  yardım  göstərməyi  ö z 

üzərinə  götürürdü.  Müqaviləyə  əsasən,  Azərbaycan  Höku məti  onun  sərhədboyu  ərazilərində  yaradılmış  silah lı  quldur 

dəstələrin i  (dinc  türk-müsəlman  əhaliyə  qarşı  soyqırımı  həyata  keçirən  silahlı  daşnak  dəstələri  nəzərdə  tutulur  -  red.)  

tərksilah et mə k və qov maq barədə öhdəlik qəbul edird i. 

Müqavilənin digər maddələrində dəmir yol yüklərinin  daşınmasında tərəflərin  öhdəliklərindən, konsulluq konven-

siyası, ticarət müqaviləsi və s. aktların hazırlan masından, sərbəst gediş-gəlişdən, poçt-teleqraf əlaqələrindən, Brest-Litovsk 

müqaviləsinin tərəflər arasında qüvvədə olmasından danışılırdı. Sonuncu maddədə müqavilənin bir ay ərzində ratifikasiya 

olunması  və  təsdiq  edilmiş  mətnlərin  İstanbulda  mübadiləsi  nəzərdə  tutulurdu.  Müqavilə  bağlandığı  zaman  A zərbaycan 

Xalq  Cü mhuriyyəti Höku məti hələ Tiflisdən Gəncəyə köçməmişdi.  Özünü Sovet Rusiyasının yerli höku məti elan edən və 

S.Şau myanın başçılıq etdiyi  Bakı  Xalq Ko missarları Sovetinin daşnak-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı. 

Azərbaycan  xa lqına qarşı soyqırımı həyata keç irilirdi.  Hərbi və ziyyətin A zərbaycan Xa lq  Cü mhuriyyəti üçün son dərəcə 

ağır o lduğu belə məqamda A zərbaycan nü mayəndələri Məhəmməd Əmin Rəsulzadə və Məmməd  Həsən Hacınski Os manlı 

dövləti ilə Azərbaycan Xalq  Cü mhuriyyəti arasında Batum  müqaviləsinin dördüncü maddəsinə əsasən, Azərbaycana hərbi 

yardım  göstərilməsi  barədə  Os manlı  dövlətinə  mü raciət  etdilər.  Müraciət  qəbul  o lundu  və  Azərbaycan  Xalq  Cü mhu-

riyyətinə yardım göstərildi. 

Batu m  konfransının  yekunu  kimi  Osman lı  dövləti  Gürcüstanla  və  Azərbaycan  nümayəndələrin in  yard ımı  ilə 

Ermənistanla da "sülh və dostluq müqavilə ləri" imza layıb onla rın müstəqilliyin i tanıyırdı. 

1918 il iyunun 4 - d ə  O s m a n l ı d ö v l ə t i i l ə  G ü r c ü s t a n   a r a s ı n d a  b a ğ l a n  m ı ş  m ü q a  v i l ə 13 

maddədən ibarət o lmuşdur. Müqaviləni  Gü rcüstan Respublikası tərəfindən baş nazir və da xili  işlər naziri N.Ra mişvili və  

C.Odişelidze,  G.Gvazava,  G.Ritkiladze  imzalamışdılar.  Müqavilənin  ikinci  maddəsi  sərhəd  xəttin in  müəyyən  edilməsinə 

aid  idi.  Müqaviləyə  əsasən,  Qars,  Ərdəhan  və  Batu mun,  həmçinin  A xalsıx  və  A xalkalakinin  Türkiyəyə  keçdiyi  təsdiq 

edilird i.  Lakin  Türkiyə  may ın  11-də  elan  etdiyi  tələbləri  yumşaldaraq  Abastuman  və  Askurun  Gürcüstanda  qalmasına 

razılıq verdi. Müqavilənin altıncı maddəsinə əsasən, Gürcüstan Respublikası ərazisində məskun olan müsəlmanlar dini ayin  

və adətlərinə riayət edəcəkdilər.  Bu  müsəlmanlar da digər  Gürcüstan vətəndaşları  kimi bərabər  mü lki və siyasi hüquqlara 

malik olmalı və milli dil və din ləri ü zrə təhsil ala bilərdilər. 

 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə