[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə152/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   148   149   150   151   152   153   154   155   ...   282

270 

 

O s m a n  l ı  d ö v l ə t  i  i  l ə   E  r  m ə n is t a n  a r a s ı n d a  b a ğ l a n m ı ş   m ü q a v i l ə n i  Ermənistan 



tərəfindən  O.RKaça znuni,  A.Xat isyan  və  M.Papacanov  imzala mış dılar.  14  maddədən  ibarət   müqaviləyə   əsasən, 

Ermənistan  Brest-Litovsk  müqaviləsinin  şərtlərin i  qəbul  etdi.  Eç miəd zin  və  A leksandropol  (Gü mrü)  Türkiyəyə  keçir, 

Türkiyə  Aleksandropol-Culfa  dəmir  yolundan  istifadə  etmək  hüququ  alırdı.  Ermənistanın  sərhədi  İrəvan  yaxın lığından 

keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı. 

Batu m  müqaviləsinə  görə,  Ermənistan  Respublikasının  ərazisi  10  min   kv.  km  müəyyən  edilirdi.  Gürcüstan  və 

Ermənistan  hökumət ləri  ö z  əra zilərində  yaşayan  müsəlman  əhalisinin  təhlü kəsizliyin i,  a zad  inkişafın ı  tə min  et mə k,  ana  

dilində təhsil almaq, din i ayin lərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər. 

1918 il 4 iyun tarixli müqavilələ rə ə lavə sazişlər də imzalan mışdı (ba x Batum müqavilələrinə əlavə sazişlər). 

Batu m  müqavilələri və ona əlavə sazişlər  Cənubi  Qafqaz respublikalarının Os manlı höku məti tərəfindən tanınması 

demə k idi. 



Əd.:

 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998;  



Azərbaycan tarixi, 7 cilddə,  c.5, B.,2001; Həsənov C, Azərbaycan beynəlxalq  münasibətlər sistemində (1918-1920-ci  illər), B., 1993; 

Nəsibzadə N, Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; M usayev İ., Azərbaycanın xarici siyasəti (XX  əsr), 3 hissədə, h.l, B., 

2003. 

BATUM  MÜQAVĠLƏLƏRĠNƏ ƏLAVƏ SAZĠġLƏR  -  Batu m  müqavilələrin in (1918,  4  iyun) konkret detalları 

üzrə  razılaşdırılmış  sazişlər.  Bakı-Batu m  neft  kəmərinə  aid  saziş.  Osmanlı  imperiyası  ilə  Azərbaycan  və  Gürcüstan  ara-

sında,  dəmir  yollarına  aid  ikinci  saziş  isə  dörd  dövlət  -  Cənubi  Qafqaz  respublikaları  ilə  Os manlı  imperiyası  arasında 

imzalan mışdı. 

Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cü mhuriyyəti arasında "Sülh və dostluq" müqaviləsinə əlavə olaraq, 1918 

il  iyunun  14-də  Batu mda  daha  iki  saziş  imzalandı.  Birinci  sazişdə  4  iyun  müqaviləsinin  Alman iyaya  və  Avstriya-

Macarıstana da aid olduğu bildirilir, Türkiyə öz  müttəfiqləri tərəfindən Azərbaycanın  müstəqilliy inin  tanınacağı haqqında 

üzərinə  təəhhüdlər  götürürdü.  İkinci  sazişə  görə,  Dördlər  İttifaqı  ilə  müharibə  edən  ölkələrin  hərbi  və  mü lki  məmurları 

təcili olaraq respublika əra zisindən çıxa rılmalı və bu ölkə lərin zabit ləri hərbi  xid mətə qəbul edilmə mə li  idi.  Osman lı hərb i 

ko mendantlığı A zərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı. 

Gəncədə 1918  il  iyulun 14-də  Osman lı dövləti hərbi də mir yolla rı və limanları baş idarəsinin rəisi  İsmayıl  Hakkı 

paşa və Azərbaycanın ticarət və sənaye naziri Ağa Aşurov 5  maddədən ibarət müqavilə  imzalamışdılar. Müqaviləyə görə, 

Azərbaycan  Höku mət i  Osman lı  imperatorluğu  hökuməti  qarşısında  dəmir  yollarını  və  dəniz  gə miç iliyini  neft  və  neft  

məhsulla rı ilə tə min və  təchiz ed ilməsini öhdəsinə götürürdü; birinci maddə Ba kı və  neft rayonu Azərbaycan Höku mət inin  

tabeliyinə  keçdiy i  andan  qüvvəyə  minirdi;  neft  və  neft  məhsullarının  qiy məti  və  te xn iki  şərtlər  Batum  müqavilələrinə 

(1918)  uyğun  olaraq  yaradılmış  qarışıq  ko missiya  tərəfindən  hazırlan malı  idi;  Osman lı  höku mət inə  verilən  yanacağın 

əvəzində qısa müddətdə Azərbaycan Höku mətinin hesabına kred it olaraq, 500 min türk lirəsi verilməli id i və s. 

Hə min  tarixdə   İs mayıl  Hakkı  paşa,  Azə rbaycanın  yolla r  na ziri  X.Mə lik-Aslanov  və  xa ric i  işlə r  na ziri 

M.H.Hacınski  7  maddədən  ibarət  digər  bir  müqavilə  də  imzalamışdılar.  Müqaviləyə  görə,  A zərbaycan  yolları  5  il 

müddətinə  Osman lı  dövlətinin  istifadəsinə  verilirdi.  Azərbaycan  Höku məti  respublikanın  bütün  yolların ın  daşınar  və 

daşınmaz  əmlakını  və  bütün  materialların ı  Os manlı  hərbi  dəmir  yolları  baş  idarəsinə  verirdi.  Dəmir  yolları  Osmanlı  baş 

idarəsi tərə findən yaradılan müəssisələr və qu lluqçular tərəfindən onun vəsaiti ilə  idarə  olun ma lı idi. Də mir yollarının ilkin  

gəlirinin  75%-i  A zərbaycan  Hökumətinə  verilmə li  id i;  hərəkət  heyətinin  və  digər  materia lla rın  təhvil-təslimi  qarışıq  

ko missiya  tərəfindən  tədricən  həyata  keç irilirdi.  Türk  qulluqçuları  Gəncəyə  gələn  kimi  A zərbaycan  Höku mət i  müvafiq  

ko missiya yaratmalı və təhvil-təslim aparmalı idi. Müqavilələr imzalandığı andan qüvvəyə min irdi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998; 

Qasımov M.C., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, h.2 (1917-ci  il 

noyabr-1918-ci il noyabr), B., 2001; M usayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), 3 hissədə, h.l. B., 2003. 



 

BATUM  VĠLAYƏTĠ  (Acarıstan) -  Cənubi Qafqazda tarixi vilayət. 16 əsrdən Osmanlı dövlətin in tərkibinə daxil 

idi. 1877-78  illə r  Rusiya-Türkiyə  müharibəsi nəticəsində Qars və Ərdəhanla birlikdə  Rusiya imperiyasına ilhaq edilmişdi. 

Batu m v ilayəti Artvin və  Batu m dairə lərindən ibarət  id i.  Qafqa z təqvimin in (1917)  mə lu mat ına görə, ə ra zisi 6129,41 k v. 

verst,  əhalisi  122811  nəfər  idi  (95292  nəfəri  yerlilər,  27519-u  müvəqqəti  yaşayanlar).  Əha lin in  böyük  çoxluğunu 

müsəlman lar təşkil ed irdi.  Vilayət əhalisin in 16,3%-i  (20020 nəfər) Batu m şəhərində yaşayırdı.  Batu m  Qafqaz cəbhəsinin 

arxa  h issəsini  təşkil  etdiyindən,  burada  hərbi  hissələr  yerləşdirilmişdi.  Fevral  inq ilab ından  (1917)  sonra  Batu mda  ş əhər 

icra iyyə  ko mitəsi  yaradılmış,  13  (26)  mayda  OZAKOM -a  tabe  olan  vilayət  icra iyyə  ko mitəsi  seçilmişdi.  Onunla  yanaşı 

fəhlə  və  əsgər  deputatları  soveti  də  fəaliyyət  göstərirdi.  Oktyabr  çevrilişindən  (1917)  sonra  Batu m  vilayətində  siyasi 

vəziyyət  kəskin ləşdi.  Eser-menşeviklə r  və  daşnaklar  2  (15)  noyabrda  ictima i  təhlükəsizlik  inqilab i  ko mitəsi  yaratdıla r. 

Ko mitə  dekabrın  ortala rında  Qa fqaz  cəbhəsindən  qayıdan  rus  əsgərlərinin  tərksilah  olunması  haqqında  qərar  qəbul  etdi. 

1918  il  Brest sülhünə görə,  Batum vilayəti,  Ərdəhan və  Qars Tü rkiyəyə  keçməli  idi. Zaqafqaziya  ko missarlığ ı və seymi 

Türkiyə  ilə  danışıqlara  başlamağı  qərara  aldı.  Danışıqlar  martra  14-də  Trab zonda  başlandı  (bax  Trabzon  konfransı). 

Zaqafqaziya seyminin nü mayəndə heyəti Brest-Litovsk müqaviləsini tanıyıb-tanımamaq haqqında vahid fikrə gələ bilməd i.  

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə