[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə155/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   151   152   153   154   155   156   157   158   ...   282

273 

 

Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ  keçirmək  məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri  kimi Əli  Bayramov 1920 



il  martın 20-də həbs olunmuş, əldə əsaslı dəlil-sübut olmad ığından  martın  22-də azad edilmiş,  martın  23-ə  keçən gecə isə 

qətlə  yetirilmişdir.  Onun  cəsədi  aprelin  3-də  tapılmış,  aprelin  5-də  tanın mış  və  aprelin  7-də  dəfn  olun muşdur.  Əli 

Bayramovun şəxsi ədavət zəminində qoçular tərəfindən qətlə yetirilməsi tarixçəsi də məlu mdur.  Bununla belə, hakimiyyət 

çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətin i  ittiham etmiş, A zərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayra movun öldürülməsi ilə ə laqədar məsuliyyətə cəlb edilənlər Azə rbaycan SSR 

Ali  İnqilabi  Tribunalının   28  may  1920  il  tarixli  hökmü   ilə  müqəssir  sayılmış  və  onların  15  nəfəri  güllə lən məklə  ö lü m 

cəzasına,  digərləri  isə  uzun müddətli  həbs  cəzasına  məh ku m  o lunmuşdular.  Hökm  A zərbaycan  İnqilab  Ko mitəsinin  sədr 

müavini  Mirzə  Davud  Hüseynov  tərəfindən  elə  həmin  gün  təsdiq  edilmiş,  may ın  29-a  keçən   gecə  saat  2.30-da  yerinə 

yetirilmişdir.  Lakin  Əli  Bayramovun  qatilinin   kim  o lması  konkret  müəyyənləşdirilməmiş,  hökm  mü xtəlif  fərziyyələr 

əsasında  çıxarılmışdır.  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parlamentin in  1920  il  1  aprel  tarixli  iclasında  Əli  Bayramovun 

öldürülməsi  ilə  əlaqədar  daxili  işlər  nazirin in  müavin i  Şəfi  bəy  Rüstəmbəyli  məlu mat  verərək,  onun  öldürülməsində 

Höku məti  günahkar  b ilən lərə  etiraz  etmişdir.  Məhəmməd  Əmin  Rəsulzadə  Əli  Bayramovun  qətlindən  Hö ku mətə  qarşı 

böhtan məqsədilə istifadə olunduğunu bildirmişdir. 

 

Əd:

Борьба за победу Советской власти в Азербайджане.1918-1920. Документы и материалы, Б., 1967; Azərbaycan tarixi, 3 

cilddə, c.3., B., 1973; Azərbaycan tarixi, 7 cilddə, C.5., B., 2001; Əli Bayramovu kim öldürüb?, " Yeni fikir", 1990, №5, 7,11. 

 

"B EDNOTA"  - gündəlik leqa l bolşevik qəzet i. 1919 il sentyabrın 14-dən oktyabrın  26-sı da xil o lmaqla   Bakıda  

rus dilində çıxmışd ır.  Cə mi  30 nö mrəsi bura xılmışdır. Məsul redaktoru  Əliheydər Qa rayev olmuşdur.  Qəzetdə  Ba kı  fəh-

lələ rin in  həyatından,  həmkarla r  ittifaq ları,  fəhlə   konfransı,  d igər  fəhlə   təşkilat larının  fəaliyyətindən,  fəhlə lərin  kolle ktiv  

müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar,  Rusiya Ko mmunist (bolşeviklər) Partiyası Mərkəzi Ko mitəsinin, 

Ko mmunist  İnternasionalının  bir  sıra  rəsmi  sənədləri  dərc  olun muşdur.  Azərbaycanda  sovet  hakimiyyətin in  qələbəsi 

uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın  müstəqilliyi əleyhinə yönəldilmiş  məqalələrlə çıxış etmiş, buna 

görə də Cü mhuriyyət Hö ku məti tərəfindən bağlanmışdır. 

B EHB UD  XAN CAVANġĠR  (1886-1921) - Azə rbaycan Xalq  Cü mhuriyyətinin dövlət və  ictima i  xadimi (ba x 



Cavanşir Behbud xan). 

B EHB UDOV  Lütfəli bəy Rəhim ağa oğ lu (1879, Şuşa qəzasının  Üçoğlan  kəndi - 1918, Şuşa) - Azə rbaycan milli 

azadlıq  hərəkatının  fəal  iştirakçılarından  biri.  Zaqafqaziya  seymi  Müs əlman  fraksiyasının  üzvü  olmuşdur.  Bakı  realn ı 

mə ktəbini  bit ird ikdən  (1903)  sonra  Peterburq  Te xno loji  İnstitutuna  daxil  olmuş,  1899  ild ə   kütləv i  tə ləbə  iğtişaşlarında 

iştirakına görə institutdan çıxarılmış, lakin  sonra bərpa edilmişdir. 1903 ildə həmin institutu mühəndis-mexanik ixtisası üzrə 

bitirə rək,  Bakıya  qayıt mışdır.  1904  ildən  Xə zər  t icarət  donanması  gə mi  me xanikləri  kursunda  nəzəri  me xanikadan  dərs 

demiş, 1908 ildə Kür-Xəzər gəmiçilik cəmiyyətinin rəhbəri olmuşdur. 

Lütfəli bəy Behbudov "Difai" partiyasının, Zaqafqaziya seyminin ("Müsavat" və demokratik b itərəflər qrupundan 

seçilmişdir) ü zvü  kimi  ictimai-siyasi  fəaliyyət göstərmiş, "Nicat"  xeyriyyə cəmiyyətinin  işində iştirak etmişdir. 1918  ildə 

Şuşada türk-müsəlman əhaliyə qarşı soyqırımı törədən erməni-daşnak quldurları tərəfindən qətlə yetirilmişdir. 

B EHB UDOV  Məc id  Behbudalı  oğlu   (18.4.1870,  Şuşa  -  6.9.1945,  Qa za x)  -  A zərbaycan  xanəndəsi.  Məşhur 

müğənni  Rəşid  Behbudovun  atasıdır.  Uşaqlıq  illərindən  şerə,  nusiqiyə  həvəs  göstərmış,  xanəndə  olmaq  arzusu  ilə 

yaşamışdır.  1904  ldə  xanəndəliyə  başlamış,  gözəl  səsi  və  sənəti  ilə  tez  bir  zamanda  əvvəlcə 

Qarabağda,  sonra  bütün  Azərbaycanda,  daha  sonra  Cənubi  Qa fqazda   məşhurlaşmış,  nəhayət, 

Tiflisə köç müşdür. Məcid Behbudov uzun müddət xanəndə dəstələri ilə birlikdə konsertlərdə, toy 

məc lislərində,  el  şənliklərində  çıxış  etmiş,  opera  tamaşalarında  bir  a ktyor  kimi  məharət  

göstərmişdır.    İstedadlı  nüğənni  1914  ildə  tarzən  Məşədi  Cəmilin  müşayiəti  ilə  məharətlə  ifa 

etdiyi  "Mirzə  Hüseyn  segahı",  "Şüştər",  'Çahargah"  muğamlarını,  b ir  ço x  təsnif  və  xa lq  

mahnılarını Riqa şəhərində "Qrammofon" şirkətində vala yazd ırmışdır. 

Məcid  Behbudov  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  xanəndə  və 

çalğıçıların  musiq ili  səhnəciklərində,  konsert  salonlarında  xeyriyyə  konsertləri  vermiş,  Üzeyir 

Hacıbəylinin   opera  və  operettalarında  çıxış  etmişdir.O,  Qafqazın   bir  ço x  şəhər  və  kəndin i 

dolaşmış,  Azərbaycan  milli  musiqisinin  gözəl  təbliğatçısı  kimi  fəaliyyət  göstərmiş,  Təbriz, 

İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. 



B EHB UDOV  Səlim  bəy  (?-? )-  Azə rbaycan  Xalq   Cü mhuriyyətinin  Türkiyəyə  göndərdiyi  (1918,  iyul)  ma liyyə  

missiyasının  üzvü.  Pul  nişanlarının  çatış mazlığ ı  səbəbindən  İstanbulda  Azərbaycan  Hökuməti  bonların ı  sifariş  etmək  və 

Osmanlı dövlətindən borc pul almaq  məqsədilə  Əsəd bəy Rüstəmbəyovla birlikdə İstanbula ezam edilmişdir. On lar  Tələt 

paşa  və  Ənvər  paşanın  simasında  Osman lı  dövləti  ilə  danışıqlar  aparmışlar.  1918  il  sentyabrın  16-da  Azərbaycan  Xalq  

Cü mhuriyyəti Xarici İşlər Nazirliyin in səlahiyyətli nü mayəndəsi kimi Os manlı höku mətinin  Hicaz və hərb i dəmir yolları 

və limanları  Baş idarəsinin  rəisi Fe riq İs mayıl Ha kkı paşa ilə ticarət  müqaviləsi və saziş imza la mışdır. Müqavilələ ri Sə lim 

bəy,  Əsəd  Rüstəmbəyov  və  Məhəmməd  Əmin  Rəsulzadə  imza la mışlar.  Behbudov  daha  sonra  Əlimərdan  bəy 

Topçubaşovun İstanbuldakı mis- 

 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə