[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə157/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   153   154   155   156   157   158   159   160   ...   282

276 

 

Əd.: 

Qasımova E., Bədri Seyidzadə, "Bakı" qəzeti, 1978, 14 mart.

 

 



"BƏSĠRƏT"  -  Bakıda Azərbaycan dilində nəşr edilmiş, həftəlik və bayram günlərində dərc olunmuş siyasi, icti-

ma i, iqtisadi və ədəbi qəzet. İlk sayı 1914 il apre lin 12-də, son sayı 1920 il mayın 15-də ç ıxmışdır. 1918 ilin  ma rt-sentyabr 

aylarında nəşr ed ilməmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə nəşri bərpa olun muş, üç nö mrəsi sovet hakimiyyəti 

dövründə  (cəmi  286  nömrə)  çıxmışd ır.  Baş  redaktoru  Hacı  İbrah im  Qasımov,  naşiri  Qu lamrza  Şərifzadə  idi.  Əsas 

müəllifləri Məhəmməd Əmin  Rəsulzadə, Nəriman  Nərimanov, Mirzəbala Məmməd zadə, Məhənıməd Hadi, Səməd Mənsur, 

Mustafa  bəy  Əlibəyov,  Məmməd  Sadıq  A xundov,  Hacı  İbrahim  Qasımov,  Xə lil  İbrahim,  Əlabbas  Müznib,  M.Muradzadə, 

H.Qasımzadə və b. olmuşlar. 

"Bəsirət‖in  mövzu dairəsi geniş idi.  Burada 20 əsrin  

10-cu  illərinin  mühü m  hadis ələ ri  əksin i  tap mış,  xüsusilə 

bolşevik-daşnakların  müsəlman -türk  əhalisinə  qarşı  1918  il 

mart  qırğını  zamanı  törətdikləri  görünməmiş  cinayət  və vəh-

şiliklər haqqında məlu matlar verilmiş, bu yazılarda Şau myan 

mart  qırğ ınlarının  " məşhur  qəhrəmanı"  adlandırılmışdır. 

1918-20  illərdə  çıxan  bu  yeganə  müstəqil,  bitərəf  qə zetin  

səhifələrində Azərbaycan Xa lq Cü mhuriyyətinin fəa liyyətinin 

təsviri  geniş  işıqlandırılırdı.  " Yen i  kabinet  və  ondan  nə 

gözləyirik?",  "Milliləş mək",  "Azərbaycan  parlamanında", 

"Hökumət  yapacaqmı?",  "Kəndlilərimizin  halı"   kimi 

məqa lələ rdə,  "Həftəbecər"  başlıqlı 

felyetonlarda  milli 

Höku mətin  fəaliyyəti  mü xtəlif  istiqamətlərdən  təhlil 

olunmuşdur. 

"Bəsirət"də Azərbaycan qəzalarında vəziyyət, Rusiya, İran, Türkiyə,  Gürcüstan və Ermənistanda baş verən siyasi 

proseslər, Bakının mədəni həyatı ilə  bağlı yazılar dərc  olun muşdur. 



 

Əd.: 

M əmmədzadə M ., Azərbaycan türk mətbuatı, B.,1922; Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920), B., 1987. 



 

BIÇ L.L. - sağ menşevik. " Yedinstvo" təşkilatının ü zvü. Fevral inqilabı ərəfəsində Bakı şəhər rəisi olmuşdur. 

Fevral  inqilabından (1917) sonra o,  Bakı şəhər duması adından vurduğu teleqramda yeni höku məti salamlayaraq      

bildirirdi  ki,  Bakıda  bu  münasibətlə  bir  günlük  təbrik  tətili  keçirilmişdir.  Bıç  1917  il  martın  5-də  Müvəqqəti  hökumətin  

Bakıda  yaratdığ ı  İctimai  Təşkilatların  İcraiyyə  Ko mitəsinin  sədri  o lmuşdur.  1917  ilin  payızında  Kuban  vilayətində 

bolşeviklərə qarşı  mübarizədə fəal  iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş,  ilk 

Kuban hökumətinin başçısı seçilmişdir. 1919 ildə Paris sülh konfransında Kuban Respublikası nü mayəndə 'heyətinin başçısı 

kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaran mış yeni dövlətlərin nü mayəndələri ilə birlikdə həm bolşevik 

hakimiyyətinə, hə m də Denikinin Rusiya imperiyasını bərpa et mə k cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır. 



BĠÇERAXOV  Lazar  Fyodoroviç  (1882-1934  ildən  sonra)  -  çar  ordusunda  kazak  qoşunları  polkovniki.  Milliy -

yətcə  osetindir.  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  İranın  şima lında  hərbi  ə məliyyat  aparan  Rusiya  qoşunları 

tərkib indəki  ka zak dəstəsinin ko mandiri o lmuşdur. Oktyabr çevrilişindən (1917) sonra ingilis ko mandanlığı  Biçe ra xovun 

tabeliyində olan  1500 nəfərlik  ka zak dəstəsindən Bakını ə lə  keçirmə k üçün istifadə et mə k qəra rına  gəldi.  Böyük  məbləğ  

müqabilində  buna  razılıq   verən  Biçeraxov  1918  il  iyunun  27-28-də  ingilis  generalı  Denstervillə  Bakıya  hücum  p lanını 

mü zakirə  etmişdi.  Plana  əsasən,  Biçeraxov  Şau myanın  başçılıq  etdiyi  Bakı  Xalq  Komissarları  Sovetinə  (BXKS) 

müraciətində  Bakını  türk  qoşunlarından  qorumaq  üçün  öz  dəstəsinin  sovet  qoşunları  tərkib inə  daxil  olun ması  təklifin i 

vermişdi.  Bolşeviklərə nifrət etməsinə və Qafqazda sovet hakimiyyətini devirmək  istəməsinə baxmayaraq,  Biçeraxov türk 

qoşunlarının  Bakıya girməsinə də mane olmağa çalışırd ı.  Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra g izli 

planları barədə Bakı Sovetinə məlu matlar da vermişdi. 



Qafqaz İsla m Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS  Biçeraxovun yardımından istifadə 

etməyə  ra zılıq verdi.  Lakin  1918 il  iyulun sonunda Qafqaz İsla m  Ordusuna qarşı h ərbi ə mə liyyatların  ü midsiz o lduğunu 

görən  Biçeraxov  cəbhə  xəttini  tərk  edərək,  öz  dəstəsi  ilə  birlikdə  Dağıstana  keçmiş,  Petrovsk-Po rt  (Mahaçqala)  şəhərini 

tutmuş, A.Denikinlə əlaqə yaratmışdı. 

Biçeraxov  Bakıdakı  Erməni Milli  Şurasının, "Daşnaksutyun" partiyasının liderləri  ilə də sıx əlaqə saxlayırdı.  Qaf-

qazda hərbi d iktatura yarat maq  istəyən Biçera xovun əsl  məqsədi  Rusiyanın 1914  il hüdudlarında bərpasına kö mə k et mə k 

idi.  Biçeraxovun 1918  ilin noyabrında müttəfiq qoşunları  ilə bir vaxtda yenidən Bakıya gəlişindən ruhlanan rus və erməni 

milli şuraları A zərbaycan Xalq Cü mhuriyyətinin  devrilməsi və Biçeraxovun başçılıq etdiy i Xəzəryanı höku mət yaradılması 

barədə  qərar  ç ıxa rdılar.  Art ıq  ingilis  ordusunun  general-mayoru  rütbəsində  Bakıya  qayıdan  Biçe ra xov  əhali  içə risinə  

aeroplandan  bəyannamələ r  səpdirmiş  və   onları  "Qafqa zın   rus  dəniz  və   quru  qüvvələrin in  baş  ko mandanı"  kimi 

imzalamışdı. 



277 

 

Böyük  Britaniya höku mətin in  Biçeraxova  münasibəti antibolşevizm siyasətilə bağlı  idi.  Bu  baxımdan  Biçeraxo -



vun  Xəzə r  hövzəsi  regionunda  sərbəst  fəaliyyəti,  xüsusən,  1919  ilin  yanvarında  onun  başçılığı  ilə  "Qa fqaz  –  Xəzə r 

Höku məti"nin  yaradılması  B.Britaniya  hökuməti  tərəfindən  cavabsız  qalmadı.  Bu  dəfə  ingilislər  Biçeraxovun  dəstəsinin 

tərksilah  o lunmasına  ça lışdılar.  Odur  ki,  Biçe ra xov  Böyük  Britaniya  kra liçası  tə rəfindən  qəbul  və  təltif  ed ilmək  adı  ilə  

Londona çağırıldı. 

Be ləliklə, Biçe ra xov 1919 ildə İngiltərəyə mühacirət et məyə məcbur o ldu. 

 

Əd.: 

Azərbaycan tarixi, 7  cildd ə, c. 5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq  münasibətlər sistemind ə (1918-1920-ci 

illər),  B.,  1993;  Юсифзаде  С.З.,  Первая Азербайджанская  Республикак:  история,  события, факты англо-  азербайджанских  отношений, 

Б.,1998. 



BĠÇERAXOV  ORDUS U  -  Birinci  dünya  müharibəsində  (1914-18)  çar  Rusiyasının  İran  ərazisində  hərbi  əmə-

liyyat  aparan  ka zak  dəstəsi.  Oktyabr  çevrilişi  ilə  ə laqədar  olaraq,  1918  ildə  bura xılmışdır.  İrandakı  ingilis  hərbi  qüv-

vələrin in  ko mandanlığ ı  polkovnik  L.Biçera xovun  başçılıq  etdiyi  1500  nəfərlik  ka za k  dəstəsindən  öz  mənafeyinə  istifadə  

etmə k qəra rına gə ldi. Biçera xov genera l Denstervillə gizli ra zılığa gələ rək, Ba kı Xa lq Ko missarları Sovetinə mü raciət edib, 

türk  qoşunlarına  qarşı  b irgə  əməliyyat  aparmağa  hazır  olduğunu  bildirdi.  Bakı  Xalq  Ko missarları  Soveti  Biçeraxovun 

qüvvəsindən  istifadə  etməyə  razılıq  verdi.  Biçera xovun  dəstəsi  1918  il  iyulun  5-də  Ələt  stansiyası  yaxınlığında  sahilə 

çıxarıldı. İyulun 7-də Bakı  müdafiə  xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxov iyulun 30-da məğlubiyyətin 

labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Po rt-Petrovsk istiqamətində şimala çəkildi. 

1918  il  noyabrın  17-də  ingilis  qoşunları  ilə  bir  vaxtda  Biçeraxovun  hərbi  dəstəsi  də  Bakıya  daxil  oldu.  Şəhərin  

xristian əhalisi onu böyük rəğbətlə qarşıladı. Bu  dəfə onun hərbi qüvvəsinin əksəriyyəti ermən ilə rdən ibarət idi. Buna görə  

də həmin azğ ınlaş mış dəstə Bakıda özünün qəddarlığı ilə fərqlənir, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də  

təhqir edirdilər.  Biçe ra xovun dəstəsi Denikinin Könüllü ordusu komandanlığına tabe idi. Odur  ki, ingilis ko mandanlığı bu 

dəstənin Bakıdan çıxarılması, hə mç inin onlara  meylli ermən i hərbi hissələrin in tərksilah edilməsi barədə Azərbaycan Xalq  

Cü mhuriyyəti  Höku mətinin  notasını  dəstəklədi.  General  Biçeraxov  təltif  o lun maq  adı  ilə  Londona  dəvət  olundu  və  onu 

əvəz  edən  general  Erdeliyə  1919  il  fevralın   28-də  öz  qoşunlarını  24  saat  ərzində  A zərbaycan  ərazisindən  çıxarmaq  

haqqında ultimatu m verildi. Bununla Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətinin tələb i yerinə yetirild i. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 

illər),  B.,  1993;  Юсифзаде  С.З.,  Первая Азербайджанская  Республикак:  история,  события, факты англо-  азербайджанских  отношений, 

Б.,1998. 



BĠNƏQƏDĠ DÖYÜġ Ü - Bakın ı azad etməyə gələn Qafqaz İslam Ordusunun şəhər ətrafındakı strateji əhəmiyyətli 

mövqeləri  ələ  keçirmək  üçün  1918  il  avqustun  26-31  -də  Binəqədi  ətrafında  keçirdiy i  hərb i  əməliyyat.  Məqsəd  ingilis  - 

"Sentrokaspi" hərbi qüvvələrinə  zərbə endirməklə  onları şəhərə doğru sıxışdırmaq,  Ba kının a zad olun ması üçün həlledic i 

hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək id i. 

Şərq cəbhəsi komandanı Mürsəl paşanın əmrinə əsasən bu döyüşü Osman bəyin rəhbərliyi altında olan şimal qru -

punun  qüvvələri  aparmalı  idi.  Döyüşdə  Beşinci  Qafqaz  firqəsinin  (diviziyasının)  10-cu  və  13-cü  piyada  alayları,  əsasən, 

Azərbaycan süvarilərindən və könüllülərindən təşkil olun muş Maştağa dəstəsi, 5-ci  Qafqa z firqəsinin ə mə liyyat tabeliyinə  

verilmiş  38-ci  p iyada  alayının  bölmələri  və  digər  bölmələr,  qarşı  tərəfdən  isə  ingilislərin  Şimali  Stafford  alayının  bir 

bölüyü,  Varvik  taborunun  bir  bölüyü,  Uorçester  alay ının  bir  bölüyü,  Biçeraxovun  dağ  döyüş  sahəsi  adlandırılan  

mövqelərdəki  nümunəvi  alayın ın  iki  bölüyü,  ingilis  qüvvələrinin  b ir  bölüyü,  "Sentrokaspi"  qüvvələrinin  4-cü  və  5-ci 

taborları, bir y ığ ma bölü k, 6 ədəd topu olan 3 top taqımı, 6 topu olan ingilis batareyası, bir ədəd zireh li avtomobil, Maştağa 

istiqamət indəki  mövqelə rdən 7 ədəd pulemyotu olan 20-c i tabor, 7-ci taborun iki bölüyü, Keşlə dəstəsinin bir bölüyü, 6-c ı 

səhra  batareyasının  4  topu,  ingilislərin  üç  pule myotu,  bir  süvari  bölüyü  v ə  iki  zirehli  avto mobili  iştira k  ed ird i. 

"Sentrokaspi" - ingilis ko mandanlığ ı bir a lay və iki tabordan ibarət ehtiyat qüvvəsi də yaratmışdı. Döyüş, əsasən, 311,  364 

nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı  364 

nömrəli təpəni ələ  keçirərək, "Sentrokaspi" —  ingilis qüvvələrini geri çəkilməyə  məcbur etdi.  311 nömrəli təpəni  isə ələ 

keçirmək  mü mkün  olmadı.  Avqustun  27-də  "Sentrokaspi"  -  ingilis  qüvvələri  364  nömrəli  təpəni  geri  qaytarmağa  cəhd 

göstərdilər:  ingilis qüvvələri hücuma  keçərək, Maştağa dəstəsinin və 13-cü alayın   mövqelərini aramsız atəşə tutdu, 10-cu  

alayın  mövqeləri  "Sentrokaspi"  təyyarələri  tərəfindən  bombard man  ed ild i,  hərbi  gəmilər  isə  Abşeron  yarımadasının  

şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrin i müdafiə etməyə çalışdılar. 

Azərbaycan süvarilə rin in və könüllü lərinin ço xluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. 

Qaimməqa m  Həsən  bəyin  rəhbərliy i  a ltında  o lan  bu  dəstə  düşmən  təyyarələrindən  bombard man   edilməsinə,  dənizdə  

dayanan  gəmilə rdən  top  atəşinə  tutulmasına  ba xmaya raq,  döyüş  mövqeyind ən  geri  çəkilmədi.  Avqustun  30-da  Nasoslu 

yaxınlığında  "Sentrokaspi"  gəmilərindən  quruya  çıxarılmış  desant  Qafqaz  İslam  Ordusu  qüvvələrinə  arxadan  zərbə 

vurmağa  cəhd  göstərdi.  Lakin  364  nömrəli  təpəni  geri  qaytara  bilmədi.  Qafqaz  İslam  Ordusu  komandanlığı  Bakı 

ətrafındakı qüvvələri yenidən qruplaşdıraraq, avqustun 31 -də 311 nö mrəli təpə üzərinə yenidən hücuma keçdi. 

"Sentrokaspi"  -  ingilis  qüvvələri  bu  təpəni,  həmç inin,  bütünlükdə  Binəqədi  yüksəkliklərini  qoruyub saxlaya  bil-

məd ilə r və itki verə rək geri çəkildilər. Qa fqaz İsla m Ordusunun hissə və bölmələ ri Binəqədi ətra fındakı mövqelə rdən əlavə, 

Digah  və  Məhə mməd i  kəndlərini  də  ə lə  keçirdilər.  Binəqədi-Digah  xətti  ü zrə  mühü m  mövqelərin  itirilməsi  oyuncaq 

"Sentrokaspi diktaturası"nın süqutunu sürətləndirdi.  

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə