[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə160/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   156   157   158   159   160   161   162   163   ...   282

280 

 

İngilislər  Süveyş  kanalın ın  təhlükəsizliy ini  təmin  et mək  məqsədilə  Fələstinə  ordu  hissələri  yeritdikdən  sonra 



Fələstin  cəbhəsi,  Şətt-ül-ə rəb  çayının  mənsəbinə  ordu  çıxa rdıqdan  sonra  is ə  Mesopotamiya  cəbhəsi  yaranmışdı.  Bu  

cəbhələrdə ingilislə rə qarşı türk orduları vuruşurdular.  

Serbiya Avstriya-Macarıstanın hücumların ın qarşısını kəs mişdi.  İngilislər Almaniya və  Avstriya-Macarıstanı də-

niz b lokadasına almış, Almaniyanın Afrika  və Okeaniyadakı müstəmləkə lərinə nə zarət edirdilər. 

Be ləliklə, Antanta ölkə ləri hərbi ə mə liyyatlarda təşəbbüsü ələ keç irmişdilər. A lmaniya  1914 ildə  Fransanı məğlub  

edə  bilmə miş  və  iki  cəbhədə  müharibə  aparmağa  məcbur  olmuşdu.  1915  ildə  A lmaniya  və  Avstriya-Macarıstan 

ko mandanlığı  Rusiyanı  məğ lub  etməyi  qərara  almışdı.  Ona  görə  də  Almaniya  Qərb  cəbhəsində  müdafiəyə  keçmiş,  əsas 

diqqətini  Şə rq  cəbhəsinə  yönəltmişdi.  Alman iyanın  hücumu   uğurlu  olsa  da,  Rusiyanı  ta m  məğlub  et mə k  mü mkün  

olmamışdı.  Bu   zaman  İtaliya da  müharibəyə qatılmışdı.  İtaliya cəbhəsi Avstriya-Macarıstan orduların ı Şərq  cəbhəsindən 

özünə  doğru  yönəltmişdi.  Alman iya  blo ku  tərəfindən  müharibəyə  qoşulan  Bolqarıstan  Avstriya-Macarıstan  orduları  ilə 

birlikdə  serb  ordusunu  darmadağın  et mişdi.  Serb  ordusunu  fəlakətdən  qurtarmaqdan  ötrü  Səlanikə   Fransa  qoşunları 

çıxarılmışdı.  Onlar  Serb iyanı  xilas  edə  bilməsələr  də,  Birinci  dünya  müharibəsində  Səlanik  cəbhəsini  yaratmışdılar. 

İngilislər osman lıları  məğlub  etmək  məqsədilə  Çanaqqalaya (Dardanel) desant çıxarmışdılar.  Lakin   Vətənin   müdafiəsinə 

qalxan türklər ingilislərin qarşısını uğurla  kəs mişdilər. Çanaqqala döyüşü türk hərb sənətinin ən parlaq səhifələrindən biri 

olmuşdur.  Bu  döyüşdə  Türkiyənin  kö məyinə  gələn  azərbaycanlılar  da  iştirak  etmişlər.  A lmaniya  hərb i  əməliyyatların  

gedişini öz  xey rinə dəyişmək  məqsədilə sualtı  müharibəyə başlamışdı.  1916  ildə Almaniya Rusiyanın fəal  müharibə apara 

bilməyəcəyin i  görüb,  ə məliyyatların  ağırlığını  Qərb  cəbhəsinə  keçirmişdi.  Lakin  Verden  ya xın lığ ında  Antanta  cəbhəsini 

yarmaq  mü mkün  olmamışdı.  Antanta  qüvvələri  So mma  çayı  rayonunda  alman  ordularına  qarşı  hücuma  keçmiş,  hərbi 

əməliyyatlarda ilk dəfə tanklardan istifadə etmişdilər. Rusiya ordusu Qərb cəbhəsində uğurlu hücuma keçmişdi. 

Qafqa z  cəbhəsində  ruslar  tərəfindən  sıxışdırılan  türklərə  qarşı  ingilislər  də  hücuma  keç mişdilə r.  La kin  türklə r 

Mesopotamiya  cəbhəsində  əkshücumla   ingilisləri  İran  kö rfə zinə  qədər  geriyə  oturtmuş,  Cənubi  A zərbaycanı  da  a zad  

etmişdilər.  Birinci dünya müharibəsində ən böyük dəniz vuruşması  Yutlandiyada olmuşdu. Döyüşdə ingilislər böyük  itki 

versələr də, A lmaniya  donanması ingilis b lokadasını yara  bilmə mişdi. 1917 ildə Antanta ölkələ ri bütün cəbhələrdə hücuma  

keçməyi  p lanlaşdırmışdı.  Lakin  Rusiyada  baş  vermiş  Fevral  inqilabı  vəziyyəti  dəyiş mişdi.  İnqilab  orduda  müharibə 

əleyhinə  əhvali-ruhiyyəni  gücləndirdiyi  üçün  Şərq  cəbhəsində  hücum  uğursuz  olmuşdu.  Böyük  insan  və  sənaye 

potensialına  malik  olan  ABŞ-ın  1917  ilin  aprelində  müharibəyə  qoşulması  qüvvələr  nisbətini  Antantanın  xeyrinə  əsaslı 

surətdə dəyişmişdi. İlin sonuna yaxın A BŞ orduları Qərb cəbhəsində mövqe döyüşünə başlamışdılar. Rusiyada hakimiyyətə 

gəlmiş  bolşeviklər  barışıq  haqqında  saziş ə  nail  olmuşdular.  Şərq  cəbhəsində  hərbi  ə məliyyatlar  dayandırılmışdı.  Qafqa z 

cəbhəsində əsas hərbi ə məliyyatlar  Ba kı neft i uğrunda aparılırd ı.  Ba kı neftinə yiyələn mə k uğrunda Almaniya,  B.Britaniya  

mübarizə  aparır,  bolşevik  Rusiyası  da  onu  əldən  vermək  istəmird i.  1917  ilin  dekabrında  Rusiya  və  Türkiyə  arasında 

Ərzincan  barışığının  imzalan ması  ilə  Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlar  dayandırılmışdı.  Lakin  Fələstin  və 

Mesopotamiya  cəbhələrində  fəa llaşaraq  türklə ri  şima la   doğru  sıxışdıran  ingilislə r  Ba kını  ələ   keçirməyə  can  at ırdıla r. 

Ordusunda ruh düşgünlüyü yaranmış Almaniya Qərb cəbhəsində müdafiəyə keç mişdi. 1918  ilin  mart ında Almaniya Brest-

Litovskda  Rusiya  ilə  sülh  müqaviləsi  imzalad ıqdan  sonra  ordularını  Qərb  cəbhəsində  cəmləşdirərə k,  hücuma  keç mişdi. 

Lakin Marna döyüşündə alman ordulan geri oturduldu. 1918  ilin  avqustunda  general  Denstervil  başda  olmaq la  Böyük 

Britaniyanın  hərb i  ekspedisiya  qüvvələri  Bakıya  yerid ild i.  Lakin  onlar  Bakının   türk-A zərbaycan  hərbi  qüv- 

vələri  və  Azərbaycan  xa lq  könüllülə rindən  ibarət  Qafqaz  İslam  Ordusu  tərəfindən  a zad  edilməsinin  qarşısını  a la  b il- 

məd ilə r.  1918  il  sentyabrın  15-də  Bakı  a zad  edild i  və  müstəqil  Azərbaycan  Cü mhuriyyətinin  paytaxt ına  çevrildi  (ba x 



Bakının azad olunması əməliyyati). 

Payızda  Antanta  qüvvələri  bütün  cəbhələrdə  geniş  hücuma  keçmişdi.  Sentyabrın  29-da  bolqarlar  Səlanikdə, 

oktyabrın  30-da  türklər  Mudrosda,  noyabrın  3-də  Avstriya-Macanstan  Padunda,  noyabrın  11  -də  Almaniya  Ko mpyendə 

barışıq  imzalamaqla  müharibəni  məğlubiyyətlə  başa  vurdular.  Mudros  barışığına  (1918)  görə  türk  orduları  Cənubi 

Azərbaycandan və Bakıdan ç ıxa rıldı. İngilis generalı To mson başda olmaqda Bakıya mütt əfiq qoşunları yerid ild i. 

Birinci  dünya  müharibəsi  Antanta ölkələrin in  qələbəsi  ilə  başa  çatdı.  Müharibə  illərində,  ilk  dəfə  olaraq,  iqtisa-

diyyatın  dövlət  tənzimlən məsinə  keçilmişdi.  Vu ruşan  dövlətlərin  ordularına  74  milyon  insan  cəlb  edilmişdi.  10  mil-

yonadək adam həlak o lmuş, 20 milyonadək yaralan mış və ə lil o lmuşdu. 10 milyonadək ada m epide miyalardan və  aclıqdan 

ölmüşdü. 

Birinci  dünya  müharibəsində  qarşılaşan  bloklardan  hər  biri  öz  məqsədini  güdürdü.  Müharibənin  başlanmasının  

həlledic i  a mili  müstəmləkə lər  və  təsir  da irə ləri  üstündə  Almaniya  və  İngiltərə  a rasındakı  barış maz  ziddiyyətlər  id i. 

Almaniyanın  müdaxilə  plan larına  Qafqazı,  ilk  növbədə  isə  Azərbaycan  neftini  ələ  keçirmək  daxil  id i.  Belə  ki,  Alma-

niyanın  hökumət  məmuru  Rudolf  Martin  hələ  müharibədən  xeyli  əvvəl,  1907  ildə  nəşr  etdirdiyi  "Berlin-Bağdad"  adlı 

kitabında almanların hakimiyyəti altında  Bakı və bütün Qafqazı əhatə edəcək "Tiflis canişinliy i" yaradılmasını  Rusiya ilə 

gələcək müharibədə Almaniyanın əsas məqsədlərindən biri hesab edirdi. 

 

 



 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə