[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə161/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   157   158   159   160   161   162   163   164   ...   282

281 

 

Bakı neft sənayesi üzərində hökmranlıq uğrunda ingilis, fransız və alman kapitalları arasında başlayan və ilk dövr-



lərdə Rusiya neft ticarətində almanların nüfuzunun güclənməsinə gətirib ç ıxaran rəqabət, nəticə etibarilə, A zərbaycanın neft 

istehsalında  əsas  mövqelərin  Almaniyanın  rəqiblərin in  əlinə  keçməsi  və  alman  kapitalın ın  sıxışdırılması  ilə  başa  çatdı. 

Cənubi Qa fqazın əvvəlcə hərbi ə məliyyatlar  meydanına, sonra isə cəbhəyanı bölgəyə çevrilməsi buranın siyasi vəziyyətinə 

və  iqtisadi  həyatına  böyük  ziyan  vurdu.  Qara  dəniz  limanla rın ın  bağlanması  və  neft  məhsulları  ixrac ının   dayandırılması 

üzündən neftin qiyməti aşağı düşdü. Mərkəzi Rusiya ilə əlaqələr pozuldu və diyarın zəruri ərzaqla təchizatı çətin ləşdi. 

Birinci dünya müharibəsi (1914-18) dövründə Türkiyə və İran  ərazilərində aparılan əməliyyatlar nəticəsində hə-

min ö lkələrdə yaşayan yüz min lərlə erməni rusların  himayəsi altında qədim A zərbaycan torpağı o lan İrəvan quberniyasına, 

həmç inin,  Gəncə  (Ye lizavetpol)  və  Ba kı  quberniyalarının  ərazisinə  köçürüldü.  Bununla,  Qərbi  Azərbaycan  torpaqlarında 

(indiki  Ermən istan  Respublikasının  əra zisi)  e rməni  dövlətinin   yaradılması  üçün  növbəti  addım  at ıld ı.  Birinc i  dünya 

müharibəsinin  gedişində  və  Rusiyada  Ro manovlar  mütləqiyyətinin  devrilməsi  nəticəsində  Cənubi  Qafqazda  müstəqil 

Azərbaycan,  Gürcüstan  və  Ermən istan  respublikaları  yaransa  da,  çox  keç mədən,  bolşevik  Rusiyası  Cənubi  Qafqa zı  işğal 

etdi. 


Birinci dünya müharibəsinin nəticələri Paris sülh konfransında (1918-20) yekunlaşdırıldı və rəsmiləşdirild i. 

 

Əd.: 

Qasımov M., Birinci dünya müharibəsi  illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə. 

h.1-2, B., 2000, 2001; yenə onun, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918-1945-ci illər), B., 2003;Бовыкин В. 

И., Из истории возникновения первой мировой войны, М., 1972;  История первой  мировой войны 1914-1918,  в  2  –х  томах  (под ред. 

И.И.Ростунова), М., 1975; Фей С., Происхождение мировой войны, т. 1- 2, M., 1934. 

 

BĠRĠNCĠ  HÖKUMƏT  KABĠNƏSĠ  -  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Höku məti. A zərbaycan Milli  Şurası 

1918  il  mayın  28-də Tiflisdə Azərbaycanın  müstəqilliy i haqqında İstiqlal bəyannaməsini elan etdikdən sonra Azərbaycan 

Cü mhuriyyətinin  ilk  müvəqqəti  Höku mətin in  təşkilin i  Şuranın  üzvü  Fətəli  xan  Xoyskiyə  tapşırdı.  Xoyski  Milli  Şuranın  

həmin  iclasında Azərbaycan Xalq  Cü mhuriyyətinin  ilk  müvəqqəti  Höku mət  kabinəsinin ü zvlərini elan etdi.  1-c i  Höku mət  

kabinəsində Fətəli  xan Xoyski Na zirlər Şurasın ın sədri və da xili  işlər naziri və zifə lərini,  Xosrov Paşa bəy Sultanov hərbi 

nazir,  Mə mməd  Həsən  Hacınsk i  xarici  işlər  na ziri,  Nəsib  bəy  Yusifbəyli  xa lq  maarifi  və  ma liyyə  naziri,  Xəlil  bəy 



Xasməmmədov ədliyyə naziri, Mə mməd  Yusif Cəfərov ticarət və sənaye naziri,  Əkbər ağa Şeyxülislamov əkinçilik və əmə k 

naziri,  Xudadat  bəy  Məlik -Aslanov  yollar  və  poçt-teleqraf  naziri,  Ca mo  bəy  Hacınski  dövlət  nəzarəti  naziri  vəzifə lərini 

tutdular (ba x Azərbaycan Xalq Cümhuriyyəti Hök uməti). 

BĠRĠNCĠ  QAFQAZ  QIRMIZl  KORPUS U  1918  ilin  may ında  Bakı  Xalq    Komissarları    Sovetinin    rəhbərliy i 

altında yaradılmış silahlı qüvvə; hərbi birlik.  Qırmızı korpusun yaradılmasından əsas məqsəd bolşevik-daşnak qüvvələrini 

vahid  ko mandanlıq   altında  birləşdirərək  A zərbaycanın  milli  qüvvələrinə  zərbə  endirmək  və  bütün  Azərbaycanı  nəzarət 

altına almaq  id i.  Əsasını erməni-daşnak qüvvələri və silahlı bolşevik dəstələri təşkil edird i. Daşnak qüvvələrinin  Qırmızı 

orduya  birləşdirilməsi  ra zılığı  Mart  soyqırımından (1918) sonra  əldə  edilmişdi.  Bakıdakı  İnqilab i  Müdafiə  Ko mitəsi  ilə  

Erməni Milli Şurasının hə min ra zılığ ına əsasən, ma rt soyqırımında fəa l  iştirak et miş 2-ci erməni ehtiyat piyada alayı ləğv 

olunaraq, bir hiss əsi daşnak qulduru Ha ma zaspın taboruna, digər hissəsi isə Qırmızı sovet taborlarının tərkibinə da xil edild i. 

Ha ma zaspın taborları yenidən qurularaq  16-c ı və  17-ci sovet taborları  kimi  Qırmızı orduya da xil ed ild i.  Yenid ən qurulan  

Qırmızı ordu 18 min əsgər və zab iti o lan 19 atıcı tabordan ibarət idi. Bütün taborlar 4 atıcı briqadada birləşdirilərək, Birinci 

Qafqa z  Qırmızı  korpusunu təşkil ed ird i.  Korpusun rəhbər vəzifə lərinə, əsasən, ermənilər təyin  edilmişdi.  Korpus ko man-

diri  polkovnik  Qa zarov,  korpusun  qərargah  rəisi  polkovnik  Avetisov,  komissarı  isə  Qanin  idi.  1-c i  atıc ı  briqadanın 

ko missarı  A.Qu loyan,  2-c i  briqadanın  ko missarı  Ter-Sa rkisov,  3-cü  briqadanın  ko missarı  A.Mikoyan,  4-cü  briqadanın 

ko missarı  A.Qabişev,  topçu  qüvvələrinin   ko missarı  A.Ter-Sarkisyan,  süvari  qüvvələrinin  ko missarı  isə  T.Şau myan  id i. 

Bakı  Sovetinin  tabeliyində  olan  hərbi-dəniz  qüvvələrinə  rəhbərlik  də  erməni  Xaçikova  həvalə  edilmişdi.  Bakı  Xalq  

Ko missarları  Sovetin in  tabeliyində  olan  bütün  hərbi  qüvvələrin  baş  komandanı  hərbi  və  dəniz  işləri  üzrə  ko missar 

Q.Korqanov  idi.  Qırmızı  korpusun  12  ədəd  səhra,  3  ədəd  dağ  və  4  ədəd  mortir  topu,  atıcı  silahlar  üçün  9  milyon  ədəd 

gülləsi  var  id i.  Korpusun  möhkəmləndirilməsi  üçün  1918  il  iyunun  əvvəllərində  Moskvadan  əlavə  hərbi  texnika  yola 

salın mışdı.  Korpusun  əsas  qüvvələri  Hacıqabul  stansiyasına  toplaşaraq,  1918  il  iyunun  10-da  Gəncəyə  doğru  yürüşə 

başlamışdı.  Bu qüvvələr yalnız Müsüslü-Qaraməryəm  xəttinə qədər irəliləyə bilmişdilər. Türk-Azərbaycan hərbi qüvvələri 

və  xa lq  könüllülərindən  ibarət  Qafqaz  İslam  Ordusu  hissələrin in  hücumu  nəticəsində  korpus tədricən  Bakıya  qədər  geri 

çəkildi.  Bakı  Sovetinin  süqutu  ilə  korpusu  təşkil  edən  qüvvələr  yenidən  formalaşdırılaraq  daşnaklardan  və  eser-

menşeviklərdən ibarət "Sentrokaspi diktaturası "na tabe edildi. Azərbaycan xalqına qarşı yeni soyqrımları təhlü kəsi yarandı. 



 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998; yenə onun, Qafqaz 

İslanı Ordusu və Azərbaycan, B., 1999. 

 

BĠRĠNCĠ  PĠYADA  DĠVĠZĠYAS I  Azərbaycan ordusunun tərkibində hərbi birləşmə.  Əsası 1917 ilin sonlarında 

qoyulmuşdu.  Diviziyanın  fo rmalaşması  onun  komandiri  general-mayor  Xəlil  bəy  Talışinskinin  rəhbərliy i  ilə  aparılırd ı. 

Birinci  diviziyanın  strukruru   Əlahiddə  A zərbaycan  korpusunun  tərkib ində  də  saxlan mışdı.  Lakin  A zərbaycan  hərbi 

hissələrinin  forma laşması  zəruri  tələb lərə  cavab  vermədiyindən  Qafqaz  İslam  Ordusu  komandanının  1918  il  13  avqust 

tarixli ə mri ilə  Əlahiddə A zərbaycan ko rpusunun və piyada diviziyalarının  qərargahları  ləğv olundu, piyada diviziya larına  

daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İsla m Ordusu komandanına tabe edildi.  

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə