[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə162/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   158   159   160   161   162   163   164   165   ...   282

282 

 

Bakın ın  azad  olun ması  uğrunda  döyüş  (1918,  15  sentyabr)  uğurla 



nəticələndikdən  sonra  piyada  diviziya larının  və  A zərbaycan  korpusu 

qərargahlarının  bərpasına başlandı.  Qafqaz  İsla m  Ordusu  komandanının  1918  il 

23  sentyabr  tarixli  ə mri  ilə  polkovnik  Cə mil  Cahid  bəy  diviziyanın  ko mandiri 

təyin edildi və 1-ci, 2-ci və  3-cü piyada alayları bu diviziyanın tərkibinə qatıld ı. 

Div iziyanın  təşkilini  sürətləndirmək  üçün  5-ci  Qafqaz  firqəsinin  9-cu  piyada 

alayı da bu diviziyanın tərkibinə daxil edildi. Alayın taborları 1-ci,  2-ci və 3-cü 

piyada  alayların ın  əsasını  təşkil  etdi.  Türk  hərbi  qüvvələri  1918  il  noyabrın 

ortalarından Azərbaycanı tərk edəndə, qərargahı Qarabağda olan Birinci piyada 

diviziyasına general-mayor İbrahim ağa Usubov komandir təyin olundu. 1919  il 

yanvarın  1-dən  isə  diviziyaya  rəhbərlik  general-mayor  Süley man  bəy 

Əfəndiyevə  tapşırıldı.  Sü ley man  bəy  Əfəndiyev  1919  il  fevralın  21-də  vəfat 

edəndən  sonra,  Cavad  bəy  Şıxlinsk i  diviziyanın  ko mandiri  təyin  edild i. 

Div iziyanın  formalaşmasında  və  möhkəmləndirilməsində  göstərdiyi  xid mətlərə 

görə Nazirlər  Şurasının  1919  il  25  iyun tarixli qərarı  ilə  Cavad bəy Şıxlinskiyə 

general-mayor  rütbəsi verildi.  Div iziyanın tərkibinə  1-ci  Cavanşir, 2-c i Zaqatala 

və  3-cü  Gəncə  piyada  alayla rı  da xil  id i  və  qərargahı  Gəncədə  yerləşird i. 

Div iziyanın   alayları,  başlıca  olaraq,  ermənilərlə  təmas  xəttində  mövqe 

tutduğundan Zəngəzur ekspedisiyasında Qarabağ əməliyyatında, şimal  müdafiə 

sisteminin yarad ılmasında iştirak etmişdilər. 

Aprel işğalından (1920) sonra xalq hərbiyyə və bəhriyyə komissarının 1920 il 16  may tarixli əmri ilə Azərbaycan 

ordusunun  1-ci  və  2-ci  p iyada  diviziyala rın ın  əsasında Azərbaycan  fəhlə-kəndli  birləş miş  qırmızı  div iziyası  yaradıldı  və  

bununla da Birinci piyada diviziyasının varlığ ına son qoyuldu. 

 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998 Nəzirli Ş., Cümhuriyyət generalları, B., 1995.

 

 

BĠRLƏġMĠġ  MÜVƏQQƏTĠ  KOMĠTƏ - "ÜMUMġƏHƏR  MƏRKƏZĠ" -  Bakıda bolşevik və menşeviklərin  

birləşmiş təşkilatı. Fev ral inqilab ının  (1917) ilk aylarında mü xtəlif siyasi cə rəyanlar, partiya lar, sosial təbəqələr Müvəqqəti 

hökumətə  etimad  göstərir  və  onu  müdafiə  edirdilər.  Bu  dövrdə  partiyalararası  münasibətlərin  getdikcə  kəskin ləşməsi  və 

qüvvələrin  parçalanması  hakimiyyət  orqanlarının  işini  pozur,  onun  fəaliyyətində  qeyrisabitlik  yaradırdı.  Həmin  mərhələdə 

sosial-de mokrat  yönlü  siyasi  qüvvələrin  birləşməsi  p rosesi  ciddi  ixtilaflar  doğurmad ı.  1917  il  ma rtın  10-da  bolşevik  və  

menşevik  nümayəndələrinin  Birləşmiş  Müvəqqəti  Ko mitəsi  -  "Ümu mşəhər  Mərkəzi"  seçildi.  Mərkəzin  tərkibinə 

ümu mşəhər yığıncağından 10 nəfər və Bakı  Fəhlə Deputatları Sovetinin partiya fraksiyalarından da eyni sayda nümayəndə 

daxil oldu. Birləş miş ko mitədə menşeviklər üstünlük təşkil edirdilər. 

Bolşeviklərin və  menşeviklərin vahid sosial-demo krat təşkilatında birləşməsi on ların eyni  mövqedən çıxış etməsi 

demə k deyildi. Təşkilatın  mövcud olduğu 4 ay  ə rzində onla rın  siyasi həyatın bütün məsələ lərinə  münasibəti b ir-b irindən 

fərqli  idi.  Bu fraksiyala r arasındakı daimi  mübarizə Müvəqqəti komitənin  mətbuat orqanı olan "Bak insk i raboçi" qəzetində 

əksini tapırdı. Partiyanın Birləşmiş Müvəqqəti Bakı Ko mitəsinin orqanı o lan qəzet 5-ci sayından bolşevik qəzeti kimi çıxd ı. 

Menşeviklər isə öz mətbuat orqanlarını - "Sosial-demokrat" qəzetini nəşr etdilər. Qəzetin ilk sayı 1917 il iyunun 17-də işıq  

üzü gördü. Bo lşeviklər daha ço x nüfuza malik olduqları Balaxanıda özlərin in ayrıca konfransını keçirərək, xüsusi qətnamə 

qəbul etdilər və  menşeviklə ri  ko mitənin  tərkib indən kənarlaşdırd ıla r. İyulun  1 –də isə  menşeviklər ö zlə rin in  14 nəfə rdən 

ibarət  müstəqil  ko mitələ rin i  yaratdılar  və  onun  birləşmiş  Rusiya  Sosial-De mo krat  Fəhlə  Pa rtiyasının  Bakı  Ko mitəsi 

adlanması haqqında qərar qəbul etdilər. 

 

Əd

.: Везиров Х.Г., Деятельность большевиков в Баку по налаживанию издания своих печатных органов в  1917 r.,  Труды 

Азербайджанского филиала  ИМЭЛ, 

Т

.

 



29,

 

Б., 1971. 



 

"BĠTƏRƏFLƏR" FRAKS ĠYAS I - A zərbaycan Xalq Cü mhuriyyəti Parlamentin in fraksiyalarından biri. 11 nəfər 

Parlament  üzvündən  ibarət  fraksiyaya  Fətəli  xan  Xoyski,  Bəhram  A xundov,  Behbud  xan  Cavanşir,  Mirzə  Əsədullayev, 

Əbdüləli  bəy  Əmircanov,  Yusif  Əh mədov,  Baxış  bəy  Rüstəmbəyov,  Abuzər  bəy  Rzayev,  Cəlil  bəy  Sultanov,  Əsədulla 

Əhmədov və Ağa Aşurov daxil idi.  

 

 

 



 

 

 



 


283 

 

1919  ilin  oktyabrında  fraksiyada  parçalanma  baş  verdi.  8  nəfərdən  ibarət  böyük  əksəriyyət  -  Fətəli  xan  Xoyski,  Mirzə 



Əsədullayev,  Əsədulla  Əhmədov,  Cəmil  bəy  Sultanov,

 

Yusif  Əhmədov,  Baxış  bəy  Rüstəmbəyov, Abuzər bəy  Rzayev  və  Ağa 



Aşurov  "Müsavat"  fraksiyası  ilə  birləşərək  Parlamentdə  həlled ici  səsə  malik  o lan  "Müsavat"  və  bitərəflər  fraksiyasını 

yaratdılar.  "Müsavat‖la  birləşən  bitərəflər,  eyni  zamanda,  müstəqil  səsvermə  hüquqlarını  özlərində  saxlad ılar.  " Bitərəflər" 

fraksiyasından ayrılmış 3 nəfər - Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq 

bitərəflər qrupu yaratdılar. 1919 ilin sonlarında Parlamentdə Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov, Xudadat bəy 

Məlik-Aslanov və Baba bəy Qəbulzadədən (Qəbulov) ibarət müstəqillər qrupu yarandı. 1919 il noyabrın əvvəlində "Əhrar" 

fraksiyasından ayrılan Abdulla bəy Əfəndizadə (Ə f ə n d i y e v) isə özünü sol bitərəf elan etdi. 



Əd:. 

Azərbaycan  Cümhuriyy əti  Parlamenti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar).  c.1-2,B.,  1998;  Aдpec-календары 

Aзepбaйджанской  Pecnублики нa 1920 r.,   Б., 1920. 

 

 



 

 

 



 

 

 



BORÇALI  -  A zərbaycan  türklərinin  elliklə  yaşadığı  qədim  tarixi  mahal.  Cənubi  Qafqazın  tarixində  mühüm  rol 

oynayan  qüdrətli  Azərbaycan  dövlətlərinin  tərkibinə  daxil  idi.  18  əsrin  əvvəllərində  Səfəvilərin  Gəncə  bəylərbəyliyinin  

tərkibində  idi.  Bəylərbəyi  Ziyadoğlunun  1736  ildə  Nadirin  Muğanda şah  elan  edilməsinin  əleyhinə  çıxması  mahalın  tarixi 

müqəddəratında ciddi dönüş yaratdı. Ziyadoğlunun hərəkətindən qəzəblənən Nadir şah (1736-47) Borçalı və Qazax mahallarını 

Gəncə bəylərbəyliyindən alınıb Kartli-Kaxeti çarlığına verdi. Nadir şahın ölümündən sonra Borçalıda müstəqil sultanlıq yarandı. 

Çar  I  Aleksandrın  1801  il  12  sentyabr  manifesti  ilə  Şərqi  Gürcüstan  Rusiyaya  birləşdirildikdə,  Borçalı  mahalı  da  onunla 

birlikdə Rusiya imperiyasına ilhaq olundu. Bununla, Borçalı mahalında, Gürcüstan tərkibində olmaqla, ayrıca distansiya yaradıldı. 

  Distansiyanın ərazisi 8 min k v.verst idi (1 verst= 1,0668 km). 1832 il ka meral təsvirinə görə Borçalı distansiyasının145 

kəndində  4092  həyət,  13762  nəfər  kişi  var  idi.  Borçalının  Rusiyaya  ilhaqından  keçən  31  il  ərzində  burada  həyata  keçirilən 

ayrıseçkilik  siyasətinə  və  həmin  torpaqlara  qeyri-türk  əhalin in  köçürülməsinə  baxmayaraq  əhalin in  ço x  hissəsini  yenə  də 

azərbaycanlılar təşkil edird i.  Hə min dövrdə Borçalı əhalisinin sayı etnik tərkibinə görə belə idi: azərbaycanlılar 8479 (61,6%), 

ermənilər  3634  (26,4%),  yunanlar  767  (5,6%),  gürcülə r  669  (4,86%),  a lmanla r  313nəfər  (2,27%).  Azərbaycan  Xalq 

Cümhuriyyəti Xarici İşlər Nazirliy inin əməkdaşı A.Şepotyev yazırd ı  ki, türklərin  Borçalıda üstünlüyü o dərəcədə güclü idi 

ki,  1  Nikolay  dövründə  (1825-55)  bu  vilayət  əlahiddə  "tatar  distansiyası"  təşkil  edib,  mü xtəlif  səbəblərdən,  başlıca  olaraq, 

strateji  mülahizələrə  görə sonralar  Tiflis quberniyasına birləşdirilmişdir.  1877  il  ma rtın  25-də  distansiya  Trialet  və  Lori  pris-

tavlıqları (Tiflis qəzası)  ilə birləşdirilərək, Şü ləver in zibati bölgəsinə daxil edildi. 1880  il  mayın 6-da ayrıca Borçalı qəzası 

təşkil  olundu.  Qə za  yaradılarkən  qədim  Borçalı  torpaqları  olan  Qarayazı  və  Qa raçöp  bölgələri  Tiflis  qəzasına  verild i. 

Bunun  nəticəsində  Borçalının  bir  A zərbaycan  mahalı  kimi  tarixi  ə razi  vahidliyi  (bütövlüyü)  pozuldu.  Qəzanın  tərkib ində 

Borçalı (Şü ləver), Yekaterinenfeld, Lo ri (Cəlaloğlu ) və Trialet (Başkeçid) polis sahələri mövcud idi. 

Qafqa z təqviminin (1917) məlu mat ına görə, Borça lı qə zasının əra zisi 6036,96 k v. verst, ya xud əvvəlkindən 1963,0 



k v. verst az idi.  Bu dövrdə Borçalı qəzasında 169351 nəfər əhali yaşayırdı, onun 160447 nəfə ri yerli sakinlə r,  8904 nəfəri 

müvəqqəti  yaşayanlar  idi.  Qəza  əhalisinin  51316  nəfərini  (30,3%)  müsəlmanlar  təşkil  ed irdi.  1832  il  kameral  təsvirinin  

yekunları  ilə  müqayisədə  aydın  olur  ki,  qəza  əhalisinin  etnik  tərkibi  məqsədyönlü  şəkildə  dəyişdirilmişdir.  Buna 

baxmayaraq,  azə rbaycanlılar  bölgədə  əsas  etnik  qüvvə  idi.  Borça lın ın  mərkə zi  h issəsində  azərbaycanlılar  36615  nəfə r 

(93%),  Qarayazıda  isə  7419  nəfər  (88,8%)  təşkil  edirdi.  1918  il  may ın  28-də  A zərbaycan  Xalq   Cü mhuriyyətinin  

yaradılması  elan  edildikdən  sonra,  Borçalı  mahalının  əhalisi  ö z  müqəddəratını  təyinetmə  hüququ  əsasında  Azərbaycana 

birləşmə k  haqqında  məsələ   qald ırdı.  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  Hö ku məti  Borçalı  qə zasının  Borça lı  və  

Yekaterinenfeld  polis  sahələrin i  bütünlüklə,  Lori  və  Trialet in  isə  bir  h issəsini  öz  əra zisi  hesab  edirdi.  Bu  əra zilə r 

etnostrateji və iqtisadi ba xımdan böyük əhə miyyətə ma lik id i. Qa za xdan Qa rsa və Batuma  çə kilməsi nəzə rdə tutulan də mir 

yol  xətti  Azə rbaycanın  Qara  dənizə  ç ıxışını  tə min  et məli  idi.  Lakin  Gü rcüstan  hökuməti  onu  dəstəkləyən  alman  

qoşunlarının Borçalın ı tutmasından istifadə edərək, buranı öz hakimiyyətinə tabe etdi. 

Borçalı əhalisi həmin  dövrdə alman qoşunlarına və gürcü idarəçiliyinə etirazını bild irir, A zərbaycanla birləşməyə 

can atırdı. Almanlar, sonra isə türklər  Cənubi  Qafqazı tərk etdikdə Borçalı  Gü rcüstan Respublikasının hakimiyyəti altında 

qaldı.  Ermənilər bu vəziyyətdən istifadə edib, Aleksandropol (Gü mrü) qəzasını tutdular və Borçalının hüdudlarına çatdılar. 

Onlar  işğalçılıq  siyasətini davam etdirərək  Borçalı torpaqlarını da ələ  keçirmək üçün  Gü rcüstanla müharibəyə başladılar. 

Be ləliklə, tarixi A zərbaycan torpağını ələ keç irmə k uğrunda iki qonşu respublika öz a rala rında  müharibəyə başladılar  (ba x 



Ermənistan-Gürcüstan müharibəsi). İngilislərin fəa l  müda xiləsi  ilə   müharibə 1918 il de kabrın  31-də dayandırıld ı,  1919  il 

yanvarın 9-17-də Tiflisdə  Ermən istan-Gürcüstan konfransı  keçirildi.  Konfransın qərarına əsasən, Borçalın ın şimal h issəsi 

Gü rcüstana,  cənub  hissəsi  Ermənistana verildi,  Lori  isə  neytral  zona  elan  olundu.  Danışıqlar  prosesində  Borçalının  tarixi 

sahibi  olan  a zərbaycanlıların  mənafeyi  tapdalandı.  Loridə  yaşayan  azərbaycanlıların  və ziyyəti  ağırlaşdı.  Ermənistanın 

Türkiyəyə  qarşı  başladığı  müharibənin  (bax  Ermənistan-Türkiyə  müharibəsi  (1920))  gedişində  türk  qoşunları  1920  ilin  

sentyabrında Gü mrünü və Qarakilsəni tutaraq, Lori neytral zonasına yaxınlaşdı.  

 

 

 



 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə