[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə163/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   159   160   161   162   163   164   165   166   ...   282

284 

 

Ermənistanla  Gü rcüstan arasında bağlanmış 13 noyabr  müqaviləsinə görə, gürcü qoşunları  Lori neytral  zonasına 



daxil  oldu.  Noyabrın  29-da  Ermənistanda sovet  hakimiyyəti  qurulduqdan  sonra,  bu  dəfə  Sovet  Rusiyasının  kö məyindən 

istifadə  edən  ermən ilərin  Lori  uğrunda  mübarizəsi  gücləndi.  1921  il  fevra lın   11-dən  12-nə  keçən  gecə  Lorinin   ermən i 

kəndlilərinin q iya mı təşkil o lundu, gürcü qoşunları Borça lıdan çıxa rıldı.  11 -c i qırmızı ordunun köməy i ilə  Gü rcüstanda da 

sovet hakimiyyəti quruldu. Sovet Rusiyası  Lori neytral zonasının taleyin i hə ll et mə k üçün ə lverişli imkan əldə  etdi. Rusiya 

Ko mmunist  (bolşeviklər)  Partiyası  Mərkə zi  Ko mitəsi  Qa fqaz  bürosunun  1921  il  7  iyul  tarixli  q ərarı  ilə  Lo ri  neytral 

zonasının bütün ərazisi  Ermənistan SSR-ə verildi.  Gü rcüstanla Ermənistanın sərhədini  müəyyənləşdirən 1921 il 6 noyabr 

bəyannaməsinə əsasən, Lorin in  Ermənistan SSR-ə  verilməsi təsdiqləndi.  Be ləliklə , tarixi Azə rbaycan ərazisi o lan Bo rçalı 

mahalı  Ermənistanla  Gü rcüstan arasında bölüşdürüldü.  Gürcüstanın tərkibində qalan  Bo rçalı torpaqları qəza adı  ilə  idarə 

olunurdu.  Onun  əra zisi  2655  k v.  k m  idi.  Bu,  tarixi  Borça lı  d istansiyası  torpaqlarının   31,3% -ni  təşkil  edirdi.  1929  ildə, 

nəhayət,  Gürcüstan  SSR  tərkib indəki  Borçalı  qə zası  da  ləğv  olundu.  Onun  ərazisində  Borça lı  (1950  ildən  Marneuli), 

Lüksemburq  (Boln isi),  Başkeçid  (Dman isi)  rayonları  yaradıldı.  Beləliklə,  çar  Rusiyası  və  Sovet  Rusiyası  dövründə 

yeridilmiş  məqsədyönlü  siyasət  nəticəsində  azərbaycanlıların  qədim  Borçah  mahalı  etnik-ərazi  vahid i  kimi  tarix 

səhnəsindən silindi və A zərbaycanın təsir dairəsindən çıxarıldı. 

Əd.: Məmməd li Ş.,  Paralan mış  Borçalı,  B., 1991; yenə onun, Ulu  Borçalı, B., 1998; Аргутинский – Долгоруков 

А.М.,  Район  Тифлисско  –  Карсско  –  Эриванской  железной  дороги  в  экономическом  и  коммерческом  отношениях, 

Тифлис,  1897;  Ерицов  Е.Д.,  Экономический  быть  государственных  крестбян  Борчалинского  уезда:  Материалы  для 

изучения  экономического  быта  государственных  крестьян  Закавказского  края,  т.VII,  Тифлис,  1887;  Обозрение 

Российских владения за  Кавказом, ч. II,  1836;  Щепотьев А., Доклад о спорных  Кавказских территориях, на которые 

имеют  права  самоопределившиеся  азербайджанские  тюрки:  Изв.  АН.  Азерб.  ССР,  (серия  истории,  философии  и 

правва), 1990, № 2. 

BOSNALIZADƏ  Məmməd  Rəşid  Mustafa  oğlu  (21.6.1892,  Gəncə  -  ?)  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi qərarına  (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Gəncə  (Yelizavetpol)  ali  ibtidai  məktəbin i  bitirmiş, 

orada müəllimlik etməklə yanaşı, 3 il İstanbul Universitetinin  hüquq şöbəsində oxu muşdur. Parlamentin  1919 il 1 sentyabr 

tarixli  qərarına  əsasən  hüquq  sahəsində  təhsilini  dava m  etdirmə k  üçün  Paris  Universitetinə  (Fransa)  göndərilmişdir. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil a lan a zərbaycanlı tələbələ rin  vəziyyətini 

öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illər  üçün  məlu matında  Bosnalızadənin  təhsilinin   bitməsinə  6  ay  

qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlu mat aşkar olun mamışdır. 



BÖYÜK BRĠTANĠYA, ABġ, ĠSVEÇRƏ, ĠTALĠYA VƏ POLġA HÖKUMƏTLƏRĠ YANINDA DĠPLOMA -

TĠK  NÜMA YƏNDƏLĠKLƏRĠN  TƏS ĠS  EDĠLMƏS Ġ  HAQQINDA  QƏRAR  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti 

Höku mətin in  xarici  dövlətlərdə  diplo matik  nü mayəndəliklər  açmaq   barədə  qərarı.  1920  il  yanvarın  7-də  qəbul  olun-

muşdur. Həmin qərara əsasən adları çəkilən ölkələrin höku mətləri yanında Azərbaycan Xalq  Cü mhuriyyətinin dip lo matik 

nümayəndəlikləri  təsis  olunur,  xarici  işlər  nazirinə  bu  vəzifələrə  namizəd ləri  müəyyənləşdirmək  və  nü mayəndəliklərin  

saxlan ması üçün müvafiq xərclərin s metasını hazırlay ıb təqdim etmək tapşırılırd ı. 

BÖYÜK  BRĠTANĠYA  ƏKS-KƏġFĠYYATININ  QAFQAZ-XƏZƏR  MĠSS ĠYASI  -  B.Britaniyanın   Qafqaz-

Xəzə r  hövzəsi  siyasətinə  xid mət  edən  əks-kəşfiyyatı.  Qafqa z  regionunun,  xüsus ən  də  Bakının  B.Britaniya  höku mət inin  

siyasətində önəmli yer tutması  ilə əlaqədar  B.Britaniya ə ks-kəşfıyyatı  1917-21  illərdə ardıc ıl,  intensiv fəaliyyət göstərirdi. 

Bakın ın  ələ  keçirilməsində  alman-türk  blo kunu  qabaqlamaq   və  Xəzər  hövzəsində  nəzarətə  sahib  olmaq   məqsədilə 

B.Britaniyamn  xüsusi hərbi ekspedisiyası ilə yanaşı, kəşfiyyat  xid məti də sistemli və  məqsədyönlü iş aparırdı.  B.Britaniya 

xüsusi  xid mətinin  Şərq  üzrə  ixtisaslaşmış  təcrübəli  əməkdaşlari  dip lo matik  nü mayəndə,  sənaye  şirkətinin  əməkdaşları, 

iqtisadi  müşavirlər  kimi  Bakıda  xüsusi  missiyalar  həyata  keçirird ilər.  Ronald  Mak-Donell,  Edvard  Noel,  Pay k,  Stoks, 

Qolde mit,  Klaterbek,  Ueyn  və  b.  daha  geniş  fəaliyyət  göstərmiş,  B.Britaniya  höku mətin in  Şərq,  Qafqa z  siyas ətinin 

formalaşdırılmasına  xid mət etmişlər.  B.Britaniya əks-kəşfiyyatı  1917  ilin sonundan ingilis hərbi h issəsinin Qafqaza gəlişi 

üçün əlverişli şərait yarat maq yönündə iş aparır, Denstervil missiyasının Bakıya gəlmək vasitələrini işləyib hazırlayırd ılar. 

B.Britaniya  kəşfiyyatçıları  höku mətə  tövsiyələrində  müsəlman  əhalisinin  əhvali-ruhiyyəsinin  nəzərə   alın masına  

önəm  verir,  bu  məsələnin  əhəmiyyətsiz  sayılmasını  B.Britaniyanın  Hindistanda  və  Mesopotamiyada  yeritdiyi  siyasətlə 

uyğun gəlmədiyin i qeyd edirdilər.  B.Britaniya kəşfıyyatçılarının  Petroqrad-Bakı-Yekaterinodar-Tehran səfərləri,  Bağdad-

Dehli-London yazış mala rı,  müntəzə m  mə lu matla rı,  mə xfi agentlərə  konkret göstərişləri ing ilislərin  Qafqaz-Xəzə r hövzəsi 

siyasətini istiqa mətləndirirdi. 

İngilis  kəşfiyyatının  1918  ilin  yazından  etibarən  Bakıdakı  vəziyyət  haqqında  əhatəli  məlu matları  B.Britaniya 

missiyasının  Qafqazda  əməkdaşlıq  edə  biləcəyi  siyasi  qüvvələri  müəyyənləşdirməyə  yardım  göstərirdi.  B.Britaniya  əks-

kəşfiyyatı Britaniya hərbi missiyası Qafqazı tərk edənədək bölgədə fəa l iş aparmışdır. 



Əd

.:  Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 

illər),  B.,  1993;  Əhmədova  F.,  Azərbaycan  Xalq  Cümhuriyy ətinin  siyasi  tarixində  Böyük  Britaniyanın  yeri,  "Azərbaycan  Xalq 

Cümhuriyyəti  tarixinin  aktual  problemləri"  beynəlxalq  elmi  sessiyasının  materialları,  B.,  5  may  2003;  Первая  Азербайджанская 

Республикак: история, события, факты англо- азербайджанских отношений, Б.,1998. 

 

 

 

 

 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə