[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə168/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   164   165   166   167   168   169   170   171   ...   282

289 

 

İstanbuldakı  Azərbaycan  nümayəndələri  sentyabrın  6-da  sədrəzəm  (baş  nazir)  Tələt  paşa  ilə  görüşüb,  Bakının  



tezliklə a zad edilməsinin  zəruriliy ini  mü za kirə etdilə r.  Bundan az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişinin təcili 

surətdə  ləğv  olunmasını  Almaniya  hökumət indən  tələb  etdi.  Azərbaycan  nümayəndələri  sentyabrın  12-də  İstanbulda 

Azərbaycan  höku mətinin   etiraz  notasını  A lmaniyanın   Os manlı  dövlətindəki  səfirliy inə  təqdim  etdilər.  Notanın  surəti 

Türkiyə  Xarici  İşlər  Nazirliyinə,  Avstriya-Macarıstan  səfirliyinə,  habelə  diplo matik  nü mayəndəliklərə  də  verildi.  Notada 

Azərbaycanın Ba kı şəhərinə tarixi haqqı sübut edilirdi.  Göstərilirdi  ki, Ba kı e lm və  mədəniyyət baxımından Azərbaycana 

bağlıdır.  Siyasi,  iqtisadi  və  ictimai  təşkilatlar,  xeyriyyə,  mədəni-maarif  mərkəzləri,  milli  ziyalı  nü mayəndələri,  başlıca 

olaraq, Bakıda toplan mışdır. Bakısız Azərbaycan başsız bədəndir. 

Cəbhələrdə və ziyyətin te zliklə  kəskin surətdə Alman iyanın  zərərinə dəyiş məsi onun 27 avqust sazişindən imtina  

etməsinə səbəb oldu. Almaniya höku mət i, hətta Ba kın ı a zad et mək üçün Türkiyəyə öz hərbi yardımın ı təklif etdi. 1918 il 

sentyabrın 15-də  Bakın ın azad edilməsi Tələt paşanın Berlində apardığı danışıqlara ciddi təsir göstərdi. Dan ışıqlar  zaman ı 

Tələt paşa türk qoşunlarının A zərbaycanda ço x qalmayacağını bildirdi. Osmanlı hökumətinin bu vədi 1918 il sentyabrın 23-

də imza lan mış a lman-osman lı protokolunda təsbit olundu. Almaniya höku məti  27 avqust sazişindən rəsmi şəkildə imtina  

etdiyini açıqlad ı və Azərbaycanı müstəqil b ir dövlət kimi tanıyacağını, ilk addım kimi, tezliklə Bakıda konsulluq açacağını 

bildirdi. Almaniya Azə rbaycanın müstəqilliyinin sovet Rusiyası tərəfindən də tanınacağını vəd etdi. 

27 avqust Almaniya-Rusiya mə xfi sazişi ləğv edilsə də, Almaniya höku mətin in bu xəyanətkar addımı təsirsiz ötüş-

məd i.  A lmaniyanın  bu  addımına  cavab  olaraq,  A zərbaycan  hökumət i  a lman  koloniyala rı  barədə  imza lan maq  ərə fəsində 

olan Azərbaycan-Almaniya müqaviləsindən imt ina etdi. 

1918 ilin  payızında A lmaniya bloku  dünya müharibəsində məğlub oldu. Oktyabrın 30-da Os manlı dövləti Mudros 



barışığının (1918) ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Noyabrın əvvəlində Avstriya-Macarıstan və Almaniya 

təslim  a ktını  imza layan  kimi  Rusiya  Brest  müqaviləsinin   qüvvədən  düşdüyünü  bildirdi  (ba x  Bre st  sülhü  (1918)).  Brest 

müqaviləsinin  ləğv edilməsi ilə  27 avqust sazişi də qüvvədən düşdü. Yaran mış vəziyyətdə sovet Rusiyası özünün Cənubi 

Qafqa zla bağlı işğalçılıq planla rın ı həyata keç irdi. 



 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemind ə (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın 

xarici siyasəti 1918-1920, B., 1996; Qasımlı M ., Birinci dünya müharib əsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914—1918-

ci illər), 3 hissədə, h.2 (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001. 



 

BRES T S ÜLHÜ (1918) - Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Dördlər ittifaqı (Alman iya, 

Avstriya-Macarıstan, Türkiyə və  Bo lqarıstan) arasında sülh müqaviləsi.  1918 il  mart ın  3-də  Brest-Litovskda imza lan mış, 

martın  15-də  4-cü  Ümu mrusiya fövqəladə sovetlər qurultayı, A lmaniya  rey xstaqının razılıq verməsindən (22  mart) sonra, 

martın  26-da Alman iya imperatoru II  Vilhelm tərəfindən təsdiq olunmuşdur. Brest sülh müqaviləsi aşağıdakı sənədlərdən 

ibarətdir:  Rusiyanın  Alman iya,  Avstriya-Macarıstan,  Bolqarıstan  və  Osmanlı  dövləti  ilə  sülh  müqavilə ləri;  ayrı-ayrı 

malların tarifləri və gö mrük  rüsumları barədə  müqaviləyə əlavə o laraq  imzalan mış yekun protokolları; sülh  müqaviləsinə 

əlavə  olaraq  Rusiya-Alman iya  müqaviləsi;  Rusiya-Avstriya-Macarıstan  əlavə  müqaviləsi;  Rusiya-Bo lqarıstan  əlavə 

müqaviləsi; Rusiya-Türkiyə əlavə müqaviləsi. 14 maddədən ibarət əsas müqavilənin 4-cü maddəsi Qafqaza aid id i. 

Dördlər  ittifaqı  ilə  Rusiya  arasındakı  müqaviləyə  görə  Polşa,  Litva,  Kurlandiya,  Latviya,  Estoniya  və  Belorusi-

yanın  bir  hissəsi  Rusiyadan  alınır,  Ukrayna  və  Finlandiya  müstəqil  dövlət  olur,  sovet  qoşunları  bu  ərazilərdən  çıxarılır, 

Qars, Batum, Ərdəhan Türkiyəyə verilirdi. Rusiya öz o rdusunu tərxis etməli idi. 

1918  il  fevralın  16-da  Bakı Sovetinin  sülh  məsələsinin  mü zakirəsinə həsr edilmiş  iclası oldu. Menşevik, eser və 

daşnakların bəyanatı rədd edildi, bolşeviklərin təklif etdiyi qətnamə qəbul olundu.  Qətnamədə  RSFSR Xalq  Ko missarları 

Sovetinin sülh danışıqlarında mövqeyi bəyənild i. 



Zaqafqaziya seymi Brest sülh müqaviləsin in Ərdəhan, Qars və Batu mun Türkiyəyə verilməsi şərtin i qəbul etməd i 

və Petroqrada - Xalq  Ko missarları Soveti ad ına teleqra m göndərərək, Brest sülhünü tanımad ığını bildirdi. Sey m öz etira zını 

bununla  əsaslandırdı  ki,  "Zaqafqaziya  heç  vaxt  bolşeviklə rin  və  Xalq  Ko missarları  Sovetinin  hakimiyyətini  qəbul 

etmə mişdir". 

Zaqafqaziya  seymi  Brest-Litovsk  sülhü  ilə  bağlı  etira zla rın ı  dünyanın  bir  sıra  əsas siyasi  mə rkə zlərinə  bildird i: 

"Zaqafqaziya höku məti Zaqafqaziya və onun sərhədləri haqqında ondan xəbərsiz və ö zünün iştirakı olmadan imza lan mış 

hər hansı müqaviləni özü  üçün qüvvədən düşmüş hesab edir". Türkiyə  Brest sülhünün qərarlarına əsaslanaraq, Qars, Batu m 

və  Ərdəhanı  dərhal  boşaltması  haqqında  Zaqafqaziya  seyminə  ultimatu m  verdi.  Brest  müqaviləsinə  görə,  Rusiya  nəinki 



Qars,  Ərdəhan  və  Batumun  Türkiyəyə  keçdiyini  təsdiq  edirdi,  həm  də  Rusiya  ilə  Türkiyə  arasında  imzalanmış  əlavə 

müqaviləyə  görə,  rus  qoşunlarının  müharibə  zamanı  tutduğu  türk  torpaqlarında  və  Rusiya  hüdudlarında  yaradılmış 

erməni-daşnak  silahlı  dəstələrini  tamamilə  tərksilah  edib  buraxmağı  öhdəsinə  götürürdü.  Əlavə  müqavilənin  11-c i 

maddəsi Rusiya vətəndaşları olan müsəlman lara, ə mlakların ı da aparmaq ş ərti ilə, Türkiyəyə a zad mühacirət et mək hüququ 

verird i.  Hələ  1918  ilin  yanvarında  Türkiyə  Zaqafqaziya  Ko missarlığ ı  ilə  sülh  danışıqlarına  başla mağa  təşəbbüs  etmişdi. 

Türkiyə  ö zünün  dövlət  maraqları  səbəbindən  təkcə  Zaqafqaziya  Ko missarlığ ını  tanımaq la  kifayətlən mir,  həmçinin   onu 

Brest-Litovsk  danışıqlarına  cəlb  et mə klə,  Dördlə r  ittifaq ı  və  Rusiya  tərəfindən  də  tanınmasına  nail  olmaq  istəyirdi. 

Türkiyənin  ciddi  təkidinə  və  yardım  göstərmək  barədə  vədinə  baxmayaraq,  Zaqafqaziya  hökuməti  Brest-Litovsk 

danışıqlarında iştirakdan, müstəqilliyin in elan o lunmasından imtina etdi.  

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə