[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə169/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   165   166   167   168   169   170   171   172   ...   282

290 

 

Zaqafqaziya  höku mət i  1918  il  23  yanvar  tarixli  teleqra mında  Brest  sülhünd ə  iştirakdan  imt ina  et məklə   yanaşı,  özünün 



Rusiyanın  tərkib   hissəsi  olduğunu  da  bild ird i.  Türkiyə  nü mayəndə  heyəti  Cənubi  Qafqaz  nü mayəndəliy inin  Trabzon 

konfransında  (1918)  Brest-Litovsk  müqaviləsin in  Qafqaza  aid  maddələrinə  etirazın ı  rədd  etdi.  Nü mayəndə  heyətinin 

fikrincə, Zaqafqa ziya höku məti ya Rusiyanın tərkib hissəsi kimi onun imza ladığı müqavilə ilə ra zılaşma lı, ya da  Rusiyadan 

ayrılıb,  müstəqilliyin i  elan  etməli  id i.  Türkiyə  tərəfi  Zaqafqaziya  höku məti  ilə  mehriban  qonşuluq  münasibəti  qurmağa 

hazır olduğunu bildirdi. 

1918  il  avqustun  27-də  Almaniya  ilə  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  arasında  Brest-Litovsk 

müqaviləsinə  əlavə  olaraq,  Türkiyədən  gizli  saziş  imzalandı  (bax  Brest-Litovsk  müqaviləsinə  əlavə  məxfi  saziş).  Alma-

niyada inqilab nəticəsində imperator II Vilhe lm devrildi və Ümu mrusiya Mərkə zi İcra iyyə Ko mitəsi 1918 il noyabrın 13-də  

Brest sülhünü ləğv etdi. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c. 5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918—1920-ci 

illər), B., 1993; Qasımov M ., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti, 3 hissədə, h.2 (1917-ci il noyabr - 

1918-ci il noyabr), B„ 2001.  



 

BULLĠT  MĠSSĠYAS I  -  Rusiyada hərbi əməliyyatların dayandırılması  məqsədilə Paris süih konfransında (1919-

20) ABŞ nü mayəndə heyətinin üzvü Uilya m  Kristian Bu llitin  rəhbərliyi  ilə  1919  ilin  ma rtında sovet Rusiyasına göndəril-

miş  nü mayəndə  heyəti.  ABŞ  prezidenti  V.Vilson  və  B.Britaniyanın  baş  naziri  C.Lloyd  Corcun  təklifi  ilə  martın  19-da 

Moskvaya gələn Bullit Lenin lə görüşmüş, atəşkəs haqqında razılıq ə ldə et mişdi. 

Gö rüş nəticəsində hazırlan mış lay ihədə göstərilird i  ki,  keçmiş Rusiya imperiyası və Fin landiya ərazisində faktiki 

surətdə  mövcud  olan  hökumət lər  öz  hakimiyyətlərini  saxlayır,  Rusiyanın  iqtisadi  b lokadası  dayandırılır,  sovet  res-

publikaları ilə  xarici dövlətlər arasında rəsmi nü mayəndələrin   mübadiləsi bərpa o lunur,  Rusiya  imperiyası və Finlandiya 

ərazisindəki  dövlətlər  xarici  ö lkələr  qarşısında,  bu  ölkələrin  vətəndaşları  qarşısında  Rusiya  imperiyasının  maliyyə 

öhdəlikləri üçün məsuliyyət daşıyır və s. 

La kin  sonradan  Antanta  dövlətləri  və  ABŞ  ad mira l  Ko lçakın  hücumunun  başlanması  ilə  ə laqədar  razılaşmadan  

imtina etdilər. Osman lı impe riyasının ABŞ-ın p rotektoratlığ ına verilməsi lay ihəsinin də müəllifi Bullit olmuşdur. 



Əd:История дипломатии, 2 изд., т. 1-5, M., 1959-74. 

BURJ UAZĠYA  (fr.  bourgeoisie,  son  lat.  burqus-möhkəmləndirilmiş  şəhər)  -  azad  bazar  münasibətlərinə  əsas-

lanan cəmiyyətdə sahibkarlar  zü mrəsi.  Orta əsrlərdə təşəkkül tapmış və inkişaf et mişdir.  Fəaliyyət sahəsindən asılı olaraq  

sənaye, ticarət, bank və kənd burjuaziyası forma laşdı. Burjuaziyanın meydana gəlməsi və inkişafı ü mu mi cəhətlərlə yanaşı, 

mü xtəlif ölkələrdə özünəməxsus xüsusiyyətlərə də malik olmuşdur. 16-18 əsrlərdə Niderland, İngiltərə, Fransa, ABŞ və b. 

ölkələrdə  burjuaziya  hakimiyyətə  gəldi.  Cəmiyyət  həyatının  bütün  sahələrində  köklü  dəyişikliklər  baş  verdi,  yeni 

münasibəflər yarandı. 

A z ə  r b a  y c a n b u r j u a z i y a s ı .  Azə rbaycanda bazar iqt isadiyyatına  əsaslanan münasibətlərin formalaş ması 

olduqca  mürəkkəb  və  ziddiyyətli  tarixi  şəraitdə  baş  vermişdir.  A zərbaycan  torpaqlarının  Rusiya  və  İran  arasında 

bölüşdürülməsi bu prosesi daha da mürəkkəb ləşdirmişdir.  19 əsrin  30-70-ci illərində Şimali Azərbaycanda ilkin  kapitalist 

münasibətləri  inkişafa  başladı  və  1870  ildən  sonra  daha  da  genişləndi.  Azərbaycan  burjuaziyası  ölkənin  müstəmləkə 

vəziyyətindən  irə li  gə lən  bəzi  ə la mət lərlə  səciyyələnirdi.  Azə rbaycan  burjuaziyası  ço xmillət li  tərkibə  malik  idi.  M illi 

burjuaziyanın  görkəmli  nü mayəndələri  H.Z.Tağıyev,  M.Nağıyev,  Ş.Əsədullayev,  M.Mu xtarov  və  b.  id i.  A zərbaycan 

burjuaziyasının  milli  tərkibində  rus  və  erməni  sahibkarlar  da  üstün  mövqe  tuturdu.  Çarizmin  həyata  keçirdiy i  iqtisadi 

siyasət nəticəsində xa ric i kapita lın ölkəyə a xın ı d igər millətlərdən o lan sahibkarların (Nobel, Rotşild və b.) art masına şərait  

yaratmışdı.  Burjuaziyanın  milli tərkibinə görə  fəaliyyət sahələri və  mövqeləri də  mü xtəlif  idi. Milli kap ital neft və kimya 

sənayesinin  müəyyən  sahələrində,  me xan iki  istehsalda,  yüngül  və  yeyinti  sənayesində,  gəmiç ilik  və  ticarətdə  nisbətən 

güclü idi. Sənaye və ticarət burjuaziyasının əsas mərkəzi Bakı id i. Bununla belə, A zərbaycanın digər bölgə və şəhərlərində 

(Gəncə,  Şuşa,  Şəki,  Şa ma xı,  Lənkəran  və  s.)  kap italist  münasibətlərinin  inkişafı  burjuaziyanın  yaranması  və  yüksəlişinə  

şərait yaradırdı. A zərbaycan burjuaziyasının bir hissəsini də kənd burjuaziyası təşkil ed irdi.  Lakin onların  mövqeyi çox da 

güclü deyildi. Azərbaycan burjuaziyasının  formalaşdığı tarixi şərait,  mənşə,  məqsəd mü xtəlifliy i və  i.a. onun vahid siyasi 

qüvvə kimi çıxış  etməsinə  imkan vermirdi.  Digər  millətlərdən olan burjuaziya,  xüsusilə erməni burjuaziyası  milli burju-

aziyaya qarşı düşmən  mövqedə dururdu. Bütün bunlara baxmayaraq, A zərbaycan  milli burjuaziyası öz varlığ ını və siyasi 

iradəsini  ifadə etməyə çalışırd ı.  1905-07 illər  inqilab ı dövründə milli burjua ziya içərisində libera l hərə kat genişləndi. 1905 

ilin  apre lində  onlar  Qafqa z  can işini  Vorontsov-Daşkova  və  nazirlər  şurasının  sədri  S.Y.Vitteyə  mü raciət  etdilər.  Siyasi 

təşkilatlan ma  sahəsində də addımlar atıldı.  Libera l yönü mlü  Müs əlman  konstitusiya partiyası - "İttifaqı müslimin" (1905, 

avqust),  "Difai"  (1906),  "Müdafiə"  (1907),  "Müsavat"  (1911)  kimi  milli  partiyalar  yarandı.  Rusiya  Dövlət  duma larından 

siyasi vasitə kimi istifadə olundu. Rusiyada 1917  il fevra l  inqilabı nəticəsində burjuaziya hakimiyyəti ələ  ald ı. Müvəqqəti 

hökumətin  və  onun  yerli  orqanların ın  yaradılmasına  başlandı.  Cənubi  Qafqazda,  o  cü mlədən  Azərbaycanda  da 

burjuaziyanın  mövqeyi  gücləndi.  Lakin   Oktyabr  çevrilişindən  (1917)  sonra  vəziyyət  dəyişdi.  Bakıda  sovet  hakimiyyəti 

qalib gəldi. Bak ı Xalq Komissarları Soveti fəaliyyətə başladı. Onun həyata keçirdiyi sosialist tədbirləri burjua ziyaya siyasi 

və iqtisadi cəhətdən zərbə vurmaq məqsədi güdürdü.  

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə