[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə170/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   166   167   168   169   170   171   172   173   ...   282
    Bu səhifədəki naviqasiya:
  • Lakin

291 

 

Azərbaycan  milli  burjua ziyası  istiqla liyyət  uğrunda  mübarizədə,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  qurulmasında  və 



fəaliyyətində  mühü m  rol  oynadı.  Cü mhuriyyət  hökuməti  də  burjua ziyanın  iqtisadi  fəaliyyətini  genişləndirmə k  üçün 

tədbirlər ko mp leksi həyata keç irməyə  başladı. Höku mət in 1918 il 5 oktyabr tarixli qərarı ilə neft  sənayesində milliləşdirmə  

ləğv  olundu  və  müəssisələr  əvvəlki  sahiblərinə  qaytarıld ı.  Bu rjua ziya   nümayəndələri  b ir  tərəfdən,  b ilavasitə  höku mətin  

iqtisadi  blo kuna  da xil  o lan  na zirlik  və  ko mitələrin  işində  iştirak  et mə klə,  digər  tərəfdən,  onların  yaratdığ ı  birlik  və  

təşkilatla r  vasitəsi  ilə   iqtisadi  siyasətin  hazırlan ması  və  həyata  keç irilməsində  iştirak  edird i.  A zərbaycan  burjuaziyası, 

xüsusilə  milli  burjuaziya  sosial-siyasi  həyatda  əhəmiyyətli  ro l  oynayır,  xeyriyyəçilik  ənənəsini  davam  etdirirdi.  Lakin 



Azərbaycan  milli  burcuaziyası  yaranmış  əlverişli  şəraitdə  də  vahid  siyasi  qüvvə  kimi  birləşə  və  milli  hökumətin 

mənafeyini sonadək müdafiə edə bilmədi. 

Aprel  işğalı (1920)  nəticəsində  Azərbaycan  Cümhuriyyətinin  süqutu  və bolşevik  rejiminin  qurulmasından  sonra 

sosialist  tədbirlə ri  həyata  keçirilməyə,  burjua ziyaya  qarşı  repressiyalara  başlandı.  Azərbaycan  burjuaziyasının  bir  his səsi 

mühacirət etdi, qalanlar zü mrə kimi ləğv olundu. 1991 il oktyabrın 18-də A zərbaycanın dövlət müstəqilliy i bərpa edildikdən 

sonra sahibkarlıq fəa liyyəti genişlənməyə və sahibkarlar zü mrəsi yenidən formalaş mağa başladı. 



Əd.:  Azərbaycan  Xalq   Cü mhuriyyəti  (1918-1920).  Parlament  (Stenoqrafik  hesabatlar),  c.1-2,  B.,  1998; 

Aзepбaйджанская Демократиская   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник  документов), Б., 1998;

Nuriyeva  Z.N.,  Azərbaycan 

sənayesində  milli  burjuaziya,  B.,  1999;  Исмаилов  М.А.,  Социально  –  экономическая  структура  Азербайджана  в  эпоху 

капитализма, Б., 1982;   Сеидзаде Д.Б., Из истории азербайджанской буржазии в начале XX  века, Б., 1978; Сумбатзаде 

А.С.,  Социально – экономические  предпосылки победы  Советской  власти  в Азевбайджане, М.,  1972;    Рустамова  Дж. Я., 

Экономическая политика АДР и национальная буржуазия (1918-1920). "Tarix və onun problemləri", 2000, №2. 

BÜNYADZADƏ Dadaş Xoca oğlu  (8.4.1888,  Bakı yaxınlığındakı Fatmay ı  k. -  1938) - siyasi və dövlət  xadimi. 

1908    ildə    Rusiya    Sosial-De mo krat    Fəhlə    Part iyasına  (RSDFP)  da xil  olmuş,  "Hü mmət"  təşkilatının  fəaliyyətində 

yaxından  iştirak  etmişdir.  1917  il  Fevral  inqilabından  sonra  "Hümmət"  (bolşevik)  təşkilatının  rəhbərlərindən  biri  olmuş, 

Bakı  Soveti  İcraiyyə  Ko mitəsinin,  1918  ilin  may ında  Bakı  qəzası  Kəndli  deputatları  Soveti 

İcraiyyə  Ko mitəsinin  üzvü  seçilmişdir.  1918  il  iyunun  əvvəlində  S.Şau myanın  başçılıq  etdiyi 

Bakı  Xalq  Ko missarları  Soveti  onu  Bakı  qəzasında  əksinqilaba  və  banditizmə  qarşı  mübarizə 

üzrə  fövqəladə  müvəkkil  təyin  etmişdi.  Bakıda  sovet  hakimiyyətinin  süqutundan  sonra 

Həştərxana  getmiş,  Rusiya  Kommunist  (bolşeviklər)  Pa rtiyası  (RK(b)P)  Həştərxan  quberniya 

ko mitəsinin  ü zvü  seçilmiş,  Zaqafqaziya  müs əlmanla rının  işləri  üzrə  ko missarlığın  sədri, 

"Hümmət‖in Həştərxan təşkilatı bürosunun üzvü olmuşdur. 

1919  ilin  iyulunda  RK(b)P  Qafqaz  Ölkə  Ko mitəsi  yanında  Hərbi  İnqilab  Qərargahı 

sədrinin  müavini təyin  edilərə k, sovet Rusiyasının  xeyrinə gizli iş aparmaq  üçün Azərbaycana 

göndərilmiş,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinə  qarşı  fəal  mübarizə  aparmışdır. 

Azərbaycan  Ko mmunist  (bolşeviklə r)  Part iyasının  (AK(b)P)  I  quru ltayında  (1920,  fevra l) 

Mərkə zi Ko mitə ü zvü seçilmişdir. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətinə   qarşı  silahlı  çevriliş ə  rəhbərlik  edən  hərb i-inqilabi  qərargahın  

üzvlərindən biri  kimi Aprel işğalından {1920) sonra bir sıra yüksək vəzifələrdə, o cü mlədən Azərbaycan SSR  Dövlət Plan  

Ko missiyasının sədri, Xalq Ko missarları Soveti sədrinin  müav ini, daha sonra sədri, Zaqafqaziya Sovet Federativ Sosialist 

Respublikası  (ZSFSR)  xalq  torpaq  ko missarı  vəzifələrində  çalış mışdır.  A K(b)P  daxilində  baş  verən  ixtilaflarda  milli 

təmayülçülə r  qrupuna  mənsub  olmuşdur.  Hətta,  SSRİ-də  xaric i  və  da xili  çətin liklər  yaranacağı  və  Azərbaycanda 

hakimiyyətin  təmayülçü lərə  keçəcəyi  təqdirdə  onların  qurmağı  nəzə rdə  tutduqları  "İctimai  et imad"  adlı  höku mətin  

tərkib inə da xil id i. 

Dadaş Bünyadzadə 1937-ci ildə saxta ittihamlar əsasında həbs edilərək, repressiyaya məru z qalmışdır. 

 

Əd.: 

Azərbaycan  tarixi,  3  cildd ə,  c.  3,  B.,  1973;  Azərbaycan  tarixi,  7  cilddə,  c.5-6,  B.,  2000-2001;  Azərbaycanda  sosialist 

inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960. 

 

"BÜTÜN  AZƏRBAYCAN ƏHALĠS ĠNƏ!" - Azərbaycan Milli Şurasın ın A zərbaycan vətəndaşlarına 1918 il 29 

noyabr tarixli  mü raciəti. Türkiyə  ilə Antanta arasında bağlanmış Mudros barışığına {1918) görə, Türkiyə ö z qoşunlarını 

Cənubi  Qafqa zdan  ç ıxa rma lı,  Antantanın  hərbi  qüvvələri  Bakı  və  Batu ma   da xil  olmalı,  Cənubi  Qa fqazın,  o  cü mlədən 

Azərbaycanın dəmir yolu  xət ləri onların nəzarətinə  keç məli  idi.  Be lə bir  fövqəladə şəraitdə Müəssislər Məclisini çağırmaq  

mü mkün olmadığından, eyni zamanda, ü mu mxalq  mənafeyin i təmsil edən siyasi orqanın - parlamentin yarad ılması zəru rəti 

ilə  bağlı o laraq A zərbaycan Milli Şurasını əvvəlki tərkibdə bərpa et mə k qərara  alındı. Milli  Şura  1918  il noyabrın  19-də  

Azərbaycan  parla mentin in  yaradılması  haqqında  qanun  qəbul  etdi.  Bu  münasibətlə  Milli  Şura  Məhə mməd  Əmin  

Rəsulzadənin  imzası  ilə " Bütün Azərbaycan əhalisinə" müraciət qəbul etdi. Mürac iətdə Milli Şu ranın yenidən toplanması, 

onun parlamentə çevrilmə  səbəbi göstərilir, parla mentin tərkib i və aç ılış va xtı bəyan edilirdi.  

 

 



 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə