[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə173/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   169   170   171   172   173   174   175   176   ...   282

296 

 

CAMAL  PAġA  (1872,  İstanbul  -  iyul,  1922,  Tiflis)  Türkiyə  dövlət  və  hərbi  xadimi.  " Gənc  türklər"  inqilabının  

(1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən 



297 

 

 



 

 

 



 


298 

 

biri.  1913  ildə  İstanbulun hərbi  qubernatoru,  1914-18  illərdə  dəniz  naziri  olmuşdur.  Ənvər  paşa  və  Tələt  paşa  ilə  birlikdə 



hakim triu mviratrın (üçlüyün) üzvü olmuşdur. 1914-17  illərdə Suriya və  Fələstindəki türk o rdularına  ko mandanlıq etmişdir. 

1918-22  illərdə  Alman iya,  İsveçrə  və  Əfqanıstanda  mühacirətdə  olmuşdur.  "Daşnaksutyun"  partiyası  uydurma  "erməni 

soyqırımı"na  görə,  Tələt  paşa  kimi  onun  da  qətlə  yetirilməsi  barədə  hökm  çıxarmışdı.  Əfqanıstandakı  səfirlikdə  müşavir 

olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi. 



CAMALBƏYOV  Qasım bəy  (?-?)- A zərbaycan  milli azadlıq hərəkatının  iştirakçılarından biri,  Azərbaycan Milli 

Şurasının  üzvü.  Milli  Şuranın  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanunu  "na  (1918,  19  noyabr)  əsasən, 

Cümhuriyyət  Parlamentinin  tərkibinə  daxil  edilmişdi.  "Hümmət"  partiyasının  üzvü  idi.  Parlamentdə  sosialistlər  fraksiyasını 

təmsil edirdi. 

CAPARĠDZE  Prokofi Aprasionoviç (partiya təxəllüsü Alyoşa; 15.1.1880, Kutaisi qub.  Raça qəzasının  Şardo meti 

k. -  20.9.1918)  - Bak ı Xalq Komissarları Sovetinin (BXKS)  rəhbərlə rindən biri, da xili işlə r  ko missarı. 

1898  ildə  Rusiya  Sosial-De mokrat  Fəhlə  Part iyasının  (RSDFP) Tiflis təşkilat ına da xil o lmuşdur.  1900 

ildə  Tiflis  fəhlə lərinin  inq ilab i  hərəkat ında  fəal  iştirakına  görə  müəllimlər  institutundan  xaric  edilmiş, 

həbsə alın mış və bir il sonra Kutaisi quberniyasına sürgün olun muşdu. 1901-04  illərdə  RSDFP  Qafqa z 

İttifaq  Ko mitəsinin  və  İmereti-Minqreli  Ko mitəsinin  üzvü  idi.  Partiya  işi  aparmaq  üçün  1904  ilin 

ortalarında  Bakıya  gəlmiş,  Bakı  bolşevik  təşkilatının  rəhbərlərindən  biri,  bu  təşkilatdan  RSDFP  3-cü 

qurultayının (1905) nü mayəndəsi olmuşdur. 1906 ildə Neft Sənayesi Fəhlələri İttifaqının  idarə heyətinin 

katibi seçilmişdir.  1906-08  illərdə onun yaxından kö məyi  ilə  leqal və qeyri-leqal bolşevik qəzetləri o lan "Bakinski  raboçi", 

"Prizıv",  "Dəvət-Qoç",  "Qudok"  və  s.  nəşr  edilmişdir.  1909  ilin  oktyabrında  həbsə  alınmış,  1910  ildə  Bakıdan  sürgün 

olunmuşdur.  Caparid ze  1914  ilin  may ında  Qafqaza  qayıdaraq,  Tiflis  bolşevik  təşkilatında  işləmiş,  1915  ildə  yenidən həbs 

olunaraq  Yenisey  quberniyasına  sürgün  edilmişdir.  Oradan  Petroqrada  qaçmış  (1916,  iyul),  partiya  tapşırığı  ilə  Tiflisə 

gəlmiş, Trabzonda rus ordusu əsgərləri a rasında inqilab i iş aparmış dır. 

Caparid ze Fevral  inqilabından (1917) sonra Bakıya gəlmiş, Bakı bolşevik təşkilatın ın rəhbərlərindən biri olmuşdur. 

RSDF(b)P Bakı Ko mitəsinə və Bakı Sovetinə daxil idi. Bakı bolşevik təşkilatından RSDF(b )P 6-cı qurultayın ın nü mayəndəsi 

olmuşdur.  1917  ilin  sentyabrında  Bakı  fəhlələrinin  ü mu mi  tətilinə  rəhbərlik  edən  tətil  ko mitəsinin  sədri  id i.  Caparidze 

RSDF(b)P  Qafqaz  Ölkə  Ko mitəsinin  üzvü  seçilmiş  (1917,  oktyabr),  1917  ilin  dekabrından  Bakı  Soveti  İcraiyyə  Ko mitəsi 

sədrinin müavini, 1918 ilin yanvarından isə sədri o lmuşdur. 1918 ilin ma rtında Bakıda bolşevik-daşnak quldurları tərə findən 

türk-müsəlman  əhalisin in soyqırımı zaman ı bolşeviklərin  ali hərbi-siyasi orqan kimi yaratdığ ı İnqilabi Müdafiə Komitəsinin 

üzvü  olmuş,  müsəlman  milli  hərəkatın ın  qarşısının  alın ması  işində  fəal  ro l  oynamışdır.  1918  il  martın  31  -də  müsəlman 

nümayəndələri  İnqilabi  Müdafiə  Ko mitəsinin  ultimatu munu  qəbul  etmələrinə  baxmayaraq,  P.Caparid ze  ilə  aparılan 

damşıqlar müsbət nəticə verməmiş, hətta müsəlman heyətindən üç nəfər danışıqlardan qayıdarkən yolda güllələn mişdi. Mart 

soyqırımı  günlərində  azərbaycanlı  siyasi  və  ictimai  xad imləri  ilə  "sülh  konfransı"nda  sədrlik  edən  Caparid zenin  irəli 

sürdüyü  ultimatu m  tamamilə  A zərbaycan  milli  hərəkatına  qarşı  yönəlmişdi.  Caparidze  aprelin  2-də  Şau myana  yazırd ı  ki, 

Daşkənddən və Şimaldan bizə kö mək gəlir, artıq indi müsəlman ları sakitləşdirmək üçün onlara mu xtariyyət vəd etmək o lar. 

BXKS təşkil olunduqda (1918, apre l) Caparid ze  xa lq da xili  işlər, ə rzaq ko missarı kimi onun fəaliyyətində  mühüm 

rol oynamış, həyata keçird iyi tədbirlərin, o cü mlədən, türk-müsəlman əhaliyə qarşı soyqırımlarının  əsas təşkilatçılarından və 

rəhbərlərindən biri olmuşdur. Caparidze Ba kı ko missarları sırasında güllələn mişdir. 



 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.

 

 

CAVAD  QƏZAS I - A zərbaycan Xalq  Cü mhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 

Salyan şəhəri id i. Rus çarı II A leksandrın (1855-81) Zaqafqaziya və Qafqaz d iyarının idarəçiliyin in dəyişdirilməsi haqqında 

1867  il  9  dekabr  tarixli  fə rmanına  əsasən,  təşkil  edilmişdi.  Bakı  quberniyasının  ən  böyük  qəzası  olmuşdur.  1870  il 

mə lu matına  görə,  əra zisi  9837,5  k v.  verst  idi.  Bu,  quberniya  əra zisinin  28,69%-n i  təşkil  edirdi.  1859-63  illər  ka me ral 

təsvirin in  yekunları  əsasında  aparılmış  hesablamaya  görə,  Cavad  qəzasında  13142  həyət,  60966  nəfər  əha li  var  idi  ki, 

onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri (45,64%) qadın id i. Cavad qəzası əhalisinin sayına (13,02%) görə, Quba 

(27,81%), Şamaxı  (20,57%) və  Lənkəran  (16,92%) qəzalarından sonra dördüncü yerdə dururdu. Qafqaz təqviminin (1917) 

mə lu matına  görə,  Cavad  qəzasının  əra zisi  8396,97  k v.  verst  (1870  ilə  n isbətən  1441,5  k v.  verst  a z)  təşkil  edirdi.  Hə min 

dövrdə  qəzanın  əhalisi  162305  nəfər  olmuşdur,  onlardan  83955  nəfəri  (51,72%)  kişi,  78350  nəfəri  (48,27%)  qadın   idi. 

Qəzan ın  əhalisi  əvvəlki  dövrə  nisbətən  101339  nəfə r  və  ya  2,66  dəfə  art mışdı.  Qə za  idarə  sistemi  mövcud  idi.  Əha lin in 

qədimdən bəri əsas məşğuliyyəti əkinçilik,  maldarlıq və balıqçılıq idi.  Cavad qəzasında çar üsul-idarəsinə qarşı çıxışla r baş 

vermişdi.  Bolşeviklər  Bakıda  hakimiyyəti  ələ  aldıqdan  sonra  qəzalarda  da  möhkəmlən məyə  çalışırd ılar.  Bakı  quberniya 

ko missarı Məşədi Əzizbəyov başda olmaqla, Qırmızı ordunun 240 nəfərlik dəstəsi Bakıdan Salyana gəlmiş və 1918 il aprelin 

21-də Sa lyanda sovet hakimiyyəti qurmuşdu. Aprelin sonlarında sovet hakimiyy əti hərbi qüv- 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə