[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə174/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   170   171   172   173   174   175   176   177   ...   282

299 

 

 



 

 

 



 

 

 




300 

 

 



 

 

 



 

 

 



 


301 

 

vənin tətbiqi ilə  bütün qəzaya yayılmışdı. Bakıda sovet hakimiyyətinin süqutu ilə qə zala rda da onun taleyi həll olundu. Ba kı 



türk-Azərbaycan  qüvvələri  tərəfindən  azad  ed ild ikdən  sonra  (1918,  15  sentyabr)  Bakı  quberniyasının  qəzalarında,  o 

cümlədən Cavad qəzasında  Cü mhuriyyət hakimiyyəti bərqərar ed ild i.  Höku mətin  1919  il  28 aprel tarixli qərarı  ilə  Cavad 

qəzası bölgəsində İranla  sərhədi qorumaq  üçün 200 nəfə rlik mühafizə dəstəsi yaratmaqdan ötrü 20 milyonluq fonddan daxili 

işlər nazirliy inin sərəncamına 602.400 manat vəsait ayrılmışdı. 



Aprel işğalından (1920) sonra Azərbaycan SSR yaradıldıqda Cavad qəzası da yenidən sovetləşdirild i. A zərbaycan 

SSR-in rayonlaşdırılması za manı (1929) Cavad (Salyan) qəzası ləğv edildi. 



 

Əd.: Aзepбaйджанская Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов), 

Б., 1998;  Novruzlu Ə., Cavad bölgəsinin (Sabirabadın) tarixi, B., 1994. 



 

CAVADZADƏ Seyid Cəfər Seyid Cavad oğlu - İranda, xüsusilə Cənubi A zərbaycanda inqilab i hərəkatın  görkəmli 

xadimlərindən biri, publisist (ba x Pişəvəri). 



CAVANġĠR BEHBUD XAN Azad oğlu (1886, keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu 

k.  -  1921,  İstanbul)  -  Azərbaycan  Xalq  Cü mhuriyyətin  dövlət  və  ictima i  xadimi.  A lmaniyada  və 

İngiltərədə  təhsil  almışdır.  1912  ildə  Frayberqdə  (Almaniya)  Dağ-Mədən  Akademiyasını  bitirmiş, 

neft  emalı  müəssisələrində  baş  mühəndis  işləmişdir.  "Rusiya  texnika  cəmiyyətinin" üzvü  idi.  Elmi 

fəaliyyətlə  də  məşğul  olmuşdur.  "Müs əlman  Xeyriyyə  Cə miyyəti"-nin  rəhbərlərindən  biri  id i. 

Müsəlman  Milli  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvlərindən  o lmuşdur  (1917).  1918  il 

Bakıda mart soyqırımı zaman ı barışıq ko mitəsində iştirak etmişdir. 1918 ilin iyun-dekabr ay larında 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət ində daxili  işlər na ziri olmuş, 1918  ilin oktyabrından is ə, 

eyni  za manda,  t icarət   və  sənaye  naziri  və zifəsini  icra   et mişdir.  Azə rbaycan  Milli  Şurasının  

"Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanunu"na  (1918,19  noyabr)  əsasən, 

Cü mhuriyyət  Parlamentinə  seçilmiş,  bitərəflər  fraksiyasının  üzvü  olmuşdur.  1919  ildə  "Dəyanət" 

ticarət birliyin in təsis olunmasında ya xından iştira k et mişdir. Alman,  ingilis,  fransız, rus və gürcü 

dillərini  mü kə mməl  bilirdi.  Aprel  işğalından  (1920)  sonra  neft  sənayesində  çalışmışdır.  Avadanlıq  almaq  üçün  İstanbula 

göndərilən  Behbud  xan  orada  "Pera  Palas"  otelin in  qarşısında  erməni  terrorçusu  Toplaqyan  tərəfindən  odlu  silahla 

yaralan mış.  xəstə xanada  vəfat  et mişdir.  Ölü m  ayağında  " mənim  şə xsi  düşmənim  yo xdur.  Məni  ermənilər  vura  b ilə r" 

demişdir. 

Əd:.  A zərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Nəsibzadə  N.,  A zərbaycan  Demokratik  Respublikası,  B.,  1990;  

Балаев  А.,  Азербайджанское  национально  –   демократическое  движение  1917-1920  гг.,  Б.,1990;  Агамалиева  Н., 

Худиев  Р.,  Азербайджанская  Республика  –  страницы  политической  истории  1918-1920  rr.,  Б.,  1994;  Qasımov  M., 

Behbud xan Cavanşir necə öldürüldü? - " Yeni Müsavat", 1997, 20 may. 



CAVANġ ĠR Əbdülhəmid Həmid oğlu (7.9.1897, Şuşa - ?) - Azərbaycan Xalq Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında 



qərar) ilə  dövlət hesabına ali təhsil almaq üçün xa ricə  göndərilmiş tələbə lərdən biri. Ye lizavetpol kişi 

gimnaziyasını  bitirmişdir  (1918).  Parlamentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilin i 

aqronomluq  sahəsində  davam  etdirmək  üçün  Fransanın  Nansi  Universitetinə  göndərilmişdir. 

Azərbaycanda Sovet hakimiyyəti quru lduqdan  sonra xa ricdə  dövlət hesabına təhsil alan a zərbaycanlı 

tələbələrın  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r  üçün  mə lu matında 

təhsilini başa vurmasına 1 il qald ığı göstərilirdi. Sonrakı ta leyi barədə məlu mat aşkar olun ma mışdır. 



CAVANġ ĠR  QƏZAS I  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  Yelizavetpol  (Gəncə) 

quberniyası tərkibində inzibati ərazi vahidi. 1873 il qanununa əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər 

məntəqəsi id i.  Qə za  idarə sistemi  mövcud idi. Qa fqaz təqvimin in (1917)  mə lu matına əsasən, ərazisi 

4654,06 k v.verst, əhalisi 75730 nəfər id i; onlardan 1476 nəfəri kişi (54,79%), 34234 nəfə ri qadın (45,20%) li. Əhali, əsasən, 

əkinçilik, bağçılıq, ipəkçilik və maldarlıqla məşğul olurdu. Qəzada çar idarə üsuluna və sosial ədalətsizliyə qarşı çıxış lar baş 

vermişdi.  Çarizmin   devrilməsindən  sonra  ermənilər  qəzada  möh kəmlən məyə  və  azərbaycanlılara  qarşı  soyqırımına 

başlamaq  məqsədilə  tədbirlər  görməyə  başlamışdılar.  A zərbaycan  Fövqəladə  Təhqiqat  komissiyasının  üzvü 

N.M.M ixay lovun ermənilərin törətdikləri talanla rdan və digər zorakılıq hərəkət lərindən zərər çə kmiş müsəlman kəndlə rin in 

yoxlanılması  haqqında  məruzəsində  Cavanşir  qəzasına  geniş  yer  ay ırmışdır.  Onun  yazdığına  görə,  "Rusiyanın  apardığı 

hərbi  əməliyyatların  başa  çatmasından  xeyli  əvvəl  erməni  millətindən  olan  əsgərlər  böyük  dəstələrlə  cəbhədən  öz 

kəndlərinə qaçır və buraya cəbbəxanadan oğurladıqları çoxlu tüfəng, pulemyot və hər cür hərbi sursat gətirirdilər. Belə 

cinayətkar əməllərə bir tərəfdən, yerli erməni ziyalıları və erməni kənd icmaları, digər tərəfdən, Rusiya polis idarəsinin 

fəaliyyətsizliyi və hətta fürsət verməsi  səbəb olmuşdur... Rusiyada dövlət çevrilişi baş verdiyi andan erməni kəndlərinə, 

demək olar, açıq şəkildə silah və hərbi sursat gətirilməsi halları artdı və o vaxtdan etibarən ermənilər açıq düşmənçilik 

münasibətləri  və  zorakılıq  hərəkətləri  göstərməyə  başladılar".  Erməni  silahlı  dəstələri  1917  ilin  dekabrından  Kolan ı  və 

digər  qonşu  kənd  icma larına  qarşı  basqınlara  başlayır,  dağ  və  aran  kəndlərinin  ə laqəsini  kəsməyə  ça lışırdılar.  Ermənilər 

1918 ilin  yaz və yay ayla rında Tə rtər su hövzəsi çayla rını bəndə salaraq, istiqa mətin i dəyişdirir, a zə rbaycanlıların ə kin lərinə 

zərə r  vurmağa  cəhd  göstərirdilə r.  Ermənilərin  qəddarlığ ı  və  düşmənçilik  hərəkətlə ri  nəticəsində  qəzanın  təkcə  dağətəyi 

hissəsinin müsəlmanlarına qarşı ən azı onlarla milyon manat ziyan vurulmuşdu. 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə