[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə176/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   172   173   174   175   176   177   178   179   ...   282

303 

 

 



1918  il  dekabrın  ilk  günlərində  ermənilər  qəzanın  azərbaycanlı  əhalisinə  qarşı  silahlı  qətllərə  başlamışdılar.  Ermən ilərin 

azərbaycanlılar  üzə rinə  basqınları  və  soyqı-rımla rı  1919-20  illərdə  də  davam  et mişdi.  A zərbaycan  Fövqəladə  Təhqiqat 

Ko missiyasının  üzvü  N.M.Mixay lovun  erməni  talan larından  və  digər  zorakılıq   hərəkətlərindən  zərər  çəkmiş  müsəlman 

kəndlərinin  yo xlanılması  haqqında  məruzəsində  Cəbrayıl  qəzası  ü zrə  də  ətraflı  mə lu mat  verilir.  Burada  ermənilərin 

müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qis mi - adbaad 17 ciddi fakt göstərilir.  Həmin faktlardan ermən ilərin 

azərbaycanlı  kəndlərini  viran  qoyması,  əhalisini  vəhşicəsinə  qırması,  ma l-mü lkünü  qarət  etməsi  aydın  olu r.  Ermən ilərin 

bütün cəhdlərinə baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyəti Höku məti Qarabağda erməni təcavüzünün qarşısını ala bildi. 

Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbray ıl qəzası 1929 ildə ləğv edildi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Vəlixanlı N., 31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İpək yolu" jurnalı, 1998, 

№ 2; Azerbaycan bölgelerinde ermeni sorunu (1918-1920), Ankara, 2001. 



 

CƏBRAYIL  QƏZASI  BARƏDƏ  QƏRAR  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  tarixi  adların  bərpa 

olunması haqqında qəbul etdiy i qərarlardan biri. 1918  il  30  iyul tarixli qərarla A zərbaycana qarşı  işğalçılıq  müharibəsinin 

iştirakçısı rus generalı P.M.Karyaginin adını daşıyan qəzanın tarixi ad ı bərpa olunaraq Cəbrayıl qəzası adlandırılmışdır. 

CƏBRAYILBƏYLĠ  Cəmo  Adil  oğlu  (29.1.1887,  Şamaxı  -  30.7.1965,  Şamaxı  rayonunun  Çu xuryurd  k.)  - 

maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı  şəhər  məktəbin i bitirmişdir (1901).  1908 

ildən pedaqoji  fəaliytə başla mış,  Şa ma xı (1908-14) və  Bakı  (1914  ildən)  məktəblə rində  müə llimlik 

etmişdir.  Cəbrayılbəyli  və  Zülfüqar  bəy  Hacıbəyli  Şamaxıda  "Nicat"  maarif  cəmiyyətinin  şöbəsini 

açmaq məqsədilə 1915 ilin yayında Üzey ir bəy Hacıbəylinin  "Arşın mal alan" musiqili ko med iyasını 

tamaşaya qoymuşlar Bakı  mətbuatında, əsasən, "Məktəb" jurnalında uşaq pyesləri, hekayələr,şeirlər 

dərc  etdirmişdir.  Ağalı  bəy  Naseh,  Mirzə  

Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost 

olmuşdur. 

"Cəmo" 


imzasıyla 

şeirlər 


yazmışdır  (A zərbaycan  Respublikasın ın 

hazırkı h imn inin mətnin in müəllifinin Cəmo  

Cəbrayılbəyliyə  mə xsus  olması  fikri  də  var;  belə  ki,  1919  ildə  

Bakıda  dərc  ed ilən  "Milli  nəğmələr"  kitabındakı  " Vətən  marşı"  

şerinin  mətni  indiki  himnin  sözləri  ilə  eynidir.  Şerin  sonunda  isə 

"Cə mo bəy" imzası qeyd olun muşdur). Cəbrayılbəyli 1922 ildə orta  

mə ktəb  müəllimləri  ha zırlayan  a li  pedaqoji  kursları  bit irmiş, 

"Zükur" darülmüəlliminə (pedaqoji texn iku muna) müəllim, sonralar 

dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931  ildə Azərbaycan 

Pedaqoji  İnstitutuun  biologiya  fakültəsini  bitirmiş,  1932-37  illərdə 

Sənaye  Akademiyasında  (Bakı),  Bakı  Müəllimləri  Tə kmilləşdirmə  

İnstitutunda, 

1938-64 

illərdə 


A zərbaycan 

Elmi-Tədqiqat 

İnstitutunda işləmişdir. 1942  ildə namizədlik d issertasiyası müdafiə 

edərək, pedaqoji elmlər na mizədi, dosent adı almış, elə  hə min  il Azə rbaycanın əmə kdar  müə llimi adına  layiq görülmüşdür. 

Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlan masına və tərbiyə olunmasına böyük əmək sərf et mişdir.  O, b ir sıra  

dərsliklərin  ("Təbiətə  ilk  addım",  Mü xtəsər  nəbatat",  "Heyvanat  dərsləri"  və  s.),  30-dan  ço x  e lmi-metodik  kitab  və 

kitabçanın  müəllifid ir.  "Şərəf  nişanı"  ordeni  və  bir  ço x  medallarla  təltif  edilmişdir.  1964  ildə  fərdi  təqaüdə  çıxmışdır. 

Şamaxıda "Şahixəndan" qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir. 

 

Əsərləri: 



Botanikanın tədrisi haqqında, B., 1955; Xatirələrim, B., 966; Təbiət haqqında hekayələr, B„ 1972.

 

 



CƏFƏROV  Əliyusif Abutalıb oğlu (14.1.1901,  Bakı - ?) Azərbaycan Xalq Cümhuriyyəti 

Parlamentinin xüsusi qərarı (bax Xaricə Təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar)  ilə  dövlət hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən biri.  Bbakı  kişi 

gimnaziyasını bitirmişdir  1919).Parlamentin  1919  il  1 sentyabr tarixli qərarına əsasən, təhsilin i 

fizika  –  riya ziyyat  sahəsində  davam  etdirmə k  üçünTürkiyəyə  göndərilmişdir.  Sonra kı  ta leyi 

barədə mə lu mat aşkar o lunma mışdır.  



 

 

 

 

 

 

 

CƏ FƏROV (C ə  f ə  r  z a  d ə ) Mə mməd  Yusif Hac ıbaba (14.3.1885,  Bakı-  

15.5.1938,  Bakı,  Şağan  k.)-A zərbaycan  Xalq  Cü mhuriyyətinin  banilərindən  biri;  Cü mhuriyyət 

Parla mentinin sədr müavin i (2.2.1920  - 27.4.1920).  Bakı  kişi gimna ziyasını (1907) və Moskva 

Dövlət  Un iversitetinin  hüquq  fakültəsini  (1912)  fərq lən mə  dip lo mu  ilə  b itirmişdir.  Təhsil 

illərində Moskvada oxuyan azərbaycanlı tə ləbələrin yaratdığı "Azə rbaycan etnoqrafik konsert gecələri‖n in və "Azərbaycan 

həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. 

 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə