[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə178/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   174   175   176   177   178   179   180   181   ...   282

305 

 

 



 

 

 



1920  il  fevralın  2-də  Məhəmməd  Əmin  Rəsulzadənin  təklifı  ilə  Azərbaycan  Parlamenti  sədrin in  birinci  müav ini 

seçilmiş və Cü mhuriyyətin süqutunadək bu vəzifədə çalış mışdır. M.Cəfərov 1920 il aprelin 27-də Parlamentin  son iclasında 

gərgin  mü za kirələ rdən  sonra  hakimiyyətin  Azərbaycan  Müvəqqəti  İnqilab  Ko mitəsinə  verilməsi  haqqında  qərarı 

imzalamışdır. 

Cü mhuriyyətin  süqutundan  sonra  Azərbaycanın  pambıqçılıq  və  şərabçıhq  trestlərində  hüquq  məsləhətçisi  vəzi-

fəsində çahşmışdır. 



 

Əd

.:  Aзepбaйджанская  Демократическая    Pecnублика      (1918-1920),  Парламент  (стенографические  отчеты),  Б.,  1998;  

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998;  Azərbaycan 

Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918-1920, B., 1990;Nəsibzadə N., Azərbaycan Demokratik Respublikası (məqalələr və 

sənədlər),  B.,  1990;  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  Azərbaycan 

Cümhuriyyəti (1918-1920), B., 1998;  Seyidzadə D., Azərbaycan XX əsrin əvvəllərində:  müstəqilliyə aparan yollar, B., 1998. Qasımov 

M ., Azərbaycan Xalq Cümhuriyy əti Xarici İşlər Nazirliyinin şəxsi heyəti, B., 2002. 



 

CƏFƏRZADƏ Əlisgəndər Hacıbaba oğlu (14.10.1875

Bakı - 1941, Bakı) - görkəmli ictimai və 



maarif  xadimi  naşir,  mühərrir.  Məmməd  Yusif  Cəfərovun  böyük  qardaşıdır.  Bakıda  məhəllə  və  ilk 

xüsusi  rus-müsəlman  məktəbində  (1887-90)  o xu muşdur.  İmperator  III  Aleksandr  kiş i  g imnaziyasında 

xüsusi ko missiya qarşısında imtahan verərək, A zərbaycan dili müəllimi hüququ almışdır (1897). Nəriman  

Nərimanovun  Bakıda  Ə.Cəfə rzadənin  evində  təşkil  etdiyi  q iraət xanada  müdir  (1895-98),  ikinci  rus-

müsəlman   məktəbində,  Aleksey  ali  ibtidai  məktəbində  müəllim  (1897-1920),  "Nəşri-maarif" 

cəmiyyətində  kat ib  (1906-18),  Azərbaycan    SSR  Xa lq  Maarif  Ko missarlığında  nəşriyyat  şöbəsinin 

(1920-24), "Azə rnəşr"də uşaq ədəbiyyatı bölməsinin müd iri, istehsalat şöbəsinin müdir müav ini, te xn iki 

redaktor (1924-32), "Azərneft‖də kadr şöbəsinin rə isi (1932-38) işlə mişdir. 

Cəfə rzadə  xalq  maa rifın in  milli zə mində in kişafı sahəsində böyük xid mət lər göstərmiş, "Nəşri-

maa rif' cə miyyətinin  Ba kı və  onun kəndlərində açdığı  ibtidai  mə ktəblərin   müəllim kad rla rı, dərslik və  

metodik vəsaitlə rlə  tə min olun ması işinə rəhbərlik et mişdir. Azə rbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaran ması 

Cəfə rzadənin  adı  ilə  bağlıdır.  O,  "Dəb istan"  (1906-08)  adlı  ilk  pedaqoji  jurna lın   naşiri  və  mühərririd ir.  Qarşısına  "türk 



milləti-nəcibəmizin  balalarına  bir  xidmət  göstərmək",  onların  "əql,  zehin,  əxlaqi-həsənə  və   hissiyyatlarını  oyandırıb" 

inkişaf etdirməklə  "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin 

gör- 

 

 



 

 

 



 

 . 



306 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




307 

 

kə mli  yazıç ıla rın ı  ətra fına  toplayaraq,  jurna lda  mükə mmə l  proqra m  əsasında  zəngin  bədii  və  elmi-kütləvi  ədəbiyyat 



nümunələri dərc etmişdir. O, "Maarif‖  (1922) adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. 

Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına,  xüsusilə onun mürəttib lik  kimi ağır sahəsinin dirçəlişinə 

böyük  əmək  sərf  etmişdir.  "Həyat"  qəzetin in  (1905-06)  baş  mü rəttibi,  Rəşid  bəy  Əfəndiyevin  "Bəsirə-tül-ətfal" 

müntəxabatının (1902), "Füqəra füyuzatı" jurnalının (1921), M.Ə.Sabirin "Hophopnamə"sinin (1922) naşiri o lmuşdur. 

Cəfə rzadə bədii və elmi yarad ıcılıqla da  məşğul olmuşdur. Görkə mli adamların həyatına ("Əkbər şah", "Hacı Seyid 

Əzim  Şirvani",  "Müəllim  Naci",  "Əlişir  Nəvai",  "Əli  bəy  Hüseynzadə",  "Həsən  bəy  Məlikov"),  texn ikaya  və  memarlığa 

("Tac-Mahal, ya xud Mü mta z Mahal", "Məşhur böyük binalar") dair məqalə ləri, hə mçin in hekayələ ri ("Ba laca Firidun", "Ata 

və oğul", "Mərhəmətli Fat ma", "Cə milənin sərgüzəşti") uşaqların  fikri və  mənəvi in kişafında böyük ro l oyna mışdır. "Kilid i-

ədəbiyyat" (1900) dərsliyinin  (Su ltanməcid  Qənizadə  ilə birgə) və "Müsləhəddin Sədi  Şirazinin tərcü meyi-halı  ilə bərabər 

onun "Gülüstan" kitabına bir nəzər" elmi əsərinin müəllifid ir. 



CƏMĠL  CAHĠD BƏY (1883  - 15.7.1956) - türk zabiti, Beşinci Qafqaz firqəsinin tərkibinə daxil olan  9-cu Qafqaz 

alayının  ko mandiri,  Qa fqaz  İslam  Ordusunun  fəal  xadimlərindən  biri.  Hərbi  yardım  üçün 

Azərbaycan ərazisinə hərəkət et mə k göstərişi almış və Azə rbaycana ilk yetiş ən hərbi hissələrdən 

birinin  ko mandiri  olmuşdur.  Batum  müqavilələrinin  (1918)  imza lan masından  əvvəl  hissəsi  ilə  

birlikdə A zərbaycana doğru hərəkət et mə k ə mri a lmışdı. Əmr Nu ru paşanın Azərbaycandakı milli 

hərbi qüvvələrin  vəziyyəti  ilə tanışlıqdan sonra Türkiyənin    3-cü ordu ko mandanı Vehib paşanın 

adına  yazdığı  raportdan  sonra  verilmişdi.  Vehib  paşa  1918  il  iyunun  2-də  göndərdiyi  cavab 

mə ktubunda  Qaza xla  Gəncə  arasındakı  stansiyaları  və  də mir  yol  xəttini  qoru maq  üçün 

Azərbaycana qarışıq tərkib li b ir dəstənin göndərilməsinə əmr veriləcəyin i Nuru paşaya bildirirdi. 

Qarışıq tərkib li dəstəyə minbaşı (mayor)  Cəmil  Cahid bəyin  ko mandir o lduğu 9-cu Qafqaz alayı 

və  minbaşı  Zeyni  bəyin  ko mandir  o lduğu  2-ci  süvari  alay ı  da xil  id i.  Nuru  paşanın  tabeliyinə  

verilən  bu alay lar 3-cü ordunun tabeliyindən çıxarılma mışdı. A zərbaycana ilk o laraq süvari alay ı yola  düşməli,  Qaza xdan 

Gəncəyə qədər olan yolun mühafizəsini tə min  et məli, sonra da 9-cu a lay hərəkətə başla ma lı idi. Tə rkib ində 2 piyada taboru, 

10 ədəd pule myot, 2 ədəd top olan alayını şəxsi heyətinin ümu mi sayı 1336 nəfər id i. 

Cə mil Cah id bəy alayı ilə 1918  il  iyunun 4-də Azərbaycana doğru hərəkətə başladı. Hə min gün iki dövlət arasında 

Batu mda  imzalanan  müqavilədən  sonra  Azərbaycana  göstərilən  hərbi  yardımın  xarakterində  də  dəyişiklik  baş  verdi.  9-cu 

alayın da daxil olduğu 5-ci Qafqaz firqəsi bütünlüklə Qafqaz İslam Ordusunun tabeliyinə verildi. Alay  iyunun 7-də Qazaxda 

qarşılandı, iyunun 9-da isə Cəmil Cahid bəy artıq Gəncədə id i. Onun rəhbərliy i ilə iyunun 11-12-də Gəncədə ermən i-daşnak 

silahlı  dəstələri  tərksilah  edildi.  Sonra  b ir  müddət  9-cu  alaya  Gəncə  ətrafının  təhlükəsizliy inin  təmin  edilməsi  vəzifəsi 

tapşırıldı. 

1918 il avqustun 13-də Cə mil Cah id bəy Nuru paşanın əmri ilə Şərq Cəbhəsi k omandanlığının tərkibinə da xil olan  

Cənub  qrupunun  komandanı  təyin  edildi  və  bununla  o,  Bakının  a zad  edilməsi  uğrunda  döyüşlərə  daha  fəal  cəlb  o lundu. 

Avqustun sonlarında  Qafqaz  İslam  Ordusunun  Bakı  ətrafındakı qüvvələri yenidən qruplaşdırıld ı və  Cəmil Cah id bəy yeni 

yaradılan  Qərb  qrupunun  rəhbəri  təyin  ed ild i.  Bakı  şəhəri  azad  o lunduqdan  sonra  Cəmil  Cahid   bəy  şəhərin  ko mendantı 

olmaqla  bərabər, hə m də  1-ci Azə rbaycan piyada diviziyasına ko mandanlığı öz üzə rinə  götürdü. Cə mil Cah id bəyin u zun 

müddət  ko mandiri  o lduğu  9-cu   Qafqaz  alayı  da  1-ci  A zərbaycan  div iziyasmm  tərkibinə  verild i.  Onun  1-ci  Azərbaycan 

diviziyasının ko mandiri təyin edilməsində  məqsəd bu birləşmənin fo rmalaşmasını və  möhkəmləndirilməsini sürətləndirmək 

idi.  Diviziyanın tərkibinə 3 p iyada, 3 süvari, 1 sərhəd alayı və yardımçı bölmələr daxil id i.  1918  ilin oktyabrında Qarabağın 

erməni-daşnak qoşunlarından təmizlən məsinin əsas ağırlığı da 1-ci Azə rbaycan diviziyasının ü zərinə düşdü. 

Türkiyəyə  qayıtdıqdan sonra  Cəmil  Cahid  bəy  ölkədə  aparılan  istiqlal  mücad iləsinə  qoşuldu,  4-cü  korpusun  5-ci 

firqəsinə  komandanlıq  etdi,  general  rütbəsinə  layiq  görüldü.  1940  ildə  general-polkovnik  rütbəsində  jandarm  qüvvələri 

ko mandanı, 1943-46  illərdə ordu generalı rütbəsində 1-ci o rdu ko mandanı, 1946-47  illərdə Türkiyənin  milli  müdafiə naziri 

vəzifələ rin i icra etdi. 

 

Əd.: 

Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan B., 1999; yenə onun, Cəmil Cahid bəy, "Hərbi bilik" jurnalı, 2001, 

№5, 6; Rüştü, Büyük harpte Baku yollarında Ş.Kafkas piyade fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934; Y ü c e e r N., Birinci 

dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan harekatı, Ankara, 1996. 



 

CƏMĠLLĠNS KĠ Səməd bəy (?-?)- dövlət xadimi. A zərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) b ir müddət 

Qarabağ  general-qubernatorluğu  nəzdində  Naxçıvan  bölgəsinə  dair  xüsusi  tapşırıqlar  ü zrə  müvəkkil  o lmuşdur.  1919  ilin 

avqustunda  Qərbi  A zərbaycanın  (Na xçıvan  mahalının)  general-qubernatoru  təyin  edilmişdir;  qəra rgahı  əvvəl  Ordubadda 

yerləşmiş, sonra isə Na xçıvana köçürülmüşdü. Cə millinski bölgənin  idarə  olun masında, e rməni-daşnak silah lı dəstələrindən 

təmizlən məsində,  cari  proble mlərinin  həllində  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  xəttini  həyata  keçirməyə  səy 

göstərmiş,  qaçqınların   yerləşdirilməsi  və  təmin   olun ması  məsələlərinə  böyük  diqqət  yetirmişdi.  Cəmillinski  Naxçıvan 

mahalı və ətrafın ın İrandan müdafiəsi və onun ermənipərəst siyasətinin dəf olunması sahəsində mühüm işlər görmüşdür. O, 

İranın  bölgə  ilə  bağlı  niyyətlərini  Naxçıvan  diyarını  A zərbaycan  Xalq  Cü mhuriyyətindən  ayırmaq  məqsədi  güdən  ingilis 

siyasətinin astar üzü kimi q iy mətləndirirdi.  

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə