[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə183/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   179   180   181   182   183   184   185   186   ...   282

314 

 

sürənlərdən  və  onun  uğrunda  mübarizə  aparanlardan  biri  də 



Çəmən zəminli  o lmuşdur.  Kiyevdə  yaradılan   "Müsavat"  şöbəsi  və 

"Milli ko mitə" (1917) də bu sahədə atılan  mühüm addımlardan  idi. 

"Azərbaycan  mu xtariyyəti"  əsərini  yazmaq  üçün  müəllif  tələbəlik 

illərindən  tədqiqat  aparmış  və  kitabında  hələ  o  va xt lardan  ardıc ıl 

surətdə  izləd iyi  qayəni  ə ks  etdirmişdir.  Əs ər  "Ayılın,  toplaşın" 

müraciəti ilə başlanır. Sonra isə ədib  "Muxtariyyət nədir?", "Məhəlli 

mu xta riyyət",  "Muxtariyyət  bizə  nə  verəcək?",  "Mu xtariyyətə 

layiqik", "Mu xtariyyəti nə  cür a la b ilərik?", "Muxtariyyətimizin  əsl 

əsası"  başlıqları  altında  istiqlal  arzularını  və  düşüncələrini  şərh 

etmişdir.  "Milli  ko mitə"  isə  Azərbaycan  Xalq  Cü mruriyyətinin 

Ukraynada  ilk  nü mayəndəliyi  rolunu  oynamışdır.  Çəmənzəmin li 

Azərbaycanla yanaşı, Rusiyada yaşayan digər türk və ü mu miyyətlə, 

mü xtəlif  müsəlman  xalq ları  üçün  "məhəlli  və  milli  mu xtariyyət" 

tərəfdarı id i. Bu məqsədlə "Milli ko mitə" tərəfindən Krıma  göndərilən ədib  burada ədliyyə müd irliy ində əvvəlcə məsləhətçi, 

sonra  isə  müdir  və zifəsində  çalış mışdır.  Onun  müdiri  olduğu  vəkillər  heyəti  krımlılara   hüquq  və  məhkə mə   işlə rinə   dair 

pulsuz məsləhətlər verir, Krımda denikinçilərə  qarşı mübarizənin və  milli hərəkatın  güclən məsi sahəsində gərgin iş aparırdı. 

Çəmənzəminli  burada  ikən  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Ukraynada  səfiri  təyin  ed ilir  (1919,  yanvar).  Lakin 

bolşeviklər  Kiyevi  ələ  keçird iyindən,  oraya  gedə  bilməyən  və  İstanbuldan  keçərək  Bakıya  qayıdan  (1919,  yay) 

Çəmən zəminli  milli  dövlət  quruculuğu  və  mədəni  quruculuq  işinə  yaxından  qoşulmuşdur.  Ədibin   "Milli  və  mədəni 

işlərimiz"  adlı  silsilə  məqalələrində  milli-mədəni  quruculuğun  vacib  problemlərinə  to xunulur.  Müsəlman  Şərqində  ilk 

demokratik  respublika  olan  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  xa ric i  siyas ət  məsələ lərinin  qə lə mə  a lındığı  " Xarici 

siyasətimiz" adlı silsilə   məqalə lərində isə dövlətçiliyin təşkili və  möhkə mləndirilməsində  mühü m rol oynayan amillə rdən, 

dövlət  quruculuğunda  beynəlxalq   əlaqələrin  ro lundan,  xarici  ölkələrlə,  o  cü mlədən  yaxın   qonşularla  münasibətləri 

yaxşılaşdırmağın  zəruriliyindən,  dövlət  və  xalq  barədə  geniş  miqyasda  ictimai  fıkir  yaradılmasının  vacibliyindən,  gənc 

dövlətin qarşılaşa biləcəyi təhlükələrdən bəhs olunur. Bütün bu məsələlər ədib in Bakıda hökumət  mətbəəsində çap etdirdiyi 

"Biz kimik və istədiyimiz nədir?" 

 



315 

 

(1918)  adlı  kitabında  da  əks  olunmuşdu.  Müstəqillik  üçün  əsas  saydığı  üç  amildən  -  millət,  höku mət  və 



hakimiyyətdən,  xarici  ə laqələrin  vacib liy indən,  iqtisadi  münasibətlərdən  və  mülkiyyət  forma larından,  hüquq  və  maarif 

məsələ lərindən ardıc ıllıqla  söhbət açan müəllif xüsusi vurğulayırdı ki, "qanunlarımızın  ən baş əsasları hürriyyət, müsavat və 

ədalətdir". Çəmən zəminli müstəqil milli dövlətin yarad ılması üçün üç amili əsas götürürdü: millət, milli torpaq (yəni, ölkə) və 

bu  torpaq  üzərində  milli  hakimiyyət.  Dövlətə  və  dövlətçiliyə  bu  baxış  və  tərif  marksistlərin  dövlətə  sinfilik  prinsipləri 

əsasında verdiyi tərifdən tamamilə  fərq lənird i. Demo kratik cü mhuriyyət,  milli  istiqlal  məsələləri  ilə əlaqədar çap etdirdiyi 

kitab, məqalə  və məru zələ ri, gördüyü digər işlər (1917-19) Çə mən zə minlini art ıq bir "cəmaət  xad imi" və dövlət quruculuğu 

nəzəriyyəçisi  kimi  tanıt mışdı.  Odur  ki,  vətənə  qayıdıb,  bir  ay  Bakıda  qaldıqdan  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

Türkiyədə  ilk  səfiri  vəzifəsinə  təyin  ed ilərək,  İstanbula  gedir  (1919),  Cü mhuriyyətin  11-ci  Qırmızı  ordu  tərəfindən 

istilasından sonra da səkkiz ay A zərbaycanın mühacirətdə olan höku mətinin Türkiyə səfiri  kimi fəaliyyətini davam etdirir. 

1921  ilin  əvvəlindən  bütün  yaradıcılıq  gücünü  yenə  Azərbaycanı  öyrənməyə,  onun  varlığını,  mənəvi-mədəni  qüdrətini 

tanıtmağa,  d iqqəti  türko logiyada  xüsusi  bir  "azəro loji  şöbə"  yaratmaq  ehtiyacı  və  imkanının   mövcudluğuna  cəlb  etməyə 

çalışır. Beləliklə, İstanbulda "Yusif bəy Vəzirov. Azərbaycan Cü mhuriyyətinin sabiq İstanbul elçisi" imzası ilə "Azərbaycan 

ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi A zərbaycan" kitabları meydana gəlir (1921). Çəmən zəminli İstanbuldakı  

fəaliyyətini  əks  etdirən  arxiv ini  (özünün yazdığ ı kimi, "Azərbaycanın son istiqlal dövrünə dair b ir ço x övraq, məsələn, iki 

sənəlik  rusca  "Azərbaycan"  qəzetəsi  ko lle ksiyonunu,  "Azərbaycan  Cü mhuriyyəti  Hö ku mətinin   ə xbarı"nı,  milli 

iqtisadiyyatımıza  dair  kitab  və  məcmuələri,  Qafqasiya  erməni  -  müsəlman  vuruşmalarını  təsvir  edən  vəsiqələri  və  s.) 

mühafizə edilmək üçün İstanbulda Süleymaniyyə nəzd indəki  kitab xanaya təhvil verir.  Bəzi "müsavatçılarla  ixtilafına" görə 

İstanbuldan Parisə gedir, onun yaxın lığ ındakı  kiçik  Klişi şəhərindəki avto mobil zavodunda fəhləlik edir. Asudə vaxtlarında 

Fransa  Milli  Kitab xanasında  Azərbaycanla  əlaqədar  materialların  tədqiqi  ilə  məşğul  olur,  "Paris  xəbərləri"  adlı  axşam 

qəzetində  "Şərqdən  məktublar"  ü mu mi  başlığı  a ltında  məqalə lər  dərc  etdirir.  1926  ildə  Be rlində  olan  ədib  "Əli  və  Nino" 

əsərinin əlyazmasını mühacir ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatın Vyanada yaşayan sahibinə verir. A zərbaycan Xalq 

Cü mhuriyyətinin  həyatından  canlı  lövhələri  əks  etdirən  bu  əsər  Vyanada  "Qurban  Səid"  imzası  ilə  çap  olunur  (1937)  və 

1970  ildən  mü xtəlif  d illərə  tərcü mə  edilərə k,  A me rika  və  Avropa  ölkələrinə  yayılır.  1926  il  apre lin  3-də  xa ricdən  vətənə 

qayıdan Çəmən zəminli  10  il ərzində "Studentlər" (h. 1-2, 1934-35), "Qızlar bulağı" (1934), "Qan içində" ("İki od arasında", 

1936-37) tarixi  ro manların ı, "Keç miş səhifələr" (1926), "Qa zanc yolunda" (1930), "Qa ranlıqdan işığa" (1935) və s. hekayə 

topluların ı,  "Həzrəti-Şəh riyar"  (1935)  ko mediyasını,  "Altunsaç"  (1937)  və  "Həqiqətin  təntənəsi"  (1938)  ssenarilərin i  və 

digər əsərlərini nəşr etdirir. 

Çəmən zəminli həm də geniş diapazona və erudisiyaya malik alim id i. 10-a yaxın Şərq və Avropa dillərin i b ilən  

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə