[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə187/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   183   184   185   186   187   188   189   190   ...   282

320 

 

Azərbaycanla sıx bağlı olduqların ı bild irir və siyasi ittifaq yaradılmasın ı  zəruri sayırdılar. Aprelin  29-da Te mirxan-Şurada 



Dağıstanın Azərbaycana birləşdirilməsi  məsələsi  Dağlılar parlamenti ü zvlərin in,  zabitlərin, ruhanilərin  və  ziyalıların birgə 

iclasında  mü zakirə  ed ild i.  Zab itlər  Denikinə  qarşı  mübarizən in  davam  etdirilməsini  və  hərbi  əməliyyatlar  başa  çatdıqdan 

sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında b irləşməsini təklif etdilər. Dağıstan deputatlarının 

lideri Məhəmməd Qazi Dibirov, nüfu zlu  din xad imi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 

1919 il may ın 5-də Bakıdakı müttəfiq qoşunlarının ko mandanı general To mson da Fətəli xan Xoyski ilə görü-şündə 

Dağıstanın  iqtisadi,  topoqrafik  və  d igər  cəhətlərdən  A zərbaycanla  bağlı  olduğuna  görə,  onun  Azərbaycan  Xalq 

Cü mhuriyyətinə birləşdirilməsini labüd saymışdı. 

Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq  üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaş-ması 

Denikin in bölgədə fəallaş masına, təxribatçılıq  fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalin in rəğbətini qazan maq üçün 

Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edild i,  Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə  mübarizə 

olduğu bildirild i.  Yüksək rütbəli dağlı  zabitlərin in Şimali  Qafqazın  müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi  isə zab it 

heyətinin mövqeyində dəyişiklik yaratdı. 

Be lə  bir  şəraitdə  mayın  12-də  Pşe ma xo  Kotsevin  baş çılıq  etdiyi  Dağlılar  höku məti  istefa  verdi.  Parla ment  zabit-

lərin təzy iqi ilə yeni höku mətin təşkilini general M.Xə lilova tapşırdı. Genera l Xə lilov Denikin in nü mayəndəsi ilə danışıqlara  

girdi, Dağlılar Respublikası hökumətin i buraxdı və ayrıca Dağ ıstan hökuməti yarad ıld ığını elan etdi. Mayın sonunda Denikin 

Dağıstanı müqavimətsiz ələ keçird i. 

Əbdürrəhim  bəy  Haqverdiyevin  iyunun  7-də  Dağıstanda  baş  verən  son  hadisələr  haqqında  Azərbaycan  Höku-

mət inə mə lu matında Den ikinin bölgədə cə mi min nəfə rdən bir qədər ço x hərbi qüvvəsi olduğu bildirilir və əhalinin arzusunu 

nəzərə   alıb,  Petrovsk-Porta   (indiki  Mahaçqala)  qədərki  əra zini  Azə rbaycana  birləşdirmək  üçün  hərə kətə  başlamaq  təklif 

edilirdi.  Britaniya hökumətinin  iyunun 11-də bəyan etdiyi demarkasiya  xəttinə görə də, Den ikin ordusu Petrovskdan 5  mil 

cənubda dayanmalı, Dağıstanın cənubuna keçmə mə li idi. 

Azərbaycan  Höku mət i  Də rbəndi  və   de markasiya  xəttinə   qədərki  Dağ ıstan  ərazisini  denikinç ilə rdən  tə mizlə mə k 

üçün  dərhal  diplo matik  və  hərb i  hazırlığa  başladı.  Lakin  Den ikin  ordusu  Cənubi  Dağ ıstanı  tərk  etməkdən  qəti  boyun 

qaçırdığından  avqustun  4-də  Britaniya  höku məti  demarkasiya  xəttini  Dağıstanın  cənub  sərhədinə  çəkərək,  bölgəni 

bütünlüklə  Denikin  ordusunun  təsir  dairəsinə  aid  etdi.  Azərbaycan  Hökuməti  yaran mış  mürəkkəb  vəziyyəti  nəzərə  alaraq, 

Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığ ı dayandırmalı oldu. 



 

Əd.:

 

Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920),  Внешняя политика (документы и материалы) , Б., 1998; 



Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920). Армия (документы и материалы), Б., 1998; Göyüşov A., 1917-1920-ci illərdə 

Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi. B., 2000.  



 

DAĞIS TAN  VĠLAYƏTĠ -  Rusiya imperiyasında in zibati vahid. Dağ ıstan torpaqları  1813  il  Gülüstan müqaviləsi 

ilə   Rusiyaya ilhaq edilmişdi.  Ça r höku mət i burada Dağ ıstan hərbi dairəsi (mə rkə zi Dərbənd olmaqla) yaratmışdı.  Dağıs tan 

dairəsi  Ba kı,  Quba  və  Dərbənd  əyalətlərindən  ibarət  idi.  1840  il  in zibati-məhkə mə  islahatı  nəticəsində  Dərbənd  qəzası 

(Dərbənd,  Tabasaran  və  Qaraqaytaq  əyalətləri)  və  Quba  qəzası  (Sa mu r  dairəsilə  birgə  Quba  əyaləti)  xüsusi  hərbi  dairədə 

birləşdirildi.  Dağıstan və Şimali Qa fqazda  1834-59  illər  xa lq azadlıq hərəkatı yatırıldıqdan sonra Dağıs tan vilayətinin  idarə  

edilməsi  haqqında  1860  il  5  apre l  "Əsasnamə"si  elan  olundu.  Əsasnaməyə  görə,  Dərbənd  quberniyası  ləğv  edild i.  Quba 

qəzası Ba kı quberniyasının tərkibinə qatıldı,  Ca r-Ba lakən hərbi dairəsi Zaqatala hərbi dairəsinə çevrild i.  Qafqa z təqvimin in 

(1917)  məlu mat ına  görə,  Də rbənd  vilayətinin  ə razisi  26105,45  k v.verst,  əhalisi  713342  nəfər  idi.  Vilayətdə  Dərbənd, 

Petrovsk  və  Temirxan -Şura  şəhərləri  var  idi.  Dərbənd  vilayəti  Avar,  Əndi,  Qunib,  Dargi,  Qa zıqu mıq,  Qaytaq,  Tabasaran, 

Kürə, Samur, Temirxan-Şura dairələrindən ibarət id i. 

Dairələ rin  əha lisi  643369  nəfər  idi.  Vilayətin  etnokonfessional  tərkibinə  dair  məlu mat lar  aç ıq-aşkar  təhrif  olun-

muşdur. Əhali  Qafqaz dairələri ilə b irlikdə,  mü xtəlif Asiya  xalq ları adı altında  müsəlman şiə (hər iki cinsdən 15615 nəfər) 

və sünnilərə (91977 nəfə r) ayrılmışdır (cə mi 107592 nəfə r). Onların, əsasən azərbaycanlıla rdan ibarət olduğunu qeyd etmək 

mü mkündür. Dərbənd vilayəti Qafqaz hərbi dairəsinə daxil id i. Əhali əsasən, əkinçilik, maldarlıq, üzü mçü lük və s. təsərrüfat 

sahələri ilə məşğul olurdu. Sənaye istehsalı sahəsində kustar peşələr üstünlük təşkil edird i. 

Fevral  inqilabından  (1917)  sonra  Dərbənd  vilayəti  şəhərlərində  və  bir  sıra  dairələrdə  fəh lə,  əsgər  və  kəndli 

deputatları  sovetləri  yaran mağa  başladı.  Sovetlərdə  menşevik  və  eserlər  üstünlük  təşkil  edird i.  Martın  9  (22)-da  Dərbənd 

vilayəti Müvəqqəti höku mətin orqanı o lan Müvəqqəti  Vilayət İcra iyyə Ko mitəsi yaradıldı.  6  (19) apreldə yerli ha kimiyyət 

orqanı  olan   xüsusi  ko missarlıq  (vilayət  ko missarı  İ.Heydərov  id i)  fəaliyyətə  başladı.  O,  Xüsusi  Zaqafqaziya  Komitəsinə 

(OZAKOM)  tabe  idi.  Müstəqillik  tərəfdarı  olan  qüvvələr  Dərbənd  vilayətini  Rusiyadan  ayırmağa  çalışırdılar.  Apre ldə 

"Cə miyyətül  isla miyyə" (sədri D.Araşev), sentyabrda is ə Dağıstan  milli  ko mitəsi təşkil o lunmuşdu. 1917  ilin  mayında isə 

Terek vilayəti ilə birlikdə Şima li Qa fqaz Dağlı Xa lqları İttifaq ı yaradılmışdı.   

 

 



 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə