[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə188/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   184   185   186   187   188   189   190   191   ...   282

321 

 

Dərbənd vilayət şəhərlərində  Rusıya Sosial-De mo krat  Fəhlə  (bolşeviklər) Pa rtiyasının Mərkə zi  Ko mitəsi və  Ba kı bolşevik 



ko mitəsi,  Dərbənddəki  "Hü mmət"  qrupu  ilə   ə laqədə  fəa liyyət  göstərən  bolşevik  ko mitəsi  də  meydana  gəlmişdi.  Mayda 

Dağıstan sosialist qrupu yaradıldı. 1917 il Oktyabr çevrilişindən sonra Petrovsk-Port Soveti hakimiyyətin  sovetlərə keçməsi 

haqqında qətnamə qəbul etdi. Noyabrda Dərbənd vilayətin in qalan h issəsində Dağlı  Respublikası,  1  (14) dekab rda Terek-

Dağıstan  hökuməti  yaradıldı.  1918  ilin  martında  Petrovsk-Portu  da  tutuldu.  Lakin  Bakı kommunası  Dağıstanda  da  sovet 

hakimiyyətinin qurulmasına  xüsusi əhəmiyyət verir, dağlı  xa lqlarının  milli a zadlıq  mübarizəsin in boğulmasına çalışırdı.  Bu 

məqsədlə  Dağ ıstana  3  min  nə fərlik  dəstə  göndərilmişdi.  On lar  yerli  q ırmızı  qvardiyaç ıla rla   birgə  Petrovsk-Portu  və 

Dərbəndi tutmuşdular. Dərbənddə Qa zımə mməd Ağasıyev başda olmaq la, Hərb i inqilab ko mitəsi yaradılmışdı. 

Gü rcüstana köçmüş Dağlı  Respublikası höku məti 1918  ilin  mayında yenidən təşkil olun muş, hakimiyyətini bərpa 

etmə k  üçün  tədbirlər  görmüşdü.  Yayda  Dağ ıstanda  sovet  hakimiyyətinə  son  qoyulmuş,  noyabrda  Dağlı  Respublikası 

hökuməti  Temirxan-Şuraya  köçmüşdü.  Dağlı  Respublikası  ilə  A zərbaycan  Xalq  Cü mhuriyyəti  arasında  siyasi  və  iqtisadi 

münasibətlər  mövcud  idi.  1918  il  noyabrın  28-də  Azərbaycanla  Dağlı  Respublikası  arasında  müqavilə  imzalan mışdı  (bax 

Azərbaycanla  Dağlılar  Respublikası  arasında  müqavilələr).  Denikin  işğalına  qarşı  mübarizədə  də  Dağlı  Respublikasına 

maddi və  mənəvi kö mə k göstərilmişdi.  La kin Dağ lı  Respublikası  Denikin işğalından  xilas ola bilmə miş, 1919 ilin  mayında 

özünü buraxmış, iyulda Denikinin qoşunları Dağıstana daxil olmuşdu. 1920 il martın 30-da 11-ci Qırmızı ordu Petrovsk-Port 

şəhərini ələ keçirdi. Dağıstanda sovet hakimiyyəti quruldu. 



 

Əd:.  Göyüşov A., 1917-1920-ci  illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi,  B., 2000;  Həsənov 

C,  A zərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-20-c i  illər),  B.,  1993;Nəsib zadə  N,  Azərbaycanın  xaric i  siyas əti 

(1918-1920), B.,1996; Ис тория народов Северного Кавказа (конец XVIII 

B

.



 

- 1917), M., 1988. 



 

DAĞLI  RESPUBLĠKAS I  -  Dağıstan  və  Terek  v ilayətlərində  mövcud  olmuş  (1918-19)  müstəqil  dövlət  (bax 

Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası). 

DAĞLIQ QARABAĞ ERMƏ NĠLƏRĠNĠN  AZƏRB AYCAN HÖKUMƏ TĠ QARġIS INDA TƏƏ HHÜD -LƏ RĠ 

- Dağlıq Qarabağ ermənilərinin  bölgədə separatçılığa  son qoymaları barədə 1919 il avqustun 22-də imza ladığ ı sənəd. Sənəd 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in Qa rabağda genişlənməkdə o lan ermən i təcavüzünün və separatçılığın qarşısını 

almaq  məqsədilə həyata keç ird iyi qətiyyətli tədbirlər nəticəsində imza lan mışdı. Sa zişin imza lan ması ə rəfəsində Qarabağda 

vəziyyət  yenidən  kəskinləş mişdi.  Qarabağ  general-qubernatoru  Xosrov  Paşa  bəy  Sultanovun  əmri  ilə   vəziyyətin  nəza rət 

altında saxlan ması üçün Şuşanın ermən i hissəsindəki  xəzinədarlığ ın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər 

ətrafındakı səngərlərə əlavə postlar qoyulması,  Şuşa-Yev lax yolunun təhlükəsizliyin in təmin edilməsinə cəhd göstərilməsi 

erməni  millətçilərinin  rəhbərləri  tərəfindən  hiddətlə  qarşılandı.  Azə rbaycan  hakimiyyət  orqanlarının  bölgədə 

möhkəmlən məsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar. 



322 

 

 1919  il  iyunun  4-də  Şuşa  və  ətraf  kəndlər  silah lı  qarşıdurma  mə rkəzinə  çevrild i.  İyunun  5-də  bölgədəki  ingilis 



ko mandanlığın ın kö məyi ilə silahlı təxribatların təşkilatçıları olan Ermən i Milli Şurasın ın üç fəalı həbs edilərək Azərbaycan 

ərazisindən  çıxarıld ı.  İyunun  6-da  Azərbaycan  qoşun  bölmələri  Şuşanın  ermən i  məhəlləsindəki  qışlalarda  yerləşdikdən 

sonra, ermənilər tə xribatın  törədilməsində kənardan gə lmə  qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hö ku mət orqanla rı 

ilə  ə mə kdaşlığı genişləndirməyə mey lli o lduqlarını b ild ird ilə r. 

Azərbaycan  Höku mətinə  münasibət  məsələsi  Qarabağ  ermənilərinin  1919  il  avqustun  16-da  çağırılan  7-ci  quru l-

tayında  da  müzakirə  edild i.  Qurultay  nümayəndələri  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Hö ku mət  orqanları  ilə  danışıqlar 

aparmağa  və  saziş  imzalamağa  razı  oldular.  Həmin  gün  qurultay  nümayəndələrindən  20  nəfər  Şuşaya  gəlib,  Azərbaycan 

Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar. 

Saziş 26 bənddən ibarət idi.  Əsas məzmunu tərəflər arasında etimadın genişləndirilməsi,  münaqişələrin sülh yolu  

ilə   həlli  üçün  zə min  yaradılması  ilə   bağlı  idi.  Sa zişə  əsasən,  Qarabağ  general-qubernatorluğu  yanında,  hər  iki  tərə fdən, 

bərabər  sayda  olmaqla ,  6  nəfə rlik  Şura  yaradılma lı,  millət ləra rası  məsələlər  ilkin  olaraq,  bu  Şurada  mü zakirə  ed ilməli, 

general-qubernatorun mülki  işlər ü zrə  müav ini və zifəsi təsis edilməli və hə min vəzifəyə ermən i təyin olun malı  idi. Sa zişdə 

digər  məsələlə r  də  ə ksini  tap mışdı.  La kin  sazişin  imza lan ması  bölgədə  sülhü  təmin  et mədi.  A z  sonra  ermənilər  öz 

niyyətlərinə  na il  olmaq  üçün  Zəngəzurda  və  Qarabağda  türk-müsəlman   əhaliyə  qarşı  qətlləri,  tə xribatla rı  yenidən 

genişləndirdilər. 

 

Əd.: 

M əmmədova H., Qarabağ  general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr, B., 1999; 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920). B., 1998. 

 

DAXĠLĠ ĠġLƏR NAZĠRLĠYĠ (DĠN), A z ə r b a y  c a n  X a l q  C ü m h u r i y y ə t i  H ö k u m ə t i n i n  D a x- 

i l i  İ ş l ə  r  N a z i r 1 i y i - ölkədə ictimai asayişi, qanunçuluğu və hüquq normala rın ı qoruyan dövlət orqanı. 1918 il may ın 

28-də  Azərbaycan  Milli  Şurasının  qərarı  ilə  Fətəli  xan  Xoyski  tərə findən  Tiflisdə  təşkil  edilmiş  birinc i  Azə rbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətində F.x.Xoyski Nazirlər  Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra 

edirdi.  Hə min  il  Höku mət  Gəncəyə  köçdükdən sonra,  iyunun  17-də  F.x.Xoyskinin   burada  təşkil  etdiyi  ikinc i  Höku mətdə 

daxili  işlər  naziri  vəzifəsini  Behbud  xan  Cavanşir  tutdu.  Noyabr-dekabr  aylarında  isə  Behbud  xan  Cavanşirin  sənaye  və 

ticarət naziri və zifəsinə təyin olun ması  ilə ə laqədar da xili  işlər naziri vəzifəsini  müvəqqəti olaraq general-mayor Məmməd 

Sadıq bəy Ağabəyov icra etmişdir. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Parla menti  fəaliyyətə başladıqdan sonra Parla mentin tapşırığı  ilə  1918 il de kabrın  

26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlə r naziri və zifəsi  Xəlil bəy Xasmə mmədova həvalə 

olundu.1919 il apre lin  14-də Nəsib bəy  Yusifbəylin in dördüncü Höku mət kab inəsində o, özü  Höku mətin  sədri və zifəsi  ilə  

yanaşı,  həm  də  daxili  işlər  naziri  vəzifəsini  icra  etdi.  1919  ilin  dekabrında  N.Yusifbəylin in  yaratdığı  beşinci  Hö ku mət 

kabinəsində daxili işlə r na ziri vəzifəsin i əvvəlcə Mə mməd Həsən Hacınsk i, sonra isə Mustafa bəy Vək ilov tutmuşdur. 

DİN  mürəkkəb   tarixi  dövrdə  ö lkədə  hökm  sürən  anarxiyanın  qarşısının   alın ması,  qanunçuluğun  və  hüquq  nor-

malarının  bərqərar  ed ilməsi,  ö lkə  vətəndaşlarının  şəxsi  və  əmlak  təhlü kəsizliklərin in  təmin  o lunması,  cinayətkarlıqla 

mübarizə aparılması, bununla, ölkədə sabitlik yarad ılmasında mühüm rol oynamışdır. 

DİN-in fəaliyyətini şərti olaraq üç dövrə bölmək o lar: b irinci dövr Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi 

dövrdür. Bu  dövrdə DİN-in  funksiyası b ir tərəfdən müstəqil dövlətin  müstəqil nazirliy i tərəfindən həyata keçirilird isə, digər 

tərəfdən, bu struktur Türkiyə  hərbi ko mandanlığından xey li dərəcədə asılı idi. Ölkədə anarxiyaya son qoymaq, qanunçuluğu 

və  vətəndaş  təhlükəsizliy ini  tə min  et mə k  məqsədilə  b ir  tərəfdən,  keç mişdə  fəa liyyət  göstərmiş  inzibati  idarə  siste min in 

quruluşu və şəxsi  heyəti  olduğu  kimi  saxlanılır,  d igər  tərəfdən  isə,  onların  vəzifəsi,  imkan  düşdükcə,  Höku mətin  1918  il 

iyunun  19-da  qəbul  etdiyi  hərbi  və ziyyət  haqqındakı  qərarının  müəyyən  etdiyi  səlahiyyətlərdən  istifadə  o lunmaq la  hərbi 

qüvvə vasitəsilə həyata keçirilird i. 

1918 il  iyunun 23-də nazirlik tərəfindən işlənib hazırlan mış  məcburi qərar dərc olundu. Qəra ra əsasən, şəxsiyyətə, 

şəxsi, dövlət, yaxud ictimai əmlaka qarşı ağır cinayətlərə hərbi-məhkəmə orqanlarında baxılır,  ictimai sabitlik üçün təhlükə 

törədən cinayətlərin araşdırılması  isə Daxili  İşlər  Nazirliy inin və yerli  inzibati idarə orqanları  rəhbərlərin in (qubernatorlar, 

qəza rə isləri) sərəncamına verilird i. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti Hö ku mətinin  1918  il  24  iyun tarixli qərarına əsasən, bütün keçmiş in zibati  idarə  

işçiləri  iyulun 1-nədək ö z iş yerlərinə qayıtmaləı  idi, əks halda, işdən azad ediləcəkd ilər.  Həmin vaxtdan etibarən qəzalarda 

yerli əhali hesabına inzibati-idarə  orqanlarının  şəxsi heyəti forma laşmağa başladı. Cü mhuriyyət Höku məti iyulun 2-də DİN-

in mə ruzəsi əsasında polis işçilə rin in ə mə k haqqını art ırmaq barədə qərar qəbul etdi. Gəncə quberniya idarəsi işçilərinin sayı 

ixtisar edildi. Zaqatala mahalı Azərbaycan Cümhuriyyətinə birləşdirildikdən sonra ayrıca quberniyaya çevrild i və quberniya 

idarəsi  yaradıldı.  DİN-in  Gəncədə  həyata  keçirdiyi  ilk  tədbirlə rdən  biri  Gəncə  şəhər  özünüidarəsini  bərpa  et mək  o ldu. 

İyunun 22-də  Gəncə şəhər rəisinin  müavin inə şəhərdəki  işçi qüvvələrin i təcili olaraq bir yerə toplayıb fəaliyyətə başlamaq 

tapşırıldı. İyunun 27-də Azərbaycan Cümhuriyyəti Hö ku məti  Gəncə şəhər özünüidarəsini təşkil etmək üçün şəhər idarəsinə 

150  min  manat faizsiz borc vermə k, vəba ilə  mübarizə aparmaq üçün qaytarılma maq şərti ilə 100  min manat kömək ayırmaq 

barədə  qərar  qəbul  etdi.  1918  il  iyulun  30-da  Höku mət  digər  şəhərlərdə  də  özünüidarə  orqanları  yarat maq  haqqında  DİN 

tərəfindən təqdim olun muş mə ruzə  əsasında qərar qəbul etdi.  

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə