[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə19/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   15   16   17   18   19   20   21   22   ...   282

58 

 

planlarını reallaşdırmaq üçün Sovet Rusiyası ilə gizli danışıqlara başladılar. 



Sovet Rusiyasının    işə qarış ması A zərbaycan  Höku mətin in  Bakın ı azad  etməsini  xeyli yubandırdı. A lmaniya -Rusiya 

danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq  üçün çar polkovniki L.Biçeraxovdan 

yardım  almaq  ü mid ləri  doğrulmadı.  "Sentrokaspi"çilər  və  avqust  ayının  əvvəllərində  L.Denstervil  başda  olmaqla  Bakıya 

daxil o lan ingilislər də şəhəri Qafqaz İsla m Ordusunun hücumundan müdafiə et mə k iqtidarında deyildilə r. Nəhayət, Berlində 

üç aya qədər davam edən A lmaniya - Rusiya danışıqla rı 1918 il 27 avqust sazişinin imzalan ması ilə nəticələndi (bax Brest-

Litovsk müqaviləsinə əlavə məxfi saziş). 

 

 



 

 

 



 

 

 



İstanbulda olan və Almaniya  ilə  Rusiya arasındakı gizli sövdələşmədən xəbər tutan Azərbaycan nümayəndələri  27 

avqust sazişi ilə bağlı Alman iyanın Türkiyədəki səfirliyinə etira z notası təqdim etdilər. Notanın surəti  Türkiyə  Xarici İşlə r 

Nazirliyinə, Avstriya - Maca rıstan və Bo lqarıstan səfirliklərinə, hə mçin in bitərə f ö lkə lərin d iplo matik nümayəndəliklərinə 

də  verildi.  1918  ilin   sentyabrında  yaranmış  beynəlxalq  və ziyyət  Bakının  tezliklə   azad  olunmasını  zəruri  ed irdi.  Sentyabr 

ayının  ortalarında  A zərbaycan  -  Osman lı  hərbi  qüvvələri  Bakını  yadellilərdən  azad  etdilər.  Bakının  azad  ed ilməsi  Tələt 

paşanın  Berlində  apardığı  danışıqlara  müsbət  təsir  göstərdi.  Danışıqlar  nəticəsində  sentyabrın  23-də  A lmaniya-Os manlı 

protokolu  imzalandı.  Protokola  görə  Alman iya  27  avqust  sazişindən  imtina  edir,  Azərbaycanı  diplo matik  cəhətdən 

tanıyacağını bild irir, onun müstəqilliyin in Sovet Rusiyası tərəfindən tanınacağına yardım göstərəcəyini vəd edirdi.  Türkiyə 

isə  Sovet  Rusiyası  Azə rbaycanın  müstəqilliyini  tanıyacağı  halda,  öz  qoşunlarını  Brest  sülhü  üzrə  müəyyən  edilmiş 

sərhədlərə çəkəcəyini öhdəsinə götürürdü.   

 

 



 

 

 



 

 

 



 

1918 ilin payızında Almaniya - Türkiyə bloku  məğlub oldu. Məğlubiyyət ərəfəsində Azərbaycan Cümhuriyyətinin 

fövqəladə  elçisi  və  səlahiyyətli  naziri  kimi  İstanbula  gələn  Əlimərdan  bəy  Topçubaşov  oktyabr  ayında  Türkiyənin  rəsmi 

dairələ ri ilə bir sıra görüşlər  keçirdi. Oktyabrın  30-da yalnız Türkiyə üçün deyil, Azə rbaycan üçün də son dərəcə ağır olan 



Mudros barışığı (1918) imzalandı.  Barışığa görə Türkiyə o rdusu tezliklə A zərbaycanı tərk etməli id i. Türkiyənin nəzarəti 

altında olan Cənubi Qafqaz dəmir yolu müttəfiq lərin nəzarətinə verilird i. Türkiye, eyni zamanda, 




59 

 

Bakın ın  müttəfiq lər  tərəfindən  işğal  ed ilməsinə  etiraz  etməməli  idi.  Noyabrın  4-də  Əlimərdan  bəy  Topçubaşov 



Mudros barışığının A zərbaycana aid maddələri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliy inə etiraz notası verdi. 

Mudros  barışığına  əsasən,  1918  il  noyabrın  17-də  ingilis  generalı  U.To msonun başçılıq  etdiyi  müttəfiq  qoşunları 

Bakıya daxil oldular.  Bundan az əvvəl  isə Azərbaycan Höku məti A BŞ prezidenti  V.Vilsona, öz fəaliyyətini yenicə bərpa 

etmiş  Milli  Şura  isə  dünya  dövlətlərinə  mü raciət  qəbul  etdi.  Müttəfiq lərin  müdaxiləsi  A zərbaycanın  istiqlaliyyətini  ciddi 

təhlükə qarşısında qoydu. Bakıdakı vəziyyətlə ya xından tanış olduqdan sonra, rus və erməni milli şuralarının ciddi səylərinə 

baxmayaraq,  general  U.To mson  bildirdi  ki,  Britaniya  ko mandanlığ ı  Azə rbaycan  Hökumət inə  və  onun baş  nazirinə  böyük 

hörmət  bəsləyir,  Xoyski  "Bakıda  ən  bacarıq lı  adamlardan  biridir"  və  yeni  koalisiya  Hö ku məti  təşkil  edilənə  qədər  onun 

Höku məti ölkədə yeganə təsirli hakimiyyət olaraq qalır. 

Yeni yarad ılmış  Höku mətin  ilk addımı dekabrın  28-də Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin 

tərkib ini  müəyyən  et mək  oldu.  Hö ku mətin  təqdimat ı  ilə  təşkil  edilmiş  nü mayəndə  heyətinə  tanınmış  siyasi  xadim, 

Azərbaycan  parla mentin in  s ədri  Əlimərdan  bəy  Topçubaşov  rəhbərlik  ed ird i.  Bu   za man  İstanbulda  olan  Əlimərdan  bəy 

Topçubaşov Türkiyənin rəs mi dairələri və  İstanbuldakı İngiltərə, ABŞ, İtaliya, İsveç, İran, Ho llandiya,  Rusiya, Ukrayna və 

Ermənistan hərbi və dip lo matik nü mayəndələri ilə faydalı görüşlər keç irird i. 

Azərbaycan  nümayəndələri  Parisə  viza  a lmaq  üçün  çətinliklə rlə  qarşılaşdıla r.  3  ay  İstanbulda  gözlədikdən  sonra 

nümayəndələr İstanbul — Səlanik - Pirey (Afina) - Neapol - Ro ma marşrutu ilə Parisə yola düşdülər. 

1919  il  mayın  2-də  ABŞ  p rezidenti  V.Vilsonun  təşəbbüsü  ilə  A zərbaycan  məsələsi  ilk  dəfə  Paris  konfransının 

Dördlər  Şu rasının  iclasında  mü zakirə  edildi.  Parisə  gəldikdən  sonra  Azərbaycan  nümayəndələri  may   ayı  ərzində  Böyük 

Britaniya, Polşa,  Gü rcüstan, Dağlılar  Respublikası,  Ermən istan və İran nü mayəndələri ilə görüşlər  keçirdilər. Mayın  23-də 

İngiltərə  nü mayəndə  heyətinin  üzvü  L.Mallet  Əlimərdan  bəy  Topçubaşovu qəbul  etdi.  Danışıq lar  zamanı  siyasi,  hərbi  və 

iqtisadi  vəziyyətlə  bağlı  fikir  mübadiləsi  aparıldı.  Mayın  28-də  günün  birinci  yarısında  Ame rika  diplo mat ı  H.Morgentau, 

günün  ikinci  yarısında  isə  prezident  V.Vilson  Azərbaycan  diplomatların ı  qəbul  etdi.  Görüşdə  Əlimərdan  bəy  Topçubaşov 

bildirdi ki, A zərbaycan nə Kolça kı, nə  Denikin i, nə də köhnə  Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa et mə k 

niyyətində  olan  başqa birisini  tanımayacaqdır.  Danışıqla r  za manı  A zərbaycan  Respublikasıın ın  me morandumu  V.Vilsona 

təqdim ed ild i. 

1919  ilin  yazında  Rusiya  ağqvardiyaçılarının  müvəqqəti  qələbəsi  müttəfiq lərin  onlara  o lan  meylini  gücləndirdi. 

Rusiyadakı  ağqvardiyaçı  generalların   müvəqqəti  uğurları  fonunda  Parisdəki  rus  mühacirlərinin   fəallaşması  Azərbaycan 

nümayəndələrini  daha  çevik  diplomatik  addımlar  atmağa  sövq  edirdi.  Bu  məqsədlə  avqustun  19-da  və  26-da  sülh 

konfransının  sədrinə  məktubla  müraciət  olundu.  Bu  sənədlərdə  Qafqazdakı  vəziyyət  ətraflı  təhlil  edilərək,  konfrans 

qarşısında  Denikinin   Könüllü  ordusu  ilə  bağlı  üç  mühüm  tələb  qoyulurdu:  1)  Könüllü   ordu  Dağ ıstan  vilayətinə  mü -

nasibətdə  müttəfiq   ko mandanlığının   müəyyən  etdiyi  de markasiya  xəttini  pozma ma lıdır;  2)  Könüllü  ordu  ən  qısa  va xtda 

Dərbənddən  çıxma lıdır;  3)  Könüllü   ordunun  əlinə  keçən  Xə zə r  donanmasının  gə miləri  A zərbaycan  Hö ku mətinə 

qaytarılmalıd ır. 

Könüllü ordu ilə bağlı Azərbaycan nümayəndələrinin Parisdə qarşılaşdığı çətinliklər 1919 ilin sonunadək davam etdi. 

Azərbaycan nümayəndələrinin qa rşılaşdığı ciddi çətin liklərdən b iri də  ermən ilərin "Böyük  Ermənistan" yaratmaq 

məqsədilə  irəli  sürdükləri  ə ra zi  iddia larına  qarşı  mübarizə  ilə   bağlı  id i.Qərb  ölkə lərindən  yardım  a lan  və  güclü  xaric i 

ic ma lara  ma lik  olan  Ermənistan  ilk  günlərdən  etibarən  sülh  konfransının  qarşısında  həlli  mü mkün  olmayan  tələblə r 

qoymuşdu. 

Ermənistan  siyasətçiləri  "ermən i  məsələsinin"  Qa fqazdan  kənarda  qüdrətli  və  qa lib  ö lkə lərin  kö məyilə  həll  edi-

ləcəyinə,  Ermənistan  ərazisin in  Türkiyə,  A zərbaycan  və  Gürcüstanın  ərazilə ri  hesabına  xeyli  genişləndiriləcəy inə  ümid 

bəsləyirdilə r.  Lakin  A zərbaycan  nü mayəndələri  Qə rb  ö lkə lərinin   siyasi  dairə ləri  tərəfindən  müdafiə   edilən  və  b ilavasitə 

Azərbaycan Respublikasının ə ra zi bütövlüyünə qarşı yönələn erməni iddiala rın ı dəf et məyə nail oldular. 

Bu  dövrdə  yeni  yaranmış  dövlətlər  qarşılarına  çıxan  siyasi,  iqtisadi  və  xüsusilə  maliyyə  çətinliklərini  həll  etmək 

üçün  özlərinə  siyasi  cəhətdən  güclü,  iqtisadi  cəhətdən  varlı  h imayəçi  dövlətlər  axtarırdılar.  Bu  baxımdan  köhnə  və  yeni 

Rusiyanın  Azərbaycana  formaca  fərq li,  mah iyyətcə  eyni  olan  münasibəti  Azərbaycan  Xalq  Cü mhuriyyətini  ö zünə  böyük 

dövlətlərin simasında himayəçi axtarmağa sövq edirdi.  Birinci dünya  müharibəsində məğlub olana qədər Azərbaycan üçün 

himayəçi dövlət Tü rkiyə  idi. Müharibədən sonra beynəlxa lq və ziyyət  köklü surətdə dəyişdiyindən bu cür himayəçi dövlət 

Fransa, Böyük Britaniya, A BŞ və ya İtaliya ola bilərdi. 

Azərbaycana  və  ümumilikdə  Qafqa z  dövlətlərinə  Fransa  himayədarlığ ı  o  qədər  də  real  deyildi.  Fransa  işgüzar 

dairələ rin in  Qa fqaza  ma rağı  güclü  o lsa  da,  Kle manso  höku mətin in  "vahid  və  bölünməz  Rusiya"  ideyasına  s ədaqəti  daha 

üstün idi. 

İngilis qoşunları  Bakıya daxil o lduqdan üç ay sonra,  1919  ilin  fevralında  Lloyd  Corc höku məti onları  Qafqazdan 

mü mkün qədər tez çıxarmağı qərara aldı. Lakin ingilislər bunu elə etmək istəyirdilər ki, nə amerikalılar, nə də fransızlar bu 

regionda  birtərəfli  qaydada  qüvvətlənməsinlər.  Belə liklə,  ingilislər  tərə findən  ilk  dəfə  italyanla rın  Qafqa za  cəlb  ed ilməsi 

ideyası irəli sürüldü. Bununla, həm de italyanların sülh konfransından narazılığı aradan qaldırıld ı. 

İyunun 28-də  Böyük  Britaniya höku məti ingilis ordusunun Qafqazdan  çıxarılacağı barədə Paris sülh  konfransına 

rəsmi mə lu mat verdi. Müttəfiqlə r Qafqa zdan çıxan  




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə