[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə192/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   188   189   190   191   192   193   194   195   ...   282

326 

 

1917  il  oktyabrın  22-də  Ba kı  Sovetinə  keç irilən  seçkilərdə  daşnaklar  4-cü  yeri  tutdular.  Oktyabr  çevrilişindən 



(1917) sonra eserlərlə b irlikdə bolşeviklərə qarşı ç ıxış etmələrinə baxmayaraq, daşnaklar 1917 ilin dekabrında Bakı  Sovetinə 

seçkilərdə  41  deputat  yeri  qazanaraq,  bo lşeviklərdən  sonra  2-ci  yeri  tutdular.  Eyni  zamanda,  "Daşnaksutyun"un 

nümayəndələri  T.Ter-Qazaryan,  X.Karçiyan,  A.Ağacan  Tiflisdə  yaradılmış  Zaqafqaziya  komissarlığının,  1918  ilin 

fevralından isə 27 nəfərlik heyətlə Zaqafqaziya seyminin tərkibinə daxil oldular. 

Bakı  ko mmunasının  hakimiyyəti  dövründə  daşnaklar  Bakı  Sovetinə  başçılıq  edən  S.Şau myanla  ittifaqa  girərək, 

1918  ilin  ma rtında  Azərbaycan  xalqına  qarşı  dəhşətli  soyqırımı  törətdilər.  1918  ilin  ma rtınadək  Bakıda  daşnak  silah lı 

birləşmə lərinin  7  minə ya xın  ermən i əsgəri toplan mışdı.  12  minlik bolşevik "Qırmızı qvardiya"sının 70%-ini də daşnaklar 

təşkil edird i. 1915  ildə daşnak döyüş dəstələrinə qarşı kəskin ç ıxışlar edən S.Şau myan öz  məqsədinə -  Bakın ı getdikcə daha 

çox  nüfu z  qazanan  "Müsavat"  partiyasından  və  onunla  birlikdə  azərbaycanlı  əhalisindən  təmizləməyə  nail  o lmaq  naminə 

daşnaklarla sıx ittifaqa girdi.  Bakı Soveti qoşunlarının və daşnak quldur dəstələrin in guya "Azərbaycan döyüş hissələrin in 

qiyamını  yatırmaq"  bəhanəsilə  martın  30-da  ağır  artilleriyadan  və  hidroaeroplanlardan  istifadə  etməklə,  başladıqları  hərbi 

əməliyyatlar şəhərin  müsəlman  məhəllələrində dinc azərbaycanlı əhaliyə vəhşicəsinə qanlı divan tutulması  ilə nəticələndi. 

Üç gün ərzində 12000-dək azərbaycanlı qətlə yetirild i. Qırğın bununla qurtarmad ı. Dinc azərbaycanlı əhalisinə qarşı erməni 

"sərkərdələri" S.La layanın, T.A miryanın,  Q.Ha ma zaspın başçılıq etdiklə ri cəza ə məliyyatları Şa ma xı, Quba,  Xaç ma z,  Lən-

kəran, Hac ıqabul və Salyanda da aparıldı. A zərbaycan xa lqı kütləvi soyqırımına məru z qald ı. 

Şamaxı  daha  ço x  zərər  çəkdi.  Buraya  2  min  erməni  əsgəri  və  60  araba  silah  göndərilmişdi.  Bu  qəzada  80  kənd 

məhv  ed ilmiş,  Fövqəladə  Təhqiqat  Komissiyasının  mə lu matına   görə,  onla rın   53-də  8027  ada m  qətlə  yetirilmişdi. 

Zaqafqaziya  seymindəki  A zərbaycan  nümayəndə  heyəti  Bakıda  və  qəza larda  baş  vermiş  hadis ələrlə  ə laqədar  kəskin 

etirazların ı  bildirərək,  Bakıya  qoşun  göndərilməsini  tələb  etdi,  lakin  seymin  qoşunları  sovet-daşnak  dəstələri  tərəfindən 

məğ lubiyyətə uğradıldı. Azə rbaycan nümayəndə heyətinin kömə k üçün Türkiyəyə mürac iət et məkdən başqa çarəsi qalmadı. 

Bakı  ko mmunasının  süqutundan  sonra  hakimiyyət  ingilis  qoşunlarının  köməyi  ilə  ayyarımlıq  bir  müddət  ərzində 

menşevik və eserlərlə yanaşı, daşnakların da təmsil olunduğu "Sentrokaspi diktaturası" hökumətinin əlinə keçdi. Bakını azad 

etməyə  gələn  Tü rkiyə-Azə rbaycan  ordusuna  qarşı  əsasını  daşnak  dəstələri  təşkil  edən  50  min lik  qoşun  çıxarmasına 

baxmayaraq, yeni höku mət şəhəri əlində saxlaya bilməd i və Bakı 1918 il sentyabrın 15-də azad o lundu. Daşnaklar və onlara 

kö mək edən xeyli erməni xalqın qəzəbindən qorxaraq, şəhərdən qaçdı. 

1918  ilin  dekabrında  fəaliyyətə  başlayan Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  bütün  milli  azlıqların  onun 

tərkib ində  təmsil  o lunmasın ı  tə min  etdi.  La kin  daşnakların  başçılıq  etdiyi  Erməni  M illi  Şurası  Pa rla mentin  fəa liyyətində 

iştirakdan imtina etdi. Ancaq ingilis generalı To mson Fətəli xan Xoyski höku mətini və parlamenti tam dəstəklədiyin i bəyan 

edəndən sonra ermənilər Pa rla ment in fəa liyyətində iştira k etdilə r. Parla mentdə fəaliyyət göstərən 11 fra ksiyadan ikisi erməni 

fraksiyası  idi.  Bunlar  A.Malxazyan  başda  olmaqla  "Daşnaksutyun"u  və  A.Paronyan  başda olmaq la  Ermən i  Milli  Şurasını 

təmsil  edən  fraksiyala r  id i.  Nəsib  bəy  Yusifbəylin in  4-cü  Hö ku mət  kabinəsində  isə  daşnak  X.A maspür  portfelsiz  nazir 

vəzifəsi tuturdu. 

Cü mhuriyyət  dövründə  "Daşnaksutyun"un  təsiri  A zərbaycanda  xeyli  zəifləsə  də,  o,  Ermənistanda  hakim  partiya 

oldu və bu, iki ö lkə  a rasında qarşılıqlı münasibətləri xeyli mürə kkəb ləşdirdi. De mə k o lar ki, iki il ərzində Azə rbaycan Xa lq 

Cü mhuriyyəti  ilə  daşnak  Ermənistanı  arasında  ərazi  münaqişələri  davam  etdi.  "Böyük  Ermən istan"  xülyalarından  əl 

çəkməyən daşnak quldur birləş mələri Andronik,  Dro və  Njdenin başçılığı ilə Naxçıvan, Zəngəzur və  Qarabağ qəzaların ın 

azərbaycanlı  əha lisinə  qarşı  məqsədyönlü  soyqırımı  və  etnik  tə mizlə mə  aparmağa  başladılar.  Na xçıvan  əhalisinin  ciddi 

müqavimətilə ü zləşən Andronik  1918 ilin avqustunda Zəngəzur qəzasına so xularaq, yerli əhaliyə vəhşicəsinə divan tutdu. 

Təkcə  1918  ilin yayında və payızında Zəngəzurda 10.068 ada m qətlə yetirildi. Zəngəzurda  möh kə mlənən Andronik özünü 

buranın  erməni  qubernatoru,  Gorus  şəhərini  isə  onun  mərkəzi  elan  etdi.  Sonra  isə  o,  Şuşaya  soxu lmaq  və  onu  "Kiçik 

Ermənistan"ın  paytaxtı  et mək  istəyirdi.  Lakin  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  hakimiyyətinin  bütün 

Azərbaycan  ərazisində  bərqərar  o lması  buna  imkan  vermədi.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  1919  ilin 

yanvarında Xosrov Paşa bəy Sultanovun başçılığı  ilə Qarabağ general-qubernatorluğunun yaradılması haqqında qərar qəbul 

etdi.  Azərbaycan  Parla mentinin  e rməni  fra ksiyala rı  və  Ermənistan  hökuməti  bu  qərarı  kəskin  et ira zla  qarşılad ıla r.  İngilis 

ko mandanlığın ın  bu  qərarı  dəstəkləməsi  onları  daha  da  məyus  etdi.  Şatelvort  1919  il  3  aprel  tarixli  bəyanatında  general-

qubernator  X.Sultanovun  təyin  edilməsinin  dü zgün  olduğunu  bildird i  və   Andronikin  silahlı  b irləşməsinin   Qa rabağdan 

çıxarılmasın ı  tələb  etdi.  Daşnakların  daha  b ir  avantürası  nəticəsində  erməni  qoşunları  1919  ilin  mayında  Naxçıvanı  ələ 

keçirə  və  orada  ö z  "idarəçiliyini"   elan   edə  bilərd ilər.  Lakin   A zərbaycan  Höku mətinin   həyata  keçirdiy i  hərb i-maliyyə 

tədbirləri,  iyulun sonlarında apard ığı uğurlu döyüş lər  bu  bədnam  niyyətin baş  tutmasına  imkan  vermədi.  Na xç ıvanın və a z 

sonra Qarabağın erməni əhalisi Azərbaycan Xalq Cü mhuriyyətinin hakimiyyətin i tanıdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə