[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə194/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   190   191   192   193   194   195   196   197   ...   282

328 

 

ordusunun  qaçılmaz  qələbəsi  şəraitində  Denikin  1920  il  fevralın  7-də  Cənubi  Qafqaz  respublikaların ın  müstəqilliyini 



tanıdığını b ildirmişdi. 

1920


 

ilin  martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma  

qaçmış, ko mandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir. 

1921


 

 

Əd.

 Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920); Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001. 

 

DENĠKĠN ORDUS U - bax Könüllü ordu. 

"DENS TERFORS",  D  ə   n  s  t  e  r  f  o  r  s  -  Birinc i  dünya  müharibəsi  (1914-18)  za man ı,  1918  ilin  yanvarında 

general-mayor  Denstervilin  (Dənstervil)  başçılığı  ilə  Mesopotamiyada  yaradılmış  B.Britaniya  xüsusi  hərbi  ekspedisiyası. 

Rəsmən   "Densterfors"  adlanırdı.  Denstervil  missiyası  B.Britaniya  höku məti  üçün  olduqca  əhəmiyyətli  idi  (ba x  Böyük 

Britaniyanın  hərbi  ekspedisiyası).  "Densterfors"un  əsas  məqsədi  alman-türk  qoşunlarının  Əfqanıstan  və  Hindistana  doğru 

hərəkətinə  mane o lmaq  idi.  Bağdad-Ba kı-Bu xa ra  istiqamət ində hərəkət et mə k ə mri a ldıqdan sonra, Denstervil 12  zabit,  40 

əsgər və "Ford"markalı  41 avtomobildən, həmçinin bir  zirehli  maşından ibarət dəstəsi ilə  1918  il fevralın  11-də  Həmədana, 

16-da  Qə zv inə,  18-də  Ən zəliyə  çatdı.  Ən zəli  bolşevik  əhvali-ruhiyyəli  rus  hərbçilərinin  ə lində  olduğundan,  Denstervil 

fevralın  25-də ö z dəstəsi ilə Həmədana qayıtdı. Həmədan-Ənzəli yolu  ilə yanaşı,  Qafqaza  Zəncan və Təbriz vasitəsilə də 

çıxmağın  mü mkünlüyü mü zakirə olundu. Beləliklə, Denstervil  Həmədandan Bakıya yürüş üçün bir neçə istiqamətdə qızğ ın 

fəaliyyətə  başladı.  1918  ilin  ya zınadək  ingilislər  Cənubi  Azə rbaycanın  bir  sıra   vilayətlərini  tutdular  və  Xə zə rin  cənub 

sahillərində  möhkə mləndilə r.  Rus  ordusunun  İranda  qalmış  kaza k  h is sələrinin  ko mandiri  podpolkovnik  L.Biçera xovla  

yaxınlaşan  Denstervil  1918  il  martın  ortalarında  onunla  saziş  imzaladı.  İngilislər  L.Biçeraxovun  kazak  dəstələrinə  Xəzər 

dənizinə  nəzarət i  tə min  edəcək  qüvvə  kimi  ba xırdı.  Göstərəcəyi  xid mət  müqabilində  Denstervildən  böyük  məb ləğdə  pul 

alan  L.Biçeraxov  öz  dəstəsiylə  Denstervilin  hərbi  qüvvələrinə  qatıld ı  və  hazırlan mış  plana  uyğun  olaraq,  martın  28-də 

Qəzv ini tutdu (bax Biçeraxov ordusu). 

1918 il avqustun əvvəllərində B.Britaniya qoşunlarının Ba kıya da xil o lmas ı üçün əlverişli şərait  yarandı. Avqustun 

1-də  daşnak  və  eser-menşevik  tör-töküntülərindən  qurulan  oyuncaq  "Sentrokaspi  dik taturası"  hökuməti  Qafqaz  İslam 



Ordusu ilə  mübarizədə  Denstervildən yard ım istədi. Avqustun 4-də  polkovnik Stoksun başçılıq etdiy i 300 zabit  və əsgərdən 

ibarət  ilk  ingilis dəstəsi Ba kıya  gəld i. Avqustun 9-17 arası üç batalyon, bir s əhra artilleriya batareyası və b ir neçə  zireh li 

maşından ibarət o lan ingilis hərbi qüvvələri də Bakıya daxil oldular. 

Denstervilin  Bakıdakı hərbçilərin in sayı 1000-ə qədər  idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) 

otelində, ordunun digər xid mətlə ri isə "Metropol" (indiki  Niza mi adına Azərbaycan Ədəbiyyatı Muzey inin binası) otelində 

yerləşdirilmişdi.  ―Sentrokaspi  diktaturası‖  nın  başçıla rı  cəbhənin  ingilislərə  tabe  etdirilməyəcəyin i,  ya lnız  on ların 

nümayəndələrin in cəbhə qərargahına daxil ediləcəyin i bildirsələr də, əslində,  ingilislərin gəlməsi ilə  Bakının qorunmasın ın 

təşkili onların nəzarət i a ltına keçd i.  Cəbhə  xəttinin ən vacib nöqtələrinə  ingilis bölmələ ri yerləşdirildi. Müdafiə  xətt inin sol 

cinahı  Şimali  Stafford  alayına  tapşırıld ı.  Bu  alayın  100  nəfərlik  b ir  dəstəsi  cəbhə  xəttin in  mərkəzində  yerləşdirildi. 

Denstervil yerli hərb i qüvvələrin hazırlıq səviyyəsindən, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qald ı. İngilislərin bütün 

müdafiə  xəttin i qoru mağa imkan ı olmad ığı üçün cəbhənin ən vacib  sahələrin in qorun masını öz ü zərlərinə götürmüşdülər. 

Cəbhənin  sol  cinahından  başqa  Qurd  qapısı  yüks əkliy i  də  Şimali  Stafford  a layının  nəza rəti  a ltında  id i.  Bundan  başqa  bu 

alayın  kiçik  b ir  dəstəsi  Palçıq   Vu lkan ı  yaxın lığ ına  göndərilmişdi.  Sonradan  Bakıya  gələn  Vervik  və  Uorçester  taborları 

məh z  bu  istiqamətə  göndərilərə k,  oran ın  müdafiəsi  gücləndirilmişdi.  Ön  xətdəki  qoşunlara  rəhbərlik  polkovnik  Keyvorta, 

bütün briqadaya rəhbərlik  isə polkovnik Fav ielə həvalə olun muşdu. Avqustun sonu üçün döyüşlər, başlıca olaraq,  Binəqədi 

yüksəklikləri  ətrafında  cərəyan  edird i.  İngilis  qüvvələri  ilə  "Sentrokaspi"  hissələri  Bakıya  doğru  sıxışdırıld ı.  Şəhərin 

müsəlman əhalisi türklərə  xilaskar kimi baxırdı.  Britaniya  ko mandanlığı aclıq  çəkən şəhərdə əsgərlərini ərzaqla belə təmin 

edə bilmirdi.  İngilislərin  İrandan  Bakıya hərbi sursat daşıması getdikcə çətinləşirdi.  L.Biçera xovdan yardım a lmağa ça lışan 

Denstervil  avqustun  20-də  Də rbəndə  yola  düşsə də,  yerli  bolşeviklər  buna  mane  oldular.  Avqustun  25-də  Ən zəliyə  gələn 

Denstervil,  avqustun  27-də  oradan  silah  və  sursatla  Bakıya  qayıtdı.  Avqustun  sonu  üçün  Bakını  qoru mağın  faydasız 

olduğunu görən Denstervil geniş müşavirə keçirərək ordunu şəhərdən çıxarmaq qərarına gəldi. Qafqaz İslam Ordusunun qəti 

hücumu  ərəfəsində  ingilislər  gəmiləri  səfər  üçün  hazırlay ırd ılar.  Sentyabrın  14-də  axşam  şəhəri  tərk  etmək  qərara  alındı. 

Xəstələr,  yaralılar  "Kursk"  və  "Abo"  gəmilərində,  silah,  sursat  və  şəxsi  heyətin  əsas  hissəsi  isə  "Prezident  Kryuger"də 

yerləşdirilmişdi.  Bakıdan  ç ıxa rılan   ada mla rın   sayı  1300  nəfərə   çatırd ı.  Onların   900  nəfə ri  döyüşçü,  400  nəfəri  isə  a rxa  

cəbhədə  çalışanlar  idi.  Denstervilin  gə misi  Ba kını  sonuncu  tərk  etdi.  Sentyabrın  19-da  Ənzə liyə  çatdıqdan  sonra 

"Densterfors"  rəsmən  bura xıld ı,  b ir  qis mi  is ə  Şima li  İran  ordusu  adlanan  14-cü  d iviziyaya  qatıldı.  Şimali  İran  ordusuna 

general U.To mson komandan təyin edilmişdi. 

Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, A zərbaycan beynəlxalq münasibətlər sistemində (1918-

1920-c i illər), B., 1993;  Nəsib zadə N., A zərbaycanın xarici siyasəti (1918-1920), B., 1996;  Əh mədova F., Azə rbaycan Xa lq 

Cü mhuriyyətinin  siyasi  tarixində  Böyük  Britaniyanın  yeri,  "Azərbaycan  Xalq  Cü mhuriyyəti  tarixin in  aktual  problemləri" 

beynəlxa lq e lmi sessiyasının materia lları, B., 5 may 2003; Денс тервиль, По хо д на  Кавка з и Персию. Мемуары, Тифлис , 

1925;  Юсифзаде  С.З.,  Первая  Азербайджанская  Республика:  история,  события,  факты  англо  –  азербайджанских 

отношений, Б., 1998.  



DENSTERVĠL,  D  ə  n  s  t  e  r  v  i  l  (?-?)-  B.Britaniya  hərbçisi,  general-mayor.  1918  ilin  yanvarında 

Mesopotamiyada yaradılmış B. Britaniya xüsusi hərbi ekspedisiyasına  

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə