[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə196/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   192   193   194   195   196   197   198   199   ...   282

331 

 

"Difa i"nin  ən  fəal  və  nüfuzlu  ko mitə lərindən  biri  Gəncə  (Ye lizavetpol)  ko mitəsi  id i.  Ko mitəyə  Ye lizavetpol  kişi 



gimnaziyasının  hüquq  müəllimi  axund  Məhəmməd   Pişnamazzadə  sədrlik  edirdi.  Onun  kö məkçisi  vəzifəsini  Gəncənin 

tanınmış  ictimai  xadimi  Ə.Rəfibəyli  yerinə  yetirird i.  Ko mitəyə  H.Usubbəyov  (Nəsib  bəy  Yusifbəylinin  qardaşı), 

Ə.Xasməmmədov (Xəlil bəy Xasməmmədovun qardaşı), M.Ə.Rəfiyev, M.Qazıyev, Molla İs mayılzadə,  Q.M.Həmzəyev və 

b. da xil idilər. 

"Difai"  partiyasının  ən  çoxsaylı  və  fəal  şöbəsi  Şuşada  yerləşirdi.  Bu  şöbə  1907  ilin  ortalarından  "Qarabağ  birlik 

məc lisi" adlandırıld ı. Məclisin təsir dairəsinə Azərbaycanın Zəngəzur,  Qaryagin,  Cavanşir qəza ları da xil id i.  Doktor  Kərim 

bəy  Mehmandarovun  rəhbərlik  etdiyi  Məclisin  Şuşa  ko mitəsinin  tərkib inə  Cahangir  xan   Nu ribəyov,  X.Quliyev, 

M.Ş.Hacıyev, M.Muradov, M.Ə.Əzimov, H.Münşiyev və b. (cəmi 18 nəfər) daxil id i. 

Ağdam ko mitəsinə Zülfüqar bəy Haqverdiyev rəhbərlik edirdi. Ko mitənin üzvləri  S.Rüstəmbəyov, B. və Ş.Kazım-

bəyovlar,  C.Və zirov,  M.M.İbrah imov,  D.Ağamirzəyev,  Q.Cavanşir  və  b.  idilə r.  Bərdə  ko mitəsinin  rəhbəri  Məşədi  Mehdi 

Hacı  Şərif,  eyni  zamanda,  daşnak  təcavüzünə  qarşı  yaradılmış  silah lı  dru jinaya  başçılıq  ed ird i.  Bərdə,  Tərtər,  Cəbrayil, 

Qaryagin ko mitə lərinə 15 nəfə rdən 30 nəfərə  qədər üzv da xil idi. 

"Difai‖nin  əsas  vəzifələrindən  biri  də  silahsız  türk-müsəlman  əhalini  yaxşı  təşkil  edilmiş  və  silahlan mış  daşnak 

quldur  dəstələrindən  ("xu mbalarından")  qorumaq  üçün  hərbi  drujinala r  yarat maq,  həmç inin  silahlı  ə mə liyyatlar,  terror 

aktlarının və q ırğ ınların əsas təşkilatçısı olan çar höku mətin i ö z təxribatçı əməllərindən əl çəkməyə məcbur et mək id i. 

"Difai" partiyası proqramının əsas müddəaları  Ə.Ağayev tərəfindən nəşr edilən "İrşad" qəzetində işıq üzü görmüş 

layihədə  öz  əksini  tap mışdı.  Part iya  əsas  məqsədini  öz  xa lqını  son  za manla r  meydana  çıxmış  erməni-müsəlman 

toqquşmalarından,  sosial-siyasi  və  mədəni  gerilikdən  xilas  etməkdə  görürdü.  Partiya  ermən i  terrorçu larına  qarşı  silah lı 

mübarizəni öz  məqsədlərinin həyata keçirilməsi  metodlarından biri  kimi elan etməyə  məcbur olmuşdu. Proqramda deyilirdi 

ki, "ermən i bo mbala rın ın qorxusu alt ında iş görən hökumət ada mlarının qanunsuz əməllərinə qarşı Difai bomba və qılıncla  

çıxacaq".  Bununla  yanaşı,  proqramda  bild irilird i  ki,  "Difai"  hər  hansı  bir  xalqın  hüquqlarına  təcavüz  edən  təşkilat  deyil. 

"Difai"  daşnaklara  bəyan  etmişdi  ki,  öz  çirkin  əməllərindən  əl  çəkib,  Qafqaz  xalqların ın  bərabər  inkişafına  çalışacaqları 

halda, onlarla da ə mə kdaşlıq et məyə hazırd ır. 

1907  ildə "Qa rabağ birlik  məc lisi"nin də  52 bənddən ibarət proqrafn ı çap olundu.  Bu proqra m "Difa i"nin  b irinci 

proqramımn daha geniş variantı sayıla bilər. Proqramda müsəlmanların məzhəblərə ayrılması qətiyyətlə pislənilir, bu hallara 

yol verənlərin  cə miyyətdən uzaqlaşdırılma lı o lduğu göstərilird i. Müsəlman  ic masından heç kim Məclisin  ica zəsi o lmadan 

hökumət  idarələrinə  səlahiyyətli  nü mayəndə  seçilə  bilməzd i.  Erməni-müsəlman  toqquşmalarına  səbəb  ola  biləcək  şayiə 

yayanlar  və  təhlükə li  əşyalar  satanlar  cə za landırılıb   şəhərdən  çıxa rılma lı  id ilə r.  Aqrar  məsələ   proqra mda  radikal  həllini 

tapmışdı:  torpaq  zəh mətkeşlərin  arasında  bərabər  şəkildə  bölün məli  idi.  1906-08  illər  ərzində  "difai"çilər  bu  istiqamətdə, 

yəni torpaqların mü lkədarla rdan alınıb, kəndlilə r arasında bölüşdürülməsində bir sıra tədbirlə r həyata keçirmişdilər. 

"Difai"çilərin  təbliğat  fəaliyyəti  cəmiyyət  həyatının  bütün  sahələrini  əhatə  edird i.  1907  ilin  avqustunda  tərtib 

edilmiş  polis  raportunda,  "Difai"nin  artıq  ən  ucqar  kəndlərdə  belə  nü mayəndələrinin  o lmasından  və  onların  əhalini 

mütləq iyyətin siyasəti ilə tanış etdiklərindən, sadə xalqın  məktəbə  inanmağa başladığından, bir sözlə, son bir-iki  il ərzində 

yerli əhalidə,  xüsusilə Qa rabağda ictima i işlə rə  ma rağın art masından bəhs olunur. Ye lizavetpol (Gəncə) quberniyasının bir 

çox  yerlərində  əhali  ən  ciddi  prob lemlərlə  bağlı  hakimiyyət  strukturlarına  deyil,  "Difai"nin  ko mitələrinə  müraciət  edirdi. 

Məsələn,  1907-08  illərdə  Cavanşir  qəzasında  38  kənd  ic masından  yalnız  8-i  hakimiyyət  orqanlarına  tabe  olurdu,  qalan 

kənd xudalar  isə  "Difai"nin  rəhbərliyi  a lt ında  işləyird i.  Bə rdə  qəzasında  Məşədi  Mehdinin  rəhbərliy i  ilə   "Difai"  ko mitəsi 

kəndlilərin bəylərə  qarşı ç ıxışlarını təşkil et miş və ko mitə ü zvlə ri buna görə polis tərəfindən həbs olunmuşdular. 

1906  ilin  sonunda "difai"çilər  Şuşa  qeneral-qubernatoru  V.N.Qoloşapovu  və onun  dəftərxana  müdiri  Kleşinskini 

qətlə  yetirdilər.  Onla r  1906  ildə  Şuşada  ermənilə rin  a zərbaycanlılara  qarşı  törətdikləri  qırğınla rın  qarşısını  a lma maqda, 

əksinə,  ermənilərə  kö mək  göstərməkdə  günahlandırılırdılar.  1907  ildə  Naxçıvan  qəza  rəisi  podpolkovnik  Enqel  də  eyni 

ittiha mla   qətlə  yetirilmişdi.  Hə r  bir  a ksiyadan  sonra  "difai"çilər  bəyanat  verir,  məsuliyyəti  ö z  ü zərlərinə  götürürdülər. 

Qəzet lərə  göndərilən bəyanatlarda bu qətllərin səbəbini izah edir, müs əlmanlar ə leyhinə siyasət yeridənlərin  ha mısın ı bu cür 

aqibətin gözləd iyini bildirirdilər. Aksiyala rı, əsasən, Şuşa və Gəncə ko mitələ ri həyata keçirirdi. Əla mətdar ha ldır ki, bu qisas 

aksiyalarından sonra azərbaycanlılara qarşı təxribatlar və q ırğ ınlar səngiyirdi. 

"Difai"çilərin  topladığı  böyük  məbləğdə  vəsaitin  bir  hissəsi  İran  və  Türkiyə  inqilabçılarına  kö məyə  göndərilird i. 

Gənc türklərə can lı qüvvə və silahla yardım edilirdi. 

1908 ildə ça r ha kimiyyət orqanla rı "Difa i"nin ü zvlərinə qa rşı repressiyalara başladı. Qafqaz canişin i 1908 il 4 mart  

tarixli  fə rmanla  "Difa i"  partiyasını  qadağan  etdi.  ƏAğayev  repressiyalara  mə ruz  qald ı,  onun  qəzetləri  bağlandı,  özü  təqib 

edilməyə  başladı.  Nət icədə,  Ə.Ağayev  Türkiyəyə  mühacirətə  get məyə  məcbur  oldu.  "Qa rabağ  birlik  məclisi"nin,  Gəncə, 

Bərdə  ko mitələrinin  ü zvlə ri  küt ləvi  surətdə  həbs  edildilər.  Repressiyalar,  fakt iki  o laraq,  part iyanı  başsız  qoydu.  La kin 

partiyanın fəaliyyəti, passiv də olsa, 1917  ilə  kimi davam etmişdi.  Balkan və Birinci dünya müharibəsi illərində "Difai"nin 

fəaliyyətində  canlanma  baş  verdi.  Bə zi  sənədlərə  əsasən,  hələ  1915  ildə  "Difai"  və  türk  ko mandanlığ ı  nü mayəndələrin in 

Bakı, Gəncə, İrəvan quberniyaları və Dağıstan da daxil olmaqla, müstəqil respublika yaratmaq barədə danışıqları o lmuşdu. 

 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə