[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə198/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   194   195   196   197   198   199   200   201   ...   282

334 

 

Nəşr  olunan  sənədlər  keç miş  imperiyanın  elə  c inayətlərini  aç malıdır  ki,  keç miş ə  qayıtmağın  qeyri-mü mkünlüyü  aydın 



olsun. Bununla yanaşı, həmin  sənədlər ictimai dairələri A zərbaycan türklərinin  siyasi və  milli arzuları  ilə tanış etməli  idi. 

Naşirlərin  fikrincə,  bu,  türk  və  rus  demokratiyası  arasında  qarşılıqlı  anlaş maya  gətirməli  id i.  A zərbaycan  Xalq 

Cü mhuriyyətinin   süqutundan  sonra  sənədlər  toplusunun  nəşri  yarımçıq   qaldı.  Sovet  hakimiyyəti  dövründə  Rusiya 

çarizminin  A zərbaycanda  müstəmləkəçilik  siyasətinə  dair  sənədlər  toplusu  çap  olunsa  da,  burada  əvvəlki  təcrübə  nəzərə 

alın mamış, sənədlərin təsnifatı başqa cür aparılmış, məqsəd də əvvəlkindən tamamilə fərq li olmuşdur. 

 

Əd.: 

Документы  по  русской  политике  в  Закавказье.  Вып.  первый.  Изд.  Особой  Комисси  при  Министерстве  Иностранных  дел 

Азербайджанской Республики, Б., 1920; Колониальная политика Российского царизма в Азербайджане в 20-60-

Х  ГГ


. XIX 

B

.,



 T

.

 



1-2, M.-Л, 1936-

1937. 


DON  HÖKUMƏTĠ,  Don Respublikası höku məti - Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində 

yaranmış  hökumət.  Rusiya  hökumətinin  1887  ildə  keçirdiy i  in zibati-ərazi  bölgüsünə  əsasən,  Rostov  vilayəti  ilə  Taqanroq 

şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə,  Şimali-qərbi  Qafqazın bir hissəsi Don kazakların ın idarəsinə keçdi. Oktyabr 

çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları ö z hakimiyyət orqanlarını yaratdılar. 

1918  il  may m  8-də  alman  ordusunun  köməyilə  bolşeviklər  Don  vilayəti  ə ra zisindən  qovuldu,  mayın  26-da  isə  Don 

kazaklarının  dairəsi  "Böyük  Don  Qoşunu"  hökuməti  yaradılmasını  elan  etdi.  Ataman  P.Krasnovun  başçılıq  etdiyi  bu 

hökumətin  65  minlik ordusu var idi.  1919  ilin yanvarında bu ordu general A.Denikinə tabe edild i və həmin  ilin payızında 

Moskva üzərinə yürüşdə iştirak etdi. 

Don Respublikası höku məti Paris sülh konfransında (1919-20) iştirak etmək üçün öz nü mayəndə heyətini 1919 ilin  

əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nü mayəndələri ilə birlikdə bu 

şəhərdə  ləngiməli  olmuşdular.  Bu   nü mayəndələrin   müttəfiq  dövlətlərin  İstanbuldakı  ko mandanlığına  ünvanladıqları 

müraciətdə  Don əhalisinin həm bolşeviklərin, həm də  köhnə rejimi bərpa etmək istəyən bir qrup  məsuliyyətsiz adamların 

yaratdığı qurama təşkilatların təhlü kəsi altında qaldığ ı bildirilird i. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Höku məti 1919 il iyunun 26-da ö zünün Kubandakı diplo mat ik nü mayəndəsi Cə fər 

bəy Rüstəmbəyova əlavə  mandat göndərərək, ona  Don höku mət i yanında Azə rbaycan Xalq   Cü mhuriyyətini tə msil et mək 

səlahiyyəti  verdi.  Hə min  il  sentyabrın  24-də  isə  Xosrov  bəy  Sultanov  Azərbaycan  Höku mətin in  Rostovda  konsul-agenti 

təyin edildi. 

1920


 

ilin  yanvarında Qırmızı ordu Rostovu və Novoçerkasskı tutdu, martda isə bütün Don vilayətini ələ keçirərək, 

Don Respublikası höku mətinin varlığına son qoydu.

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998; Борьба 

за  власть  Собетов  на  Дону    в 1917  – 1920  гг.  (сборник  документов), Ростов  на/  Д., 1957; Хмелевский  К. А.,  Лрах  красновщины  и 

немецкой интервенции на Дону (апрель 1918 март 1919 года), Ростов на/Д., 1965.   

 

DÖRDLƏR  ĠTTĠFAQI  -  A lmaniya,  Avstriya-Macarıstan,  Osman lı  dövləti  və  Bolqarıstan  arasında  bağlanmış 

hərbi  ittifaq   və  Birinci  dünya  müharibəsində  (1914-18)  Antantaya  qarşı  vuruşmuş  koalisiya.  1879-82  illərdə  A lmaniya, 

Avstriya-Macarıstan və İtaliyanın hərb i-siyasi blo ku yaran mışdı. 

Dünya  müharibəsi  başladıqda,  İtaliya  "Üçlər  İttifaqı"ndan  çıxaraq  ona  daha  ço x  qənimət  vəd  edən  Antantaya 

qoşulmuşdu. Əvəzində Bolqarıstan və Osmanlı dövləti Almaniya və Avstriya-Macarıstan ittifaqına qoşulmuş, beləliklə, Üçlər 

İttifaqı Dörd lər İttifaq ına çevrilmişdi. 

Lakin Dördlər İttifaqının ö z daxilində, xüsusilə Osmanlı dövləti ilə Almaniya arasında da mənafe ziddiyyətləri vardı. 

 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; История дипломатии (второе, 

переработонное издание), т. 1, М., 1959. 

 

DÖRDÜNCÜ  HÖKUMƏT  KABĠNƏSĠ  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  dördüncü  Hökuməti.  A zərbaycan 

Xalq  Cü mhuriyyəti  dövründə  dövlət  hakimiyyətinin  ali  icraed ici  orqanı.  1919  ilin  fevralında  Fətəli  xan   Xoyskin in  3-cü 

Höku mət  kabinəsi  istefaya  getdikdən  sonra,  yeni  -  4-cü  Hö ku mət  kabinəsinin  təşkili  Nəsib  bəy  Yusifbəyliyə  tapşırıldı. 

Parla mentin  aprelin  14-də  keçirilən  29-cu  iclasında  N.Yusifbəyli  forma laşdırdığ ı  yeni  Hö ku mət  kabinəsinin  üzv lərini 

təqdim  etdi  və  Höku mət in  gələcək  fəaliyyəti  barədə  proqra m  bəyanatı  ilə  ç ıxış  etdi.  N.Yusifbəylin in  Höku mət  proqra mı 

Parlament üzvləri tərəfindən geniş mü zakirə edildi və 4-cü Hö ku mət kab inəsi aşağıdakı tərkibdə təsdiq olundu: Nəsib bəy 

Yusifbəyli - Na zirlər Şurasının  sədri və  da xili işlə r na ziri;  Sə məd bəy Mehmandarov hərbi nazir;  Mə mməd  Yusif Cəfərov  - 

xarici  işlər  naziri;  Ağa  Əminov  —  ticarət  və  sənaye naziri;  Əlağa  Həsənov  maliyyə  naziri;  Xudadat  bəy  Məlik-Aslanov  - 

yollar na ziri;  Cə mo bəy Hacınsk i - poçt və teleqraf naziri;  Rəşid bəy Qaplanov - xa lq  maarifi və d ini et iqad naziri;  Viktor 

Klenevsk i  -  himayədarlıq  naziri;  Aslan  bəy  Qardaşov  -  əkinçilik  və  dövlət  əmla kı  naziri;  A.Dastakov  -  səhiyyə  naziri; 

Nəriman  bəy  Nərimanbəyli  -  dövlət  nəzarəti  naziri;  X.A maspür  -  portfelsiz  na zir.  Sonradan  da xili  işlə r  naziri  vəzifəsin in 

icrası Məmməd Həsən Hacınskiyə tapşırılmışdı (bax Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məqaləsinə). 

DÖVLƏT  BANKI  - Azərbaycan Xalq   Cü mhuriyyətinin   maliyyə vəsaitini tənzimləyən əsas dövlət qurumu  (bax 

Azərbaycan Dövlət bank ı). 

DÖVLƏT BAYRAĞI - A zərbaycan Xalq  Cü mhuriyyətinin dövlət suverenliyi rəmzlərindən biri. A zərbaycan Xalq  

Cü mhuriyyəti  Höku məti  ölkənin  suverenlik  rəmzi  olan  dövlət  bayrağının  təsisi  haqqında  ilk  qərarı  1918  il  iyunun  21-də 

Gəncədə  qəbul  etmişdi.  Cü mhuriyyətin  qırmızı  rəngli  ilk  bayrağın ın  üzə rində  ağ  rəngli  aypara  və  ağ  rəngli  səkkizguşəli 

ulduz təsvir olunurdu.  

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə