[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə202/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   198   199   200   201   202   203   204   205   ...   282

338 

 

DÖVLƏT  TEATRI - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə dövlət teatrı statusu almış ilk Azərbaycan peşəkar 

teatrlarından biri.  H ö k u  m ə t  t e a t r ı  da adlandırılırdı. A zərbaycan peşəkar teartının tarixi  1873 ildən başlansa da yalnız 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövrundə dövlət teatrı statusu almışdır. 1918 il oktyabrın 18-də Cü mhuriyyət Höku mət i xa lq 

maa rifi na zirin in A zərbaycan Dövlət Teatrının  yaradılması haqqında  mə ruzəsini din ləyərək, teatr üçün Mayılov qardaşları 

teatrı binasını (indiki A zərbaycan Dövlət A kademik Opera və Balet Teatrının  binası) almaq barədə qərar qəbul etdi. Qərarda 

göstərilird i  ki,  Bakıda  Dövlət  Teatrının  yaradılmasının  vacib liyini  və  bu  məqsəd  üçün  daha  çox  Mayılov  qardaşları  teatrı 

binasının  yararlı  olduğunu  nəzərə  alaraq,  xalq  maarifi  nazirinə  tapşırılsın  ki,  Mayılov  qardaşları  teatrını  məcburi  surətdə, 

lakin əda lətli q iy mətlə, dövlət teatrı üçün öz sərəncamına a lsın, onun satınalma  qiy mətin i  müəyyənləşdirmə k üçün  xüsusi 

ko missiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. 

Cü mhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiq isindən ibarət konsert-

lər  keçirilmə klə   yanaşı,  ondan  mühüm  dövlət  tədbirləri  üçün  istifadə  et mə k  də  nə zərdə  tutulurdu.  Zülfüqar  və  Üzeyir 

Hacıbəyli qardaşları truppasının bütün tədbirləri Dövlət teatrın ın səhnəsində keçirilirdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Dövlət  teatrı  ö z  pərdələ rin i  ilk  dəfə   1918  il  noyabrın  4-də  Hacıbəyli  qardaşları 

truppasının hazırladığı,  Nəriman  Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı.  1919-20  illərdə teatrın səhnəsində 

daha  çox  Üzeyir  Hacıbəylinin  opera  ve  operettaları  göstərilird i.  1920  ilin  aprelində  Sovet  Rusiyası  Azərbaycanı  işğal 

etdikdən sonra da bu teatr Sovet Azə rbaycanının dövlət teatrı  kimi  fəaliyyət göstərmiş və u zun  illə r hə min b inadan təkcə 

teatr-sənət ocağı kimi deyil, hə m də ict ima i-siyasi və dövlət əhəmiyyətli tədbirlə rin keç irilməsi üçün istifadə edilmişdir. 



 

Əd

:. Azərbaycan Xalq Cümhuriyy əti (Ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; C əfərov C, Azərbaycan dram teatrı, 

B., 1959; Azərbaycan teatr salnaməsi (1850-1920) (toplayanı və tərtib edəni Qulam M əmmədli), B., 1975. 

 

DÖVLƏTĠ  TANIMA,  beynelxalq  hüquqda-yeni  dövlətlərin  beynəlxalq  hüquq  münasibətlərinin  subyekti  kimi 

beynəlxa lq alə mə ç ıxması prosesini tənzimləyən norma ların  məc musu. Əsas formala rı de-fak to və de-yure tanımadır.  Geniş 

mənada tanıma dövlətin hər hansı konkret faktı təsdiq edən formal akt ı, ya xud hərə kətid ir. 

DUBROVS KĠ  Nikolay  Aleksandroviç  (?-?)-  rus  tarixçisi,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətin in  təklifi 

əsasında Bakı  Dövlət Un iversitetinin təsis olunması üçün yaradılmış ko missiyanın üzvü. Ko missiyanın 1919  il  may ın 21də 

keçirilən  ilk iclasında universiteti  lazımi avadanlıq və vəsaitlə təmin etmək üçün yaradılan kitab xana yarımko missiyasının 

sədri, mənzil yarımko missiyasının isə üzvü seçilmişdi. 

Dubrovski  Ba kı  Dövlət  Universiteti  tarix-filo logiya  fakü ltəsinin  ilk  dekanı  olmuş,  universitetin  yüks ək  ixtisaslı 

professor-müə llim  kadrla rı  ilə  tə min  edilməsində  fəal  çalışmışdır.  Bu  məqsədlə  sentyabrın  sonlarında  re ktor  V.İ.Ra zu-

movski  ilə  birlikdə  Rusiyanın  cənubundakı  universitet ş əhərlərinə  eza m  o lunmuşdu.  1919  il  noyabrın  15-də  -  universitetin 

açılış günü ümumi tarixdən  ilk  mühazirən i Dubrovski o xu muşdu. O, universitetin ü mu mi tarix  kafedrasının pro fessoru idi. 

Dubrovski 1922  ilin noyabrınadək tarix-filo logiya fakü ltəsinin dekanı olmuş,  1923  ilin yanvarından Moskva Universitetinə 

keçməsi ilə əlaqədar o laraq Bakı Dövlət Universitetindən ayrılmışdır. 



 

Əd: 

Atakişiyev A., Bakı Dövlət Universitetinin tarixi, B., 1991. 



 

DURS UNZADƏ  Məmməd zəki  (1890,  A xalsix  rayonu,  Azqur  kəndi  -  1937,  Tiflis)  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentinin  xüsusi qərarına (bax  Xaricə təhsil almağa göndərilən azərbaycanlı 



tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil a lmaq üçün xaricə   göndərilmiş 

tələbələrdən biri. Müəllimlə r  institutunun hüquq fakültəsini bitirmişdir.    Parla mentin  1919  il  1 

sentyabr  tarixlı  qəra rına    əsasən  təhsilin i  tarix-filologiya    sahəsində  davam  etdirmə k  üçün 

İstanbul  Un iversitetinə  göndərilmişdi.  Sonradan  təhsilin i  ö z  hesabına  davam  etdirmiş, 

Türkiyədən  Alman iyaya  getmişdir.  Təhsilini  başa  vurduqdan  sonra  Bakıya  qayıtmış,  qadın 

müəllimlər  seminariyasında  və  yer  quruluşu  texn iku munda  müəllimlik  etmişdir.  1937  ildə 

doğma kəndinə getmiş, orada həbs olunaraq güllələn mişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



339 

 

 



E

 

 



 

EDMUND  L.Delli - A me rika hərbç isi, polkovnik,  mühəndis. Birinci dünya müharibəsi (1914-18) dövründə Şərur 

və  Na xç ıvan  maha lla rında  yaradılmış  müttəfiq  idarəç iliy i  zonasına  Antanta  dövlətlərin in  Ermənistandakı  ali  ko mis sarı, 

amerikalı po lkovnik  V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919  il oktyabrın  23-də vəzifəsinin  icrasına başlayacağı 

bildirilsə də, yalnız Na xç ıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haske lin  bu təyinatına qa rşı ç ıxd ı. 

1919  il  oktyabrın  orta larında  Haske l  Pa risə  çağırılmış,  onun  müavin i  polkovnik  Cey ms  Rey  is ə  neytral  zona  məsələsini 

mü zakirə  etmək  üçün  Bakıya  getmişdi.  Oktyabrın  24-də  o,  Naxçıvana  gələrək,  Haskelin  bəyanatını  elan   etmiş  və  bu 

bəyanata  uyğun  olaraq,  Şərur  və  Na xç ıvanda  A merika   qubernatorluğu  yaradılması,  polkovnik  Ed mund  L.De llin in 

qubernator  təyin  edilməsi  haqqında sərəncam  imzala mışdı.  Lakin  bundan  narazı  qalan  Na xçıvan  Milli  Şu rasının  və  bütün 

Naxçıvan  əhalisinin  təkid i  ilə  Cey ms  Rey  qərarın ı  dəyiş məli  olmuş,  polkovnik  Ed mund  L.Delli  Naxçıvanda  general-

qubernator kimi deyil, ali  ko missarın nümayəndəsi kimi qalmışdı.  Ermən istanda olan ABŞ  zab itlərinin  noyabrda Ed mund 

L.De lliyə  kö məyə gəlməsi  Na xç ıvan və Şərur əha lisinin nara zılığ ını daha da artırmış və Delli ona kö məyə gəlmiş zab itlə ri 

yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Ame rika lıla r 1920 ilin yanvarında Şəru ru və Na xçıvanı tərk et mişdilər. 



 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.

 

 

ERDELĠ  İvan  Georgiyeviç  (1870-1939)  -  rus  hərbi  xadimi,  süvari  qoşunları  generalı  (1917).  Denikin  ordusunda 

süvari  d iviziyaya  ko mandanlıq   etmişdir.  1919  ildə  Şimali  Qafqaz  və  Çərkəz-Dağıstan  diyarında  hərbi  əməliyyat  aparan 

Denikin  qoşunlarının baş ko mandanı o lmuşdur. Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku məti dağlıların  azadlıq  mübarizəsinə 

yardımlarını  davam  etdirdiy i  üçün  Erdeli  Cü mhuriyyətin  diplo matik  nü mayəndəsi  Əbdürrəhim  bəy  Haqverdiyevdən 

Dağıstandan çıxmasını tələb etmişdi. 1920 ildə Fransaya mühacirət etmişdir. 

ERMƏNĠ  FRAKS ĠYASI  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  fraksiyalarından  biri;  Azərbaycan  Xalq 

Cü mhuriyyətinin ü mu mbəşəri demo kratiya ənənələrinə hörmət və sədaqətinin bariz nü munəsi. A zərbaycan Milli Şurasın ın 

1918  il noyabrın  19-da,  Cü mhuriyyət Parla mentinin  forma laşdırılması  ərə fəsində Ba kıda  keç irilmiş ic lasında qeyd edilirdi 

ki,  ö lkədə  yarad ılacaq  qanunvericilik  və  idarəçilik  hakimiyyəti  orqanlarında  Azərbaycan  ərazisində  yaşayan  bütün 

millət lərin nümayəndələri tə msil olun ma lıd ır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi "Azərbaycan Məclisi-

Məbusanının  təsisi  haqqında  qanun"da  Azərbaycan  ərazisində  yaşayan  millətlə rin  onla rın  sayına  müvafiq  surətdə 

Parla mentdə təmsilç iliyi təsbit olunurdu. Hə min qanuna əsasən, Azərbaycan Parla mentində 21 e rməni nümayəndəsi tə msil 

olunmalı  idi.  A zərbaycan  Milli  Şurasın ın  Parlamentin  çağırılması  ilə  bağlı  "Bütün  Azərbaycan  əhalisinə!"  müraciətində 

deyilirdi  ki,  "bizə   fəlakət  və  səfalətdən  başqa  bir  şey   verməyən  ədavət  və  ixtilafı  bir  tərəfə  qoyaq.  Tarix  bizdən  asılı 



olmayaraq, hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Biitiin Azərbaycan vətəndaşları millət və məzhəb fərqinə 

baxmayaraq, bir vətənin övladlarıdı, onlar öz səadətlərini qurmaq üçün bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər". 

La kin   Azə rbaycan  Milli  Şurasının  s əylərinə  ba xmayaraq,  Bakıda  fəa liyyət  göstərən  erməni  və  rus  milli  şuraları 

nəinki Parla mentə ö z nü mayəndələrin i göndərməd ilə r, əksinə, A zərbaycan Parla mentin in fəa liyyətə başlamasına c idd-cəhdlə 

mane o ldular. Onlar 1918 il dekabrm 7-də açı-lan Azərbaycan Parla mentinin ilk ic lasında iştirakdan imtina etdilər. Ermənilər 

Azərbaycan Parla mentini boykot et mək takt ikasını iki aydan artıq dava m etdirərə k, yalnız 1919 ilin fevra lından Pa rla mentin 

iclasla rına  qatıldılar.  Özü  də  ermənilər  A zərbaycan  Parla mentində  iki  fraksiya  -  5  nəfərdən  ibarət  erməni  fra ksiyası  və  6 

nəfərdən  ibarət  "Daşnaksutyun"  fraksiyası  ilə  təmsil  olunmuşdular.  Bu  fraksiyaların  Parlamentdəki  sonrakı  fəa liyyətləri 

göstərdi  ki,  ermən ilərin  Azərbaycan  Parlamentində  iştirakı  Azərbaycan  dövlətçiliyin in  formalaş masına,  ü mu mən, 

Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin  in kişafına, A zərbaycanın əra zi bütövlüyünün təmin olunmasına hər vəchlə mane 

olmaq,  özlərinin  millətçi  -  separatçı  "Böyük  Ermənistan"  yaratmaq  xülyasının  təbliği  üçün  yeni  bir  tribuna  əldə  etmək 

məqsədi güdmüşdür. 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə