[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə204/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   200   201   202   203   204   205   206   207   ...   282
    Bu səhifədəki naviqasiya:
  • "çox

341 

 

Qarabağdakı erməni Milli  Şurası  B.Britaniya  ko mandanlığ ı tərəfindən tanın mamasına baxmayaraq, b ir neçə dəfə 



Qarabağda  məskunlaşan  ermənilərin  qurultayların ı  keçirmişdi.  4-cü  qurultayda  (1919,  fevral)  uydurma  " Böyük 

Ermənistan"a birləş mək haqqında qərar qəbul olundu və Azə rbaycana tabe olma maq  haqqında təkliflər səsləndi (" Vperyod" 

qəzeti, 1919, 26 fevral). Ba kı erməni Milli Şurasının ü zvləri qurultaya fəal təsir göstərir, Qa rabağdakı e rməniləri Azərbaycan 

dövlətinə  qarşı  yönəldirdi.  Qarabağ  ermənilərinin  5-ci  qurultayında  (Şuşa,  1919,  23  aprel)  Azərbaycan  hakimiyyətini 

tanımamaq  haqqında  qətnamə  qəbul  edilmiş,  lakin  bu  qətnaməni  qurultayın  cüzi  azlığ ı  -rəyasət  heyəti  və  48  nümayəndə 

imzalamışdı. 

1919  il  iyunun  əvvəllərində  Qa rabağdakı  ermən i  M illi  Şurası  Şuşada  vəziyyəti  yenidən  gərginləşdird i.  Şuşanın 

ermənilər  yaşayan  məhəlləsinə  gizli  yo lla   xey li  silah  gətirilmişdi.  La kin   Qa rabağ  general-qubernatora  Xosrov  Paşa  bəy 

Sultanovun  qətiyyətli  hərəkət i  e rmənilərə   ö z  ç irkin  niyyətlərin i  həyata  keç irməyə  imkan  verməd i.  X.Su ltanovun  erməni 

Milli Şu rasının üzv lərinin həbs edilməsi və Qarabağdan çıxarılması barədə göstərişinə cavab olaraq, silah lı ermən ilər iyunun 

4-də  A zərbaycan  əsgərlərinə  atəş  açdılar  və  3  əsgər  qətlə  yetirildi.  Bundan  sonra  X.Su ltanov  Şuşada  və  ətraf  kəndlə rdə 

qayda-qanun  yaratmaq  üçün  fəaliyyətə  başladı  və   ilk  addım  kimi  e rməni  M illi  Şurası  üzv lərinin  A zərbaycandan 

çıxarılmasına nail oldu.  Həmin vaxt  Şuşada hərbi toqquşma baş verdi və hər iki tərəfdən itkilər oldu.  İyunun 6-da Şuşada 

sülh  əldə  edildi.  Baş  vermiş  hadisə  ilə  bağlı  Şuşa  erməniləri  X.Su ltanova  üzrxahlıq  məktubu  yazaraq  bildirdilər  ki,  "çox 



hörmətli  Xosrov  bəy,  icazə  verin  Sizin  şəxsinizdə  Şuşa  şəhərinin  müsəlman  camaatından  dünən  törədilmiş  hadisə  ilə 

bağlı  üzr  istəyək.  Biz  adını  erməni  qoymuş  xuliqanların  Sizin  əsgərlərə  qarşı  törətdiyi  zorakılıq  faktından  çox 

həyəcanlanmışıq və bu, haqlı olaraq, Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur". 

Erməni Milli Şurasının ü zvləri Qa rabağdan çıxarıldıqdan sonra Qarabağ ermənilərinin 7-c i quraltayı (1919, avqust) 

Azərbaycan Höku mətin in hakimiyyətini tanımaq haqqında qərar qəbul etdi. 

Erməni M illi Şura ları Azərbaycana qarşı əra zi iddia larına Qarabağla  yanaşı, Gəncə quberniyasının cənub hissəsini, 

Zəngəzura  və  Na xçıvanı  da  da xil  et mişdilə r  və  "öz  tarixi  vətənləri"  haqqında  Amerika  generalı  Harborda  məktub 

hazırlamışdılar (bax Harbord missiyası). 

Azərbaycan dövlətçiliy inə qarşı çıxan ermən i M illi Şura ları əvvəlcə A zərbaycan Xalq  Cü mhuriyyəti Parla mentinə  

daxil  olmaqdan  imtina  et miş,  la kin  sonralar  takt ika larını  dəyişərək  Pa rla mentdə  iki  fra ksiyada  (5  nəfərdən  ibarət  e rməni 

fraksiyası  və  6  nəfərdən  ibarət  "Daşnaksutyun"  fraksiyası)  təmsil  olun muş,  onun  tribunasından  öz  siyasi  maraq larını  və 

şovinist niyyətlərini həyata keçirmək üçün istifadə etmişdilər. 



 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; М амедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма  

в Азербайджане, Б., 1995. 

 

"ERMƏNĠ  VĠLAYƏTĠ"  -  1826-28  illər  Rusiya-İran  müharibəsi  nəticəsində  Şimali  Azərbaycanın  Rusiya  tərə-

findən işğalı başa çatdıqdan sonra çar höku mətin in  Na xç ıvan və İrəvan  xan lıq larının  əra zisi əsasında yaratdığı  müvəqqəti 

inzibati-idarə  vahidi.  Müharibə  za manı  A zərbaycan  dövlətləri  olan  Na xç ıvan  (1827,  iyun)  və  İrəvan  (1827,  oktyabr) 

xanlıqlarının  ərazisi  işğal  olundu.  Qafqazda  hərbi  əməliyyat  aparan  rus  qoşunlarının   baş  ko mandanı  İ.F.Paskeviç,  hələ 

müharibə başa çatmamış, 1827 il oktyabrın  6-da İrəvanda "müvəqqəti idarə" təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general-

leytenant Krasovski  (s ədr),  N.Aştaraketsi və  İrəvan qalasının  ko mendantı podpolkovnik  Borodin. Türkmənçay  müqaviləsi 

(1828,  10 fevral) bağlandıqdan sonra, Naxçıvan və  İrəvan  xanlıqlarının  idarəçiliy i dəyişdirildi.  Çar I  Nikolay ın (1825-55) 

sərəncamı  ilə  (1828,  21  ma rt) hə min  xanlıqla r əsasında "Ermən i vilayəti" yaradıld ı.  Vilayət idarəsi vilayət rəisindən, iki  rus 

müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan (iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, d igəri 

erməni  ic masından  idi.  Çar  höku mət inin  tarixi  Azərbaycan 

torpaqları əsasında "Erməni vilayəti" yarat ması ilə  I Pyotrdan 

başlayaraq  ermənipərəst  siyasətin  həyata  keçirild iyi  təsdiq 

olunurdu.  "Ermən i  vilayəti"nin  yaradılması  ilə  A zərbaycanın 

Rusiya  tərəfindən  işğal  olunmuş  digər  torpaqları  ilə  Osman lı 

imperiyası  arasında  " xristian  səddi"  çəkild i.  Digər  tərəfdən, 

bununla  Naxçıvan  və  İrəvan  xan lıqları  ərazilərin in 

erməniləşdirilməsinə  haqq  qazandırmaq  cəhdi  göstərilirdi 

(guya bu yerlər "əvvəldən də ermənilərə  mə xsus olmuşdur!"). 

"Ermən i  vilayəti"  iki  əyalətdən  -  İrəvan  və  Na xç ıvan 

əyalətlərindən ibarət id i. 

Çarizmin  və  onunla  əlbir  o lan  ermən ilərin  

Azərbaycan  torpaqları  olan  İrəvan  və  Na xçıvan  bölgələrini 

"Ermən i v ilayəti"  kimi qələ mə  verməsini təkzibedilmə z tarixi 

faktla r  rədd  edir.  Çünki  çar  Rusiyasının  erməniləri  İran  və 

Türkiyədən  həmin  ərazilərə  kütləvi  surətdə  köçürməsindən 

əvvəl, sonradan "Erməni vilayəti" adlandırılan ərazin in əhalisi 

107224 nəfə r idi.  

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə