[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə207/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   203   204   205   206   207   208   209   210   ...   282

344 

 

1906-07  illə rdə,  ço xsaylı  həbslərə  ba xmayaraq,  eserlərin  Azərbaycandakı  mövqeləri  xeyli  möhkə mləndi.  Onla rın  



təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə  var id i. Part iya üzv lərinin sayı isə 1500-ə çat ırd ı. 1906-09 illərdə Ba kı 

eserləri  "Molot"  ("Çəkic"),  "Dlya  naroda"  ("Xalq  üçün"),  "Trud"  ("Əmə k"),  " Vo lna"  ("Dalğa")  qə zetlərin i,  "Trudovoy 

qolos" ("Əməkçi səsi") leqal jurnalın ı nəşr etdirird ilər. 

1913  ilin  ya zında  Ba kı  eserləri  dənizç ilərin  yeni  tətilini  ha zırlayarkən  şəhər  jandarm  idarəsi  Ba kı  təşkilatının  

icra iyyə ko mitəsini  ləğv etdi. Ko mitənin sədri İ.A.Su xartsev başda olmaqla , 22 nəfər həbs edildi.  Birinci dünya müharibəsi 

(1914-18)  dövründə  icra iyyə  ko mitəsi  yenidən  bərpa  o lundu.  Part iya  ü zvlərinin   bir  hiss əsi  müharibəyə  qarşı  ç ıxan 

bolşeviklərlə  b irgə  fəhlə  tətillərində  iştirak  edir,  müharibə  əleyhinə  vərəqələr  yayırd ılar.  Eserlərin  bu  qanadı  1917  ildən 

sonra meydana çıxmış sol eserlər təşkilatının əsasını qoydu. 

Fevral  inqilabından (1917) və  Rusiyada çar hakimiyyətinin süqutundan sonra Bakı eser təşkilatının d irçəliş dövrü 

başlandı.  Martın  7-də  Bakı  Sovetinin  ilk  iclası  keçirildi  və  onun  tərkibinə  daxil  olan  52  deputat  yerinin  ço xunu  eser  və 

menşeviklər tutdular.  Həmin ayda  Bakıda eserlər partiyasının  Müvəqqəti İcraiyyə Ko mitəsi yaradıld ı. Əsas diqqəti  kəndli 

məsələsinə  yönəldən  eserlər  milli  məsələdə  xalq ların  ö z  müqəddəratını  təyinetmə   hüququnu  rədd  edirdilə r.  Onla r  yalnız 

sosialist partiyalarının tərkibində olan ayrı-ayrı  millətlərin nümayəndələri  ilə taktiki saziş bağlanmasın ı  mü mkün sayırdılar. 

"Panislamizmə" qarşı  kəskin ç ıxış edird ilə r.  Eserlərin nüfuzu rus və erməni  fəhlə ləri arasında ço x yüksək  idi. Mayda onlar 

Bakı Sovetinin sədrliyinə S.Şau myanın yerinə eser Sako Saakyanın seçilməsinə nail oldular. Oktyabrın 22-də Bakı Sovetinə 

seçkilərdə eserlər 6305 səs toplayaraq, müsavatçılardan sonra ikinci yerə çıxd ılar. 

1917

 

il  Oktyabr  çevrilişindən  sonra  eserlər,  menşeviklər  və  daşnaklar  Bakı  Soveti  tribunasından  Petroqrad 



üsyanının dinc yolla  ləğv edilməsin i, bütün hakimiyyətin Müəssislər məclisinə, ona qədər isə demokratik yolla koalisiyaya 

verilməsini  tə ləb  etdilə r.  Eyni  za manda,  eserlər  daşnakla rla  b irləşərək,  müsəlman  partiya larının  bu  koa lisiyaya  da xil 

olmasının qəti ə leyhinə ç ıxırdılar. Hakimiyyətin, bolşeviklər başda olmaqla, Ba kı Sovetinə verilməsin in ə leyhinə ç ıxan  eser 

və  menşeviklə r  Soveti  tərk  etdilər.  1917  ilin  dekabrında  Sovetə  keçirilən  yeni  seçkilə rdə  bolşeviklər  51,  daşnaklar  41  səs 

aldığı halda, sol eserlər 38, sağ eserlər isə 28 səs aldılar. Sovetin  İcraiyyə Ko mitəsinə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ 

eser və 2 müsavatçı daxil o ldu. 

1918

 

ildə   Ba kıda  türk-müsəlman  əhaliyə  qarşı  mart   soyqırımları  za man ı  eserlər  bütünlüklə  S.Şau myan  başda 



olmaqla,  bolşeviklərin  tərəfində  çıxış  etdilər.  Onların  lideri  S.Saakyan  "panislamizmə"  qarşı  vuruşacaqlarını  bəyan  etdi. 

Bakıda türk-müsəlman əhaliyə qarşı üç gün davam edən soyqırımından və azərbaycanlıların kütləv i surətdə qətlindən sonra 

eser  İ.Su xartsev  Bakı  Sovetinin  iclasında  "Müsavat"  firqəsinin   "darmadağın  olduğunu"  və  "Türkiyənin  Bakı  cəbhəsinin 

alındığ ını" elan etdi. 

Bakı  ko mmunası  S.Şau myan  başda  olmaqla,  sol  eserlərlə  və  "beynəlmiləlçi"  daşnaklarla  əməkdaşlıq  taktikasını 

seçmişdi.  1918  ilin  iyulunda Qafqaz İslam  Ordusu Bakıya doğru irəliləyərkən  Bakı Sovetinin daşnak-eser-menşevik blo ku 

bolşeviklərə qarşı çıxış edərək, buraya general L.Denstervilin başçılığı ilə ingilis qoşunlarını dəvət etməyə üstünlük verdilər. 

Bakı Sovetinin  25  iyul tarixli  iclasında bolşeviklər ingilis qoşunlarının  çağırılmasına etiraz olaraq  zalı tərk etdikdən sonra 

bütün hakimiyyət sağ eser-menşevik-daşnak blokunun əlinə keçdi.  Bu blok  1918  il avqustun 1-də "Sentrokaspi diktaturası" 

hökumətin i  formalaşdırdı. Avqustun 4-də  Ənzəlidən  Bakıya gələn  ingilis qoşunlarının  ko mandanı  L.Denstervilin dediy inə 

görə, o, eser partiyasının nümayəndələri ilə dəfələrlə danışıqlar aparmışdı. İngilis generalı bəyanat vermişdi  ki, "partiyanın 

(yəni  eser  part iyasının  -  red.)  proqra mı  b izim  məqsədlərimizə  uyğun  gəldiyinə   görə,  onla r  b izim  kö məyimizə   ə min  ola  

bilərlə r".  Lakin  ingilislərlə  "Sentrokaspi"  hökumət inin  münasibətləri  qarşılıq lı  ittiha mlarla  və  etimadsızlıqla  müşayiət 

olunurdu.  Türk-A zərbaycan  hərbi  h issələrinin  əməliyyatları  nəticəsində  sentyabrın  15-də  Bakı  azad  olundu.  Denstervilin 

qoşunları və onların arxasınca "Sentrokaspi diktaturası" hökumətinin ü zvləri Bakını tərk etdilər. 

1918  ilin  dekabrında  fəaliyyətə  başlayan  Azərbaycan  Parlamentin in  işində  iştirak  məsələsini  mü zakirə  edərkən  

eserlər A zərbaycanın ö z  müqəddəratını təyin et məsi ideyasını yalnız vahid  Federativ  Rusiya tərkib ində  mü mkün saydılar. 

Eserlə r pa rla mentə de mo krat ik seçkilərin  tərəfdarı o lduqlarını bildirs ələr də, bu seçkilə rin  əsası kimi milli tə msilç iliy i deyil, 

yalnız partiya prinsiplərini qəbul edirdilər.  Cü mhuriyyət Parlamenti  1919  il yanvarın 25-də eser partiyası  Bakı  ko mitəsinin 

ona 5 yer ayrılması barədə  xahişini  mü zakirə edərək, onlara  milli azlıq lar fraksiyasında yer verilməsini qərara aldı.  Lakin 

müstəqil  eserlər  A zərbaycan  Parlamentin in  fəaliyyətində  iştirak  etmədilər.  Eserlərin  yaln ız  azərbaycanlılardan  ibarət 

"Xalqçı" partiyasının nü mayəndələri parlamentdə təmsil olundular. 

1918-20  illərdə  eserlər  Bak ı  Fəhlə  Konfransı,  fəhlə  və  dənizç ilərin  həmkarlar  ittifaqla rı  çə rçivəsində  fəaliyyət 

göstərirdilər.  Eserlər ö z  mətbu orqanları "Znamya truda", "Nabat" və sair qəzetlərin səhifələrində Azərbaycan Höku mətin in 

daxili  və  xarici  siyasətini  açıq  şəkildə  tənqid  edir,  Rusiya  ilə  birləş mək  ideyalarını  yayırdılar.  Bo lşevik  və  menşeviklə rlə  

yanaşı, eserlərin də daxil olduğu Bakı Fəh lə Konfransı  1919-20  illərdə söz və yığıncaq azadlığı, əmək haqqının artırılması, 

milli höku mətə etimadsızlıq göstərilməsi tələb ləri ilə bir neçə ü mu mşəhər tətili keçirməyə müvəffəq o ldular. Lakin 1919 ilin 

may  tətili  za man ı  Ba kı  Fəhlə   Konfransının  eser  və  menşeviklərdən  ibarət  qrupu  azərbaycanlı  fəh lələ rin  milli  höku mətlə  

həmrəy liy ini və  ingilis qoşunlarının da hakimiyyəti dəstəklədiyin i görüb, tətilin və onun əsas təşkilatç ısı olan bolşeviklərin 

əleyhinə  çıxd ı.  Bu  vaxtdan  etibarən  Bakı  Fəhlə  Konfransını  öz  əllərinə  keçirmək  uğrunda  kəskin  mübarizəyə  başlayan 

bolşeviklər həm bu təşkilatda, həm də həmkarlar ittifaq larında üstünlüyə nail oldular.  

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə