[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə21/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   17   18   19   20   21   22   23   24   ...   282

62 

 

elə  1920  ilin  yanvarından  başlanan  diplomatik  qarşıdurmanın  arxasında  da  Bakı  neft inə  sahib  olmaq  iddiala rı 



dururdu.  V.İ.Lenin in  martın  17-də  Qafqaz cəbhəsinin hərbi-inq ilab şurasına göndərdiyi teleqramda  Bakının  işğal ed ilməsi 

məsələsi açıq-aydın  göstərilmişdi. Te leqra mda  deyilird i: "Ba kını almaq bizə  olduqca və olduqca zəruridir. Bütün səylərinizi 

buna  verin,  hə m  də  bəyanatlarda  son  dərəcə  diplo mat ik  o lmaq  və   möhkə m  yerli  sovet  hakimiyyətinin   hazırlandığın ı 

tama milə yəqin et mək la zımd ır... Qüvvələr ye rid ilməsi haqqında baş komandanla ş ərtləşin". Keç miş Sov.İKP M K yanında 

ma rksizm-leninizm  institutunun  mə rkə zi  partiya  a rxivində  bu  te leqra mın  əlya zması  ilə   yanaşı,  onun  surəti  də  saxlanılır. 

Teleqramın  surətində  Q.K.Orconikid ze  bu  sözləri  yazmışdır:  "Teleqram  Bakıya  hücum  hazırlan ması  dövrünə  aiddir. 

Əməliyyat hazırlan mışdı...". Sovet Rusiyasının hücumu  ərəfəsində Moskvaya gəlmiş erməni nü mayəndələri ərazi güzəştləri 

müqabilində  A zərbaycan  Hö ku mətini  devirmək  işində  öz  yardımın ı  təklif  edirdilər.  Şübhəsiz  ki,  mart  ayının   ortalarında 

Qarabağda  plana  uyğun  şəkildə  ermən i  qiyamının  baş  verməsi  və  Azərbaycan  ordusunun  Qarabağa  cəlb  edilməsi 

əvvəlcədən hazırlan mış təxribat plan ının nəticəsi idi. 

1920  ilin  martında Qarabağın dağlıq hissəsində Azərbaycan Cümhuriyyətinə qarşı qald ırılan qiyamda,  Qazağa və 

Naxçıvana  Ermənistan  tərəfindən  edilən  təcavüzdə  məqsəd  Azərbaycanın  nizami  ordu  hissələrin i  Bakıdan  çıxartmaq  idi. 

Daşnak  quldur  dəstələrin in  Xankəndi  qarn izonuna  hücumu  ilə  başlanan  Qarabağ  qiyamını  yatırmaq   üçün  ordu  hissələri 

təcili Bakıdan və Dağ ıstan sərhədlərindən Qarabağın dağlıq hissəsinə gətirilməyə başladı. 

Xarici  təhlükə   ilə   yanaşı  ma rt  ayın ın  a xu larında  Höku mətin   istefa  verməsi  də  böhranın   dərin ləşməsində  a z  rol 

oynamırd ı.  Lakin  yeni  Hö ku mət  yaradılmadığ ı  üçün  köhnə  kab inet  hələlik  ö z  fəaliyyətini  davam  etdirird i.  Aprel  ay ının 

ortalarında  Qırmızı  Ordu  hissələrin in  A zərbaycan  sərhədlərində  toplaşması  Azərbaycan  Höku mətin in  cidd i  narahatlığına 

səbəb  olmuşdu.  Aprelin  15-də  Fətəli  xan  Xoyski  G.Çiçerinə  göndərdiyi  te'eqra mda  ya zırdı  ki,  Dağıstan  denikinçılə rdən 

təmizləndikdən sonra Azərbaycan xa lqı bu ü middə id i ki, şimaldan təhlükə  qurtarmışdır; o, qardaş dağlı xa lq ları və xalq ların 

öz  müqəddəratını təyin etmək hüququna təminat vermiş Rusiya ilə dostcasına yaşayacaqdır. Bununla belə, Azərbaycan Xalq 

Cü mhuriyyətinin  sərhədləri  yaxmlığındakı  Dərbənd  rayonunda  və  Dağıstanın  hüdudlarında  sovet  hökumətin in  fikrindən 

xəbərsizd ir, ona görə xahiş ed ir ki, yu xarıda göstərilən  rayonlarda ordunun toplanmasının  səbəbləri haqda mə lu mat verilsin. 

Bu  teleqra mdan  iki  gün  sonra  RSFSR  xaric i  işlər  nazirinin  müavini  L.M.Qa ra xandan  Sovet  Rusiyasının  ticarət-iqtisadi 

münasibətlərə dair danışıqlara hazır olması barədə alınan teleqram taktiki mülah izələrlə bağlı id i. 

La kin  apre lin  18-də  Quba  qəza   rə isi  da xili  işlə r  nazirliyinə  göndərdiyi  g izli  te leqra mda  A zərbaycanın  sərhədlə-

rində toplanmış sovet hərbi hissələrinin hərbi ha zırlıq planla rı barədə mə lu mat verirdi. 

Aprelin 

21-də 


Qafqa z  cəbhəsi 

ko mandanlığın ın  11-ci ordu  rəhbərliyinə və  Volqa - Xəzər donanmasına göndərdiyi  490  nömrəli  direktivdə  göstərilird i  ki, 

Azərbaycanın əsas qüvvəsi öz dövlətinin qərb  cəbhəsində məşğuldur. Ona görə  11 -ci orduya və Volqa - Xə zər donanmasına 

Tuxaçevski, Orconikid ze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr ed ilirdi ki, aprelin 27-də A zərbaycan sərhədini 

keçib, beş gün ərzində  Yalama -  Bakı əməliyyatını yerinə yetirsinlər. Aprelin  23-də bu direktivdə dəyişiklik edildi və sə-

rəncam verildi ki, 11-ci ordunun son vəzifəsi Bakı quberniyasını tııt maq deyil, bütün Azərbaycanı ələ keç irmə kdir. 

Aprelin 26-da Ermənistan hökumət i barışıq imza la maq xahişi ilə ç ıxış etdi. Lakin gec idi. A zərbaycanın taleyi art ıq 

Moskvada  həll  edilmişdi.  Ölkə   da xilində  tə xribatçılıq  işi  ilə   məşğul  olan  bolşeviklər  ö z  fəaliyyətlərini  11  -c i  Qırmızı 

ordunun  ko mandanlığı  ilə,  xüsusilə  hərbi-inqilab  şurasının  üzvü  Q.K.Orconikid ze  ilə  sıx  ə laqələndirird ilər.  A.İ.M ikoyan 

başda olmaqla, yerli bo lşeviklər 11 -ci Qırmızı ordunun Azərbaycanı  işğal etmək planların ın həyata keçirilməsində,  işğal 

əməliyyatının vaxtının  müəyyənləşdirilməsində fəal  iştirak edird ilər.  Q.K.Orconikidzenin  keçmiş Sovet İttifaqı Ko mmun ist 

Partiyası  Mərkəzi  Ko mitəsi  yanında  marksizm-lenin izm  institutunun  mərkəzi  partiya  arxiv ində  saxlan ılan  əlyazmasında 

göstərilir  ki,  " Bakıya  hücum  əməliyyatı  hazırlan mışdı  və  Levandovskinin  başçılığ ı  ilə  aprelin  25-26-da  Azərbaycan 

sərhədlərini  aşdıq".  Hərb i  qüvvələr,  əsasən,  Qərb   cəbhəsində  olduğu  üçün  Qırmızı  Orduya  qarşı  əsaslı  müqavimət 

göstərmək  mü mkün   olmad ı.  Səməd   bəy  Meh mandarovun  aprelin   27-də  əlavə  qüvvələr  göndərilməsi  üçün  ordunun 

yerləşdiyi  Qərb  cəbhəsinə  vurduğu  təcili  teleqra mın  da  heç  bir  əhə miyyəti  o lmadı.  1920  ilin  aprelində  baş  vermiş  c iddi 

Höku mət böhranının ö zü də 11 -ci Qırmızı ordunun Bakıya da xil o lması üçün əlverişli şərait yaradırdı. 

Azərbaycan  Höku məti  aprelin  27-də  respublikanın  Sovet  Rusiyası  tərəfindən  təcavüzə  mə ruz  qald ığı,  sərhədləri-

nin  pozulduğu  barədə  müttəfiqlərin  Tiflisdəki  nü mayəndələri  qraf  de  Martelə,  polkovnik  Qabbaya  və  K.  Lyükkə  təcili 

mə lu mat  göndərdi.  Azərbaycan  Höku mət i  müttəfiqlə rin  nümayəndələrindən  xahiş  edird i  ki,  A zərbaycana  yenidən  hücum 

etmə məsi üçün Ermənistan hökumətinə təsir göstərsinlər, çünki baş vermiş təcavüz akt ı ilə ə laqədar Höku mət  öz qoşunların ı 

Qarabağdan  və  Ermən istanla  sərhəd  olan  rayonlardan  çıxarır.  Müttəfiq lərin  nü mayəndələri  elə  həmin  gün  Ermənistan 

hökaməti  ilə  əlaqəyə  girdilər.  Aprelin  28-də  Ermənistan  hökuməti  b ild irdi  ki,  onların  orduları  dayandıqları  mövqelərdən 

irə lilə məyəcə klə r, A zərbaycana hücum et məyəcəklər. Bunun müqabilində onlar b ir sıra şərtlər irəli sürürdülər. 

Aprelin 27-si gündüz saat 4-də Azerbaycan bolşevikləri  11-ci ordu dəstələrinin  Biləcə ri stansiyasında dayandığına 

arxalanaraq,  Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar  Ko mitəsinin Bakı bürosu və Fəhlə Konfransı adından 

Parla mentə hakimiyyəti təhvil vermə k haqqında ultimatu m təqdim etdilər. Pa rla ment hakimiyyəti d inc yolla 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə