[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə214/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   210   211   212   213   214   215   216   217   ...   282

355 

 

Əh məd  Cavadın  həyat  və  yaradıcılığ ının  ən  parlaq  və 



məhsuldar dövrü 20 əsrin 10-cu illə rin in ortalarına, xüsusilə Azərbaycan 

Xalq  Cü mhuriyyəti  dövrünə  təsadüf  edir.  Bu  illərdə  onun  "Qoşmalar" 

(1916)  və   "Dalğa"  (1919)  ad lı  şeir  topluları  nəşr  edilmişdir.  Hə min  

dövrdə  istiqlal  şairi  kimi  məşhurlaşan  Əhməd  Cavadın  fəaliyyəti 

bilavasitə  Məhə mməd  Əmin  Rəsulzadə  ilə   bağlı  o lmuşdur.  Əh məd  

Cavad  məhz  M.Ə.Rəsulzadənin  təklifi  ilə   "Müsavat"  partiyasına  daxil 

olmuşdur. 

Uğrunda  mübarizə  apard ığı  və  böyük  sevinclə  qarşıladığı 

Azərbaycan Xalq Cü mhuriyyəti dövründə yazdığı şeirlər  Əh məd Cavad 

yaradıcılığ ının  zirvəsidir.  Daim  ictimai-siyasi  hadisələrin  mərkəzində 

olan  Əh məd   Cavad  Cü mhuriyyətin  qurulmasını  "Azərbaycan, 

Azərbaycan!" və"Canım, gözü m, gö zü m, canım Azə rbaycanım" şeirləri 

ilə  alq ışla mışdır. 

Həyatını,  taley ini  və  yarad ıcılığını  A zərbaycan  Cü mhuriyyəti 

ilə   bağlayan  şairin  bu  dövr  şeirləri  a rasında  müstəqil  dövlətimizin  rə mzi  olan  üçrəngli  milli  bayrağımıza  həsr  o lunmuş 

şeirlər (" Elin bayrağı", " Yo l ver türkün bayrağına", "Azərbaycan bayrağına", "Al bayrağa" və s.) sözün həqiqi  mənasında, 

orijinallığı  və  yüksək  bədii-emosional  təsir  gücü  ilə  seçilir.  "Qardaş" şerində  "Vətən  bir  fidandır,  en məz  bayrağı!"  deyən 

şairin "Marş" şerində də azadlıq bayrağı tərənnüm edilir. Azərbaycan Cü mhuriyyətinin ay-uldu zlu, yaşıl, q ırmızı və  mavi 

rəngli bayraq obrazı  Əh məd  Cavad yaradıc ılığın ın  ideya istiqa mətini  müəyyənləşdirmişdir.  Onun "Azərbaycan bayrağına" 

şeri milli marş kimi d illər əzbəri id i: 



 

Türküstan elləri öpüb alnını,  

Söyləyir dərdini sana bayrağım!  

Üç rəngin əksini Quzğun dənizdən  

Ərməğan yolla sən yara, bayrağım! 

 

Cü mhuriyyətin himninin yazılması da Üzeyir Hacıbəyli və Əh məd Cavadın adı ilə bağlıdır. 



Milli oyanış,  xalq  hərəkatı, türk  xalqların ın birliy inə çağırış, əski adət və inamlara,  xalq ın yaddaşına qayıdış kimi 

duyğular  Əh məd  Cavad  şeirlərin in  ruhuna  hopmuşdur.  Onun  yaradıcılığında  A zərbaycan,  Tu ran,  Qafqaz,  Türk  dünyası 

obrazları ço x qabarıq verilmişdir. 

Əh məd  Cavadın  şeirləri  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  fəaliyyət  göstərdiyi  dövrdə  həm  xalqa,  həm  də  onun 

siyasi  liderlərinə  təsir  göstərirdi.  Belə   ki,  M.Ə.Rəsulzadə  hətta  Azərbaycandan  getdikdən  sonrakı  illərdə  ya zdığ ı  bir  ço x 

məqa lə  və  kitablarında  Əh məd  Cavadın  yaradıc ılığ ına  dönə-dönə  müraciət  etmiş,  şeirlərini  təhlil  edərək,  onların  "çağdaş 

ədəbiyyat" tariximizdə yüksək yer və mövqe tutduğunu göstərmişdir. 

"İngilis", "Gəlmə" şerilərində torpağımızı  işğal etməyə gələnlərə  layiq li cavab verən şair "Ey əsgər" şerində bunun 

əksinə,  A zərbaycan  xalqın ı  soyqırımından  xilas  etməyə  gələn  türk  ordusunu  tərənnüm  etmişdir.  "Ağlayırd ım,  gülü rəm" 

şerində  (1920,  6  ap rel)  şair  A zərbaycan  Cü mhuriyyətini  gö zləyən  təhlü kəni  əvvəlcədən  acı-acı  xəbər  verir,  istiqlalımızı 

qorumağa çağırırd ı.  Əh məd Cavadın yarad ıcılığı bədii sənətkarlığı, dilin in heyrətamiz sadəliyi, təsvir və ifadə vasitələrin in 

əlvanlığ ı, yüksək şeriyyəti ilə seçilir. 

Əh məd Cavad ömrünün sonuna qədər milli istiqlal ideallarına sadiq qalmış və bu yolda şəhid olmuşdur. Bunu onun 

Cü mhuriyyətin süqutundan - Aprel işğalından (1920) sonra yazdığı əsərlər də təsdiq edir. 

1925  ildə  yazd ığı  " Göygöl"  şerində  Əh məd   Cavad  müstəqil  Azərbaycanın  dövlət  bayrağındakı  Ay-ulduza   işarə  

edərək deyird i: 



Sənin gözəlliyin gəlməz ki saya, 

Qoynunda yer vardır ulduza, Aya. 

Oldun sən onlara mehriban daya

Fələk büsatını quralı Göygöl

. 

 

Şair bu şerə görə həbs olunmuşdu. 



Rə mzi  xara kterli  "Səsli  qız"  (1928-29)  poe masında  şair,  eyhamla  da  olsa,  işğal  olun muş  "cənnət  kimi"  ölkəsinin  

"mə zarlığa   döndüyünü",  "evlərin   yıxılıb",  " xanimanla rın   söndüyünü",  "işlənmə miş  bir  c inayətin  qalmadığın ı",  "yurdunu 

verməyənlə rin  xınca xınc doğrandığını", gü lüş olmayan bu ölkədə "ağla mağ ın belə  yasaq olduğunu" yana-yana dilə gətirirdi. 

O,  1920-37  illər  arasında  üç  dəfə  həbs  olunmuş,  hətta  adı  güllələnəcək  adamla rın  siyahısına  salınmışdı.  Şair  1924  ilin 

yanvarında Fövqəladə Komissiyanın həbsxanasında yazdığı "Ay ellər" şerində: 

 

Hanı yaz mövsümü gülüm, çiçəyim?  

Tez düşdü yurduma xəzan, ay ellər.  

Mən yaza bilmədim, əllərim bağlı,  

Yoxmu bu dərdimi yazan, ay ellər? 

 

 

 

 

 



356 

 

 



deyə fəryad edird i. 

Daim  təqib  və  təhdid  olunan  şair,  nəhayət,  1937  ildə  məhz  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  dövrünün  görkə mli 

ideoloqu  və  parlaq  şəxsiyyəti  kimi  məh ku m  edilmişdir.  1936-37  illərdə  o,  Azərbaycan  Şura  Ya zıçılar  İttifaq ında  dəhşətli 

şəkildə  " mühakimə"  olunmuş  və  bu,  Əhməd  Cavadın  repressiyaya  məruz  qalaraq,  güllələn məsinə  səbəb  olmuşdur.  Onun 

ailəsi də həbs edilmiş, həyat yoldaşı 8 il sürgündə qalmışdır. 

 

Əsərləri: 



Şeirlər, B.,1958; Sən ağlama, mən ağlaram..., B., 1991; Seçilmiş əsərləri, 2 cilddə, B., 1992.

 

Əd.: 

Azərbaycan  Xalq  Cümhuriyy əti  (ədəbiyyat,  dil,  mədəniyyət  quruculuğu),  B.,  1998;  Bayramoğlu  (M əmmədov)  A., 

Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat,  "Ulduz" jurnalı, 1990, №5; yenə onun, İstiqlalımız və istiqbalımız naminə, 

"Dünya" jurnalı, 1993, №3; Baykara H., Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992;  Saləddin Ə., Əhməd Cavad, B., 1992; Nəbiyev 

B., Əhməd Cavad, "Gəncə" nəşriyyatı, 1993. 



 

ƏHMƏDBƏYOV Zivər bəy Gəray bəy oğlu  (1873, Şamaxı - 16.2.1925, Bakı) - ali təhsilli ilk 

azərbaycanlı  me mar,  rəssam.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Bakı  şəhərin in  baş  mema rı. 

Peterburq  Mülki  Mühəndislər  İnstitutunu  bitirdikdən  (1902)  sonra  Ba kı  quberniya  idarəsinin  İnşaat 

şöbəsində,  Bakı  şəhər  idarəsində  memar  işləmişdir.  1907  ildə  Şamaxı  şəhərinin  baş  memarı  təyin  

edilmiş,  məhəllələrin  düzgün  planlaşdırılması  və  tikilməsinə,  zəlzələ  zaman ı  (1908)  dağılmış  Cü mə 

məscidin in  yeni  lay ihəsinin  hazırlan masına  böyük  ə mək  sərf  et mişdir.  Lay ihələrində  milli  me ma rlıq  

ənənələrindən geniş istifadə etmişdir.  Onun layihələri əsasında Bakıda Təzəpir (1905-14),  Göy  məscid  

(1912-13),  Göyçayda  məscid  (1906),  Şa ma xıda   İma m  məscidi  (1909),  Cü mə  məscid i  (1909-18), 

"Səadət"  məktəbi  (indiki  akade mik  Zə rifə  Əliyeva  adına  Elmi-Tədqiqat  Oftalmologiya  İnstitutu;  1911-

12)  və  s.  inşa  edilmişdiir.  Əh mədbəyov öz  yaradıcılığında  milli  irslə  yanaşı  Avropa  klassisizminə  də 

müraciət etmişdir. Bakıda "Doğum evi" (1910-cu illər), "Uşaq xəstəxanası" (indiki  Elmi-Tədqiqat Ana və Uşaq Mühafizəsi 

İnstitutu; 1914-16), həmçinin  Bakıda və Şamaxıda b ir sıra yaşayış evlərinin layihələrini yaratmışdır. Əh mədbəyov Azərbay-

can  xalq  memarlığın ın  mütərəqqi  ənənələrin i  Şərq  və  Avropa  memarlığ ı  ilə  ü zvi  surətdə  əlaqələndirmişdir.  O,  milli 

memarlıq  ab idələrinin  mühafizəsi  ilə  əlaqədar  1917  ildə  mü lki  mühəndis  Ömər  bəy  Abuyevlə  birgə  "İslam  incəsənəti 

abidələrini sevənlər və qoruyanlar cə miyyəti"ni yaratmış,  1919 ildə  isə Şa ma xının bərpası üçün "Yen i Şirvan" cə miyyətini 

təşkil  et mişdir.  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  Bakının   baş  me marı  və zifəsində  çalışan  Əh mədbəyov  şəhərin 

daşnaklar  və  eser-menşeviklərdən  ibarət  "Sentrokaspi  diktaturası‖ndan  azad  olunması  (1918,  15  sentyabr)  zaman ı  şəhid 

olmuş  azərbaycanlı  və  türk  əsgərlərin in  xatirəsini  əbədiləşdirmək  üçün  Çənbərəkənd  qəbiristanlığında  (indiki  Şəh idlər 

Xiyabanı) ucald ılacaq abidə ko mpleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin  lay ihədə orta əsr 

Azərbaycan me marlıq inc ilə rindən  məharətlə   istifadə olun muşdu. Aprel işğalından (1920) sonra Azərbaycan Xalq Maarifi 

Ko missarlığının qərarı (1920,  13 noyabr) ilə,  ikinci dəfə yanmış, Tağıyev teatrının bərpa və yenidənqurma layihəsini hazır-

lamaq da Əh mədbəyova tapşırılmışdı. 



 

Əd.: 

Fətullayev Ş., M emar Zivərbəy Əhmədbəyov, "Qobustan" incəsənət toplusu, 1970, №2



 

ƏHMƏDOV  Əsədulla  (?-?)-  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  ü zvü.  Azərbaycan  Milli  Şurasının  

―Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  Cü mhuriyyət  Parlamentinə 

seçilmişdi.  Bundan  əvvəl  Bakı  şəhər  dumasının  üzvü  olmuş,  geniş  xeyriyyəçilik  işi  aparmışdır.  Bakı  Müsəlman  Xeyriyyə 



Cəmiyyətinin  ilk  ic lasında  11  nəfərdən  ibarət  idarə  heyətinə  seçilmişdir.  Əh mədov  "Nəşri-maa rif‖  cə miyyətinin 

təsisçilərindən  biri,  Müəssislər  Məclisin in  çağırılması  ü zrə  Mərkə zi  Ko missiyanın  üzvü  idi.  Parla mentdə  əvvəlcə 



"Bitərəflər" frak siyasının üzvü olan Əh mədov 1919 ilin o ktyabrında bu fra ksiyada baş vermiş parçalan madan sonra bir neçə 

bitərəflə birlikdə "Müsavat" fraksiyasına keç mişdir. 



 

Əd.: 

Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəlləri), B., 1999; Cavadov 

C, Azərbaycanda xeyriyy əçilik hərəkatı (XIX əsrin sonu və XX əsrdə), B., 1999



 



ƏHMƏDZADƏ Yusif (?-?)- Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentin in üzvü. A zərbaycan 

Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr) 

əsasən,  ticarət-sənaye  ittifaqından  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  tərkibinə  daxil 

edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil edirdi. 



"ƏHRAR"  ("Azad lıqsevər") - siyasi partiya. 1918  ilin payızında  Bakıda yaradılmışdı. Sədri 

Aslan  bəy  Qardaşov  idi.  "Əhrar"ın  fəa liyyəti,  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentində 

təmsil o lunan eyni ad lı  fra ksiya çərç ivəsində keç ird i. Fraksiyanın  üzv ləri Aslan bəy  Qardaşov,  Rəşid 

bəy  Qaplanov,  Abdulla  bəy  Əfəndizadə,  Qə rib   Kə rim  oğlu,  Bayra m  Niya zi  Kiç ikxanlı  və  başqaları 

idilər. 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə