[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə215/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   211   212   213   214   215   216   217   218   ...   282

357 

 

"Əhrar"ın  bəyannaməsi  Abdulla  bəy  Əfəndizadə   tərəfindən  dekabrın  26-da  Parla mentin   ic lasında  açıq landı. 



Bəyannamədə  Azərbaycan  Xalq  Cü mhuriyyətin in  qurulması  alqışlan maq la  yanaşı,  Höku mətin  fəa liyyəti  tənqid  edilirdi. 

"Əhrar" aqrar islahatlarla bağlı  mü lkədar torpaqların ın kəndlilər arasında bölüşdürülməsi, fəhlə  məsələsində isə 8 saatlıq iş 

günü, əməyin  mühafizəsi tələblərinin tərəfdarı  idi.  Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərin in 

qurulmasına  və  in kişaf  etdirilməsinə  üstünlük  verən  partiya,  A zərbaycan  xalqı  ilə  yanaşı,  bütün  Qafqaz  xalqların ın 

müstəqilliy inin və onların hüquqların ın müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi. 

1919  il  aprelin  14-də  "Əhrar"  fraksiyasından  R.Qaplanov  maarif  və  din i  etiqad  naziri,  A.Qa rdaşov  is ə  əkinçilik 

naziri  kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi 4-cü hökumət kabinəsinə da xil oldula r. Aqrar  islahatların  keçirilməsin in 

ləngidilməsinə görə  Hö ku məti tənqid edən sosialistlərə "Əhra r" fraksiyası da  qoşulmuşdu. N.Yusifbəylin in  5-c i  koalisyon 

kabinəsində  R.Qaplanov  ticarət,  sənaye  və  ərzaq  naziri  təyin  olundu.  Aprel  işğalı  (1920)  ərəfəsində  bir  neçə  partiya  - 

"İttihad",  sosialistlər  və  "Əhrar"  b irləşərək  Höku mətə  etimadsızlıq  göstərdilər  və  bununla  da,  11  -ci  Qırmızı  ordunun 

müdaxiləsi  ərəfəsində  hakimiyyət  böhranını  gücləndirdilər.  "Əh rar"ın  bəyanatında  deyilirdi  ki,  Hö ku mətin  əksəriyyəti 

radika l (yəni, sosialist yönümlü) addımlar at maq  istəmədiyindən, və ziyyəti daha da gərginləşdirirlə r.  1920  il aprelin  15-də 

A.Qardaşov  "Əhrar"  nümayəndələrinin  koalisyon  Hökumətdən  çıxması  barədə  bəyanat  verdi.  Bundan  sonra  "Əhrar"  və 

"İttihad"  fraksiyaları  Məmməd  Həsən  Hacınskinin  baş  nazir  vəzifəsinə  təyin  olun masına  və  bolşeviklərlə  birgə  yeni 

Höku mət  formalaşdırılmasına  razılıq  versələr  də,  artıq   gec  id i.  Bo lşeviklər  heç  b ir  koalisiyaya  razı  olmadılar  və 

hakimiyyətin  təhvil  verilməsi  barədə  Pa rla mentə  ultimatu m  göndərdilə r.  Gərg in  mübahisələrlə  qarşılanan  bu  s ənədin 

mü zakirəsində  "Müsavat‖dan  başqa,  bütün  partiya  liderləri  ilə  birgə  A.Qardaşov  da  ultimatu mun  qəbul  edilməsinə  və 

hakimiyyətin  bolşeviklərə  təhvil  verilməsinə  səs  verdi.  11-ci  Qırmızı  ordu  apre lin  28-də  Bakıya  da xil  o lduqdan  sonra 

Parla ment və bütün siyasi partiyalar bura xıldı. Bununla "Əhrar" partiyasının da fəaliyyətinə son qoyuldu. 



 

Əd.: 

Azərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Azərbaycan  Xalq  Cümhuriyy əti  (1918-1920),  B.,  1998;  Süleymanova  S., 

Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999. 

 

"ƏHRAR"  FRAKS ĠYAS I  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parlamentin in  fraksiyalarından  biri.  "Əhrar" 

partiyası deputatlarından ibarət idi. 1919 ilin əvvəlində "Əhrar"ı 9 deputat təmsil edirdi (bax Azərbaycan Xalq Cümhııriyyəti 



Parlamenti).  "Əhrar"  partiyasının  bəyannaməsini  1918  il  dekabrın  26-da  keç irilmiş  Parla ment  ic lasında  Abdulla  bəy 

Əfəndizadə  açıqlamışdı.  Fraksiya  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  qurulmasını  alqışlamaqla  yanaşı,  fəaliyyətini  kifayət 

qədər qənaətbəxş hesab etmədiyinə görə  Höku məti tənqid edird i.  Bəyannamədə tə ləb edilirdi  ki, hər bir na zirliyin  başında 

müvafiq sahənin  mütəxəssisi dursun. Aqrar islahatlarla bağlı "Əhrar"  fraksiyası  iri  mülkədar torpaqların ın ö zəlləşdirilərək 

kəndlilərə  paylan masın ı  düzgün  sayırdı.  "Əhrar",  hə mç inin,  8  saatlıq  iş  günü,  əməyin  mühafizəsi  tələb lərinə  tərəfdar  idi. 

Qonşu  respublikalarla  dostluq  münasibətlərinin  qurulması  və  inkişaf  etdirilməsinə  üstünlük  verirdi.  "Əhrar" ın  üzvləri 

Müəssislər  Məclisinin  çağ ırılması  ü zrə  mərkəzi  ko missiyada,  Parla mentin   maliyyə-büdcə,  redaksiya,  aqrar  və  sorğu 

ko missiyalarında təmsil o lun muşdular. 

 

Əd

:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.  

 

ƏXZĠ-ƏS GƏR  TƏġ KĠLATLARININ  YARADILMAS I  HAQQINDA  QANUN  -  A zərbaycan  Xalq  Cü mhu-

riyyəti  ə razisində  hərbi  mükə lləfiyyətin  təşkilinə  məsuliyyət  daşıyan  orqanların  fəa liyyətinin  hüquqi  cəhətdən 

tənzimlən məsi  haqqında  qanun.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  tərəfindən  1919  il  may ın  26-da  qəbul 

edilmişdi.  Qanunda  təsbit  olunurdu  ki,  ölkə  ərazisində  hərb i  mükəlləfiyyətin  həyata  keçirilməsinə  rəhbərlik  edən  orqan 

Azərbaycan  Mərkə zi  Əxzi-əsgər  İdarəsidir.  Bu  idarə   vətəndaşların  hə rbi  xid mətə  çağ ırılması  və   onların  natural  hərbi 

mü kəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni 

zamanda, çağırış yaşlı şəxslərin tibbi  müay inədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrin in 

işi  ilə bağlı şikayətlərə baxmalı, həmin  şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi  mü kəlləfiyyətin yerinə 

yetirilməsi  üçün  zəruri  olan  büdcə  layihəsini  hazırla malı,  ayrılmış  büdcə  vəsaitini  şöbələr  arasında  bölüşdürmə li  və  digər 

məsələ ləri hə ll et mə li idi. A zərbaycan Mərkə zi Əxzi-əsgər İdarəsinin  rə isi da xili işlər nazirinin  müavini, ü zvlə ri isə idarən in 

işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliy inin nümayəndələri olmalı idilər. 

Yerlərdə  vətəndaşların  hərbi  mükə lləfiyyətlərini  yerinə  yetirmə ləri  ilə  qəza ,  dairə  və  şəhər  əxzi-əsgər  şöbələri 

məşğul  olma lı  id i.  Bu  orqanlara  aşağıdakı  vəzifə lər  həvalə  o lunurdu:  çağırışçıların  siyahısının  tərtib  edilməsi;  çağırışçı 

siyahılarının  yo xlan ılması;  çağırışçıların  qeydiyyatı  və  xid mətə  çağırılanların  sayı  barədə  Mərkəzi  Əxzi-əsgər  İdarəsinə 

mə lu mat verilməsi; çağ ırışçıla rın  hərbi xid mətə  çağırılması; çağ ırışçıla rın  tibbi müayinəsinin  aparılması; çağ ırışçıla rın  hərbi 

xid mətə qəbul edilməsi;  məsuliyyətə cəlb edilmə li o lan çağırışçıla r haqqında polis orqanlarına  məlu mat verilməsi; yerlə rdə 

atların   və  qoşqu  vasitələrinin  qeydiyyatının  aparılması  və  onların  xid mətə  cəlb   edilməsi;  səfərbərlik  p lanların ın 

hazırlan ması; hərbi  xid mət  zamanı  xəsarət almış əsgərlərin  tibbi  müayinədən keçirilməsi.  Qəza, dairə və şəhər əxzi-əsgər 

şöbəsinin  rəisi  yerli  qəza  rəisi  və  ya  daxili  işlər  naziri  tərəfindən  təyin  edilmiş  şəxs  ola  bilərd i.  Hərbi  nazirlik  tərəfindən 

eza m  ed ilmiş  zabit  və  kəndlə rdən  seçilmiş  nü mayəndələr  qəza  ə xzi-əsgər  şöbələrinin  üzvü  olma lı  idilər.  Qanuna  əsasən, 

bütün  qəza  mərkəzlərində  qəza  əxzi-əsgər  şöbələri  təsis  edilməli  id i.  Bu  şöbələr  hərb i  nazirliklə  razılaşdırıldıqdan  sonra 

daxili  işlər nazirliyinin  qərarı  ilə açılmalı  idi.  Qəza əxzi-əsgər şöbələri tədriclə açıla b ilərdi.  Lakin qanuna əsasən, Gəncə, 

Qaza x,  Nu xa  (Şəki), Tə rtər,  Cəbrayıl, Ba kı,  Göyçay, Salyan, Şa ma xı, Zaqatala və  Şuşa qəzala rında  isə ə xzi-əsgər şöbələri 

dərhal açılma lı idi. 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə