[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə216/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   212   213   214   215   216   217   218   219   ...   282

358 

 

Parla mentin  "Azərbaycan  Respublikasında hərbi  mükəlləfiyyətin  icrasına  rəhbərlik  edən  təşkilatla rın  yaradılması  haqqında 



qanun"una (1919, 26  may) əsasən, Mərkəzi  Əxzi-əsgər İdarəsinin və qəza əxzi-əsgər şöbələrinin fəaliyyəti üçün zəruri o lan 

büdcə təsdiq edilmişdi. 



 

Əd:. 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;

 

 

"ƏKĠNÇĠ" - Azərbaycanda ilk milli qəzet. 1875-77 illərdə Bakıda (iki həftədən bir) nəşr edilmişdir. İlk nömrəsi 

1875


 

il  iyulun 22-də çıxmışdır.  Cə mi  56 nömrə (1875  ildə-12,  ildə-24,  1877  ildə-20) bura xılmışdır. Qə zetin  1877  il 

nəşrinə kiçik formatlı beş əlavə nüsxə də çıxmışdır  (№  1, 6,  7, 13,  15). Azə rbaycanda peş əkar dövri  mətbuatın başlanğıcı 

sayılan "Əkinçi"nin banisi, redaktoru, naşiri, korrektoru, bəzən  hətta mürəttib i Həsən bəy Zərdabi ohnuşdur. Qəzetdə 1200-ə 

qədər  məqalə,  məktub,  xəbər,  fe lyeton,  şeir,  redaksiya  qeydi  və  s. 

verilmişdir.  Maarifçi-demokratik  ideyaların  carçısı  və  tribunası  olan 

"Əkinçi"nin ətrafında toplanmış   qabaqcıl    ziyalılar   -  M.F.A xundzadə,   

onun  davamçıları  N.Vəzirov,  S.Ə.Şirvani,  Ə.Go rani  (Adıgözə lo v ) ,  

Əhsənül-Qəvaid,  Ə.Heydəri,  Məhbus  Dərbəndi  və  b.  mü rtəcə  və 

mühafizəkar qüvvələr, cəhalət, nadanlıq, gerilik,  köhnəlmiş adət-ənənələr, 

çarizm  və  yerli  feodal  istismarı  əleyhinə,  elm,  maarif  və  mədəniyyətin 

tərəqqisi  uğrunda  ardıcıl  mübarizə  aparmışlar.  "Əkinçi"nin  Azərbaycan 

mədəniyyəti  tarixindəki  mühüm  xid mət lərindən  biri  maa rifçi  realist 

ədəbiyyat və incəsənətin inkişafı uğrunda mübarizə aparmasıdır. 

"Əkinçi"nin  nəşri  Azərbaycan  dilinin  saflığı  və  zənginləş məsi 

yolunda mühüm hadisə olmuşdur. Qəzetin d ili can lı  xalq dilinə yaxın id i. 

Mürtəce  qüvvələrin  arasıkəsilməz  hücumlarına,  senzuranın  təqiblərinə 

mə ruz  qalan  qə zetin  nəşri  1877  ilin  sentyabrında  dayandı.  " Əkinçi"  

Azərbaycan ictima i, e lmi və ədəbi-bədii  fikri tarixində, 19 ərsin sonu - 20 

əsrin  əvvəllərində  milli  ziyalılığ ın  və  milli  azadlıq  ideyalarının 

formalaşmasında,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  liderlərin in  və  ideoloqların ın  nəzəri  görüşlərinin  əsasını  təşkil  edən 

Azərbaycançılıq ideologiyasının təşəkkülündə və inkişafında  mühüm ro l oynamışdır. "Əkinç i"nin n əşri milli  istiqlala doğru 

gələn yolda mühüm hadis ə id i. 1979 ildə Bakıda "Əkinç i"nin ta m mətni kitab halında (ərəb ə lifbası ilə) bura xılmışdır. 

 

Əd.: 

M əmmədov B., "Əkinçi" q əzeti, B., 1976; Axundov H., M ətbuatımızın ilki, B., 1976; Hüseynov C, "Əkinçi" qəzetinin 

izahlı biblioqrafıyası, B., 1977. 

 

"ƏKĠNÇĠ"  -  A zərbaycanda  sol  eserlər  partiyası.  Fevral  inq ilab ından  (1917)  sonra  sol  eserlər  partiyasının  

müsəlman  bölməsi  kimi  təsis  edilmiş,  1918  ilin  martından  isə  sol  eserlər  partiyasının  "Əkinçi"  müsəlman  təşkilatı  kimi 

fəaliyyət göstərmişdir. Təşkilat ın sədri Mir Həsən  Vəzirov idi. O, 1918  il apre lin  25-də yaradılmış Bakı  Xa lq Ko missarları 

Sovetində (XKS) torpaq ko missarı və zifəsinə seçilmişdi. Part iyanın "Əkinçi" adlı qə zeti nəşr olunurdu. 

1920  ildə  Bakıda  ko mmunistlərə  ilk ya xınlaşan və onlarla sıx ə mə kdaşlıq  edən  məhz Azərbaycan sol eserləri id i. 

Bu partiya sağ eserlərdən (" xalqçı"lardan) fərqli o laraq, Cü mhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti 

mövqeyində  dururdu.  Onlar  rus  sol  eserlərindən  fərqli  olaraq,  milli  məsələdə  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

müstəqilliy inin  tam  tanın ması  tərəfdarı  idilər.  Bu  partiya  bir  ço x  cəhətdən  Ukrayna  sol  eserlərinə  bənzəy irdi.  Ruhulla 

Axundov,  Əh məd  Əh mədov,  Rəhim  Hüseynov,  Həbib  Cəbiyev,  Əli  Bayramov,  Eyyub  Xanbudaqov və  b.  partiyanın  fəal 

üzvləri id ilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları 

kimi, sol eserlər də, ayrı-ayrı  ziyalı qrupla rı istisna olmaqla,  zəh mətkeş azərbaycanlı  kütlələ ri arasında güclü nüfüza  ma lik 

deyildi. Pa rtiya sonralar ko mmunistlərə qovuşsa da, bu, sol eserləri repressiyalardan  xilas etmədi. Aprel işğalından (1920) 

sonra onların bir hissəsi güllələndi, d igər q ismi isə mühacirətə getməyə məcbur oldu. 

 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920), B., 1998; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999. 



 

ƏKĠNÇĠLĠK  VƏ  DÖVLƏT ƏMLAKI  NAZĠRLĠYĠ (ƏDƏN),  A z ə r b a y c a n   X a l q  C ü m h  u r i y  y e t i  

H ö  k u  m ə  t  i n  i n    Ə k i n ç i l i k  və  D ö v l ə t   Ə  m l a  k  ı    N a   z  i r  l  i y  i  - A zərbaycan Xa lq  Cü mhuriyyətində kənd 

təsərrüfatının,  maddi  sərvətlərin  və  mülkiyyətin  niza mlan masına  rəhbərlik  edən  ic ra  orqanı.  1918  il  may ın  28-də 

Azərbaycan Milli Şurasın ın qəra rı ilə  yaradılmışdı. Fətə li xan Xoyskinin  Tiflisdə təşkil etdiyi 1-ci Höku mət  kab inəsində ilk 

əkinçilik və dövlət əmək naziri vəzifəsinə Əkbər Ağa Şeyxülislamov təyin olunmuşdu. 

Azərbaycan  Milli  Şurası  və   Hö ku məti  1918  il  iyunun  16-da  Gəncəyə  köçdükdən  sonra  iyunun  17-də  F.x.Xoy-

skinin  Gəncədə  təşkil  etdiyi  2-c i  Höku mət   kab inəsində  əkinç ilik  na ziri  və zifəsinin   ic rası  Xosrov  Paşa  bəy  Sultanova 

tapşırıldı. 1918  ilin dekabrında Azərbaycan Parlamenti  işə başladıqdan sonra Parlamentin tapşırığına əsasən dekabrın 26-da 

F.x.Xoyskin in  təşkil  etdiy i  3-cü  Höku mət  kabinəsində  də  əkinçilik  və  dövlət  ə mlakı  na ziri  və zifəsi  Xosrov  Paşa  bəy 

Sultanova həvalə edildi. 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə