[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə217/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   213   214   215   216   217   218   219   220   ...   282

359 

 

1919  il  aprelin  14-də  Nəsib  bəy  Yusifbəylinin  təşkil  etdiyi  4-cü   Hö ku mət  kabinəsində  bu  vəzifə   Aslan  bəy 



Qardaşova  həvalə  olundu.  Həmin  il  dekabrın  26-da  yenə  də  N.Yusifbəylinin  təşkil  etdiy i  5-ci  Höku mət  kab inəsində 

əkinçilik və dövlət əmlakı naziri vəzifəsini Əh məd Cövdət Pepinov tutdu. 

ƏDƏN-in  strukturu  nazir  və  nazir  müavin indən,  nazirin  şurasından,  nazirliy in  dəftərxanasından,  əkinçilik,  aqrar 

islahatlar,  kənd  təsərrüfatı,  meşəçilik,  su  təsərrüfatı  şöbələrindən,  ba lıq  sənayesi  idarəsindən,  mühasibat  bölməsindən  və 

nazirliyə tabe olan əkinçilik və dövlət ə mla kı ü zrə Gəncə ida rəsindən ibarət idi. 

ƏDƏN A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin  işin in ço xluğuna,  mürəkkəbliyinə və  məsuliyyətinə görə ən  

ağır  nazirliklərindən  biri  id i.  Fevral  inqilabından  (1917)  Azərbaycan  İstiqlalının   elan  o lun masına  (1918,  28  may)  qədər 

keçən vaxt ərzində ölkədə ən ço x zərər çəkmiş təsərrüfat sahəsi məh z  kənd təsərrüfatı  idi.  1917  ilin axırlarından,  xüsusilə 

1918  ilin  fevralından  Azərbaycanda  silahlı  erməni-daşnak  quldur  dəstələrinin  xalqımıza  qarşı  törətdiyi  soyqırımları 

nəticəsində  ölkədə  yüzlərlə  kənd  viran  qalmış,  yüz  minlə rlə  mü lki  əhali,  xüsusilə  kənd  əhalisi  ö z  yurd-yuvasından, 

təsərrüfatlarından  didərgin  düşüb  qaçqınlara  çevrilmişdilər.  Erməni-daşnak  quldur  dəstələri  tərəfindən  kəndlərin 

yandırılması,  talan  olun ması,  təsərrüfatların  dağıd ılması,  mal-qaran ın  oğurlanması  A zərbaycan  kəndlilərin i  tamamilə 

müflisləşdirmişdi. Boş qalmış kəndlərdə torpaqlar əkilib becərilmirdi. Digər tərəfdən, ö lkədə yaran mış anarxiya nəticəsində 

həm  dövlət  torpaqları,  hə m  də  xüsusi  torpaqlar  ayrı-ayrı  şə xslər  tərə findən  qanunsuz  zəbt  olunurdu.  Zaqafqaziya 

ko missarlığının  1917  il  16  dekabr  tarixli  Əsasnaməsinə  və  Zaqafqaziya  seymin in  1918  il  7  mart  tarixli  qanununa  əsasən 

yaradılmış və fəaliyyət göstərən torpaq komitələri  işini düzgün qura bilmədiy indən kənd əhalisinin bütün təbəqələrdən olan 

nümayəndələrin in etibarını itirmişdi. Ona görə də Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin 1918 il 22 iyun tarixli qərarı 

ilə Zaqafqaziya seyminin torpaq islahatı haqqında qanununun icrası Müəssislər Məclisi çağırılana qədər dayandırıldı.  Bu qə-

rarla  həmin  va xta  qədər  ayrı-ayrı  şəxslə rin  qanunsuz  zəbt  etdiyi  torpaqların,  o  cü mlədən  dövlət  torpaqlarının  geri 

qaytarılması tələb o lunurdu. Həmin qərara əsasən, əvvəllər yaradılmış torpaq ko mitələri ləğv o lundu, əvəzində ilk vaxtlar 

nazirliyin ə kinçilik şöbəsi yanında, sonra isə nazirliy in struktur hissəsi kimi aqrar  islahatlar şöbəsi yaradıldı. Şöbə  material 

toplayır və onun əsasında aqrar islahatlar üçün dekret  layihələri hazırlayırdı.  Əkinçilik şöbəsi kənd təsərrüfatı vergilərin in 

yığılması  üçün  lazımi  qaydalar  yaradır,  kənd  əhalisinin  cari  ehtiyaclarını  və  sorğuların ı  təmin  etməyə,  qanunsuz  zəbt 

olunmuş torpaqların geri qaytarılmasına, əhalin in tərk etdiyi torpaqların mühafizəsi və istifadəsinin təşkilinə çalışırdı. 

Buna  görə,  ilk  növbədə,  istifadəsiz  və  tərk  edilmiş  torpaqlar  müvəqqəti  olaraq  xəzinə  hesabına götürüldü.  Əkin-

çilik şöbəsi və onun daxili  işlər və  maliyyə nazirliklərinin yerlərdəki nü mayəndələrin in iştirakı ilə yaradılmış ko missiyaları 

həmin torpaqları ehtiyacı o lan kənd ic ma larına və kəndlilərə, onlar götürmədikdə, ayrı-ayrı şə xslərə  ica rəyə verirdi. 

Nazirliyin ə kinçilik şöbəsi kəndlilə r arasındakı torpaq  mübahis ələrini də hə ll edir, aqra r  islahatı barədə qanun hə-

yata keçirilənə qədər aztorpaqlı və torpaqsız kəndliləri, müvəqqəti olaraq, torpaqla təmin etmək üçün tədbirlər görürdü. 

1919 ildə Cavad qəzasın ın Muğan düzündə baş vermiş hərc-mərc lik nəticəsində rus əhalisi tərəfindən tərk edilmiş 5 

min desyatin suvarılan torpaqlar icarəyə verildi. İcarədarın əldə etdiyi  məhsuldan icarə haqqı natura ilə alın ırd ı.  Natura  ilə 

icarə  haqqı  bu  bölgədə,  habelə  Quba  və  Göyçay  qəza larında  özbaşına  əkilmiş  torpaqlardan  da  alın ırdı.  Naturadan  icarə  

haqqını  müəyyənləşdirmək  məqsədilə  əkinçilik  şöbəsi  yerlərdə  mövsümi  işçilərdən  istifadə  edirdi.  Həmin  işçilər  əkinçilik 

nazirin in  xüsusi  müvəkkili,  onun  katibi,  rayonlar  ü zrə  müdirləri,  onların   kargüzarları,  aqronom,  yerö lçən,  anbar  müd iri, 

qapançı  və  yükdaşıyanlardan  ibarət  idi.  Bir  sıra  ü zürlü  səbəblərə,  xüsusilə  işçilərin  təcrübəsizliyinə,  məhsuldarlığın  az 

olmasına və s. baxmayaraq, 1919  ilin taxıl y ığımı  zamanı əkinçilik nazirliyi tərəfindən 50  min pud taxıl tədarük olunmuşdu. 

Yığılan  taxılın   bir  hissəsi  Cü mhuriyyət  Hö ku mətinin   1919  il  11  avqust  tarixli  qərarı  ilə  hərbi  nazirliyin   sərəncamına 

verilmişdi.  Bazar  qiy məti  ilə  pula  çevirəndə  bu  10  milyon  manata  bərabər  idi.  1919  ilin  payızında  əkinçilik  nazirliyin in 

xüsusi ko missiyaları 1920  ildə Muğan düzündə və Salyan qəzasında 25 min desyatin suvarılan torpaqların icarəyə verilməsi 

nəticəsində buradan götürülən məhsulun satışından xəzinəyə 13  milyon  manata qədər gəlir vermə li  idi.  Na zirliy in əkinçilik 

şöbəsi Şamaxı, Göyçay, Nu xa (Şəki) və Ərəş qəzalarında sahibsiz ü zü m və meyvə bağlarını da qeydiyyata almışdı. Buradan 

dövlət xəzinəsinə Şamaxı qəzası ü zrə 400 min manat, qalan qəzalardan isə 100 min manat gəlir daxil olmuşdu. 

Ölkədə  1918  ildə  baş  vermiş  hərc-mərclik  nəticəsində  evlərin i,  torpaqlarını,  kəndlərini  tərk  etmiş  əhali  arasında 

nazirlik  tərə findən  aparılan  izahat  işləri  nəticəsində  qaçqınlar  və  köçkünlər  tədricən  ö z  dədə-baba  yurdlarına   qayıt mağa 

başlayırdılar.  Digər  tərəfdən,  əkinçilik  nazirliyin in  qarşısında  duran  ən  ağır  məsələlərdən  biri  Ermənistandan  qovulmuş 

azərbaycanlı qaçqınları kənd yerlə rində yerləşdirmə k idi. 

Əkinçilik  Nazirliyi  hələ  1919  ilin  fevralında  ölkə  ərazisində  qaçqınlar  problemini  tən zimləmək  məqsədilə  Azər-

baycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinə  xüsusi  məruzə  təqdim  etmişdi.  Məru zədə  qaçqınların  Muğanın  suvarılan 

torpaqlarında  yerləşdirilməsinin  bu  bölgə  üçün  mühü m  əhəmiyyəti  olduğu  bildirilirdi.  Beləki,  bu  yerlərin  iq liminə  və 

topoqrafik  şəraitinə  görə  yerli  əhali  həmin  torpaqların  əkilib-becərilməsinə  o   qədər  də  həvəs  göstərmirdi.  Buna  görə  də 

qaçqınları  qəbul  etmək  və  yerləşdirmək  üçün  idarələrarası  xüsusi  orqan  yaratmaq  lazım  idi.  Bir  ço x  təşkilati  çətinliklərlə 

bağlı  olaraq,  göstərilən  məru zədə  qaldırılan  məsələlər  yaln ız  1919  ilin  avqustunda  öz  həllin i  tapdı.  Höku mət  Əkinçilik 

Nazirliyinə yerlərdə qaçqınların vəziyyətini  müəyyənləşdirmək üçün  mərkə zi və yerli  ko missiyalar yarat mağı tapşırdı, eyni 

za manda,  mə rkə zi  ko missiyaya  göstəriş  verildi  ki,  milliyyətindən  asılı  o lmayaraq,  Azə rbaycan  ərazisində  olan  bütün 

qaçqınların   boş  torpaqlarda  yerləşdirilməsi  üçün  layihə  hazırlasın.  Nazirliy in  əkinçilik  şöbəsi  müdirin in  rəhbərlik  etdiyi 

mə rkə zi  ko missiya, Qərbi A zərbaycandan (Ermənistandan) qovulmuş 40  min a zə rbaycanlı da da xil o lmaqla , bütün qaçqın-

ların boş və istifadəsiz torpaqlarda yerləşdirilməsi barədə  layihə hazırladı.  1919  il oktyabrın 20-də  Cümhuriyyət Höku məti 

həmin lay ihəni və onun üçün tərtib edilmiş s metanı bəzi düzəlişlərlə qəbul etdi və təsdiq üçün Parla mentə göndərdi. Sənədin 

Parla ment tərəfindən təsdiqinə qədər qaçqınların  yerləşdirilməsi məsələsi Höku mət in 8 noyabr və 10 de kabr tarixli qərarla rı 

ilə   himayədarlıq  nazirliyinə  tapşırıld ı.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Pa rla mentinin  1920  il  yanvarın   8-də  qəbul  etdiyi 

qanunla  xüsusi  ehtiyacı  olan  qaçqınları  yerləşdirmək  və  onları  əkin  üçün  toxumla  təmin  etmək  məqsədilə  Dövlət 

Xəzinəsindən Himayədarlıq Na zirliyinin s ərənca mına s metadan əlavə 21 milyon manat vəsait ayrıld ı. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə