[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə219/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   215   216   217   218   219   220   221   222   ...   282

361 

 

ƏMT  rəhbərinin  müav ini  M.F.Musəvinin  1919  il  avqustun  7-də  tərtib  etdiyi  protokoldan  aydın  olur  ki,  onun 



həbsə  aldığı  Yevgeni  Rojdestvenski  soyadlı  zabit  ingilis  ko mandanlığ ında  Denikinin  nü mayəndəsi  polkovnik  La zarev in 

yanmda işləy ir, A zərbaycan ordusunun sayı və mövqeləri barədə məlu matlar toplayır. O, ço xlu erməni zabit lərinin də onlarla 

birlikdə  işlədiy ini  bild irir.  Denikinçilər  Ba kıda  təbliğat  aparmaq,  tə xribatlar  törət mək  üçün  bütün  vasitələrdən  istifadə 

edirdilər.  On lar  Ba kıda  yerləşən  mü xtə lif  səhmdar  cə miyyətlərin in,  firma  və  müəssisələrin  kö məyindən  bəhrələnir,  hə min 

təşkilatla rda  öz  agentlərini  yerləşdirird ilə r.  1919  il  dekabrın  16-da  M.Şey xza man lı  Azərbaycandakı  ingilis  nümayəndəsi 

polkovnik  Stoksa  mə ktubla  bildirirdi  ki,  Cənubi  Rusiya  Silahlı  Qüvvələri  Baş  Ko mandanlığ ının  təbliğat  şöbəsi  tərəfindən 

hazırlan mış intibahnamələrin mətn i və qəzetlər olan zərflər Bakı şəhərində "Qafqaz və Merkuri", "Samo lyot" cəmiyyətlərinə 

"işgüzar kağızlar" adı  ilə göndərilird i.  Denikinçilərin və daşnakların  Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri 

təxribatla r  haqqında  arxiv  s ənədlərində  xeyli  məlu mat lar  toplan mışdır.  Lakin  təəssüflər  olsun  ki,  gənc  Azə rbaycan 

Cü mhuriyyəti  Höku məti,  Denikin təhlükəsindən fərqli olaraq, bolşevik təhlükəsinə ciddi əhəmiyyət vermirdi.  Buna görə də, 

Denikin  təhlükəsi sovuşan kimi,  1920 ilin  ma rtında  ƏMT  ləğv olundu.  Bu s əhv addım  idi. Aprel  işğalı (1920) bunu sübut 

etdi. 


Əd.: 

Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001. 



 

ƏQDNAMƏ  -  Azərbaycan  Milli  Şurasının  1918  il  28  may  tarixli  qərarına  əsasən  Azərbaycanın  müstəqilliy ini 

rəsmən elan edən sənəd. Ətraflı mə lu mat üçün bax İstiqlal bəyannaməsi. 



ƏLABBAS Müznib - A zərbaycan şairi, publisist və tərcüməçi (bax Müznib Əlabbas Mütəllimzadə). 

ƏLAGA VAHĠD - görkəmli Azərbaycan şairi, əməkdar incəsənət xad imi (bax Vahid Əlağa). 

ƏLAHĠDDƏ  AZƏRBAYCAN  KORPUS U  (ƏAK)  -  Müsəlman  korpusunun  bazasında  yaradılmış  hərbi  birlik; 

müstəqil ordu quruculuğunun ilkin   mərhələsi.  Həmin  mərhələnin səciyyəvi  xüsusiyyəti ço x  mürəkkəb hərbi-siyasi şəraitdə 

aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi id i. 

Əsası  1917  ilin  dekabrında  qoyulmuş  Müsəlman  korpusu  Zaqafqaziya  ko missarlığ ının  ordu  strukturu  kimi 

formalaşmağa başlamışdı.  1918  il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman ko rpusunu Əlahiddə Azərbaycan korpusu 

adlandırmaq la özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Höku mətin həmin tarixli başqa bir qərarı  ilə 

ƏAK  qərargahının  ştatında  qismən  dəyişiklik  edildi  və  korpus  ko mandirin in  yanında  diviziya  səlahiy-yətində  xüsusi 

tapşırıq lar üçün general vəzifəsi təsis edild i. 

ƏAK bu zaman A zərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil ed ild i. 

Azərbaycana hərbi yardıma  gəlmiş 5-ci Qa fqaz firqəsi də ilk va xtla r ƏAK-ın tərkibinə da xil edilmişdi. Hə min firqə (div iziya) 

ƏAK  vasitəsilə  Qafqaz  İslam  Ordusunun  komandanlığına  bağlanırdı.  5-ci  Qafqaz  firqəsinin  ko mandiri  xid məti  vəzifələri, 

döyüş tapşırıqlarının  icrası haqqında Qafqaz  İslam  Ordusunun komandanı  ilə bərabər ƏA K-m ko mandanı  Əlağa Şıxlinskiyə 

də hesabat verirdi. 

Müsəlman korpusu ƏAK adlandırılandan sonra korpus ko mandirinin əmri ilə h issələrdə və hərbi müəssisələrdə yeni 

möhürlərin tətbiq edilməsinə başlandı. Müsəlman korpusunun möhürlərində rus qoşun hissələri möhürlərindəki ikibaşlı qartal 

təsviri  var  idi,  dövrəsində  isə  hissənin  adı  və  nömrəsi  ya zılmışdı.  Yen i  möhürlə r  gümüş  manatlıq  ölçü-sündə,  ortasında 

səkkizguşəli  ulduz  və  aypara  təsviri  olma lı,  yu xa rı  kənarı  boyunca  is ə  hə m  rusca,  hə m  də   azə rbaycanca  hissənin  adı  və 

nömrəsi yazılmalı idi. 

Korpusun strukturların ın da yenidən qurulmasına baş landı.  Sənədlər ƏA K tərkib ində diviziya qərargahla rının  ləğv 

olunduğunu göstərir. Qafqaz İslam  Ordusu komandanının 1918  il 13 avqust tarixli əmri  ilə ƏAK-ın qərargahı da, müvəqqəti 

olaraq,  ləğv  olundu,  onun tərkib inə  daxil  olan  hissələr  birbaşa  Qafqa z  İsla m  Ordusu  komandanlığına  tabe  edildi.  ƏA K-ın 

ləğvi ilə onun sıralarında fəaliyyət göstərən zabitlər də  xid mətdən kənarlaşdırıldı, h issələrdə yazış manın Azərbaycan dilində 

aparılması məcburi şərt kimi irəli sürüldü. 

1918  il  sentyabrın  2-ci  yarısında  ƏAK-m  qərargahı  bərpa  edildi.  General-leytenant  Ə.Şıxlinski  korpusun  ko-

mandiri,  polkovnik  Həbib  bəy  Sə limov  isə  qərargah  rə isi  idi.  İlkin   olaraq,  ƏAK-ın  tərkibində  iki  p iyada  diviziyası 

formalaşdırıldı. 1-ci d iviziyanm  ko mandiri polkovnik  (albay) Cəmil Cahid bəy, 2-ci d iviziyanın ko mandiri  isə Qafqaz İslam 

Ordusunun  qərargah  rəisi  olmuş  Na zim  bəy  təyin  edildi.  Hə r  diviziya  üç  piyada  alayından  ibaret  idi.  1918  il  oktyabnn 

ortalarmda  1-ci  d iviziyanm  tərkibində  üç  süvari  alayı,  b ir  sərhəd  və  bir  topçu  alaylan  var  idi.  Qafqa z  İsla m  Ordusu 

ko mandanmm  tabeliyində  4-cü  A zərbaycan  süvari  alayın m  da  forma laşdırılmasma   başlanmışdı.  Bununla  yanaşı  Əlahiddə 

Azərbaycan korpusunun tabeliyində 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmir yol taboru və təyyarə 

dəstəsi də var idi. 

1918  il  noyabrın  əvvəllərində  hərbi  nazirlik  bərpa  edildikdən  sonra,  ƏAK-ın  mövcudluğu  formal  xarakter  aldı. 

Qoşun hissələrinin  təşkilinə və fəaliyyətinə rəhbərlik bütünlüklə hərbi nazirliyin  əlində cəmləşdirildi. 1918 il noyabrın 15-də 

ƏAK-ın qərargah rəisi  H.Səlimov  Ümu mi qərargahın rəisi təyin edildi. ƏA K-ın  ko mandiri  Ə.Şıxlinski isə  1918  il dekabrın 

29-da hərb i na zirin  müavin i təyin olundu.  Korpusun qərargah zabit lərinin b ir ço xu  yeni və zifə lərə  təyin edildilə r. Na zirlər 

Şurasının  1919  il  2  yanvar  tarixli  qərarı  ilə  Əlahiddə  Azərbaycan  korpusu  ləğv  olundu.  Onun  qərargahında  xid mət  edən 

zabit lər hərb i na zirliy in aparatına və qoşun hissələrinə göndərildilər. 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; Стеклов А., Армия Мусаватского Азербайджана, Б., 1928. 



ƏLAHĠDDƏ  NAXÇIVAN  GENERAL-QUBERNATORLUGU  -  Cənubi  Qafqazda  nüfuz  dairəsi  qazan mağa 

çalışan  Amerika  Birləşmiş  Ştatlarının  əlverişli  hərb i-strateji  mövqedə  yerləşən  Naxçıvan  bölgəsində  möhkəmlən mək 

məqsədilə yarad ılmış general-qubernatorluq (ba x Naxçıvan general-qubernatorluğu). 

 

ƏLƏT-CULFA  DƏMĠR  YOLU  Bakı  ilə A zərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu  xətti.  Cu lfa 

istiqamət ində  dəmir  yo lu  çəkilməsi  təklifini  ilk  dəfə  1898  ildə  rus  sahibkarla rı  F.Y.Yenakiyev  və  A.M.Qorya inov  irə li 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə