[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə22/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   18   19   20   21   22   23   24   25   ...   282

63 

 

bolşeviklərə vermək barədə qərar qəbul etdi. 11 -ci ordu Bakıya daxil oldu, Azərbaycan yenidən Rusiya tərəfindən 



işğal olundu. 

Aprelin  28-də  San-Re mo   konfransında  iştirak  et miş  A zərbaycan  nümayəndələri  bu  xəbəri  alan  kimi  müttəfiq 

dövlətlərin  Ali Şurasına, İtaliya höku mətinə və xarici dövlətlərin Ro mada o lan səfirliklərinə suveren Azərbaycan dövlətinin 

Sovet  Rusiyasının  silahlı  qüvvələri  tərəfindən  işğal  olunduğu  haqqında  nota  təqdim  etdilər.  Sü lh  konfransına  verilmiş 

notada  qeyd  olunurdu:  "Azərbaycan  nümayəndələri  ü mid  edirlər  ki,  Sülh  konfransı  müstəqilliyin  bərpa  olun masında 

Azərbaycana  kö mə klik  göstərəcəkdir".  Bu  məzmunda  notala r  və   mürac iətlər  dəfə lərlə   Millətlər  Cəmiyyətinə,  dünya 

siyasətini  müəyyən  edən  dövlətlərə   verildi.  La kin  bunların  e lə   bir  əhə miyyəti  olmadı.  Antanta  ölkə ləri  Azərbaycanın 

bolşeviklər  tərəfindən  işğal  edilməsini  sükutla  qarşıladılar.  Müstəqilliyi  böyük  dövlətlər  tərəfindən  tanın mış  Azərbaycan 

Xalq  Cü mhuriyyətin in  beynəlxalq  münasibətlər  sistemində  iştirakı  Aprel  işğalı  ilə  sona  çatdı.  Onun  Parisdəki 

nümayəndələri isə Azərbaycan siyasi mühacirlərinin ilk dəstəsinə çevrild ilər. 



Sosial-iqtisadi   vəzi yyə t.  Cü mhuriyyət  Hö ku məti  ict ima i-siyasi  həyatın  digər  sahələrində  olduğu  kimi,  müstəqil 

milli  iqtisadiyyat  quruculuğu  və  sosial  sahədə  də  mühüm  tədbirlər  həyata  keçirirdi.  "Azərbaycan  Xalq   Cü mhuriyyətinə 

abidə ucaldılması haqqında" Azərbaycan Respublikası Pre zidentinin s ərəncamında göstərildiyi  kimi, "Gərgin və mürəkkəb 

ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, 

mədəniyyət,  təhsil,  hərbi  quruculuq  və  sair  sahələrdə  həyata  keçirdiyi  işlər  xalqımızın  tarixində  dərin  iz buraxmışdır" 

(Heydər  Əliyev).  A zərbaycan  Xalq  Cü mhuriyyəti  müstəqil  Azə rbaycan  ideyasını  müstəqil  A zərbaycan  iqtisadiyyatı 

yaratmaqla  reallığa  çevirmə k  üçün  ciddi  addımlar  atdı.  İstiqlalın  görkə mli  öndərləri  olan  Məhəmməd  Əmin  Rəsulzadə, 

Fətəli  xan  Xoyski,  Əlimərdan  bəy  Topçubaşov  və başqalarının  sosial-iqtisadi  ba xışlarında  elə  bir  de mokrat ik  cə miyyətin 

qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik 

də  aradan  götürülsün.  "Fikri,  milli  və  siyasi  istiqlalların  kökü  iqtisadi  istiqlaldır"  (M.Ə.Rəsulzadə)  konsepsiyası 

Azərbaycan Xalq Cü mhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkə zində saxlanılırdı. 

Azərbaycan Xa lq  Cü mhuriyyətinin  iqtisadi p latformasında  mü lkiyyət plüra lizmi-dövlət  mü lkiyyəti,  xüsusi, şə xsi, 

səhmdar,  bə lədiyyə  mü lkiyyəti  və  digər  mü lkiyyət  forma larının   inkişafı  üçün  bərabər  imkanlar  yaradılması  nə zərdə 

tutulurdu. 

Bolşevizmdən  fərqli olaraq,  Cü mhuriyyət liderləri  fabrik,  zavod, torpaq və digər əsas istehsal vasitələri ü zərində 

xüsusi  mülkiyyəti  rədd  etmird ilər.  Əksinə,  hesab  edirdilər  ki,  "bu  cür  mülkiyyəti  tamamilə  aradan  qaldırmaq  indiki 



vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür".   

 

 

 

 

Eyni  zamanda,  xüsusi  mülkiyyətin  miqyası  müəyyənləşdirilir, bu  işdə ifrata varmağın   zərərli olduğu göstərilirdi. 

Qeyri-məhdud  mü lkiyyət  hüququ  və  mənimsə mədə  ifratçılıq  xüsusi  mülkiyyətin  yoxluğu  qədər  zərərli  sayılırdı.  "Hə r  bir 

əkinçi ö zünün əkib-biçə biləcəyi miqdarda torpağa sahiblik etməlid ir!" prinsipin i əsas götürən Azərbaycan islahatçıları geniş 

torpaqları ölü halında buraxan torpaq sahiblərinin mü lkiyyət haqqını rədd edirdilər. 

Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınıb, əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülməli idi. 

Azərbaycan Xalq  Cü mhuriyyətinin  iqtisadi siyas ətində nəzərdə tutulurdu ki,  xüsusi mü lkiyyətin  mövcudluğu mül-

kiyyətin ta ma milə xırdalan masına aparma ma lıdır. Xüsus ən də, fabrik və zavodların xırda lan ması yolverilmə z hesab edilirdi. 

Respublikan m  iqtisadi  qanunvericiliyinə  görə,  dövlət  mü lkiyyətinə,  qis mən  də  bələdiyyə  mülkiyyətinə  "dövlətin 

sərvət və gəlir qaynağını təşkil edən yeralt ı mədənlər", hə mç inin  "dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ü mu mi işlə rə 

xid mət edən quruluşlar" da xil edilirdi. 

Azərbaycan Xa lq  Cü mhuriyyətinin aqra r proqra mın ın əsasını aqrar islahatı haqqında Parla mentə təqdim o lunmuş 

"Müsavat"  fraksiyasının  və  əkinçilik  nazirliy inin  mövqeyini  əks  etdirən  qanun  layihələri  təşkil  edirdi.  Göstərilən  qanun 

layihələ rin in hər ikisinin məqsədi, müəyyən fərq lərinə ba xmaya raq, torpaqsız və a ztorpaqlı əhalin i torpaqla tə min et mə k idi. 

Hə m də, xüsusi torpaq mülkiyyətini ləğv etmə k deyil, torpağı xüsusi mü lkiyyətə elə  istehlak normala rı ü zrə  vermə k nə zərdə 

tutulurdu  ki,  bir  tərəfdən  kənd  əhalisini  gəlirlə  tə min  et mək  mü mkün  olsun,  digər  tərəfdən  istifadəsiz  xüsusi  sahibkar 

torpaqları qalmasın. 

"Müsavat" fraksiyasının qanun lay ihəsində torpaqların  əvəzsiz paylan ması, digər qanun layihəsində isə  müəyyən 

əvəz  müqabilində verilməsi nəzərdə tutulurdu.  Birinci qanun layihəsində əvvəlki sahibkarların  mülkiyyətində 75 desyatin, 

digər  qanun  layihəsində  isə,  yerli  şəraitdən  asılı  ola raq,  mü xtə lif  miqdarda  torpaq  sahəsinin  saxlan ması 

müəyyənləşdirilmişdi. 

Mövcud olduğu 23 ay ərzində  Cü mhuriyyət Höku məti bir sıra cari təsərrüfat  məsələlərinin həllində  mühüm uğur-

lar qazanmışdı.  Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı -Culfa 

dəmiryolu  inşası  davam  etdirilmiş,  Kür  çayı  üzə rində  körpü  salın mış,  Azərbaycan  Dövlət  Bank ı  yaradılmış,  milli  pul 

nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi. 

Müstəqil dövlətin atributu kimi,  milli pul vahidinin buraxılması  Cü mhuriyyətin  maliyyə siyasətinin mühü m uğuru 

idi.  1918  ilin əvvəlindən Ba kıda yeni kağ ız pulla r - "Ba kı bonları" bura xıldı (bu  za manadək tədavüldə "Nikolay" pulları və 

"Kerenski" pul vahidlə ri işlənird i). Milli pul vahid inin möh kə mləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlan ması 

ilk  va xt lardan  Höku mətin  iqtisadi  siyasətinin  əsas  məsələsi  oldu.  Çünki  milli  valyuta  inflyasiya  ş əraitində  dövriyyəyə 

buraxılmışdı. Höku mət həm əvvəlki 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə