[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə221/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   217   218   219   220   221   222   223   224   ...   282

363 

 

ƏLI  FUAD  PAġA,  Cəbəsoy (1882, İstanbul - 1968, orada) - Türkiyənin dövlət, hərbi və siyasi  xad imi. A li hərbi 

təhsil  almış,  Balkan  müharibələ rində  (1912-13)  və  Birinci  dünya  müharibəsində  (1914-18)  iştirak  et mişdir.  Ka zım  Qara  

Bəkir paşa,  Bəkir  Sa mi bəy və d igər türk  milli a zadlıq  mücadiləsi  xadimlə ri  ilə b irlikdə Mustafa Ka ma l Atatürkün 1919  il 

iyunun  20-də  bəyan  etdiyi  A masya  təlimat ını  imzala mışdı.  1920  il  aprelin  23-də  Anka rada  işə  başlamış  Türkiyə   Böyük 

Millət Məc lisi (TBMM) höku mət inin  Moskvadakı ilk fövqəladə və  səlahiyyətli sefiri olmuş və  1921 il fevra lın 18-də Rusiya 

Sovet  Federativ  Sosialist  Respublikası  (RSFSR)  höku məti  ilə  danışıqlar  aparmaq  üçün  göndərilmiş  Türkiyə  nü mayəndə 

heyəti ilə  birlikdə Moskvaya gəlmişdir; fevral-ma rt aylarında Yusif Ka mal bəy və doktor Riza  Nuru  bəylə birlikdə Moskvada 

RSFSR  xarici  işlər  naziri  G.Çiçerinlə,  Ümu mrusiya  Mərkəzi  İcraiyyə  Ko mitəsinin   üzvü  C.Qorxmazovla  danışıqlar 

aparmışdır. 

Əli  Fuad  paşa  Moskva  konfransında  Azərbaycanın  himayəsi  altında  Naxçıvana  mu xtariyyət  verilməsi  məsələsinin 

uğurla  həll  edilməsi  sahəsində  gərgin  və  səmərəli  dip lo matik  fəaliyyət  göstərmişdir.  Danışıqlarda  məh z  Türkiyə 

diplo matların ın,  o  sıradan  da  Əli  Fuad  paşanın  səyləri  sayəsində  "Dostluq  və  qardaşlıq  haqqında"  RSFSR-Türkiyə 

müqaviləsinin  (Moskva,  16  mart  1921  il)  3-cü  maddəsinə  və  1  (V)  əlavəsinə  əsasən,  Naxçıvan  vilayətinə  A zərbaycanın 

himayəsi  alt ında  mu xtariyyət  verilməsi  ra zılaşdırıldı.  Əli  Fuad  paşa  sonralar  millət   vəkili,  1948  ildə  isə  TBMM   başqanı 

seçilmiş və Türkiyə  Cü mhuriyyətinin daxili və  xarici siyasətinin işlənib hazırlan masında fəal ro l oynamışdır. 60-cı illərdən 

elmi fəa liyyətlə məşğul olmuşdur. "Sin if yoldaşım Atatürk", "Moskva xatirələ ri" və s. əsərlərin müə llifid ir. 

ƏLĠ  NƏZMĠ,  Əli  Məhəmməd  oğlu   Məmməd zadə  (1878,  Gəncə  qəzasının   Sərab   k.  -  2.1.1946,  Bakı)  -  şair, 

publisist,  tərcüməç i.  Kəndli  a iləsində  doğul  kənd  molla xanasında  almışdır.  Kənd  təsərrüfatında   

işləmiş, Bu xara, Səmərqənd (1898-1900), Gəncə, Tiflis  şəhərlərində   ticarətlə məşğul olmuşdur. 1920 

ildə  Gəncədə  qısamüddətli  pedaqoji  kurs   bit irərə k,      müəllimlik  (1920-24),-― Yeni  Gəncə"  qəzetində 

əməkdaşlıq  etmiş,  verg i   idarəsində, şəhər təsərrüfatı şöbəsində işləmişdir.1926 ildə  Bakıya  köçərək 

"Kəndçi qəzetəsi", "Molla Nəsrəddin", "Yen i yol", "Ko mmunist"və s. dövri nəşrlərin redaksiyala rında 

çalış mışdır.  "Şahnamə"-dən  "Səyavuş  və  Əfrasiyab"  dastanının,  "Dünya  və  insanın  yaradılışı" 

bölməsin in  tərcüməsi  (1935),  "Sijimqulunamə"  (1927),  " Bəlkə  bu  yaxşı  oldu"  (1930),  "Satira 

mə rmiləri" (1945) kitabları nəşr olun muşdur. 

Əli  Nəzmi  yaradıcılığa  20  əsrin  əvvəllərindən  başlamış,  ilk  şeir  və  məqalələrini  "Şərq i-Rus" 

qəzetində  (1903-05)  dərc  etdirmişdir.  Birinci  rus  inqilabından  (1905-07)  sonra"Əli  Mə mmədzadə", 

"Kefsiz", "Məşədi Sijimqulu", "Şə mşir", "Bikəs", "Əlidəyənəkli" və s. açıq və gizli  imza larla "Molla  Nəsrəddin", "Bəhlu l", 

"Zənbur",  "Babayi-Əmir",  "Məzə li",  "Tuti",  "Məktəb",  "İqbal"  və  s.  məc muə lərdə  lirik-satirik  əsərlə ri  dərc  olunmuşdur. 

"Molla Nəsrəddin" və M.Ə.Sabir ədəbi mə ktəbinin nu mayəndəsi olan Əli Nəzminin  yaradıcılığ ında əski dünyaya, köhnə şüur 

və mə işət tərzinə qarşı  mübarizə ,  istibdadın tənqidi, a zadlıq  ideyalarının tərənnü mü aparıc ı istiqa mət təşkil ed ir ("Fələ kdən 

giley",  "Hürriyyətin  lüzu mu",  "İstibdad",  "Olacaqmı",  "Sizə  nə",  "Ey  füqəra",  "Od  tutub,  odlandı  Vətən",  "Ağaya  cavab", 

"Qorxura m",  "A mali-hürriyyət"  və  s.  şeirlər).  Əli  Nəzmi  20  əsrin  birinc i  yarısın ı  əhatə  edən  qırx  illik  bir  müddətdə 

Azərbaycan  və  ona  yaxın  olan  regionda  baş  verən  ictima i-siyasi  hadisələrə   çevik,  həssas  münasibət  bil-dirmişdir.  Bu 

baxımdan  şairin   1917  ildən  sonra  baş  verən  hadisələrə  münasibəti  maraq   doğurur.  "Olarmış"  şerində  çar  istibdad  üsuli-

idarəsinin y ıxılmasını a lqışlayan şair ö lkən in müsəlman  əhalisinin işinin  niza ma  düş əcəyinə ümid bəsləyir, "Muxta r" şerində 

vətəndaşların hüquq bərabərliyinin tə min olunacağından söhbət açır. La kin ço x keç mədən məyus olan şair "Hürriyyətdən kim 

nə  pay  aparsın?"  şerində  inqilabdan  Rusiyanın  mə zlu m  müsəlman  xalq larına  "yumruqdan",  "buyruqdan"  başqa  bir  pay 

düşmədiyini bəyan edir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  illə rində  Əli  Nə zmi  doğma  Sərab  kəndində  yaşamışdır.  Ba kıda  çıxan  "Zənbur" 

jurnalında "Kefsiz" imzası ilə "İnsaf‖, "Bələdiyyə" satiralarını dərc etdirmiş, dövlət tədbir və qanunlarından şəxsi mənfəətləri 

üçün istifadə edən məmu rları və  möhtəkirləri tənqid etmişdir. Şairin " Keçmiş günlər"  mən zu m  xatirələrində  Gəncə üsyanı, 

həmin günlərdə Gəncədə xəstə xanada müalicə olunan Məhəmməd Hadi ilə görüşləri haqqında məlu mat vard ır. 

Əsəri: 


Seçilmiş əsərləri, B., 1979. 

Əd.: 

Hüseynov F., Əli Nəzmi, B., 1970.

 

 

ƏLĠ  RAZĠ, Şamçızadə Əli Yəhya oğlu (1886, Gəncə - 1938, Bakı) - şair, publisist, dramaturq, 

mühərrir.  Gəncədə  mollaxanada,  "Məktəbi-ruhaniyyə",  "Cəmiyyəti-xey riyyə"  məktəblərində  o xu muş-

dur. Gəncə  "İsla m qiraət xanası‖nda müdir (1907-08), Bakıda  " Günəş" (1910-11), " Yeni həqiqət" (1911) 

qəzetlərinin, satirik "Tuti"  (1914-16)  jurna lın ın  redaksiyasında  mühərrir işlə mişdir. "Molla  Nəsrəddin" 

jurnalında satiralar dərc etdirmişdir. Siyasi baxışlarına görə təqib olunaraq, Dağ ıstana sürgün olunmuş 

(1917), beş aydan sonra Gəncəyə qayıdaraq, "Türk Ədəmi-mərkəziyyət "Müsavat" partiyasında çalış mış, 

"Müsavat"  qəzetində  "Müsavatçı  Əli  Ra zi"  imzası  ilə  şeirlər  dərc   etdirmişdir.  Azərbaycan  Cü mhuriy-

yətinin  kəşfiyyat  xid mət ində  fəaliyyət  göstərmişdir.  Elə  buna  görə  də  sovet  hakimiyyəti  illərində 

repressiya olunaraq, güllələn mişdir. Ya radıc ılığa lirik şeirlə rlə başlayan Əli Ra zi Birinci rus inqilabından 

(1905-07) sonra mü xtəlif dövri mətbuat orqanlarında ço xlu satirik şeirlə r, fe lyeton və publisist məqalə lər 

dərc etdirmişdir. 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə