[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə222/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   218   219   220   221   222   223   224   225   ...   282

364 

 

 



 

Əli  Razin in  "Eşq  və  məhəbbət"  (1908),  "İslam  kitab xanası"  (1908),  " Yaman  qardaş"  (1908),  "Nalələrim"  (1908), 

"Dabamçatdaq xala və heyvərə" (1912) kitabları nəşr olun muşdur. 

 

Əsəri: 



Nalələrim, fəğanlarım. Seçilmiş əsərləri (toplayıb tərtib edəni, müqəddimə və şərhlərin müəllifi İ.A ğayev), B., 1992.  

 

ƏLĠ  SƏBRĠ,  Qasımov  ƏIi  Camal  oğlu  (15.4.1892,  indiki  Babək  rayonunun  Nehrəm  k.  - 

19.2.1983, Bakı) - yazıçı, ju rnalist. Qori Müəllimlər Seminariyasını bitirmiş (1913), bir müddət Bakıda 

müəllimlik  etdikdən  sonra  Naxçıvana  qayıdaraq,  həmyerlilərin in  ermən i-daş-nak  təcavüzünə  qarşı 

mübarizəsinə  qoşulmuş,  könüllü  xalq  dəstələrin in  yaradılmasında  təşəbbüskarlıq   göstərmişdir. 

Nü mayəndə heyətinin tərkibində Naxçıvan əhalisin in 17 maddədən ibarət tələblərin i 1919 il sentyabrın 

9-da  Tiflisdə Na xç ıvan və  Şərur-Dərə ləyə z qə zala rının neytral  zona e lan o lunaraq, onların  əra zisində 

Naxçıvan  general-qubernatorluğu  yaradılmasın ı  nəzərdə  tutan  "Haskel  layihəsi"nin  müəllifi,  Antanta 

dövlətlərinin   Ermənistandakı  ali  ko missarı,  amerikalı  polkovnik  V. Haskelə  təqdim  etmiş  və 

bildirmişdir  ki,  "əgər  bu  tələblər  qəbul  olunmasa,  naxçıvanlılar  öz  istiqlaliyyətlərini  əldə  silah 

qoruyacaqlar".  Na xçıvan,  Ordubad,  Şərur,  Sürmə li,  M ilistan  və  Ved ibasar  mahalla rının  əhalisi 

adından  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  rəhbərlərinə  göndərilən  1919  il  9  sentyabr  tarixli  s ənədi  Əli  Səbri  də 

imzalamışdır. Sənəddə Naxçıvanın  Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması və s. tələb lər irəli 

sürülürdü.  1919  ilin   yayında  ingilis-daşnak  hərbi  höku məti  Şərur-Naxçıvan  ərazisində  repressiyaya  başladı  və  apardığı 

kütləvi  həbslər  zamanı  demo kratik  fikirli  adamlar  içərisində  Əli  Səbri  də  həbs  olunaraq,  Aleksandropola  (Gü mrü)  sürgün 

edildi. 


Ədəbi  yaradıcılığa  1914  ildən  başlamış,  "Molla  Nəsrəddin"  jurnalında  "Taqiyanuszadə"  imzası  ilə  çıxış  etmişdir. 

"Solğun  çiçək"  adlı  ilk  kitabı  1914  ildə  nəşr  olunmuşdur.  Əli  Səbri  Azərbaycan  Dövlət  Universitetin in  (indiki  BDU) 

filologiya fa kültəsində təhsil almışdır (1925-30). "Maarif işçisi" jurnalın ın redaktoru, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində 

redaktor,  Azə rbaycan  Ya zıç ılar  İtt ifaqı  ədəbi  fondunun s ədri  olmuşdur.  Povest  və  hekayələri,  xatirələ ri  var.  Rus  və  dünya 

ədəbiyyatlarından Azərbaycan dilinə, A zərbaycan ədəbiyyatından rus dilinə tərcü mələr etmişdir. 

 

Əsərləri: 



Povest və hekayələr, B., 1978; Ömürd ənyarpaq düşür, B., 1983.

 

 



 

 

 



ƏLĠ  ġÖVQĠ  (?-?)-  şair,  milli  istiqlal  dövrü  (1918-20)  poeziyasının   istedadlı  nümayəndələrindən  biri.  Şeirləri 

"Azərbaycan",  "İstiqlal",  "Qurtuluş",  "Hürriyyət",  "Bəsirət",  "Övraqi-Nəfisə",  "Gənclər  yurdu"  və s.  mətbuat  orqanlarında 

çap olunurdu. Daha ço x klassik poeziya, aşıq şeri üslubunda şeirlər yazırdı. A zərbaycan istiqlalının, vətən məhəbbətinin, milli 

dövlətin, müstəqillik rəmzi üçrəngli bayrağın tərənnümü yaradıcılığ ında mühüm yer tuturdu. Şair dünyaya nur saçan Vətənini 

ift ixa rla  tərənnüm ed irdi: 

 

Fəxr etməyə yarar bir türk elidir,  

Aləm çeşmi-çırağıdır Vətənim! 

 

Azad Azərbaycanın şan-şöhrətinin və nüfuzunun yüksəlişi də şairi düşündürürdü. "Azərbaycan" şerində şair yazırdı: 



Türk eliyəm, deyib bayraq qaldırdın,  

Aslan kimi düşmən üstə saldırdın.  

Vətən üçün can verdin, can aldırdın,   

Bəs indi bu şövkət, bu şan nə oldu!! 

 

Hərəkət et, qoy, bir səni görsünlər,  

Türk övladı kim olduğun bilsinlər. 

 Düşmən qəmnak olub, dostlar gülsünlər,  

Deməsinlər Azərbaycan nə oldu!! 

 

Ya xud: 



Qarabağdan duşmənləri atdınmı?  

Naxçıvanın imdadına çatdınmı? 

 

Əli  Şövqi şeirlərində türkçülük ideyasının, ümu mbəşəri  islami dəyərlərin təbliğinə üstünlük verirdi.  Başqa şairlərlə 



yanaşı, onun da şeirləri elliklə yayılır, o xunur, marşa, h imnə, nəğ məyə çevrilird i. 

 

Əd.: 

Azərbaycan  Xalq  Cümhuriyy əti  (ədəbiyyat,  dil,  mədəniyyət  quruculuğu),  B.,  1998;  Ağayev  İ,  XX  əsrin  əvvəllərində 

Azərbaycan şeri, B., 2002. 

 

 

 

 

 

 



365 

 

 



 

 

 

 

ƏLĠ  YUS ĠF,  Yusifzadə Ağəli Cəlal oğlu (1.1.1900, Şuşa -  1926)  - şair,  Cü mhuriyyət dövrü poeziyasının  istedadlı 

nümayəndələrindən biri.  Hələ Şuşa realnı  məktəbinin  6-cı sinfində o xuyarkən, "Qurtuluş" jurnalında Əli  Rai  (Rai - çoban) 

təxə llüsü ilə  dərc edilmiş "Qüruba qarşı b ir yetimin  lisanından" şeri  müka fata lay iq görülmüşdü. Əli  Yusif  1918-19  illə rdə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  Xa lq  Maarifi  Na zirliyində  ka rgüzar  işlə miş  və  bu  dövrdə  yazdığı  şeirlərini 

"Yusifzadə  Əli  Ra i",  "Əli  Yusif‖,  "Əli  Yusif  Rai"  və  "Ə.Y."  imza ları  ilə  dərc  etdirmişdir.  İlk  şeirlərində,  əsasən,  həyatın, 

azadlığın, varlıq və yo xluğun, həqiqi idealını, insan ömrünün mənasını dərk etməyə can atır, vəfasızlığa, xəyanətə qarşı etiraz 

səsini  ucaldırdı.  Əli  Yusif  də  Seyid  Hüseynin  1919  ildə  təşkil  etdiyi  " Yaşıl  qə lə m"  ədəbi  birliyinin  Cə fər  Cabbarlı, 

Ümmügülsüm, Salman Mü mtaz və digər şairlərlə bərabər fəal üzv lərindən idi. 

 

Əli  Yusif istiqlal dövrü poeziyasında öz orijinallığı  ilə seçilən simalardan idi.  Bu dövrdə yazdığı "İdeal", "Bayraq", 



"Azərbaycanlıya - hörmətli  Nəsib bəyə" (Nəsib bəy  Yusifbəyliyə), "Ey türk oğlu" və s. şeirlərində, hə mç inin 1918-20 illər 

mətbuatında  tez-tez  dərc   olunan  məqalə lərində  Azə rbaycanda  milli  dövlət  quruculuğunu  tərənnüm  et mişdir.  İstiqlalı, 

cümhuriyyəti,  azad  vətənə  sonsuz  sevgini  böyük  məhəbbətlə,  ruh  yüksəkliyi  ilə  qarşılayan  gənc  şair  istibdad  zəncirindən 

qurtulmağ ı  Azərbaycan  üfüqündə  doğan  sönməz  b ir  uldu z  kimi  mənalandırır,  ilk  dəfə  milli  dövlət  elan  edilməsindən 

öyünürdü: 

Ey vətəndaş, bu gün sənin taleyinə  

Bir əbədi sönməyəcək ulduz doğur.  

...Bundan sonra Azərbaycan ölkəsində,  

Azadlığın, istiqlalın kölgəsində  

Sənin dəxi bir müqəddəs vətənin var,  

Bayrağın var, buludlardan uca qalxar! 

 

Əli  Yusif  1920  il  yanvarın  14-də  dövlət  hesabına  təhsil  almaq  üçün  Parisə  göndərilmişdi.  Azərbaycanda  Sovet 



hakimiyyəti  qurulduqdan  sonra  xa ricdə  dövlət  hesabına  təhsil  alan  azə rbaycanlı  tələbələ rin  maddi  və ziyyətini,  təhsilin 

gedişini  və  məişət  məsələlərini  öyrənmək  üçün  1921-22  illərdə  Xalq   Ko missarları  Sovetinin  sədri  Nəriman  Nərimanovun 

tapşırığ ı  ilə  xaricə ezam olunan nümayəndənin  məlu matına görə, Əli  Yusif təhsilini  müvəffəq iyyətlə davam etdirird i. 1922 

ildə o, Parisdə Siyasi Elmlə r İnstitutunu əla qiymət lərlə bit irib, Ba kıya qayıt mışdır. 

Əli  Yusif  bir  müddət  sonra  mühacirətdə  olan  müsavatçılarla  əlaqə  saxlamaqda,  "proletar  dövlətinə  qarşı  yö-

nəldilmiş  digər  c inayətlərdə"  təqsirləndirilə rək,  Sibirə  sürgün  edilmiş,  orada  qətlə  yetirilmişdi.  Avropaya  təhsil  almağa 

getmə zdən əvvəl şair sanki ta leyini qabaqcadan görürmüş  kimi ya zırdı: 

 

Ey müqəddəs, şanlı, sevimli ölkə! 

Kim bilir qəzayı? 

Dönmədik, bəlkə... 

Haqqını həlal et, biz gedər olduq. 

 

Məhəmməd  Əmin  Rəsulzadə  mühacirətdə  yazdığı  əsərlərində  Əli  Yusifin  şeirlə rinə  dönə-dönə  mürac iət  et miş, 



onlardan nümunələr gətirmişdir. 

 

Əd:. 

Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Abdullayev A., Əli Yusif, "Ədəbiyyat 

və  İncəsənət"  qəzeti,  1989,  28  iyul;  A ğayev  İ.,  XX  əsrin  əvvəllərində  Azərbaycan  şeri,  B.,  2002;  Абутальбов  Р.,  ―Азербайджанские 

студенты в Западной Европе‖,

 

―П

АНОРАМА



‖qəzeti, 1996, 15 mart. 

 

ƏLĠBƏYOV Mustafa bəy Cabir oğlu (1872, Nu xa  -1943, Daşkənd) -  ictimai  xadim, hüquqşünas, naşir, publisist, 

dramaturq.  Bəy  a iləsində  doğulmuşdur.  Molla xanada,  üçüncü  dərəcəli  şəhər  mə ktəbində  oxu muş,  Tiflis  gimnaziyasını 

bitirmişdir (1892). Bakı quberniyası dairə məh kəməsində baş müstəntiqin tərcüməçisi və vəkil (1892-1920) işləmişdir. 

   


Əlibəyov 20 əsrin əvvəllərində Bakının  ictimai-mədəni həyatında fəal  iştirak etmiş,  1905  ildə  Hacı Zeynalabdin 

Tağıyevin sədrliy i ilə yarad ılan " Hidayət" xeyriyyə cəmiyyətinin   katib i  olmuşdur.  Bakı neftin i xarici kapitalın inhisarından 

qurtarıb  xalqın  rifah ına sərf etmək  məqsədilə cəmiyyətin nəzdində "Hidayəti-islamiyyə"   neft     şirkəti yaratmağa təşəbbüs 

göstərmiş, onun 27 bənddən ibarət nizamnaməsini tərtib etmişdir. Əlibəyov 1907  ildə həyat yoldaşı, 

həkim  Xəd icə  xanım  Əlibəyova-Sübhanquliyevanın  redaktorluğu  ilə  "İşıq"  adlı  ilk  qadın  jurna lın ı 

(1911-12) nəşr etmişdir. 

Rusiyada Fevral inqilabından (1917) sonra fəal siyasi həyata qoşulan Mustafa bəy "Əhrar" 

partiyasına  daxil  o lmuşdur.  "Möhtaclara  kö mək"  cəmiyyətinin  ü zvü  olaraq,  ermən i-bolşevik-

daşnaklarının   1918  ildə  Bakıda  törətdikləri  qanlı  mart  soyqırımı  ərəfəsində  "Dikaya  d iviziya" 

əsgərlərinin   əllərindən  alın mış  silah ların  qaytarılmasın ı  Bakı  ko missarlığından  tələb   etmiş,  xüsusi 

tapşırığa  əsasən,  türk  hərbi  əsirlərini  Türkiyəyə  təhvil  verməyə  aparmışdır.  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  dövründə  "Möhtaclara  kö mək"  təşkilatının  xəttilə  əhalinin  ərzaq  və  paltarla  təmin  

olunmasına  yardım  göstərmişdir.  İranın  Rəşt  vilayətində  inqilab i  hərəkatla  əlaqə  saxlamış,  Kiçik 

xanla  görüşmüş,  haqqında  Bakı  mətbuatında  məqalə  dərc  etdirərək,  fədailərin  döyüş  əzmin i  alqışlamışdır.  " Yaşıl  qələm" 

ədəbi birliy inin ü zvü olmuşdur. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə