[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə223/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   219   220   221   222   223   224   225   226   ...   282

366 

 

Aprel işğalından {1920) sonra Nu xaya  (Şəkiyə)  köçmüş,  mühü m  işlər üzrə  xalq hakimi, hüquq bürosunun müdiri, 

Gəncə  "müdafüyün  heyəti"nin  üzvü  olmuşdur.  Əlibəyov  mətbuatda  açıq  və  gizli  imza larla  çıxış  et miş,  "Məhkəmə lər 

qapısında  tökülən  qanlı  yaşlarımız"  faciəsinin,  "Cəllad  mü lkədarın   qurbanı"  kinossenarisinin,  "Abşeron  neft  cəzirəsi" 

publisist əsərinin müə llifid ir. 

 

Əd: 

M əmmədov X., M ustafa bəy Əlibəyovun irsi qiymətli söz xəzinəmizdir, "Təzə həyat" qəzeti, 2000, 19 sentyabr; Ağabəyli 

F., Vəkil M ustafa bəy Əlibəyov. O bizə şərəfdir, biz ona övlad, B., 2003.  

 

ƏLĠBƏYOVA  Xədicə  (1884, Tiflis - 1958)  -  maarifçi, publisist,  ictimai  xadim. Atası Ələddin Sübhanquliyev ru-

  hani olmasına ba xmayaraq, q ızın ı Tiflis rus qız g imna ziyasına qoymuş, mü kə mmə l təlim-tə rbiyə vermişdir.  Xəd icə  xanım  

gimnaziyanı bit irdikdən sonra Zaqafqaziya Olqa  ma ma -gineko logiya İnstitutunda oxu muş, 1907 – ci 

ildə  1- ci dərəcə li ma ma ixt isası a lmışdır. Hüquqşünas  Mustafa bəy Əlibəyovla  ailə   qurandan sonra 

ictima i-mədəni  həyatda  iştirak  etməyə  başla mış,  1911-12  illə rdə  Azərbaycanda  ilk  qadın  "İşıq" 

jurnalının  (cəmi  68 sayı buraxılmışdır) redaktoru  (naşiri Mustafa bəy Əlibəyov id i), həmçinin Bakı 



Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəal üzv lərindən biri olmuşdur. 

Əlibəyova "İşıq" jurnalında "Hüququmu z" sərlövhəli silsilə məqalələr yazmışdır. Qadın larm 

hüquq bərabərliy i, onları  maarif və  mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın  klubların ın, 

savad 


kursların ın 

açılması, 

uşaqların  

tərbiyəsi,  ev  işlə ri  və  sağlamlıq  məsələ ləri 

ətrafında  gedən  mübarizə  və  s.  onun 

publisistik  məqalə lərinin əsas mövzu ları id i.  1920  ildən  1946 ilədək 

Şəkidə həkim-gineko loq  işləmiş, savad kursların ın, qadın  klubunun 

təşkilində yaxından iştira k et mişdir. 



ƏLĠFBA  ĠSLAHATI  KOMĠSSĠYAS I  A zərbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətin in  ölkə  əhalisin in  maarifləndirilməsini 

sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. 

1919  il  martın  21-də  Cü mhuriyyət  Höku mətinin  qərarı  ilə 

Xalq   Maarifi  Na zirliy inə  ərəb  ə lifbasının  islahatı  üzrə  xüsusi 

Höku mət  ko missiyası  yaratmaq  və  ko missiyanın  hazırladığı 

təklifləri  ba xılmaq   üçün  Na zirlər  Şurasına  təqdim  et mək 

tapşırılmışdı.  Bu  qərara  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətinin  üzvü  Xudadat  bəy  Məlik-Aslanovun  sədrliy i  ilə  Xalq 

Maarifi  Nazirliy i  yanında  ərəb  əlifbasının  islahatı  ü zrə  xüsusi 

ko missiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, 

xalq  təhsilinin   milliləşdirilməsi  sahəsində  Höku mətin  qarşısında 

duran vəzifə lərin həyata keçirilməsinə birbaşa xid mət et məli idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin  d iqqət  və  qayğısı  ilə  fəaliyyət  göstərən  komissiya  tezliklə  b ir  neçə 

əlifba  lay ihəsi  hazırlayaraq  Höku mətə  təqdim  etmişdi.  Həmin  layihələr  arasında  müəllim  Abdulla  bəy  Əfəndizadənin 

hazırlad ığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul o lunmuşdu. 

A.Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçid in zəruriliy i ilə bağlı 1919 ildə Bakıda "Son türk əlifbası" 

adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, b irincin in ana 

dilimizə  uyğunsuzluğunu,  ikincin inis ə  daha  münasib  olduğunu  zəngin  dil  fakt ları  ilə  əsaslandırmışdı.  A zərbaycan  Xa lq 

Cü mhuriyyəti  Höku mətin in  əlifba  islahatı  sahəsində  həyata  keçirdiyi  ilk  əməli  addımlar  Aprel  işğalı  (1920)  nəticəsində 

yarımçıq qaldı. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə artıq reallaşmaq ərə fəsində olan əlifba islahatı  ideyasına 1921 ildə Sovet 

Azərbaycanında  yenidən  qayıdıldı.  Bu  məsələnin  geniş  mü zakirəsindən  sonra  Nəriman  Nə rimanovun  imzaladığ ı  xüsusi 

dekretlə A zərbaycanda əlifba islahatı ü zrə Yeni Türk Əlifba Ko mitəsi yaradıldı. Ko mitənin latın qrafikası əsasında hazırladığı 

Azərbaycan əlifbasının lay ihəsi ü mu mxa lq mü zakirəsi üçün "Yeni yol" qəzetində dərc ed ild i. 

Gərgin  keçən  və  uzunmüddətli  mü za kirə lərdən  sonra  1929  ildən  etibarən  Azərbaycanda  tama milə  latın  ə lifbasına 

keçildi.  Bununla da Azərbaycan Xalq Cü mhuriyyətinin ö z qarşısına qoyduğu müqəddəs amallardan biri də reallaşdırıldı.  Bu 

işdə  Cümhuriyyət  dövründə  əlifba  islahatları  ü zrə  Höku mət  ko missiyasının  üzvləri  olan  Xudadat  bəy  Məlik-Aslanovun, 

Hə mid bəy Şahtaxtlının, Fə rhad Ağazadənin, Azad bəy Əmirovun, Əh məd bəy Pepinovun və başqalarının səy və zəhmətlə ri 

az o lmamışdır. 



 

Əd

.:  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Mərdanov M., Quliyev Ə., Azərbaycan təhsili Xalq Cümhuriyy əti illərində (1918-1920), B., 2003.  



 

ƏLĠMURADOV    Cavad   bəy   Cü mşüd   bəy   oğlu  (6.7.1898, Qaryagin, indiki Fü zuli 

-  ?)  -  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  xüsusi  qərarı  (ba x  Xaricə  təhsil  almağa 



göndərilən      azərbaycanlı

 

tələbələr  haqqında  qərar)  ilə   dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün 

xaricə göndərilmiş tələbələ rdən biri.  Bakı  realn ı  kişi   məktəbin i   b itirmişdir (1918). Pa rla mentin 

1919 il 1 sentyabr tarixli qə rarına əsasən, təhsilini me marlıq sahəsində davam    etdirmə k 

üçün 

Fransaya  göndərilmişdi.  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xa ricdə  dövlət 



hesabına  təhsil  alan  azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə