[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə226/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   222   223   224   225   226   227   228   229   ...   282

371 

 

Heydər  Əliyev  doğma  xalq ını  milli-siyasi  fə lakət  burulğanından  xilas  etmə k  üçün  1990  ilin  iyu lunda  Azərbay-



cana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtııluş mübarizəsini davam etdirmiş, həmin  ildə də Azərbaycan Ali 

Sovetinə  deputat  seçilmişdir.  1992  ildə  Yen i  A zərbaycan  Partiyasının  Na xç ıvan  şəhərində  keçirilmiş  təsis  qurultayında 

partiyanın sədri seçilmişdir. 

Heydər  Əliyevin  siyasi  fəa liyyətinin  Na xç ıvan  dövrü,  xüsusilə  onun  Na xç ıvan  Muxtar  Respublikası  A li  Məcli-

sinin sədri vəzifəsində çalışdığı  illə r (1991-93)  mu xtar  respublikanın siyasi, sosial-iqtisadi və mədəni  inkişafın ın çətin, eyni 

za manda,  ə la mətdar  dövrüdür.  Heydər  Əliyev,  birinci  növbədə,  Na xç ıvan  Muxtar  Respublikasını  Ermənistanın  silahlı 

təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə Heydər Əliyevin təşəbbüsü ilə mu xtar respublikan ın Ali Məc lisi onun 

adından "sovet, sosialist" sözlərin in çıxarılması, Azərbaycan Xalq  Cü mhuriyyətinin (1918-20) üçrəngli bayrağının  Naxçıvan 

Muxtar  Respublikasın ın  dövlət  bayrağı  kimi  qəbul  olun ması  haqqında  qərarlar  qəbul  etdi.  Blokada  şəraitində  olan  mu xtar 

respublikanın  iqtisadi  problemlərinin  həllinə  ciddi  d iqqət  yetirild i.  Qonşu  Türkiyə  və  İranla  iqtisadi  əlaqələr  yarad ıld ı. 

Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Po ldəşt körpüsü 

inşa edildi və s. 

Heydər  Əliyev  Na xçıvan  Mu xta r  Respublikası  A li  Məclisinin   sədri  işləyərkən,  eyni  za manda,  A zərbaycan 

Respublikası Ali  Sovetinin sədr  müavini olmuş, A li Sovetin sessiyalarında fəal  iştirak etmişdir. Heydər  Əliyev Azərbaycan 

Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxış ında Vətənin  ağır və çətin dövründə xalq ın dərd inə şərik 

olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda 

olan  Sovet  İttifaqında,  eləcə  də  Azərbaycanda  mövcud  ictimai-siyasi  vəziyyəti  obyektiv  təhlil  edərək,  cəmiyyəti  dərindən 

düşündürən problemlər barədə mühü m ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və 

iqtisadi  böhranın  səbəbləri,  onların  aradan  qald ırılması  yolları  barədə  qətiyyətli  mövqeyini  bəyan  etmiş,  Dağ lıq   Qarabağ 

münaqişəsinin  səbəblərini  aşkara  çıxarmış  və  təqsirkarları  dəqiq  ünvanını  göstərərək  demişdir:  "Yaranmış  vəziyyətin 



günahkarı  hakimiyyətdə  olan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsi,  partiya  və  dövlət  hakimiyyətini  ələ  keçirmiş 

Qorbaçovdur". 

Xalq ının  müstəqilliy i  uğrunda  dönmədən  mübarizə  aparan  Heydər  Əliyev  Azərbaycan  Ali  Sovetinin  1991  il  7 

mart  tarixli    sessiyasında    SSRİ    rəhbərliy inin    müttəfiq  respublikaları  guya  yeni  ittifaq  yaratmağa  çağıran  təklifinə  qarşı 

çıxmış,  bununla  bağlı  referendu mda  iştirak  edib-etməmək  məsələsində  öz  qətiyyətli  mövqeyini  belə  ifadə  etmişdir:  "Mən 



yeni  ittifaqa  daxil  olmağın  və  bunun  üçün  referendum  keçirməyin  heç  bir  şərt  qoymadan  əleyhinəyəm.  Azərbaycan 

Respublikası  iqtisadi  və  siyasi  müstəqillik  yolu  ilə  getməli,  tam  istiqlaliyyət  uğrunda  mübarizə  aparmalıdır"  Heydər 

Əliyevin rəhbərliy i alt ında Naxçıvan Muxtar  Respublikasında referendu m boykot edilmiş, rus sovet qoşun hiss ələri buradan 

çıxarılmış,  20  Yanvar  faciəsinə hüquqi-siyasi qiy mət verilmiş,  Naxçıvan müstəqillik və  milli dövlət quruculuğu nümunələri 

göstərərək, xalqın inamın ı sarsılmağa qoy mamış, müstəqilliyə ü mid yaratmışdır. 

Heydər Əliyev Na xçıvan Mu xtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalq ı və Vətən 

üçün taleyüklü  məsələlərdə daim qətiyyətlilik nü mayiş etdirmişdir: Ko mmun ist Partiyasının  Naxçıvanda fəaliyyət göstərən 

bütün strukturları ləğv edilmiş (Naxçıvan Mu xtar  Respublikası Ali Məclisinin  1991 il  26 avqust tarixli qərarı), A zərbaycan 

Ali  Sovetin in  1991  il  29  avqust  tarixli  s essiyasının  qərarına  əsasən,  Azərbaycanda  həmin  il  sentyabrın  8-nə  təyin  edilmiş 

prezident  seçkilərin in  Naxçıvan  Mu xtar  Respublikası  ərazisində  keçirilməsin in  dayandırılması  (Naxçıvan  Mu xtar 

Respublikası Ali Məclisin in 1991  il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır.  Heydər Əliyevin siyasi təcrübəsi 

və  qətiyyəti  nəticəsində  Naxç ıvan  Muxtar  Respublikasında  sabitlik  tə min  olun muş,  demo kratik  dövlət  quruculuğu 

formalaşmışdır. 1993  ilin  may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş 

müharibəsi  və  müstəqilliyin   itirilməsi  təhlükəsi  qarşısında  qaldıqda,  Azərbaycan  xalq ı  Heydər  Əliyevin  hakimiyyətə 

gətirilməsi  tələbi  ilə  ayağa  qa lxd ı.  Bu,  əsl  mənada,  milli  hərəkata   çevrildi  və   nəticədə,  A zərbaycanın  o   za mankı  dövlət 

başçıları onu rəs mən Bakıya dəvət etməyə  məcbur oldular. Heydər  Əliyev 1993 il iyunun 15-də Azərbaycan Ali Sovetinin 

sədri  seçildi.  Həmin  gün  Azərbaycan  xalqının  tarixinə  Qurtuluş  günü  kimi  daxil  oldu.  Heydər  Əliyevin  başçılıq  etdiyi 

Qurtuluş  mübarizəsi  zəfər  çaldı.  Bununl a,  Heydər  Əliye vi n  Azər bayc ana  rəhbərliyinin  ikinci  dövrii  başlandı. 

Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parça lan ması təhlükəsi aradan qalxd ı. İyunun 24-

dən  isə  Heydər  Əliyev  Milli  Məclisin  qərarı  ilə  A zərbaycan  Respublikası  Pre zidentinin  s əlahiyyətlərini  həyata  keç irməyə  

başladı. 

1993  il oktyabrın 3-də ü mu mxalq səsverməsi nəticəsində  Heydər Əliyev Azərbaycan  Respublikasının  Prezidenti 

seçildi. Oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev xalqa müraciət etdi: "Belə bir yüksək və məsuliyyətli vəzifəni 



üzərimə  götürərkən,  birinci  növbədə,  Azərbaycan  xalqının  zəkasına,  müdrikliyinə,  qüdrətinə  güvənirəm,  arxalanıram. 

Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, 

bu ümidləri doğrultmaq iiçün əlimdən gələni əsirgəməyəcəyəm ". 

 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə