[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə23/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   19   20   21   22   23   24   25   26   ...   282

64 

 

dövrdən miras qalan, həm də respublikanın  mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı 



olurdu.  Bu  məqsədlə  müstəqil  dövlətin  ma liyyə,  vergi,  bank-kredit  siste mi  ya radıldı.  1919  ilin  sentyabrında  Azərbaycan 

Xalq  Cü mhuriyyətinin Dövlət Bankı açıldı. Maliyyə Nazirliy inin 1919 il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına 

nail  o lun ması  nəzərdə  tutulurdu;  Parlament  xəzinəyə  müəyyən  rüsum  (ixrac  olunan  xammalın  dəyərinin   25  faizi  qədər) 

keçirmək  şərti  ilə  xammal  ixracına  icazə  verilməsinə  dair  qanun  (1919,  11  dekabr)  qəbul  etdi.  Xaricə  gizli  yolla  gümüş, 

qızıl, platin  aparılmasına görə  məsuliyyət  məsələsinə baxıldı. Qüvvədə olan  1914  il  15 noyabr tarixli qanunun 1919  il  20 

oktyabr tarixli qanunla əvəz edilməsi, bu sahədə məsuliyyəti artırd ı. Ölkən in sərhədləri da xilində mal mübadiləsini tənzimlə -

mə k  məqsədilə  1919  ilin  avqust  ayından Azərbaycana  xaricdən  gətirilən  bir  sıra  zinət  şeylərinə  müvəqqəti  olaraq  xüsusi 

gömrük  tarifləri  tətbiq  olundu.  Eyni  zamanda  daxili  bazarı  tənzimləmək  məqsədilə  Azərbaycandan  kənara  göndərilən 

əmtəələr üçün yeni müvəqqəti gömrü k qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi (1920,  9  fevral).  Höku mət 

çevik vergi siyasəti yeridir, dövlət xərclərin in ixtisar edilməsi istiqamətində tədbirlər görürdü. Bu məqsədlə xaricdən ölkəyə 

gömrüksüz  gətirilən  malların  siyahısı  müəyyənləşdirilmiş  (bu  siyahıya  200-dən  çox  məhsulun  adı  daxil  edilmişdi),  xarici 

sərmayəçilərə və A zərbaycana sərmayə qoymaq a rzusunda olanlara güzəştli şərtlərlə Ba kı bonları təklif o lunmuşdu. 

Yeni əsaslarda beynəlxa lq  iqtisadi əlaqə lərin qurulması da Hö ku mətin qarşısında duran  mühüm  məsələ lərdən  idi. 

İstiqlal  bəyannaməsində  xarici  ölkələrlə,  xüsusilə  yaxın  qonşularla  iqtisadi  əlaqələr  yaratmaq  və  bu  əlaqələri  geniş-

ləndirmə k  nə zərdə  tutulurdu.  Təsadüfi  deyil  ki,  Pa rla mentin  fəa liyyətində  mühüm  rol  oynayan  "Müsavat"  partiyası  öz 

mə ra mna məsində  Azərbaycanın  müstəqilliyinə,  onun  xa ricdən  müdafiəsinə  və  hüquqi  cəhətdən  tanıdılmasına  nail  o lmaq 

üçün  iqtisadiyyata,  iqtisadi  əməkdaşlığa  böyük  əhəmiyyət  verirdi.  Cü mhuriyyətin  iqtisadi  p latformasında  xarici  ölkələrlə 

iqtisadi  ə məkdaşlığı  asanlaşdırmaq,  bu  sahədə  maneələri  a radan  qaldırmaq,  digər  tərə fdən  isə  bu  cür  ə məkdaşlığ ı  dünya 

normaları əsasında həyata keçirmək nəzərdə tutulurdu. 

Ölkə  iqtisadiyyatında inflyasiyanın qarşısını almaq üçün Höku mət bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə 

tuturdu. Zəruri tədbirlər sırasında ə mtəələrin sərbəst ixracına nail olun ması da var idi. Xaricdən Azərbaycana gətirilən spirt li 

içkilərə, balıq  məhsullarına gömrük rüsumlarının artırılması haqqında 1919  ilin avqust ayında Parlamentin  maliyyə-büdcə 

ko missiyasında bəyənilən qanun layihələri də daxili bazarın qorunması və inflyasiyanın qarşısının alın masına xid mət edirdi. 

Xarici  iqtisadi-tica rət  fəaliyyətinin  iqtisadiyyatın  sağlamlaşdırılması  və  pul  tədavülünün  tənzimlən məsində  rolu 

Parlamentin  1919  il  24  noyabr  tarixli  iclasında  geniş  müzakirə  o lunmuşdu.  Höku mətin  iqtisadi  platformasında 

Cü mhuriyyətin yaran masından əvvəl  formalaşmış iqtisadi əlaqələrə  münasibət, əsasən, birmənalı  idi.  Bu əlaqələri  kəsmək 

yox,  müstəqil  dövlətin  iqtisadi  əlaqələri  kimi  genişləndirmək  məqsədəuyğun  sayılırdı.  Azərbaycanda  fəaliyyət  göstərən 

xarici  kapital  nümayəndələri  ilə  münasibətləri  yeni  əsaslarda  inkişaf  etdirmək  üçün  konkret  addımlar  atılırd ı.  Məsələn, 

Azərbaycan Höku mət inin  1919  il oktyabrın  18-də  qəbul etdiy i qəra rda  Böyükşor gölünün bir hissəsinin Nobel qardaşları 

birliy inə ica rəyə verilməsi haqqında vaxt ı bit miş  müqavilənin bərpa olun ması göstərilir, bu  müqavilənin şərtlə rində edilən 

yeni dəyişikliklər əsaslandırılırd ı. 

Ümu miyyətlə, A zərbaycanda  xarici  kapital və konsessiya məsələsində həm Parlamentin  və həm də  xarici  kapital 

nümayəndələrin in  fikirləri  uyğun  gəlirdi.  Fransız  kapitalistlərin in  nümayəndəsi  Manronun  fikrincə,  xarici  kapitalın,  o 

cümlədən fransız kap italının  Azərbaycana gəlməsi gənc müstəqil dövlətin  yaşamasını, onun məhsuldar qüvvələrin in inkişaf 

etməsini tə min edərd i. 

Höku mət başçısı Nəsib bəy Yusifbəylin in Parlamentin 1919 il 22 dekabr tarixli  iclasında elan etdiyi bəyannamədə 

güclü  iqtisadiyyatın  yaradılması  zərurəti  Azərbaycanın  azad   və  müstəqil  yaşamasının  şərti  kimi  göstərilird i.  Hö ku mətin 

xarici tica rət siyasətində köklü dəyişiklik et mə k nəzə rdə tutulurdu. İndiyədək ticarət  siyasətində id xalı art ırmaq  və  ixracı, 

imkan da xilində, aza lt maq üstünlük təşkil ed ird isə və nəticədə pul q iy mətdən düşürdüsə, artıq  indi ixrac ı stimullaşdırmaq 

istiqamət ində tədbirlərin həyata keçirilməsinin mü mkünlüyündən və zəruriliyindən bəhs olunurdu. 

Azərbaycan  Höku mət inin  xaric i  iqtisadi  fəaliyyətində  rea llaşdırmağa  çalışdığı  başlıca   vəzifə lərdən  b iri  əha lin in 

zəruri  malla ra  olan  ehtiyacın ı  tə min  et məkdən  və  xə zinənin  gə lirlə rini  a rtırmaq  üçün  əlavə  mənbələr  a xtarıb  tap maqdan 

ibarət idi. Belə  əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya d igər məhsulun xa ricə  satışına icazə  verilməsi və ya 

onun qadağan edilməsi  zamanı həmin  məhsulun əhali üçün nə dərəcədə gərəkli o lması,  Höku mətə nə qədər gəlir gətirməsi 

halları diqqətlə nəzərə alınırdı. Höku mətin hazırlad ığı 1919 il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, ü zü m və tut 

spirtinin  ixracına  icazə  verilirdi  (Cü mhuriyyət  dövründən  qabaq  xaricə  spirtli  içkilərin  satışı  qadağan  olunmuşdu.  Bu  da 

təsərrüfatların və  Höku mətin  ma liyyəsinə olduqca mənfi təsir göstərmişdi).  Höku mət hesab edirdi  ki,  xaricə spirt satışında 

nəinki  dövlət  xə zinəsi  və  araq  çəkmə klə  məşğul  olan  adamla r,  hə mç inin  bütün  əhali  maraq lıd ır.  Öz  təsərrüfat  məhsulları 

olan üzü mü və  tutu şərab zavodlarına sat maq onlara  əlverişli idi. Bu qanun layihəsini işləyib ha zırlayarkən Höku mət onu da 

nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq te xn iki və tibbi məqsədlər üçün zəruridir. Xa ricə satışına ica zə  verilən 85 dərəcə li 

konyak  spirti  və  40-45  dərəcəyə  qədər  olan   üzü m  və  tut  spirti  isə  bu  məqsəd  üçün  yaranır.  Buna  görə   də  onun  xaricə 

satışından əhaliyə heç bir ziyan dəyə bilmə z. 

Parla mentin Azə rbaycan Cü mhuriyyətinin sərhədlərindən kənara xa mma l ixrac ının ş ərtləri haqqında qəbul etdiyi 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə