[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə231/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   227   228   229   230   231   232   233   234   ...   282

388 

 

dram  kurslarının  ko mediya  şöbəsində  müəllim  kimi  çalışmışdır.  Bu 



illərdə  o,  eyni  za manda,  dövlət  teatrının  repertuarındakı  əsərlərdə 

çıxış  edir,  xeyriyyə  tamaşaları  verird i.  Üzeyir  Hacıbəylin in  "Ər  və 

arvad",  "O  olmasın,  bu  olsun",  "Arşın  mal  alan",  Zülfüqar 

Hacıbəylinin  "Ev liykən  subay",  "Əlli  yaşında  cavan"  musiqili 

ko mediyalarında  son  dərəcə  realist,  milli  kolo ritli,  unudulmaz  səhnə 

obrazları yaratmışdır. 



Aprel  işğalından  (1920)  sonra  Mirzağa  Əliyev  Bakı  Azad 

Tənqid-Təbliğ  Teatrının  təşkilatçısı  olmuş,  1924  ildən  ömrünün 

sonuna  qədər  Azərbaycan  Dövlət  Dra m  Teatrında  çalış mışdır.  Fitri 

ko mik  istedada, ifadəli yu mor boyalarına,  zəngin səhnə çalarlarına və 

mədəniyyətinə  malik  aktyor  olan  Mirzağa  Əliyev  Azərbaycan  teatr 

sənətinin ənənələrin i dava m və inkişaf etdirmişdir. 



 

Əd.: 

M əmmədov  M .,  M irzağa  Əliyev,  B.,  1949;  yenə  onun; 

Mirzağa  Əliyev,  "Teatr  düşüncələri"  kitabında,  B.,  1977;  Cəfərov  C, 

Azərbaycan teatrı, B., 1974.

 

 

ƏLĠYEV  Zeynalabdin  bəy  Hacağa 

bəy oğlu (24.4.1894,  Ba kı  - ? )  - A zərbaycan 

Xalq  Cü mhuriyyəti  Parlamentinin  xüsusi  

qərarına    (ba x  Xaricə    təhsil  almağa 



göndərilənazərbaycanlı  tələbələr  haqqında 

qərar)  əsasən,  dövlət  hesabına  ali  təhsil 

almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən 

biri. Parla mentin  1919  il    1   sentyabr tarixli 

qərarına əsasən, təhsilini me ma rlıq sahəsində 

davam etdirmək üçün Ro ma Kra l Rəssamlıq   Akade miyasına (İta liya) göndərilmişdi. Sonrakı ta leyi 

barədə mə lu mat aşkar o lunma mışdır. 

 

 

 



 

 

 



 

 

ƏLĠZADƏ Ağa Cavad oğlu (1871,  Bakı yaxın lığ ındakı  Pirşağı k.  - 15.12.1954,  Bakı)  -  maarifçi ruhani və ictimai 

xadim.  Atası  Axund  Hacı  Məhəmməd  Cavad  dövrünün    tanmmış  din  xadimlərindən  idi.  Əlizadə  İçərişəhərdəki  Qüdsi 

mədrəsəsində  dini  təlimlə   yanaşı,  dünyəvi  elmlə ri  -  riya ziyyat,  astronomiya,  tarix  e lmlərin i  də  öyrən miş,  təbabət  elminə 

xüsusi  maraq  göstərmişdir.  Mədrəsəni  uğurla  bitirdikdən  sonra  təhsilini  Bağdad  yaxınlığındakı  Nəcəfül  Əşrəf  islam 

mə rkə zində  dava m  etdirmişdir.  Ağa  Əlizadə  təhsilini  başa  vurub,  a xund  rütbəsinə  lay iq  görülmüş,  1896  ildə   Bakıya 

qayıtmışdır.  İçərişəhərdə  məhəllə  məscid lərindən  birinə  təyinat  alan   Ağa  Əlizadə  savadı  və  davranışı  ilə  yerli  ruhanilər 

içərisində  böyük  hörmət  qazan mış,  Qafqaz  Şey xülislamı  Əbdüss əlam  A xundzadənin  zəmanəti  ilə  Bakın ın  Təzəpir 

məscidinə   baş  dini  xad im  təyin  ed ilmişdir.  1903  ilədək  bu  məsciddə  fəaliyyət  göstərən  Ağa  Əlizadə  1904  ildə  Qafqa z 

Müsəlmanları Ruhani İdarəsinin ü zvü seçilmişdir. 

1905  ildə   erməni  daşnakların  Ba kıda  müsəlman  əhaliyə  qarşı  soyqırımının   qarşısının  

alın masında  böyük  fəallıq  göstərmişdir.  1907  ildə  "Səadət"  müsəlman   xey riyyə  cəmiyyətinin  

yaranmasında iştirak etmiş, sonra bu cəmiyyətin sədri seçilmişdir. 

1918  ildə  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin   yaran masını  böyük  ruh  yüks əkliyi  ilə  

qarşılayan  Ağa  Əlizadə  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin  sədri,  eyni  zamanda,  Şey xü lislam 

seçilmişdir. 

Ağa  Əlizadənin  1918-20  illər  dövründəki  bütün  fəaliyyəti  gənc  müstəqil  dövlətin  

möhkəmləndirilməsinə yönəlmişdi. Ölkə gənclərin i vətənin müdafiəsi üçün milli ordu sıralarına daxil 

olmağa  çağırmış,  Cü mhuriyyətin  ildönümü  münasibətilə  keçirilən  təntənələrdə  çıxış  edərək, 

istiqlaliyyətin əhə miyyətindən danışmışdır.  1919  il sentyabrın 15-də  Azərbaycanın  istiqla lı uğrunda 

şəhid olanların Dağüstü (Çənbərəkənd) qəbiristanlığında keçirilən yadetmə mərasimini idarə etmişdir. 

Aprel işğalından (1920) sonra Ağa Əlizadə təqibə məruz qalmışdır. 1944 ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsi 

bərpa  olunarkən  Axund  Ağa  Əlizadə  yenidən  Şeyxülisla m  və zifəsinə  seçilmişdir.  Ağa  Əlizadə  bir  sıra  xa ric i  ölkə lərdə 

olmuş, beynəlxalq sülh konfranslarında işti- 

 



389 

 

rak  et mişdir.  Onun  1945  ilin  mayında  İrana  səfəri  xüsusi  maraq  doğurmuşdur.  Ağa  Əlizadə  Təbriz  məscidində  moizə 



oxu muş,  Qu m  səfərindən  sonra  Məşhəddə,  Rəştdə  olmuş,  ço xsaylı  görüşlər  keçirmiş,  Tehran  Un iversitetinin  ilahiyyat 

fakültəsində mühazirə o xu muşdur. 

1952 ilin may ay ında Vyanada sülhü müdafie konqresində Qafqaz müsəlmanları adından məru zə ilə çıxış etmişdir. 

 

Əd.: 

Abasov M., Şeyxülislam Axund Ağa Əlizadə, B., 2000.

 

 

ƏLĠZADƏ      Məmmədtağı   Hacı     Əbdülsəməd   oğlu  (10.1.1858,  Şamaxı -  mart, 1918,  Şamaxı)  -  ictimai-siyasi 

xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət dumasın ın deputatı.  Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə  Qafqaz 

Müsəlmanları  Ruhani İdarəsinin  nəzdindəki altısinifli  məktəbdə (1868-74),  Bakı realnı  məktəbində (1874-78) o xu muşdur. 

Moskvada Petrovski-Ra zu movski kənd təsərrüfatı və meşəçilik akade miyasını aqrono m və iqtisadçı ixt isası üzrə bit irmişdir. 

Təkmilləş mək üçün Avropaya getmiş, bir  il Fransa və Almaniyada yaşamış,  Sile ziya v ilayətin in  iqtisadiyyatına dair e lmi 

əsər yazıb  nəşr etdirmişdir.  Rusiya  imperiyası  maliyyə nazirliyin in  rüsum və töycü şöbəsində işləmişdir (1883-88).  Nazir 

Rixtenin  islahat  lay ihələri  bürokratiyanın  müqavimət i  ilə  qarşılaşarkən,  digər  mütərəqqi  mə murlarla  birlikdə  istefa  verib 

Şamaxıya qayıtmış, xey riyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin "İbrahim 

bəyin səyahətnaməsi" romanına bənzər b ir əsər yazmışdır. 

1906  ildə  Bakı  quberniyasından  1-ci  Dövlət  du masına  deputat  seçilmişdir.  Əlizadə  

iqtisadçı alim  kimi "Trudoviklər" partiyasına rəğbət bəsləmiş,  müsəlman fraksiyasının üzvü olaraq, 

qeyri-rus  xa lqla rın  milli  mu xta riyyəti  ideyasını  müdafiə et mişdir.  Fevral inqilabından (1917) sonra 

Şamaxının  siyasi  həyatında  fəal  iştirak  etmiş,  erməni-daşnak  dəstələri  şəhər  əhalisinə  vəhşicəsinə 

divan tutarkən həlak o lmuşdur. 

Əlizadə  erkən  yaşlarından  siyasi  və  ədəbi  fəaliyyətə  başlamış,  Həsən  bəy  Zərdabinin 

təşəbbüsü  ilə  Nəcəf  bəy  Vəzirovun  Petrovski-Ra zu movski  akade miyasında  yaratdığı  "İmdadiyyə" 

siyasi  dərnəyinin  üzvü  olmuş,  "Əkinçi"  qəzetində  və  digər  dövri  mətbuat  orqanlarında  məqalə lər 

dərc  etdirmişdir.  İqtisadiyyat  və  kənd  təsərrüfatına  dair  əsərləri  1918  il  mart  soyqırımı  za manı 

daşnaklar tərəfindən məhv edilmişdir. 

 

Əd.: 

M əmmədov  X.,  "Əkinçi"nin  övladları,  "Ədəbiyyat  və  incəsənət"  qəzeti,  1970,  25  aprel;  Геюшов  З.Б.,  Архивные 

материалы об обществе ―Имдадиййе‖, Доклады  АН Азербайджанской ССР, 1963, №10.   

 

ƏLĠZADƏ  Zeynal  (?-?)-  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  milli  mədəniyyətin  tərəqqisində 

yaxından iştirak etmiş  mədəniyyət  xadimi.  Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919  il  23  mart və 1920  il 

30  yanvar  tarixli  qəra rları  ilə   dövlət  gerbinin,  hərb i  orden-meda lla rın  və  dövlət  möhürünün  layihələrinin  ha zırlan ması 

məqsədilə  e lan  olunmuş  müsabiqədə  fəal  iştirak  et mişdir.  Onun  layihəsi  əsasında  buraxılmış  döş  nişanları  və  xatirə 

medallarında Parlamentin binası, bayraq, aypara, s əkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk o lunmuşdur. 

 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998.

 

 

ƏLYARBƏYOV Tərlan bəy Abdulla bəy oğlu (28.11.1892, Şamaxı  -  15.2.1956,  Bakı)  - hərb i  xadim, general-

mayor  (1944).  Tiflis  hərbi  mə ktəbin i  b itirmişdir  (1914).  Hərbi  xid mətə   rus  ordusunda  başlamış, 

Birinci dünya müharibəsində (1914-18) Şa ma xı polku  tərkib ində rota və batalyon ko mandiri olmuş, 

alman cəbhəsində döyüşlərdə iştira k et mişdir. Azə rbaycan Xalq  Cü mhuriyyəti o rdusu yaradılmağa  

başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə p iyada alayında  xid mət etmiş, sonra isə Bakı şəhəri 

və  onun  rayonlarının  hərbi  rə isi  təyin  edilmişdir.  Bu  vəzifədə   o,  Ba kı  şəhəri  və  onun  ətraf 

rayonların ın  əhalisi  arasında  hərb i  çağırış  işinin  təşkilinə  başçılıq  etmişdir.  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  hərb i  naziri  Səməd  bəy  Mehmandarovun  təşəbbüsü  ilə  təsis  edilmiş  yeddi  hərbi 

rəislikdən biri olan hə min və zifənin yaradılmasından  məqsəd də hərbi çağırış və səfərbərlik  işində 

mövcud  nöqsanları  aradan  qald ırmaq,  bu  sahədə  yol  verilən  əy intilərin  qarşısını  almaq  id i. 

Cü mhuriyyətin  süqutuna  qədər  Bakı  və  onun  rayonlarının  hərb i  rəisi  vəzifəsin i  icra  edərkən  

T.Əlyarbəyov podpolkovnik rütbəsində idi. 



Aprel çevrilişindən (1920) sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik o lduğu üçün Tərlan 

bəy  Əlyarbəyov  yüksək  hərbi  vəzifələ rdə  işlə miş,  1923-29  illərdə  A zərbaycan  Sovet  Sosialist  Respublikası  hərb i 

ko missarının  kö məkçisi  və  ərazi  idarəsin in  rəisi  vəzifəsində  çalışmışdır.  1927  ildə  M.V.Frunze  adına  Hərb i  Akademiya 

(Moskva) yanında Ali  ko manda heyəti kursunu bitirmişdir.  1930-38  illərdə  Cənubi  Qafqazın  mü xtəlif hərbi  məktəblərində 

işləmişdir.  M.V.Frun ze  adına  Hərb i  Akademiyanı  b itirmişdir  (1941).  Əlyarbəyov  Böyük  Vətən  müha-ribəsi  (1941-45) 

illərində 416-c ı atıc ı d iviziyanın ko mandiri, Azə rbaycan SSR  xa lq  maarif ko missarının  müdafiə  işləri ü zrə  müavini,  402-c i 

atıcı div iziyanın  ko mandiri,  58-ci korpusun ko mandir  müavini,  1946-48  illərdə Azərbaycan SSR  maarif nazirin in  müdafiə 

işləri  ü zrə  müavini  olmuş,  1948  ildə  istefaya  çıxmışdır.  1925-31  illərdə  A zərbaycan  Mərkəzi  İcraiyyə  Ko mitəsinin 

üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) depu- 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə