[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə233/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   229   230   231   232   233   234   235   236   ...   282

391 

 

Nazirlə r Şurası  1919  il  5 avqust tarixli qərarı  ilə ə mə k nazirliyinin yeni idarə strukturunu yaratdı, həmin strukturun 



əmək  mü fəttişliy inə  aid  h issəsi  təsdiq  olundu,  ümu mi  dəftərxananın  strukturuna  baxıldı  və  onun  tərkibində  yeni  şöbələr 

(qanunvericilik  təklifləri,  mədəni-maa rif,  münaqiş ə  məsələ ləri)  və  ü mu mi  ic ra  -  nə zarət  orqanı  olan  ə mə k  mü fəttişliy i 

yaradıldı. 

Nazirliyin  mədəni-maarif  şöbəsi  rayonların  ə mə k  müfəttişlə ri  və  müəssisələrin  in zibati  aparatların ın  nüma-

yəndələri  ilə  b irlikdə  Azə rbaycan  Cü mhuriyyəti  əra zisində,  ixt isasa  və  milli  tə rkibə  görə  bölunmə klə ,  hər  iki  c insdən  və 

bütün kateqoriyalardan o lan fəh lələrin  əmək haqqı və maddi vəziyyətlərinin dəqiq  qeydiyyatını aparır, fəhlələrə türk dilində 

savad  öyrətmək  üçün  məktəblərin   açılması  barədə  layihə  hazırlayır,  habelə  mədən-zavod  rayonlarında,  təşkilatlarda 

Azərbaycan  xalq ının  tarixi  və  mədəniyyətini,  hə mç inin  iqtisadiyyatı,  kooperativ  və  hə mka rlar  hərə katı  tarixin i  öyrət mə k 

üçün xüsusi kurslar təşkil ed irdi. 

1919  il  o ktyabrın  1-dən  fəaliyyətə  başlayan  münaqişə  məsələləri  şöbəsi  əmək  müfəttişliyinə  bilavasitə  rəhbərlik 

edən  orqan  olmaqla ,  qüvvədə  olan  qanunvericiliyin  tələb lərinə  uyğun  şəkildə  iş  verənlərlə  işə  götürülənlər  arasında  baş 

verən münaqişələrə və onla rın hə llinə nə zarət edirdi. 

Əmək  müfəttişliyi şöbəsindən başqa, bütün şöbələrin kargü zarlıq sənədləri ü mu mi şöbədə cəmləş mişdi.  Nazirliy in 

hazırlad ığı  kollektiv  müqavilə,  bəzi  əlavələr  və  dəyişiklərlə,  Nazirlər  Şurası  tərəfindən  təsdiq  olunmuşdu.  Nazirlik 

mədənlə rdə  məhkə mələ rin   təşkili  barədə  qərar  layihəsi,  hə mkarlar  ittifaqı  və  zavod  ko mitələ ri  haqqında  da  təlimatla r 

hazırlay ırdı. 

Əmək  mü fəttişliyi şöbəsi 1919  il avqustun 5-də təşkil olundu. O vaxta qədər bu  iş üçün sənaye və ticarət nazir-

liy inin  fabrik  mü fəttişliy inin  xid mətlərindən  istifadə  edilirdi.  Əmək  müfəttişliyin in  yaran ması  Azərbaycan  Xalq 

Cü mhuriyyətinin  bütün  ərazisində  əməy in  müdafiəsi  məsələlərinə  nəzarətin  vahid  təşkilatın  sərəncamında  cəmləş-

dirilməsinə imkan  yaratdı. Bu  məqsədlə bütün Cü mhuriyyət əra zisi 8 rayona bölündü. Onlara  ü mu mi rəhbərliyi Azə rbaycan 

Xalq Cü mhuriyyətinin baş əmək mü fəttişliy i həyata keçirirdi. 

İş  verənlərlə  işə  götürülənlər  arasında  mürəkkəb  münaqişələr  yarandıqda,  tətillər  baş  verdikdə  kollektiv 

müqavilələr  hazırlamaq  və  əmək  haqqının  ödənilməsi  üçün  maaş  dərəcələrini  müəyyənləşdirmək  məqsədilə  razılaşdırıcı 

ko missiyalar da yaradılırdı.  1919  il yanvarın 1-dən oktyabrın 15-nə qədər 30 belə  ko missiya yaradılmış və onların 98 iclası 

keçirilmişdi.  Bu  müddətdə fəhlələr tərəfindən nazirliyə 1537 şikayət daxil olmuşdu ki, onlardan da 922-si fəhlələrin  xeyrinə 

həll o lunmuş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkə məyə verilmiş, 456-sı həll olun ma mış qalmışdı. 

1919  il  apre lin  14-də  Nəsib  bəy  Yusifbəylinin  təşkil  etdiyi  4-cü  Hö ku mət  kabinəsində  Aslan  bəy  Səfikürdski 

ədliyyə nazirliyi ilə bərabər əmək nazirliyinə də  rəhbərlik edirdi. 1919  il dekabrın 24-də yenə də  Nəsib bəy  Yusifbəylinin 

təşkil etdiy i  5-c i  Höku mət  kabinəsində Əh məd  Cövdət Pepinov əkinçilik na zirliy i  ilə bərabər ə mək nazirliyinə də başçılıq 

etdi.  Başqa  nazirliklər  kimi,  əmək  nazirliyin in  də  öz  fəaliyyətini  getdikcə  genişləndird iyi  və  nizama  saldığı  b ir  zamanda, 

1920 il aprelin 27-də, Sovet Rusiyasının hərbi müda xiləsi nəticəsində Azərbaycan Cü mhuriyyətinin varlığ ına son qoyuldu. 

 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 r.,   B., 1920;   

 

ƏMĠN  ABĠD,  Əh mədov  Əmin  Mütəllib zadə  (1898,Bakı  -    1938)  -  fo lklorşünas-

ədəbiyyatşünas  alim,  şair.  Bakıdakı  rus  gimnaziyasında,  1918-21  illərdə  İstanbul  müəllimlər 

seminariyasında  (Darü lmüəllimin),  1922-26  illərdə  İstanbul  Universitetinin  tarix-filologiya 

fakültəsində   təhsil   almışdır.  1926  ilin  sonunda Bakıya dönən Omin  Abid Türkiyədə  tamamladığ ı  

"Azərbaycan türklərinin  ədəbiyyat tarixi"əsərini   xalq   maarif  ko missarı  Ruhulla A xundova təhvil 

vermişdir.  1927  ildən  başlayaraq,  Əmin  Abid   müəllimliklə  yanaşı,  mətbuatda  məqalələr  dərc  

etdirmiş,  həm  də  fundamental  tədqiqatlar aparmışdır. O, "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiy-

yəti"  nəzdində  bayatı  külliyyatını  hazırlayaraq,  nəşriyyata  təqdim  et mişdir.  1931  ilin  nəşriyyat 

planına  Əmin   Abidin"Bayatının   türk  xalqları  ədəbiyyatında  qədim  mövqeyi","Azərbaycan 

ədəbiyyatının  qədim  ab idələrindən"  monoqrafiyaları  daxil  ed ilmişdi.  Məhəmməd   Fü zulinin 

"Söhbətül-əsmar" əsərini elm aləminə  ilk dəfə  məlu m edən də Əmin Abid olmuşdur. Türkiyədə təhsil alarkən  Nafiə Şükrü 

qızılə  evlənən  Əmin  Abid  1931  ildə  yenidən  Türkiyəyə  getmiş  və  yalnız  1935  ildə  qayıt mışdır.  Əmin  Abid    1938 

ildə" millətçi",  "pantürkist"  adı  ilə   həbs  dilmiş  və  güllə lən mişdir.  Əmin  Abidin  yaradıc ılığ ını  2  qis mə  bölmə k  o lar:  bədii 

əsərlər  və  elmi  araşdırmalar.  Cü mhuriyyət  dövrünə  qədər,  əsasən,  kiçik  şeir  və  hekayələr  yazan  Əmin  Abid  Cümhuriyyət 

dövründən sonra Türkiyədə " Gültəkin" imzası ilə qələmə aldığı istiqlal şeirləri ilə mühacirətdə mübariz istiqlal poeziyasının 

əsasını  qoymuşdur.  Bu  şeirlər  1927  ildə  "İstiqlal  uğrunda"  kitabında  dərc  olunmuşdur.  1949  ildə  İstabbulda  Mirzəbala 

Məmməd zadənin müqəddiməsi ilə Əmin  Abidin "Bu zlu cəhənnəm" kitabı nəşr edilmişdir. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə