[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə234/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   230   231   232   233   234   235   236   237   ...   282

392 

 

Əmin Abid in elmi araşdırmaları ço xşaxəlid ir. O, həm fo lklor, həm ədəbiyyat tarixi, həm də milli mətbuat tarixi ilə 



bağlı ço xsaylı tədqiqatlar aparmışdır. "Azəri ədəbiyyatında türkcənin təkamü lü" (1923), "Azərbaycan türklərinin ədəbiyyat 

tarixi"  (1922-27),  "Heca  və zninin  tarixi"  (1927),  "Azərbaycan  sözünün  mənşəyi"  (1926),  "Də rəbəylik  dövrü  a zəri 

ədəbiyyatı"  (1927),  "Azərbaycan  folkloru"  (1929),  "XVII  əsr  Azərbaycan  ədəbiyyatı"  (1935-37),  "Mirzə  Şəfi  haqqında 

yapılan tədqiqlərə b ir baxış" (1929), "Türk el ədəbiyyatına elmi b ir baxış" (1928), "Əşirət dövrü Azərbaycan ədəbiyyatına 

dair vəsiqələ r" (1930), "Türk xalq ları ədəbiyyatında man i növü və Azə rbaycan bayatılarının xüsusiyyətləri" və on larla d igər 

məqa lələ ri dərc olun muşdur. Əmin Abid " Kitabi-Dədə Qorqud" dastanının və Orxon -Yen isey abidələrin in Azə rbaycanda ilk 

tədqiq edən araşdırıc ıdır. O, Mirzə Şə fi Va zeh və M irzə Fətəli A xundzadə haqqında tədqiqatlar aparmış, əsərlər ya zmışdır. 

 

Əsərləri: 



Gültəkin, Buzlu cəhənnəm. İstanbul, 1949; Ə.Abid (Gültəkin), Buzlu cəhənnəm, B., 1999.

 

 



ƏMĠNOV  Ağakərim  Məşədi  Kərim  oğlu  (1888,  Bakı  -1921,  Bakı)  -  siyasi  və  dövlət  xadimi.  Bakı  kişi  gimna-

ziyasını  (1907),  Peterburq  Dağ-Mədən  Mühəndisləri  İnstitutunu  (1911)  bitirmişdir.  Peterburqda  azərbaycanlı  tələbələrdən 

ibarət hə myerlilə r cə miyyətinin  üzvü o lmuşdur.  Bakıya qayıtdıqdan sonra Sabunçu-Sura xanı neft  mədənlərində  mühəndis 

işləmişdir.  1912  ildə  "Müsavat"  partiyasına  daxil  o lmuşdur.  Rusiyada  Fevral  inqilabından  (1917)  sonra  siyasi  fəaliyyəti 

genişlənmişdir.  Qafqaz  müsəlmanları  qurultayının  (1917,  aprel)  iştirakçısı  olmuş,  "Müsavat"  partiyasının  1-ci  quru ltayının 

(1917, oktyabr) keçirilməsində fəal rol oynamışdır. 

Əminov  Azərbaycan  Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19 

noyabr)  əsasən,  "Müsavat"  partiyasından  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parla mentinə  seçilmişdi.  A zərbaycan  Xa lq 

Cü mhuriyyətinin  4-cü Höku mət  kabinəsində ticarət və sənaye naziri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma  xəttinə 

təşəbbüs etmiş, bu sahədə bir sıra  mühü m tədbirlər görü lməsinə nail olmuşdur: neft və neft  məhsul-larının  ma l  mübadiləsi 

aparmadan  Azə rbaycandan  kənara  sərbəst  çıxarılması  haqqında  Hö ku mət  qərarı;  ma l  mübadiləsi  ü zrə  ko mitənin  ləğvi 

haqqında maliyyə-iqtisad ko mitəsinin qərarı; 1919 ilin sonu üçün xa mma lın Azərbaycandan kənara  ixrac şərtləri haqqında 

yeni, liberal  məzmun lu qanunun qüvvəyə min məsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin 

məhdudlaşdırılması tərəfdarı olmuşdur. 

Əminov  1918-19  illərdə  "Müsəlman  gecələri"  tədbirinin  əsas  təşkilatçılarından  idi.  O,  Müsəlman  Zəh mətkeş 

Ziyalıları  İttifaqın ın  (1919,  may)  yaradılmasında  da  fəa l  ro l  oynamışdır.  Aprel  işğalından (1920)  sonra  "Azərneft"  siste-

mində işlə mişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Азербайджанская Республика. Документы  и материалы, 1918 – 1920 гг., Б., 1998; 

 

ƏMĠRCANOV  Əbdüləli  bəy  Şirəli  bəy  oğlu  (1870,  Şəki-  1948,  İstanbul)  -  ictimai-siyasi  xadim,  maarifçi.  Şəki 

şəhər məktəbində o xu muş (1876-83),  Tiflisdə Aleksandr Müəllimlər İnstitutunu bitirmiş (1888), 

Şəki şəhər  məktəbinə  müəllim təyin edilmişdir.  19 əsrin sonunda Lənkəranda  müəllim  işləmiş, 

Teymur  bəy  Bayraməlibəyovla  birlikdə  bir  ço x  mədəni-maarif  tədbirlərini  həyata  keçirmişdir. 

Əmircanov  20  əsrin  əvvəllərindən  Bakıda  müəllim,  dövlət  idarələrində  və  mü xtəlif  şirkətlərdə 

mühasib  işləmiş,  mədəni-maarif  cəmiyyətlərinin  işində  yaxından  iştirak  etmiş,  "Nəşri-maarif‖ 

cəmiyyəti  təft iş  ko missiyasının  üzvü,  Ba kı  Müs əlman  Xeyriyyə  Cə miyyəti  sədrinin  müav ini 

olmuşdur.  Rusiyada  Fevra l  inqilabından  (1917)  sonra  siyasi  proseslərə  qoşulmuşdur.  Bakı 

Müsəlman İctimai Təşkilatlarının  Müvəqqəti İcraiyyə  Ko mitəsinin üzvü  idi.  1918  ilin   martında 

bolşevik-daşnakların   müsəlman-türk  əhalisinə  qarşı  həyata  keçirdiy i  soyqırımın ın  qarşısını 

almağa çalış mışdır. 

Əmircanov Azərbaycan Xalq  Cü mhuriyyətinin  2-ci Hö ku mət kab inəsində (1918, iyun-

oktyabr)  ma liyyə  na ziri,  dövlət  nəza rətçisi  (1918,  o ktyabr-dekabr)  olmuşdur.  Azərbaycan  Milli  Şurasının  "Azərbaycan 

Məclisi-Məbusanının  təsisi  haqqında qanun"una  (1918,  19  noyabr)  əsasən  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentinə 

seçilmişdi (1918, dekabr).  Bitərəflər qrupuna daxil olan  Əmircanov Parlamentdə  maliyyə-büdcə və sorğu komissiyalarının 

üzvü  olmuşdur.  O,  xarici  ö lkələrlə  ticarət  əlaqələri  yaratmaq  üçün  1919  ilin   ortalarında  Bakıda  "Dəyanət"  şirkətinin 

təşkilində  ya xından  iştirak  et mişdir.  Aprel  işğalından  (1920)  sonra  İstanbula  mühacirət  et miş,  orada  fəaliyyət  göstərən 

Azərbaycan Milli Mərkə zin in üzvü o lmuşdur. 

 

Əd.:

  Азербайджанская  Республика.  Документы    и  материалы,  1918  –  1920  гг.,  Б.,  1998;  Azərbaycan  Demokratik  Respublikası: 

Azərbaycan hökuməti (1918-1920), B., 1990. 

 

ƏMĠRCANOV  Əliyar (?,  Bakı - ?) - Azərbaycan Xalq  Cü mhuriyyəti  Parlamentinin   xüsusi qərarına  (bax Xaricə 

təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  əsasən,  dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün  xaricə 

göndərilmiş  tələbələrdən  biri.  1-ci  Bakı  kişi  realn ı  məktəbini  bitirmiş  (1915),  müsabiqə  yolu  ilə  Moskva  Ali  Texniki 

Məktəbinin  me xanika  şöbəsinə daxil o lmuş,  5 se mestr orada təhsil a lmışdır.  Rusiyada Oktyabr çevrilişindən (1917) sonra 

geri  qayıtmağa  məcbur  olmuşdur.  Parlamentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilini  davam  etdirmək  üçün 

Rusiyaya göndərilmişdir. Sonrakı taley i barədə məlu mat aşkar o lunmamışdır. 

 

 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə