[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə235/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   231   232   233   234   235   236   237   238   ...   282

393 

 

ƏMĠROV  Əsəd  bəy  (?-?)-  Azərbaycan  milli  azadlıq  hərəkatının   iştirakçılarından  biri.  Müəssislər  Məclisin in 

çağırılması  üzrə  Mərkəzi  Ko missiyanın  üzvü  olmuşdur.  Azərbaycan  Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının 

təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən  "İttihad"  partiyasından  Cümhuriyyət  Parla mentin in  tərkib inə  da xil 

edilmişdi. 



ƏMĠROV  Məşədi  Cəmil  Əmiraslan  oğlu  (1875,  Şuşa  -  1928,  Gəncə)  -  musiqi  xadimi,  tarzən,  bəstəkar.  Böyük 

Azərbaycan  bəstəkarı  Fikrət  Əmirovun  atasıdır.  Musiqiçi  kimi  yetişməsinə  məşhur  musiqişünas 

Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük təsiri o lmuşdur. Məşədi Cəmil ilk vaxtlar Şuşa 

məc -lislərində  xanəndə  Qaragö z  Zülfuqarla  ç ıxış  et miş,  sonralar  Qa rabağ,  Şirvan  məc lislə rində 

həm  tarzən,  hə m  də  xanəndə  kimi  tanın mışdır.  1907  ildən  Gəncədə  yaşamış,  məşhur 

xanəndələrdən  Məşədi  Məmməd  Fə rzəliyevi,  Malıbəyli  Hə mid i  və  başqalarını  tarda  müşayiət 

etmişdir. 1910 ildə Riqanın "Qrammofon‖ şirkətində Əmirovun Azərbaycan musiqiçiləri ilə b irgə 

ifa etdiy i bir sıra muğam və mahnılar qrammo fon valına yazılmışdır. 

Məşədi  Cə mil  1911-13  illərdə  İstanbulda  musiqi  təhsili  almış,  Avropa  və  Şə rq 

bəstəkarla rın ın  əsərləri  ilə  tanış  olmuşdur.  Türkiyədə  milli  Azərbaycan  musiqisinin  q ızğın 

təbliğatçısı  kimi  ç ıxış  etmiş,  ço xlu  konsertlər  vermiş,  "Heyratı"  muğa mını  nota  salmış  və  çap 

etdirmişdir. 1913 ildə vətənə qayıdan Məşədi Cəmil qədim Şərq  musiqi alətləri ud və kanonda da çalmağı öyrənmişdi. Onun 

kanonda  məharətlə  çald ığı  "Bayatı-Şira z"  muğa mı  yüks ək  q iy mətləndirilirdi.  1915  ildə   Məşədi  Cə mil  "Seyfə lmülk" 

operasını bəstələmiş və əsər Sidqi Ruhullanın rejissorluğu ilə Gəncədə tamaşaya qoyulmuşdu. O, teatr sənətinin inkişafında 

da müəyyən rol oynamış, Şuşada və Gəncədə Üzeyir Hacıbəylin in opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy 

və b. rolları ifa  et miş, teatr orkestrlərinə dirijorluq et mişdir. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə (1918-20) ölkənin mədəni həyatında, musiqi məc lislə rində, bayra mlarda, 

xeyriyyə konsertlərində  və digər e l şənliklərində ya xından iştirak et mişdir. Aprel işğalından (1920) sonra Gəncədəki musiq i 

mə ktəbinin təşkilatç ıla rından olan Əmirov 1923 ildən ö mrünün sonunadək bu məktəbin d ire ktoru və müəllimi olmuşdur. 

 

Əd

.:Şuşinski F., Azərbaycanın xalq musiqiçiləri.B., 1970; yenə onun, Народные певцы и музыканты Азербайджана , M., 1979. 

 

ƏMĠROV 

Umbay 


(? -?)- 

A zərbaycan 

Xa lq 

Cü mhuriyyəti  Parlamentin in  xüsusi  qərarına  (bax  Xaricə 



təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında 

qərar)  əsasən  dövlət  hesabına  ali  təhsil  almaq  üçün  xaricə 

göndərilmiş 

tələbələrdən 

biri. 


1916 

ildən 


Odessa 

Universitetində  təhsil  almış,  lakin  maddi  çətinlik  üzündən 

təhsilini yanmç ıq bura xıb  geri qayıt mışdı. Parla mentin  1919 il 

1  sentyabr  tarixli  qəra rına  əsasən,  təhsilini  t ibb  sahəsində 

davam 

etdirmək 



üçün  yenidən  həmin  universitetə 

göndərilmişdir.  Sonrakı  taleyi  barədə  məlu mat  aşkar 

olunmamışdır. 

ƏNVƏR 

PAġA, 

Killig il 

(1880,  İstanbul  -  4.8.1922,  Tacikistan) 

– Türkiyənin görkəmli dövlət  xadimi,  Os manlı dövlətinin hərbi naziri; 1918 ildə ermən i-daşnakların 

soyqırımına  məruz  qalmış  Azərbaycan  xalq ına  hərbi  yardım  göstərilməsin in  əsas  təşkilatçılarından 

biri.  Birinci  dünya  müharibəsində  (1914-18)  Böyük  dövlətlərin  Osman lı  imperiyasını  bölüşdürmək 

siyasətini həyata keçirmə kdə olduğu mürə kkəb tarixi şəraitdə  Böyük Turan  imperatorluğu yaratmaq 

ideyasını irəli sürmüş və əqidəsi yolunda şəhid düşmüşdür. İstanbulda hərbi təhsil almışdır. 1903  ildə 

kapitan, 1907  ildə  mayor, 1913 ildə qayməqam,  1914 ildə polkovnik, elə hə min ildə - 34 yaşında ikən 

general-mayor, 1916 ildə isə general-leytenant rütbəsi almışdı. Os manlı ordusunun Baş qərargah rəisi 

(1914), Os manlı o rdusu Baş ko mandanının müavin i (1915), Osmanlı sultanının  xüsusi yavəri (1916), 

hərbi  nazir  (1917)  və  Baş  ko mandan  müavin i  təyin  edilmişdi.  "İttihad  və  tərəqqi"  partiyasının 

liderlə rindən  biri,  türk  xalq larının  mənəvi-siyasi  birliyi  ideyasının  -  turançılığın  fəal  tərəfdarlarından  idi.  Fevral  inqilab ı 

(1917)  nəticəsində  Ro manovlar  mütləq iyyətinin  devrilməsindən  sonra  Rusiya  əra zisindəki  türk  xa lqların ın  milli  a zadlıq 

hərəkatının   güclən məsi  Ənvər  paşada  turançılıq  ideyalarının   rea llaş masına  ü midi  artırdı.  Rusiyanın   türk-müsəlman 

xalq larının,  o  cü mlədən,  A zərbaycan  xalqın ın  həyatında  baş  verən  ictimai-siyasi  prosesləri  yaxından  izləyird i.  1917  ilin 

sonlarında  Qafqaz  cəbhəsində  və  Cənubi  Qafqazdakı  hadisələr  haqqında  aldığ ı  məlu matlardan  sonra  Ənvər  paşada 

Rusiyanın müsəlman  xalq larına, o cümlədən, Azərbaycan türklərinə  konkret hərbi-siyasi kö mək göstərmək  mey li gücləndi. 

Ənvər paşa ilk vaxtlar qardaşı Nuru paşanın rəhbərliyi  ilə Tehranda  xüsusi bir quru m yaratmaq və həmin quru m vasitəsilə 

Azərbaycan, Dağıstan, Türküstan və hətta Əfqanıstanda cərəyan edən proseslərə fəal təsir göstərmək niyyətində idi.  

 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə