[]



Yüklə 6,32 Mb.

səhifə238/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   234   235   236   237   238   239   240   241   ...   282

399 

 

Qafqa z,  Şima li  Qafqa z,  Vo lqaboyu,  Orta  Asiya  v ə  Krıma  qastrol  səfərləri  et mişdir.  "Neft  və  milyonlar 



səltənətində" (1916) adlı ilk Azə rbaycan bədii filmində baş rolda (Lütfəli bəy) çəkilmişdir. 

 

 



 

 

Xaincəsinə qətlə  yetirilmişdir. Ərəblinski ilə  uzun müddət dost olan Ü.Hac ıbəyli onun ölümünü "əvəzolunmaz itki" 



adlandırmış, qatilin ciddi cəzalandırılmasını tələb etmişdi. Məhəmməd  Əmin  Rəsulzadə  matəm  mərasimində çıxış edərək, 

Azərbaycan  səhnə  sənətinin  inkişafında  və   çiçə klən məsində,  a zad lıq   və  istiqlal  ideallarının  xa lqa  aşılan masında 

Ərəblinskin in  böyük  xid mətlərini  qeyd  etmiş,  mədəniyyət  xadimlərin in  fəaliyyəti  sayəsində  Azərbaycanın  müstəqilliy i 

ideyasının gerçəkləşdiyin i göstərmişdir. 

Sumqayıt  Dövlət  Dram  Teatrına,  Bakı  küçələrindən  birinə  Ərəb linskinin  ad ı  verilmişdir.  Sabit  Rəh manın  "Son 

faciə" povesti Ərəblinskiyə həsr olunmuşdur. 



 

Əd

.:  Hüseyn  Ərəblinski,  B.,  1949;  Hüseyn  Ərəblinski.  Aktyorun  həyat  və  fəaliyyətinə  dair  sənədlər  məcmuəsi,  B.,  1967; 

Cəfərov C, Əsərləri, c.2, B., 1968; yenə onun, Azərbaycan teatrı, B., 1974; M əmmədov M , Hüseyn Ərəblinski, B., 1973;  Алиева А., 

Азербайджанский театр за 100 лет, Б, 1974. 

 

ƏRƏġ  QƏZAS I  -  Gəncə  quberniyasında  inzibati  vahid.  1873  ildə  yaradılmışdı.  Ərazisi  2308,10  kv.verst  idi. 

Qafqa z təqvimin in (1917)  məlu mat ına görə qəzada 99400 nəfə r əhali yaşayırdı; onların 53144 nəfəri  (53,46%)  kişi,  46256 

nəfəri (46,54%) qadın  id i. Qə za  idarə  sistemi  fəaliyyət göstərirdi. Əha li, əsasən, kənd təsərrüfatında çalışırd ı. Azərbaycan 

Xalq Cü mhuriyyəti Höku məti 1918 il avqustun 26-da Ərəş qəzasının  Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili 

işlər  nazirinə  şəhərin  ərazisi  və  burada  tətbiq  ediləcək  ö zünüidarənin  forması  haqqında  xüsusi  məruzə  təqdim  o lunmasın ı 

tapşırmışdı. Bununla əlaqədar olaraq, 1919 il dekabrın 10-da Höku mətin  qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin   süqutundan  sonra  qəzanın  adın ın  necə   işlədilməsində  fikir  aydın lığ ı  o lma mışdır. 

Azərbaycan  Mərkə zi  Statistika   İdarəsi  tərə findən  1922  ildə  nəşr  olunan  Azərbaycanın  yaşayış  məskənlə rin in  siyahısında 

qəzanın adı Ağdaş (keçmiş Ərəş),  1921  il  kənd təsərrüfatı siyahıya almasının  15-ci bura xılışında isə, sadəcə olaraq, "Ərəş" 

kimi  verilmişdir.  1929  ildə  Azərbaycan  Sovet  Sosialist  Respublikasın ın  rayonlaşdırılması  zamanı  ləğv  edilərək,  Ağdaş 

rayonu təşkil olun muşdur. 

Əd

:.  Aзepбaйджанская  Демократиская   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник документов),  Б., 

1998; 


ƏRZĠNCAN  BARIġ IĞI  (1917)  -  hərbi  əməliyyatların  dayandırılması  haqqında  Türkiyə  höku məti  ilə 

Zaqafqaziya  Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imza lan mış saziş. 

Barışığın  şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin  hər b iri üçün məcburi idi. Sazişi pozan 

tərəflə rdən  biri  hərbi  ə mə liyyata  başlamasın ı  14  gün  əvvəldən  bildirmə li  idi,  əks  halda,  barışıq  ümumi  sülh  müqaviləsi 

bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər ö z 

orduların ın strateji yerdəyiş məsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı 

idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkə z dövlətləri arasında ümu mi barışıq sazişi imzalanacağı halda, onun maddələ ri Qafqa z 

cəbhəsi üçün də məcburi olma lıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələ rin hərb gəmiləri arasında hərbi 

əməliyyatlar  da  dayandınlırdı.  Os manlı  Baş   ko mandanlığı  Ərzincan  barışığını  Sovet  Rusiyası  ilə  deyil,  Zaqafqaziya 

Ko missarlığı  ilə  imzalamaqla,  dolayısı  ilə  onu  Zaqafqaziya  höku məti  kimi  tanımış  olurdu.  Ərzincan  barışığından  sonra 

Rusiya  üçün  Qafqaz  cəbhəsi  dağıldı,  rus  qoşunları  işğal  altında  saxladıqları  Şərqi  Anadolu  torpaqlarını  tərk  edərək,  geri 

çəkilməyə  başladı.  Rusiya  qoşunları  geri  çəkilərkən  silahlarının   xey li  h issəsini  Azərbaycan  və  Anadolu  türklərinə  qarşı 

soyqırımı  həyata  keçirən  erməni-daşnak  quldur  dəstələrinə 

verdilər. 



 

Əd.: 

Hüseyn  Baykara,  Azərbaycan  istiqlal  mübarizəsi  tarixi, 

B., 1992; Azərbaycan Cümhuriyy əti (1918-1920), B., 1998. 

ƏSƏDULLAYEV'>ƏSƏDULLAYEV  Mirzə  Şəmsi  oğlu  (1875,  Bakı  - 

1936,  Paris)  -  sahibkar,  ictimai  xadim.  A zərbaycanın  neft 

sənayeçisi  Şə msi  Əsədullayevin  (1840-1913)  oğlu.  Gimna ziyə 

təhsili  ald ıqdan  sonra  atasının  neft  şirkətində  ə mə k  fəa liyyətinə 

başlamışdır. Məşhur sahibkar Musa Nağıyevin q ızı  Ümmü lbanu 

ilə  ev lən mişdir.  Şirkətin  işi  ilə  bağlı  müəyyən  vaxt larda 

Rusiyanın  Peterburq,  Moskva  şəhərlərində  yaşadığından,  rus 

təhsili  gördüyündən  Azərbaycan  dilini  mü kə mmə l  bilməyən 

Əsədullayev 1912 ildə Moskva 

 

 



 

 

 



 

 



400 

 

Konservatoriyası  nəzd ində  xüsusi  musiqi  kurslarının  d inləyicisi  o lan  Üzey ir  Hacıbəylidən  ana  dili  dərsi  almışdır.  "Bakı 



müsəlman   xeyriyyə cəmiyyəti"nin sədri o lmuş,  mədəni-maarif tədbirlərinə  maddi dəstək vermişdir.  1915  il  martın  11 -də 

"Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır (cəmi 1 sayı çıxmışdır). Əsədullayev Fevral  inqilab ından (1917) sonra 

1917  ilin  martında  Müsəlman  Milli  Şurası  Müvəqqəti  İcraiyyə  Ko mitəsinin  üzvü  seçilmişdir.  1918  ildən  Bakı  neft 

sənayeçiləri quru ltayı şurasının sədri olmuşdur. Əs ədullayev Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının 



təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  neft  sənayeçiləri  qurultayı  şurasından  Cümhuriyyət  Parla mentinə 

seçilmişdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil id i. 3-cü Höku mət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra 

etmiş (1918, dekabr - 1919, mart), A zərbaycanın xarici ölkələrlə ticarət əlaqələrin in yaradılmasına və yerli sənayenin inkişaf 

etdirilməsinə  c iddi  səy  göstərmişdir.  1920  ilin  mayında  həbs  olunmuş,  qısa  müddətdən  sonra  azad  edilmiş,  höku mətdən 

rəsmi  ica zə  ala raq  xaricə get miş, ö mrünün sonuna kimi Pa risdə yaşamışdır. Qəbri şəhərin  müsəlman  qəbiristanlığındadır. 

Qızı Ümmü lbanu Avropada tanınmış yazıçı (B a n i n) o lmuşdur. 



 

Əd.: 

Əliyev M., Əsədullayev M., "Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920)" kitabında, B., 

1990.

 

ƏSƏDULLAYEV  ġƏMS Ġ  (1841,  Bakı  yaxınlığındakı  Əmircan  k.  -  21.4.1913,  Bakı)  -  iri  sahibkar,  neft  səna-



yeçisi,  ictimai  xadim.  1874  ildə  cüzi  kapitalla  neft  çıxaran  və  emal  edən  kiçik  müəssisə  (kontor) 

 aç mış, hə min kontoru sonralar iri  "Şəmsi Əsədullayev və K°" şirkət inə çevirmişdi (1893). Əs ədullayevin  Ba kıda  bir  neçə  

neftayırma  zavodu,  mexaniki  emalatxanası,  Suraxam,  Sabunçu  və  Ramanada  37  buruğu,  Xəzər 

dənizində neft və  məhsulları daşıyan gəmilə ri vardı.  Xeyriyyəçilik fəa liyyəti də  göstərmiş, "Nəşri-

maarif‖ cəmiyyətinin fəal ü zvü olmuşdur. 

Əsədullayev 1903 ildə Moskvaya köçmüş,  Peterburqda və Moskvada bir neçə yerdə  mü lk 

tikdirmiş, xeyriyyə işləri ilə məşğul o lmuş, yo xsul uşaqlar üçün məktəb  açdırmışdı. Moskvada Kiçik 

Tatar döngəsində tikdird iyi evi o zaman təzə yarad ılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamış-

dır.  Bu  b inada  tatar  məktəbi,  kitab xanası,  konsert  salonu  və  yetimlər  üçün  uşaq  evi  fəaliyyət 

göstərmişdir. 

Ümu mrusiya  müsəlmanların ın  Nijni-Novqorodda  keçirilmiş  1-ci  qurultayında  (1905, 

avqust)  iştirak  etmişdir.  O,  1913  ildə  Ro manovlar  xanədanının  300  illiy i  ilə  əlaqədar  Tiflis 

Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etmişdi. 

Ümu mrusiya  müsəlmanların ın  qurultayı  (1917,  may)  Əsədullayevin  Moskvadakı  müsəlmanlara  bağışladığı  binada 

keçirilmişdi. A zərbaycanda sovet hakimiyyəti qurulduqda "Şəmsi Əsədullayev" firmasın ın mülkiyyəti milliləşdirilmişdir. 

ƏSGƏRAN  DÖYÜġ Ü  -  Azərbaycan  ordusu  hissələrinin  1920  ilin  mart-aprelində  erməni  qoşunlarına  qarşı 

apardığı  hərbi  əməliyyatın  tərkib  hissəsi.  Bu  məntəqə  hər  iki  tərəf  üçün  strateji  əhəmiyyət  kəsb  edirdi.  Onun  nəzarətə 

alın ması  Qarabağda  hərbi  təşəbbüsün  əldə  saxlan ması  üçün  başlıca  amil  idi.  Buna  görə  də  1920  il  martın  21-də,  Novru z 

bayramı  gecəsi  ermən i-daşnak  qüvvələri  Qarabağın  b ir  sıra  məntəqələri  ilə  bərabər,  Əsgərandakı  Cü mhuriyyət  ordusu 

postlarının  üzərinə hücuma  keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri  məhv  etmişdi.  Bununla da, Əsgəran  keçid i 

bağlanmış,  Xankəndidə  və  Şuşada  yerləşən  hərbi  qarnizon  çətin  vəziyyətə  düşmüşdü.  Qarabağın  Azərbaycandan 

qoparılmasına  yol  verməmək,  bölgədəki  ermən i-daşnak  silahlı  qüvvələrinə  güclü  zərbə  endirmək  üçün,  ilk  növbədə, 

Əsgəran keçidin i açmaq  lazım  idi. Ona görə də  Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920  il  martın 26-da Ağdama 

gəlmiş general-mayor  Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı.  Erməni qüvvələrinin  müqavimətin i 

qırmaq  üçün  H.Səlimov  hərbi  nazirdən  Ağdama  b ir  zireh li  avtomobil  göndərilməsini  xahiş  etdi.  Müəyyən  hazırlıq  işləri 

görüldükdən sonra martın  29-da A zərbaycan qoşun hissələrinin  Əsgəran üzərinə  ilk hücumu başlandı.  Döyüşdə 5-ci  Bakı 

piyada  alayının  bölmələri,  Parlament  mühafizə  dəstəsi  və  partizan  dəstələri  iştirak  ed irdilər.  Süvari  qüvvələrə  isə  1-ci 

Azərbaycan süvari a layının bölmələ ri cəlb o lunmuşdu. Döyüşün gedişində Xra mord kəndi, Daşbaşı yüksəkliyi, Fə rru x kəndi 

ələ  keçirildi  və  qüvvələr  Xanabad  kəndinə  xeyli  yaxılaşdılar.  Döyüş  planına  əsasən,  qüvvələr  bu  mövqelərdə  dayanıb 

möhkəmlən məli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak 

dəstələri Azə rbaycan qüvvələrin in qarşısını sa xlayıb, hətta geri çə kilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı 

azad et mək mü mkün olmad ı. 

Döyüşün aparılmasında partizan lara deyil, n izami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala piyada 

alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayın ın, b ir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. 

Bu  qüvvələrin  Ağdama  yetişməsi  ilə  Əsgəran  üzərinə  növbəti  hücum  təşkil  ed ild i.  Hücu m  1920  il  aprelin  3-də  başladı. 

Dəqiq p lanlaşdırılan döyüş Azərbaycan ordusu hiss ələrinin qə ləbəsi ilə  nəticələndi. İlk hücu mdakı  marşrut üzrə  irə liləyən 

Azərbaycan  qüvvələri  daşnakların   bütün  müqavimət ini  qıraraq,  əvvəlcə  Əsgəranı,  sonra  isə  Xocalını  e rməni  silahlı 

dəstələrindən  tə mizləd i.  Azə rbaycanın  qoşun  bölmə ləri  gün  ərzində  Ağdam-Əsgəran  yolunun  kənarında  yerləşən  Kət ik, 

Aranzə min  və  Na xç ıvanik  kimi  möhkə mləndirilmiş  məntəqələri  ermən i  silahh  dəstələrindən  azad  etdilər.  Əsgəran 

döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı. 

 

Əd.: Sü ley manov M., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

 



 




Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə