[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə242/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   238   239   240   241   242   243   244   245   ...   282

406 

 

qarşı  kütləvi  soyqırımı  törətdilər.  Nəticədə,  bolşeviklər  Bakıda  hakimiyyəti  müvəqqəti  olaraq  ələ  keçirə  bild ilər  (1918  il 



iyulun  31-dək).  Türk-müsəlman  soyqırımla rı  A zərbaycan  milli  hərəkat ını  sarsıtmad ı.  Cənubi  Qafqa zın   türk-müsəlman 

əhalisini fiziki cəhətdən məhv o lmaq təhlü kəsindən  xilas etmək üçün  müstəqil Azərbaycan dövlətinin yaradılması  zərurəti 

meydana çıxdı. 1918 il mayın 28-də A zərbaycan Xalq Cü mhuriyyəti elan ed ild i. 

 

Əd.: A zərbaycan tarixi,7 cilddə, c.5, B., 2001. 

 

FƏHLƏ  MƏSƏLƏS Ġ,  işçi məsələsi - Azərbaycan Xalq Cü mhuriyyəti dövrünün ən mürəkkəb  məsələlərindən biri. 

Cü mhuriyyət  Hökuməti  aqrar  məsələ  kimi,  fəhlə  məsələsini  də  həll  edə  bilmədi.  Nəticədə,  həmin  məsələlərlə  əlaqədar 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla menti  və  Höku mətinə  qarşı  ciddi  narazılıqlar  yarandı.  Hökumətlə   mü xalifətdə  olan 

qüvvələr, ilk növbədə, Parlamentin sosialistlər fraksiyası bundan istifadə edərək, xalq arasında Cümhuriyyət hakimiyyətinə qarşı 

geniş təbliğata başladı, narazılıqları daha da artırdı, tətil və nümayişlər təşkil etməyə müvəffəq oldu. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti  1918  il sentyabrın 17-də  Gəncədən Ba kıya  köçdükdən sonra oktyabrın 

1-də  Ba kı  Xa lq  Ko missarları  Sovetinin  neft  s ənayesinin  milliləşdirilməsi  haqqındakı  de kret  və  sərənca mla rın ı  ləğv  etdi. 

Bütün  neft  sənayesi  müəssisələri  və  onların  hazır  məhsulları  keçmiş  sahiblərinə  qaytarıld ı.  Sənaye  müəssisələri  üzərində 

xüsusi mülkiyyət hüququnun bərpa edilməsi fəhlələr arasında narazılığa səbəb oldu. 

1918  il dekabrın 7-də Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla menti  fəaliyyətə başladığı za man Fətəli  xan  Xoyskinin 

müvəqqəti höku məti Parlament qarşısında istefa verdi və dekabrın  10-da Parlamentin  ikinci  iclasında ayrı-ayrı fraksiyalar 

Höku mətin  fəaliyyəti  ilə  bağlı  öz  partiyaların ın  bəyannamələrini  elan  etdilər.  İlk  olaraq,  ən  iri  fraksiyanın  -"Müsavat" 

fraksiyasının bəyannaməsi ilə fraksiyanın rəhbəri, "Türk ədəmi-mərkəziyyət "Müsavat" partiyasının sədri Məhəmməd Əmin 

Rəsulzadə  ç ıxış  etdi.  O,  "Müsavat"  partiyasının  proqra mında  daha  geniş  yer  almış  "Torpaq  məsələsi"  və  "İşçi  məsələsi" 

barədə  geniş  məlu mat  verdi.  "Müsavat" partiyasının  bəyannaməsində  göstərilirdi  ki,  fəhlə ləri  ağır,  məşəqqətli  zəh mətdən 

qurtarmaq üçün, hər bir  mu zdur, qulluqçu, əmələ və fəhlənin  iş günü 8 saatdan artıq olmamalı, onlara  kişi və qadmhğmdan 

asılı  olmayaraq,  qanunla  həftədə  24  saatlıq  istirahət  günü  müəyyənləşdirilməlidir.  16  yaşına  qədər  uşaqların   işləməsi 

qadağan  olunmalı,  16-18  yaşında  uşaqlar  gündə  yalnız  6  saat  işləməlidirlər.  Qadınların  onların  sağlamlığı  üçün  zərərli  olan 

işlərdə çalışması qadağan edilməli, hamilə qadın lar doğuşdan 4 həftə qabaq və 6 həftə sonra, əmək haqları saxlanılmaqla, 

işdən azad olunmalıdırlar.  Qadınların  işlədiy i fabrik və  zavodların yanında südəmər uşaqlar üçün körpələr evi yaradılmalı, 

uşaq  əmizdirən  ana  hər  3  saatdan  bir  yarım  saat  işdən  azad  edilməlidir.  İş  qabiliyyətini  tamamilə  və  ya  qis mən  itirmiş 

fəhlələ r üçün sərmayədarlardan alınan vergi hesabına dövlət tərəfindən xüsusi sığorta fondu yaradılmalı və ə mək haqqı naqd 

pulla ödənilməlid ir.  Emalatxanalarda,  fabrik və  zavodlarda fəhlə əməyindən istifadəyə nəzarət  məqsədilə  müfəttişlər təyin 

edilmə lidir. Sahib karlar tərə findən fəhlələ rin yaşayışı üçün ayrılmış evlərin və iş yerlərin in fəhlələ rin sağlamlığ ına  müvafiq 

olmasına  iş verənlərin  nüfuzundan asılı o lmayan s əhiyyə orqanlarının  nəzarəti təmin  edilməli, əmək qanunlarını pozan  iş 

sahibləri  cinayət  məsuliyyətinə  cə lb  olun ma lıd ır.  Hər  bir  e malat xana,  fabrik  və   zavodlarda  yarısı  iş  sahibləri,  yarısı  isə 

fəhlələ rdən ibarət xüsusi ko missiyalar yaradılma lıdır və s. 

Hə min  iclasda  sosialistlər  fra ksiyasının  aqrar  və  fəhlə  məsələsinə  dair  proqra mı  barədə  Aslan  bəy  Səfikürdski, 

Əkbər ağa Şey xü lislamov və Əh məd Cövdət Pepinov çıxış etdilər.  Onlar ö z çıxışlarında torpaq və fəhlə məsələsinin  Sovet 

Rusiyasının  təcrübəsindən  istifadə  etməklə  həll  o lunmasın ı  məsləhət  görürdülər.  "İttihad"  fraksiyasının  rəhbəri  Qarabəy 

Qarabəyov isə öz ç ıxışında onların part iyasının fəh lə məsələsinə münasibətindən bəhs edərkən dedi: "...Part iya mız geniş bir 

dairədə fəhlə lərin səadətini təmin et məyə səy edəcəkdir.  Yaln ız iş və sənaye aləmində anarxiya və keyfi-mayəşəyə meydan 

vermə mək üçün sərmayə ilə cə miyyət miyanmda vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir". 

Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla mentində yaran mış siyasi şəraitdən istifadə edən sosialistlər fra ksiyası tez-tez 

Cü mhuriyyət Höku mətinin həyata keçirdiy i bu və ya digər siyasətə qarşı çıxır, ço x vaxt  isə fəhlə  məsələsinin həlli ilə bağlı 

mü zakirələrdən  hökumətə  qarşı  təzy iq  vasitəsi  kimi  istifadə  edird i.  Digər  tərəfdən,  məh z  Rusiya  bolşeviklərinin  təsiri  ilə 

Azərbaycanda,  xüsusilə Ba kıda tez-tez fəhlə  tətilləri  keç irilirdi. Parla mentin de mə k o lar  ki, e lə bir  iclası o lmurdu  ki, orada 

sosialistlər  fra ksiyasının  nümayəndələri  fü rsət  tapıb  fəhlə  və  ya  torpaq  məsələsini  qald ırmasınlar.  Hətta,  və ziyyət  o  yerə 

çatdı  ki,  1919  il  mayın  6-da  keçirilən  Parlament  iclasında  gündəlikdə  duran  məsələlər  təxirə  salınaraq  həmin  gün  Bakıda 

keçirilən ümu mbakı fəhlə tətili barədə məsələ mü zakirə olundu. 

Bu barədə  ilk olaraq ç ıxış edən Məhəmməd Əmir  Rəsulzadə dedi: "B u tətili elan edən  fəhlə konfra nsı adından 

sui-istifadə edən təşkilatdır. Onlar bu tətilin məqsədinin iqtisadi tətil olduğunu deyirlərsə də, fəqət onların məqsədlərinin 

nədən ibarət olduğu kimsədən ötrii gizli deyil". Parla mentin həmin ic lasında Höku mət adından çıxış  edən baş nazir Nəsib 

bəy  Yusifbəyli  bəyan  etdi  ki,  bu  tətillər  iqtisadi  tətillər  deyil,  Höku mətə   qarşı  yönəldilmiş  sırf  siyasi  tətillərd ir.  Tət ilin 

təşkilatçıları "hər vasitə ilə Azərbaycanı Rusiyaya ilhaq etmək istəyirlər". 

İclasda sosialistlər fraksiyası adından çıxış edən Səməd ağa Ağamalıoğlu dedi: "Fəhlələr Sizə zakonnu saldat de-



yillər ki, dədənizin qulu deyillər ki, (ümumi gülüş) istəmirlər, işləmirlər, vəssalam". 

 

 



 

 

 



 

Sənaye  müəssisələri  ü zərində  xüsusi  mülkiyyət  hüququnun  saxlan ılması  Cü mhuriyyət  Höku mət inə  və  Parla-

mentinə  fəhlə   məsələsində köklü dəyişikliklər həyata keçirməyə  imkan vermirdi.  Bu vəziyyətdən istifadə edən sosialistlər 

fraksiyası  fü rsət  düşən  kimi  məsələ  qaldırır,  onların  həll  olun mamasından  istifadə  edərək,  fəhlələr  arasında  açıq  və  gizli 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə