[]



Yüklə 6,32 Mb.

səhifə244/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   240   241   242   243   244   245   246   247   ...   282

408 

 

donanmasının  milliləşdirilməsini  ləğv etdi. Fəh lələrlə sahibkarlar arasında əvvəlki  münasibətlər bərpa olundu. Bakı Fəhlə 



Konfransı  BFK),  faktiki  olaraq,  Höku mətə  qarşı  mü xalifətə  çevrildi.  BFK-nın  qərarı  ilə  dekabrın  24-də  üçgünlük  tətil 

keçirildi.  tətil  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı  və  onun  təşkilatçıları  olan  sosialist  partiyalarının  nüfuzunu  artırdı. 

Cü mhuriyyət Höku məti fəh lələrin  vəziyyətinin ağır o lduğunu etiraf etməklə bərabər, onun həlli üçün tədbirlər görməyə çalı-

şırdı.  1919  il  yanvarın  25-də  Fəhlə  məsələsinə  dair  məşvərət  şurasının  təşkilinə  başlandı,  onun  statusu  isə  Parlament 

tərəfindən  mart ın 10-da təsdiq olundu. Lakin  fəhlə lərin vəziyyətinin getdikcə pisləş məsi və sosialist partiyalarının  siyasəti 

nəticəsində 1919  ildə tətil hərə katı genişləndi. Mayda fəhlələ rin siyasi fəa llığ ı daha da artdı. Hö ku mətin səyi nəticəsində 1 

May nümayişi beynəlxalq bayram kimi qeyd edild i.  BFK is ə ü mu mi iqtisadi tətil  keçirməyi qərara ald ı. Tətilin qarşısının 

alın ması  üçün  ciddi  tədbirlər  görüldü,  mayın  13-də  tətil  uğursuzluqla  nəticələndi.  Buna  baxmayaraq,  fəhlə  hərəkatından 

məqsədləri üçün istifadə edən bolşeviklər BFK-da daha da möhkə mləndilər. Müsavat partiyasının ikinci qurultayında (1919, 

dekabr)  fəhlə  məsələsi  diqqət  mərkə zində  olsa  da,  bu,  problemlə  bağlı  siyasətdə  köklü  dəyişiklik  yarat mad ı.  Azə rbaycan 

Ko mmunist  partiyası  yaradıldıqdan  sonra  (1920,  fevral)  bolşeviklər  fəhlə  məsələsindən  daha  çox  yararlan mağa  çalışdı. 

Cü mhuriyyətin süqutunda fəhlə məsələsinin həll edilməməsinin də müəyyən rolu oldu (bax həmçin in Fəhlə məsələsi). 



 

Əd.: 

Azərbaycan Xalq  Cümhuriyy əti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), B., 1998; Azərbaycan tarixi, 7 cilddə, 

c.5,  B.,  2001;  Vəliyev  T.T.,  İmperializm  dövründ ə  Azərbaycan  sənayesi  və  proletariatı,  B.,  1987;  Исмаилов  М.,  Социально  – 

элономическая  структура Азербайджана в эпоху  империализма,  Б.,  1982; Очерки  истории равочего  класса  Азербайджанской  ССР,  т- 1 

(1917 – 1940 гг.), Б., 1974; Сумбатзаде А. С., Социально  – элономические предпосылки победы Советской власти в Азербайджане, М., 

1972. 


FƏTƏLĠ  XAN  XOYS KĠ - Azərbaycan Xalq Cü mhuriyyətin in banilərindən biri, görkəmli ictimai-siyasi və dövlət 

xadimi. Cü mhuriyyətin 1-ci, 2-ci, 3-cü Hö ku mət kab inələrində baş nazir olmuşdur (bax Xoyski Fətəli xan). 



FOġ Ferdinand (2.10.1851, Tarb - 20.3. 1929, Paris) - Fransa hərbi xad imi, marşal (1918), B.Britaniya feld marşalı 

(1919)  və  Polşa  marşalı  (1923).  Fransa  Akademiyasının  üzvü  (1918).  A li  Hərb i  Akade miyanı  bit irmiş  (1887),  aka -

demiyanın professoru (1895-1900) və rəisi  (1908-11) olmuşdur. Birinci dünya  müharibəsində (1914-18)  Baş qərargah rəisi, 

1918  ilin  aprelindən  müttəfıq  qoşunlarının  ali  baş  ko mandanı  təyin  edilmişdir.  1920  ilin  yanvarında  Paris  sülh  konfransı 

(1919-20)  Ali  Şurasının  ic laslarında  Cənubi  Qa fqaz  respublika ları  p roble mlərinin  mü za kirəsində  iştira k  et mişdir. 

Antantanın  Ali  Hə rbi  Şurasının  sədri  olan   Foş  məru zə  ilə  ç ıxış  edərə k  Qafqa za  b ir  neçə  diviziya  göndərməyi  zə ruri 

saymışdı. O, hesab edirdi ki, yalnız hərbi qüvvə göndərməklə Qafqazı bolşevik işğalı təhlükəsindən xilas etmək o lar. 

FÖVQƏLADƏ  TƏHQĠQAT  KOMĠSS IYAS I A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin əvvəlcə  xarici  işlər, 

sonra  isə  ədliyyə  nazirlikləri  yanında  1918  il  iyulun  15-dən  1920  ilin  apre linə  qədər  fəa liyyət  göstərmiş  rəsmi  təhqiqat 

orqanı.  Ermən i  daşnakların  azərbaycanlıların  həyatına  və  onların  əmlakına  qarşı  cinayətlərini  təhqiq  etmək  üçün 

yaradılmışdı. 

1918  il  iyulun  15-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətin in  Gəncədə  keçirilən  ic lasında  çıxış  edən  xarici 

işlər  naziri  Məmməd  Həsən  Hacınski  bildirir  ki,  "Artıq  4  aydan  çoxdur  ki,  A zərbaycan  ərazisinin  mü xtəlif  bölgələrində 

bolşevik adı ilə  məsuliyyətsiz erməni hərb i hissələri və b.  mülki  müsəlman əhalisin in həyatı və əmlakına qarşı eşidilməmiş 

vəhşiliklər  törədirlə r.  Eyni  za manda,  hə min  quldur  dəstəleri  tərəfindən  göndərilən  yalan   mə lu matlar  əsasmda  Avropada 

bütün  ictimai  fikir  tamamilə  əks  istiqamətə,  azərbaycanlılara  qarşı  yönəldilir.  Ümu mi  dövlət  mənafeyi  və  əhalinin 

zərə rçəkən  qruplarının  mənafeyi  e lə  bir  təşkilatın  yaradılmasını  tələb  edir  ki,  o :  1)  bütün  zorakılıq  hadisələrinin  dəqiq 

qeydiyyatını aparsın; 2) bu zo rakılıqların həyata keçirildiyi şəraiti  müəyyənləşdirsin; 3) cinayətkarları aşkar etsin və onların 

vurduqları zərərin həcmini müəyyənləşdirsin". 

M.H.Hacınskinin təklifinə görə  "bu təşkilat fövqəladə təhqiqat komissiyası"  xarakteri daşımalı id i. Özü də, "bu 

komissiyanın işinin nəticələri başlıca Avropa dillərində — rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində elan 

edilməlidir". 

Daha  sonra  mə ruzəç i  qeyd  edirdi  ki,  "...  komissiyanın  təşkilinə  bu  gündən  başlamaq  lazımdır.  Çünki  bir  çox 



şeyləri  indi  isti-isti  adamlardan  soruşmaq,  fotoşəkilləri  çəkmək  və  hələ  ki,  mövcud  olan  digər  əşyayi-dəlillər  əsasında 

sübuta yetirmək olar. Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilər". 

Məsələni geniş və ətraflı müza kirə  edən Höku mət  qərara a lır ki, "xarici işlər nazirinin məruzəsi  bəyənilsin və  ona 



tapşırılsın  ki,  Avropa  müharibəsi  başladığı  vaxtdan  bütün  Zaqafqaziya  ərazisində  müsəlmanlara  və  onların  əmlakına 

qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın ". 

Hə min  il  avqustun  31  -də  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  sədri,  həm  də  ədliyyə  naziri  Fətəli  xan 



Xoysk inin  Gəncədə  imza ladığ ı  qərara  əsasən,  7  nəfərdən  ibarət  Fövqəladə  Təhqiqat  Komissiyası  yaradıldı.  Ko missiyanın 

sədri andlı ic lasçı Ələkbər bəy Xas mə mmədov, ü zvlə ri isə dairə  məhkə məsin in müavin ləri İsmay ıl bəy Şah ma lıyev, Andrey 

Fomiç  Novatski, dairə  məh kəməsi pro kurorunun müavini Nəsrəddin bəy Səfikürdski,  Gəncə  köçürmə  idarəsindən Nikolay 

Mixay loviç Mixaylov, həqiq i mü lki müşavir V.V.Qubvillo və müəllim M irzə Cavad A xundzadə təyin olundu.  

 

 

 



 

 

Qərarla  ko missiyanın  s ədri  və  üzvlərin in  ə mək  haqları  və  eza miyyə  xərc lərin in  miqdarı  da  müəyyənləşdirildi.  Ko missiya 



sədrinə,  həmç inin  zəruri  hallarda  ko missiyanın  işinə  katib,  e kspert  və  digər  şəxsləri  də  cəlb  et mə k  səlahiyyəti  verildi. 

Höku mətin həmin il 22 sentyabr tarixli başqa bir qərarına əsasən, ko missiyanın üzvləri yaln ız bu məqsədlə işləd ikləri günlər 

üçün əmək-haqqı almaq hüququna malik  idilər. Fövqəladə Təhqiqat Ko missiyası  xarici işlər nazirliyi yanında təşkil ed ilsə 





Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə